XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə89/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   85   86   87   88   89   90   91   92   ...   99

343
Universitetində çalışır. Əvvəl bizdə “Fikir” qəzetinin redak-
toru olmuş, son illər isə ədəbiyyat kafedrasının dosentidir. Bir 
müəllim kimi özünəməxsus rol və mövqeyə malikdir. İşlədiyi 
müddət ərzində özünü sevdirə bilib, həm də bir şair kimi öz 
oxucularının qəlbində yer tutub. Həm də Xanəli müəllim uni-
versitetimizin Xarici tələbələrlə iş üzrə fakültəsinin dekanıdır. 
Xanəli  müəllim  universitet  rektorluğunun,  universitet  elmi 
şurasının, universitetdə fəaliyyət göstərən müdafiə şurasının 
üzvüdür. Qeyd olunduğu kimi, Yazıçılar İttifaqının üzvüdür. 
Ən başlıcası, Xanəli müəllim bir ictimai xadim kimi forma-
laşır.  Bildiyiniz  kimi,  Xanəli  müəllim  2000-ci  ildə  Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. 
Bir millət vəkili kimi də zəhmətkeşlər qarşısında, millət qarşı-
sında geniş fəaliyyət göstərir. 
İcazənizlə universitetimizin “Ədəbiyyat” kafedrasının do-
senti, Yazıçılar İttifaqının üzvü, şair Xanəli Kərimlinin 50 illiyi 
münasibətilə bu yubiley iclasını açıq elan edim.
Aypara Behbudova (tədbirin aparıcısı): Şair Xanəli Kərim-
linin “Anamdan məktub” adlı şeir kitabının təqdimatına top-
laşmışıq. Eyni zamanda bu gün Xanəli müəllimin yubiley gü-
nüdür. Bu gün Xanəli müəllimin 50 yaşı tamam olur.
Ömrün yarısı keçib, bəlkə də çoxu
İndi öz-özümə qəbahətliyəm.
Ay keçən günlərim, ötən çağlarım,
Sizin qarşınızda xəcalətliyəm.
...Ələnər dolanar dünyanın işi,
Mənim də çiçəyim, gülüm solacaq.
Çörəyi suyuyla başa çatdığım,
Bu yurda bəs mənim nəyim qalacaq?
“Bu yurda bəs mənim nəyim qalacaq?” sualı Xanəli müəllim 
özünü  dərk  edən  bir  gündən,  şeir  məbədinin  qapısını  açan 
bir  gündən  düşündürüb  və  narahat  edib.  Əsl  şəxsiyyətlər, 


344
əsl insanlar belədir. Yaşadığı illərdə iz qoymaq arzusu ilə ya-
şayırlar. Xanəli Kərimli də belə şəxsiyyətlərdəndir. Gəlin bu 
gün biz hamımız əyləşənlər, çıxış edənlər, Xanəli müəllimin 
“Etiraf”  adlı  cavab  tapa  bilmədiyi  bu  suala  cavab  tapmağa 
çalışaq. Çıxış üçün ilk sözü universitetimizin müəllimi Abbas 
Mehdiyevə veririk. Buyurun, Abbas müəllim.
Abbas Mehdiyev (biologiya üzrə fəlsəfə doktoru, dosent): 
Xanəli müəllimlə mən sadəcə dostam. Mən bir poeziya həvəs-
karı kimi, düşünürəm ki, müasir şəraitdə Xanəli müəllim kimi 
şairlərə bizim ehtiyacımız var. Ona görə ki, şairləri “insan qəl-
binin mühəndisi” adlandırıblar. Həqiqətən, poeziyadan yara-
nan emosiyaların insanda doğurduğu duyğular onun qəlbini 
kin-küdurətdən təmizləyir. Mərhəmət hissi ilə zənginləşdirir, 
ona sağlam fikir bəxş edir. Bəlkə də, elə bunun üçündür ki, 
poeziyaya  güclü  axın  var.  Amma  istedadlı  adamlarımız 
çox azdır. Yəni poeziyanın sözünü deyən, sözünü oxucu ilə 
bölüşən, öz istedadını üzə çıxara bilən şairlərimiz azdır. 
Xanəli Kərimli “Toğluqayanın Məmməd Araza məktubu” 
şeirində təbiətlə insan arasındakı səddi o qədər yaxınlaşdırır 
ki, hətta, mən fikrimi bir az dəqiqləşdirərdim ki,təbiətlə insa-
nı bütövləşdirir ki, bu da şair üçün çox böyük məziyyətdir:
 
İndi mənim səbrim aman daralıb,
Gözüm kökü həsrətindən saralıb.
Yollarimiı boran alıb, qar alıb,
Qalmayıbdı nə şənliyim, nə nazım...
Gəl görüşək, mənim Məmməd Arazım.
Təkcə  nümunə  gətirdiyim  bu  bir  bənddə  dediyimin  təs-
diqini görmək çox da çətin deyil və onu da deyim ki, bu gün 
yaxınlıq - təbiətlə insan qovuşaqlığı Xanəlinin təbiətlə bağlı 
yazdığı  “Təbiət  oxuyur”,  ”Ay  işığında”,  ”Dəyməz”,  ”Payız 
duyğuları” və digər şeirlərində də özünü göstərir.
Onun  motivlərində  güclü  vətənpərvərlik  hissi  du-
rur.  Xan əli  müəllimin  “Toğluqayanın  Savalana  məktubu” 
şeirində  bir  qəribə  məziyyət  var.  Xanəli  müəllim  Güney-


345
li,  Quzeyli  Azər baycanı  ifadə  etməyə  çalışır.  Özünün  poe-
tik  tərzində,  danışığında  o  qədər  gözəl  ifadələr  işlədir  ki, 
adam, həqiqətən, həsəd aparır. Xanəli müəllimin “Gecikmiş 
məhəbbət” şeirini oxuyarkən adam öz keçmişinə heyifsilənir. 
Sanki pessimistə qapılırsan. Amma Xanəli müəllim irəli çox 
gözəl addım atır. Onun bir çox şeirlərində nikbinlik görsənir. 
Mən  burada  Hüseyn  Razi  cəsarəti  görürəm.  Burda  mən 
Məmməd Araz poetikası görürəm. Burda mən Cavid fəlsəfəsi 
görürəm.  Burdan  görünür  ki,  Xanəli  müəllim  çox  müdrik 
adamdır.  Bu,  həqiqətən  də  belədir.  Hüseyn  Razi  cəsarətlə 
çıxış edəndə hamı təəccüblənirdi ki, bəlkə buna bir xətər dəyə 
bilər.
Şairi üzə çıxaran istedaddırsa, onu da üzə çıxaran əlamətlər 
olmalıdır. Xanəli müəllim demişkən, istedad həmişə zəhmət 
qarşısında  əyilir,  çünki  onun  irsi  imkanlarını  zəhmət  orta-
lığa  çıxarır.  Xanəli  müəllim  istedadı  ilə  yanaşı,  həm  də  çox 
zəhmətkeş şairdir. Mən Xanəli müəllimin şeir kitablarının iki-
sini də oxumuşam. Arabir özünü danlamaq, arabir küsmək, 
keçmişə  qayıtmaq,  arabir  gələcəyə  baxmaq.  Bütün  bunları 
cəmləşdirəndə Xanəli müəllim gələcəyə çox nikbin baxır. 
Sizin vaxtınızı çox almayım deyə, mən Xanəli müəllimin 
özünün şəxsi məziyyətlərindən də bir-iki kəlmə demək istə-
yirəm.  Biz  Xanəli  müəllimlə  yol  yoldaşı  olmuşuq.  Xanəli 
müəllim geniş düşüncəyə, dərin idraka malikdir. Şairlər şeiri 
emosiya ilə yazırlar. Bu mövqedə Xanəli müəllimin yüksək 
emosiyası vardır. Bu emosiya onun istər siyasi, istərsə də sev-
gi motivlərində yazdığı şeirlərində özünü büruzə verir. Onu 
deyim ki, Xanəli müəllim çox sürətlə zirvəyə doğru gedir. Bu 
amalla Xanəli müəllim müdrikliyə doğru gedir. Mənim çox 
sevdiyim bir ifadə var. Sokrat demişdir: “Gözləmə ki, qocalıq 
sənə müdriklik gətirsin, onu cavanlıqda qazanmaq lazımdır”.
Bundan sonra biz Xanəli müəllimdən çox böyük yaradı-
cılıq  gözləyirik.  Xanəli  müəllim  elə  sözlər,  ifadələr  işlədir 
ki, vaxtilə o sözləri, ifadələri bizim kəndlərdə köhnə kişilər 
işlədib,  indi  daha  işlədilmir.  O  sözləri  Xanəli  müəllim  bizə 
bəxş etmişdir. Xanəli müəllimə irəliyə çox inamlı addımlarla 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə