XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə97/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   91   92   93   94   95   96   97   98   99

369
verən yazıçı və şairdir. Xanəli Kərimli qoşa qala kimi bunların 
hər ikisini yaşadır, amma şeirə, bədii yaradıcılığa önəm verən 
ədəbiyyatşünasdır.  Ədəbiyyatın  prinsiplərinə  bələdçiliyi 
olan,  ədəbiyyatın  prinsiplərinə  bələd  olan  adam,  yazıçının 
laboratoriyasına  bələdçiliyi  olan  adam  bədii  ədəbiyyatın 
hüceyrələrini hiss edə bilən ədəbiyyatşünas ədəbiyyat haqqın-
da daha yüksək söz deyə bilir. O mənada Xanəli Kərimlinin 
ədəbiyyatşünaslıq tərəfi də məncə, orijinaldır.
 Mən Xanəli Kərimlidəki bəzi yönləri Vaqif Məmmədovda 
da görürəm. Düzdür Vaqif Məmmədov publisistika cəhətinə 
önəm  verir  və  onun  yaradıcılığında  elmi  meyarlar  vardır. 
Amma  Vaqif  müəllim  publisistikaya  tərəfinə  ağırlıq  verir. 
Xanəli Kərimlidə publisistika çox azdır.
Xanəli Kərimli haqqında xeyli sitatımız vardır və hələ bir 
bu qədər də danışmaq olar. Yekun olaraq onu deyə bilə rəm 
ki,  Xanəli  Kərimli  Naxçıvanda  yaşayıb  yaradan  və  Azər-
baycan  ədəbiyyatını  təmsil  edən  tanınmış  bir  ədəbiyyat, 
bədii  ədəbiy yat  nümunəsidir,  poeziya  nümayəndəsidir.  Ta-
nınmış  gör kəmli  bir  şairdir.  Naxçıvanda  yaşayıb  yaradan 
tanınmış  bir  ədəbiy yatşünasdır.  Naxçıvanda  yaşayıb  yara-
dan ilkin, kamil müdrik bir Azərbaycan ziyalısıdır. Mən onu 
universitet rəhbərliyi adından təbrik edirəm. Ona cansağlığı 
arzulayıram. Onun 60 illiyi hesab edirəm ki, onun yaradıcı-
lığının  çiçəklənmə  dövrünün  başlanğıcıdır.  Kamillik  böyük 
ədəbiyyatdır. Kamillik qədər böyük elm olduğunu kamillik 
yaşına çatandan sonra bu işi özünə peşə seçənlər daha dərin 
bilir.  Xanəli  Kərimlidən  bundan  sonrakı  dövrdə  daha  bö-
yük, daha sanballı, daha əhatəli, əsərlər gözləməkdə haqqı-
mız vardır. Ümumiyyətlə, burada yaşayan ədəbiyyatçılar bu 
epoxanı keçmişə sərhəd qoymadan, keçmişi də unutmadan 
köklərimizi  də  unutmadan,  köklərimizlə  vəhdətdə  olmaqla 
bu epoxada yaşanan proseslərlə böyük ədəbiyyat yaratmaq 
sizin qarşınızda durur. Hamınıza yaradıcılıq uğurları arzula-
yıram. Sağ olun.
Xanəli  Kərimli  yaradıcılığını  və geniş  fəaliyyətini  Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif 


370
Talıbov yüksək qiymətləndirmişdir. Vasif Talıbovun 2007-ci 
ildə imzaladığı Sərəncamla Xanəli Kərimli Naxçıvan Muxtar 
Respublikasının əməkdar müəllimi adına layiq görülmüşdür. 
Universitetimizin  rektorluğu,  Xanəli  Kərimlinin  bugünkü 
60  illik  yubiley  münasibətilə,  onu  bir  tarixə  çevirmək  üçün 
Xanəli Kərimlinin çoxillik səmərəli, elmi və ədəbi fəaliyyətinə 
görə Fəxri fərmanla təltif edir. Xanəli Kərimlini təbrik edirəm.
 Asim Yadigar (şair, Naxçıvan Yazıçılar Birliyinin sədri, 
təd birin aparıcısı):
                       
                       Mən özüm canlı bir nağılam, bala,
 Hələ oxunmayıb bir xəttim belə.
 Oxunsam, görərlər qaya ömrümü
 Necə əritmişəm mən gilə-gilə.
Bu gün bu sətirlərin müəllifi, Azərbaycan Yazıçılar Birli-
yinin  üzvü,  Naxçıvan  Dövlət  Universitetinin  müəllimi,  şair 
qardaşım Xanəli Kərimlinin 60 illik yubiley tədbirinə yığışmı-
şıq. Yubiley tədbiri Naxçıvan Dövlət Universiteti, Naxçıvan 
Yazıçılar Birliyi, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan 
Dövlət Musiqili Dram Teatrının birgə tədbiri kimi qeyd olu-
nur.  Xanəli  Kərimli  bir  şair  kimi  artıq  oxucular  tərəfindən 
qəbul  olunur  və  sevilir.  Mən  də  şair  dostumu  yubileyi 
münasibəti ilə təbrik edirəm.
İsmayıl Hacıyev (AMEA-nın Naxçıvan Bölməsinin sədri, 
akademik): Zəmanəmizdə elə şairlərin şeirləri vardır ki, şeirin 
nədən ibarət olduğunu oxucu başa düşə bilmir. Ancaq Xanəli 
Kərimlinin  şeirini  oxu,  orada  nə  qədər  folklor  nümunələri, 
etnoqrafik materiallar, nə qədər xalq nümunələri olduğunu 
aydın görmək mümkündür. Mən qəti inanıram ki, bir neçə 
ildən sonra Xanəli Kərimli yaradıcılığından artıq namizədlik 
və doktorluq dissertasiyaları müdafiə olunacaqdır. Məsələn: 
“Xanəli  Kərimli  yaradıcılığında  xalq  deyimləri”.  Yüzlərlə,  min-
lərlə nümunələr vardır. Folklor nümunələri, etnoqrafik ma-
teriallar,  vətəndaşlıq  yanğısı  kimi  faktorlar  Xanəli  Kərimli 
ya radıcılığında  çox  güclüdür.  Azərbaycanda  çoxlu  şairlər 


371
olub və bu gün də var. Kimlərə biz filosof-şair deyirik. Yəni 
filosof-şair o adama deyirik  ki,  onun yaradıcılığını oxuyan-
da istər-istəməz düşünməli olursan, həyat haqqında, dünya 
haqqında,  kainat  haqqında,  insanlıq  haqqında  və  s.  Xanəli 
Kərimlini, Bəxtiyar Vahabzadəni, Hüseyn Razini oxuyarkən 
biz bunlara filosof-şair deyə bilərik. Çünki istənilən şeiri ada-
mı düşünməyə məcbur edir. Dünyanın gəldi-gedərini Xanəli 
Kərimli yaradıcılığına gətirir. Biz Xanəli Kərimli yaradıcılığını 
Azərbaycan cəmiyyətinə şamil edə bilərik. Bu mənada Xanəli 
Kərimli xoşbəxt şairdir. Artıq onun yaradıcılığına bələd olan 
hər hansı bir oxucu ondan faydalana bilər. Günün və zama-
nın nəbzini tutan şairdir. Xanəli Kərimlinin Azərbaycan döv-
rü mətbuatında bu günümüzlə səsləşən xeyli yazıları ortalığa 
çıxır. Özü də Xanəli Kərimlinin yazıları elmi əsaslara dayanır. 
Cəmiyyətimizdə müəyyən problemlər olur. Bu problemlərə 
Xanəli Kərimli bir şair,bir ədəbiyyatşünas alim kimi yanaşır 
və Azərbaycan ictimai mühitində də, elmi mühitində də bu 
yüksək dəyərləndirilir. Burada məndən sonra da çıxış edənlər 
olacaq. Ona görə mən daha geniş danışmaq istəmirəm. Xanəli 
Kərimli öz dövrünün yaxşı müəllimi, yaxşı tədqiqatçılığı ilə 
və ən başlıcası şair olmağı ilə seçilib. Mən də kollektiv adın-
dan Xanəli müəllimi təbrik edirəm, ona bundan sonrakı yara-
dıcılığında uğurlar arzulayıram. Sağ olun.
Aypara  Behbudova  (filologiya  üzrə  fəlsəfə  doktoru,  do-
sent, universitet elmi kitabxanasının müdiri): 
Hörmətli rektor, hörmətli yubiley iştirakçıları!
Qeyd olunduğu kimi, bu gün biz Naxçıvan ədəbi nüma-
yəndə lərindən biri, Naxçıvan Muxtar Respublikasının əmək-
dar müəl limi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya 
üzrə fəlsəfə doktoru dosent, şair, alim Xanəli Kərimlinin 60 
illik  yubiley  mərasiminə  toplaşmışıq.  Xanəli  Kərimlini  həm 
müəllim, həm də bir alim kimi tanıyırıq. Əlbəttə şairlik, is-
tedaddır,  vergidir. Ancaq  alimlik  isə  insanın  zəhmətlə  əldə 
etdiyi nailiyyətdir. Mən istəyərdim ki, Xanəli müəllimin şa-
irliyi  ilə  alimliyi  arasında  bir  müqayisə  yaradım,  amma  bu 
danılmaz  faktdır  ki,  Xanəli  müəllimin  yaradıcılığının  şeir 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə