XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə92/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   88   89   90   91   92   93   94   95   ...   99

353
racaq.  Əlbəttə,  Xanəli  müəllimin  bu  kitabda  toplanan  bədii 
nümunələr barədə çox geniş danışmaq mümkündür. Çünki 
şairin özü də, ön sözdə qeyd etdiyi kimi, sözü zorlayan şair 
deyil, sözü zorla ipə-sapa düzən şair deyil, təbii və ilk iste-
dadın gücü ilə yazan şairdir. Bu yığcam sözlərimin sonunda 
Xanəli müəllimin özünün kitabına yazdığı qeydlərdən birini 
xatırlatmaq  istəyirəm:  “Tələbələrim  məndən  tez-tez  soruşurlar: 
“Yaradıcı adamlar üçün istedad əsasdır, yoxsa zəhmət”. Həmişə ca-
vabım birmənalı olub: Hər ikisi, üstəgəl şəxsiyyət”. Bu mənada, 
Xanəli müəllim sayı çox olmayan Azərbaycan şairlərindəndir 
ki, istedadla zəhmətsevərliyi və bunların hamısından ucada 
duran bir nəcib şəxsiyyəti bir-birini tamamlayır.
Əlli  yaşını  tamamlayan  Xanəli  müəllimi  bizim  tələbə lə-
rimiz  adından,  onun  poeziyasının  pərəstişkarları  adından 
təbrik  edirik,  uzun  ömür,  cansağlığı,  bundan  sonrakı  ədəbi 
fəaliyyətində də, yeni-yeni kitablar ilə görüşə gəlmək arzusu 
ilə də bir daha təbrik edirəm.
Aypara  Behbudova:  Bu  gün  mən  Xanəli  müəllimlə  bağ-
lı  bir  xatirəni  danışmağı  özümə  borc  bilirəm.  Mən  Xanəli 
müəllimin  tələbəsi  olmuşam.  Bizdə  mətbuat  tarixini  tədris 
edirdi. Lap dəqiqliyi ilə desəm 1997-ci lin yanvar ayının 13-
də  bizdən  imtahan  götürürdü.  Sualların  ikisini  danışdım. 
Birdən mənə belə bir sual verdi. De görüm Naxçıvanda han-
sı  şairləri  tanıyırsan?  Mən  yalnız  bunlardan  üçünün  adını 
çəkə  bildim.  Bərk  əsəbiləşdi  və  dedi:  “Dəhşətdi.  Naxçıvanlı 
olasan,  Naxçıvandakı  şairləri  tanımayasan.”  Qiymət  kitabçasını 
əlimə verdi və dedi ki: “Mən sənə qiymət yazmayacağam”. Bəlkə 
də  bir  az  kobud  səslənəcək,  amma  mən  Xanəli  müəllimə 
dedim  ki:  “Xanəli  müəllim,  biz  bu  gün  mətbuat  tarixindən  im-
tahan veririk, yoxsa, Naxçıvan şairlərindən?” Ancaq onu da de-
yim  ki,  şairlərdə  başqa  insanlara  xas  olmayan  bir  xasiyyət 
olur.  Onlar  tez  kövrəlirlər.  Ümumi  zala  sual  verdi,  gördü 
ki, hamı mən gündədir. Qiymət kitabçamı aldı və könülsüz-
könülsüz  bir  dörd  (4)  yazdı.  Universitetin  həyətində  şairə 
Kəmalə Ağayeva ilə qarşılaşdım. Kəmalə Ağayevanın bacısı 
Aybəniz Ağayeva mənimlə bir kursda idik, amma qrupları-


354
mız ayrı idi. İmtahanın gedişini soruşdu, dedim ki, Naxçıvan 
şairlərindən sual verdi, bilmədim. Kəmalə Ağayevanın rəngi 
dəyişdi,  dedi  necə  yəni  bilmədin?  Kəmalə  müəllimə  mənə 
dedi, haralısan? Dedim ki, Şahbuzdan. Dedi, öz həmyerlini 
tanımayandan sonra məni haradan tanıyacaqsan? Doğrusu, 
bu dəhşətin nədən ibarət olduğunu bilməyə-bilməyə sağolla-
şıb ayrıldıq. Səhərisi günü Kəmalə Ağayeva özünün “O dağ-
larda gözüm qaldı” şeir kitabını hədiyyə yazıb göndərmişdi. 
Sizi inandırım ki, 165 səhifədən ibarət olan o kitabı mən dörd 
gün ərzində əzbərlədim. Tale elə gətirdi ki, işim kitabxana-
da müasir ədəbiyyatla bağlı oldu. Sizin də şeirlərinizi tapıb 
oxudum və düşündüm. Şair qarşısında oturub şairi tanıma-
maq, dəhşətdən də dəhşət imiş. Bu dəhşəti anladığım üçün, 
bu dəhşətin təkrar olunmaması üçün Sizin üçün, kitabxana 
kollektivinin köməyi ilə bugünkü məclisi təşkil etdim. Nəinki 
Sizin  şeirlərinizi,  kitablarınızı,  hətta  doğulduğunuz  günü, 
ayı, ili, məkanı belə tanıtmaq üçün:
 
 Günahkaram,
 nə əmr etsən hazır durmuşam. 
 Ucalıqdır bağışlamaq, bağışla məni.
 Necə deyim, dar ayaqda könül qırmışam.
 Dəlisiyəm, kövrək bulaq bağışla məni.
 Ucalıqdır bağışlamaq, bağışla məni.
Aypara Behbudova: Çıxış üçün söz Mehriban Sultanovaya 
verilir, universitet elmi kitabxanasının işçisi.
Mehriban Sultanova: Bu gün biz fəxrlə deyə bilərik ki, uni-
versitet ədəbi mühiti Naxçıvan ədəbi mühitində özünəməxsus 
və xüsusi yer tutur. Bu ədəbi mühitin Əbülfəz Muxtaroğlu, 
Elbəyi Maqsudov, Xanəli Kərimli kimi, eyni zamanda onların 
bugünkü davamçıları olan Elxan Yurdoğlu, İlqar Qulubəyli 
kimi  nümayəndələri  artıq  oxuculara  tanışdır.  Və  digər  bir 
tərəfdən, bu ədəbi qüvvəni lazımınca də yərləndirən, onu saf-
çürük edən başda hörmətli alimimiz İsa müəllim olmaqla Hü-
seyn Həşimli kimi, Seyfəddin Eyvazov kimi, Yavuz Axundlu 


355
kimi bizim ədəbiyyatşünas tənqidçilərimiz məhz bu universi-
tet mühitində mövcuddur. Bu gün 50 illik yubileyinə toplaş-
dığımız şairin həm də oxucularla ikinci görüşü olan “Anam-
dan  məktub”  adlanan  şeir  kitabının  müzakirəsinə  yığışmı-
şıq.  Mən  bu  kitabı  oxuyarkən  onu  şairin  daxili  monoloqu, 
içindən gələn etirafı adlandırmaq olar. Hər şeydən əvvəl, şair 
vətənini,  millətini  sevən,  vətəndaş  bir  şairdir.  Onun  elə  bir 
şeiri yoxdur ki, onun hər sətrində, hər sözündə vətəndaş şair 
olduğunu duymamış olaq.
Nə zamandır “döyüş” gedir
“xeyir”lə “şər” arasında,
Əvəzində neçə fəsad
rişə atıb
bu millətin yarasında.
“Xeyrimiz” də millət deyir
“Şərimiz” də millətdir, 
Qaçanın da millətdir deyir,
Qovanın da millətdir. 
Canıyla əlləşən millət,
qalıb yollar arasında...
Mənə elə gəlir ki, bugünkü millətin yaşantılarını, bugün-
kü aqibətini bundan cəsarətli, bundan dolğun təsəvvür etmək 
mümkün deyil. 
Xanəli  müəllim  bəşəri  hisslərlə  yaşayan  şairdir.  Onun 
bəşəri ideyaları təbliğ edən şeirlərini oxuduqca İsa müəllimin 
bu  sözlərini  bir  daha  təsdiqlədim  ki,  əyalətdə  yaşamaqla, 
əyalətçi düşüncəyə malik olmaq eyni mənaya malik deyil. Və 
yaxud da, Məmməd Arazın yenicə çapdan çıxmış “Sənətdə son 
mənzil olmur” kitabında Aşıq Ələsgər haqqında yazdığı kimi, 
uzaq  əyalət  mühitindən  də  mənzili  görmək  olar  və  dünya-
nın diqqətini ora yönəltmək olar. Və bu halı Xanəli müəllimin 
yaradıcılığına da şamil etmək olar. Xanəli müəllimin fəlsəfi 
görüşləri ilə, zəngin məna çalarları ilə yüklənmiş şeirləri ilə 
bağlı  burada  xüsusilə  danılışdı.  Xanəli  müəllim  xalqa  bağlı 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə