356
olan, xalqın qayğı və düşüncələrini şeirə gətirən bir şairdir. O
yaratdığı zəngin xəzinə ilə özünü də mənəvi dünyasını daha
da zənginləşdirir. Onun müxtəlif məna çalarlarında işlətdiyi
frazalar bu gün dilimizin söz ehtiyatını artırır. Məsələn,
“üzü
bazar, içi azar dünya”, “Tanrının törəsi”,” dünyanın dərd anası”
və sair kimi frazalar
(bunların sayını daha da artırmaq olar) yer
almışdır ki, dilçilik baxımdan onların hər birinin özlərinə
məxsus araşdırma dəyəri vardır.
Xanəli müəllimin yaradıcılığı yumşaq lirikadan ibarət
deyil. Yəni, özünün də dediyi kimi, sərt poeziyadır. Xanəli
Kərimlinin yaradıcılığı bu gün bizə imkan verir deyək ki,
Xanəli Kərimli Rəsul Rza məktəbinin yetirmələrindəndir.
Mənim fikrimcə, Xanəli müəllimin yaradıcılığındakı
Məmməd Araz, Rəsul Rza ruhu da burdan gəlir. Yəni Xanəli
müəllimin şeirlərində mübarizlik, istiqlal mübarizəsi vardır.
Eyni zamanda Rəsul Rzaya məxsus əqidə, şəxsiyyət bütöv-
lüyü vardır. Rəsul Rza ilə bağlılığı bir də ondan irəli gəlir ki,
onun sərbəst şeir vəznində yazdığı bitkin şeirləri bu gün bizə
imkan verir deyək ki, Xanəli müəllim Rəsul Rza məktəbinin
layiqli davamçısıdır. Xanəli müəllimin
“Ağrı” şeiri ən yaxşı
şeir kimi nümunə göstərilə bilər.
Yalquzaq qurd kimi
düşmüşəm şəhərin ağına,
Baxmıram, nə soluma, nə sağıma,
Ağlım ayaqlarımın ucunda,
əllərim arxamda,
bir birinin ovcunda.
Havalı adamlar kimi
hərdən
öz özümə oxuyuram da.
Kiminsə arxamca
güldüyünü duyuram da.
Ayaqlarım girdan düşəndə,
Dizlərim dözməyib büküləndə
otururam bir skamyada
tək-tənha.
357
İçimdən bir səs gəlir--
Təvəkkül Allaha...
Yanımdan ötüb keçirlər,
dəstəbədəstə.
Hərə öz hayında,
hərə öz dərdində.
Günah bilmirəm
əsla heç kəsdə.
Nə ötüb keçənlər tanıyır məni,
Nə də mən ötüb keçənləri.
Fikirləşirəm... bu şəhərdə
yaşımın bu qürubunda
nə təzə dost tapmalı gündü,
Nə də dostsuz yaşamaq mümkündü.
Xanəli müəllimin yaradıcılığının özünəməxsusluğu bir
də ondadır ki, o təzadların çox gözəl müqayisəsini, poetik
təsvirini verməklə bu iki tərəfi məharətlə qarşı-qarşıya qoy-
muş olur. Mən ona bu yaradıcılıq yolunda uğurlar və uzun
ömür arzu edirəm.
Sağ olun, Xanəli müəllim.
Aypara Behbudova: Söz Ədəbiyyat kafedrasının müəllimi
Yasəmən İsmayılovaya verilir.
Yasəmən İsmayılova: Müəllimim, xarici tələbələr üzrə de-
kan, universitet rektorluğunun və ixtisaslaşdırılmış şuranın
üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Muxtar Respub-
likamızın millət vəkili və nəhayət şair Xanəli Kərimlinin 50
illik yubileyinə və onun ikinci kitabı olan
“Anamdan məktub”
kitabının müzakirəsinə toplaşmışıq. Mən də bu təntənəli və
əziz gündə Xanəli müəllimə öz ürək sözlərimi deməyi borc
bilirəm. Xanəli müəllimi mən 1994-cü ildə Ədəbiyyat ka-
fedrasına müəllim gəldiyim ildən tanıyıram. Biz bir-biri-
mizi dərslə rimizdə tanımışıq. Mən fikir vermişəm, Xanəli
müəllimdə yük sək keyfiyyətlərdən başqa heç bir şey tapmaq
olmaz. Tələbələri incitmək, get-gələ salmaq kimi mənfi şeyləri
mən Xanəli müəllimdə görməmişəm. Ona görə mən Xanəli
müəllimi bir yaxşı vətəndaş kimi, xalqına, Vətəninə yararlı bir
358
övlad kimi gör müşəm. Düzdür, biz Xanəli müəllimin
“Anam-
dan məktub” kitabının müzakirəsinə toplaşmışıq, ancaq
Xanəli müəllim bundan əvvəl 1998-ci ildə “Yazıçı” nəşriyyatı
tərəfindən çapdan çıxmış
“Ay işığında” kitabının da adını bu
kitabla birlikdə çəkmək istəyirəm.
Şair uşaqlıq illərini çətinliklə keçirmiş, böyük bir ailədə
doğulmuş, bu ailənin çətinliklərini gözləri ilə görmüş, hə-
yatın çınqıllı, daşlı yollarını özü öz iradəsi ilə keçərək bu
həyatda yaşamağı və yaşatmağı bacarmışdır. Siz inanın ki,
ədəbiyyatımızda bu cür şairlər həmişə yüksək mövqedə
dururlar. Biz bunun timsalında keçmişə qayıtsaq, XIX əsrin
sonu, XX əsrin əvvəllərinə qayıtsaq, Sabir yaradıcılığında da
onun həyatının nə qədər keşməkeşli olduğunu görərik. Klas-
sik ədəbiyyatımızda Fizulidə də biz bunu görürük. Xanəli
müəllimin həyatında ailədən, evdən gələn elə çətinliklər olub-
dur ki, Xanəli müəllimi şair edən də məhz bu çətinliklərdir.
Ona görə də biz Xanəli müəllimin şeirlərini oxuyanda onun
vətənə-torpağa bağlılığını daha çox görür və duyuruq.
Onun
“Şahbuzum”, “Qoşa bulaq”, “Dərələr boyunca” və s.
şeirlərində biz bunu aydın görürük.
Köz almışam ocağının gözündən,
Çox öpmüşəm, bulaqların gözündən.
Yaş ötsə də, üzüm dönməz uzundən,
Bu dünyada sənsən tale ulduzum,
Şahbuzun, ay Şahbuzum.
Bu misralarda şairin öz doğma yurduna, kəndinə, onun
kəklikotulu dərələrinə körpə ikən olan bağlılığının, uşaqlıq
illə rinin təbiət vurğunluğununun bir daha şahidi oluruq
.
”Anamdan məktub” kitabının ilk səhifələri
“Məramsız yaşa-
maq” şeiri ilə diqqəti çəkir. Bu şeiri oxuyanda görürsən ki,
bu dünyada məqsədsiz, məramsız heç nə yoxdur. Hərənin bir
arzusu vardır. Şair deyir ki: