XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə91/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   87   88   89   90   91   92   93   94   ...   99

350
Lakin  bəzi  qeydlərimi  demək  istəyirəm.  Əvvəla,  Siz 
təbiətin gözəl guşələrindən olan təbiəti görmüsünüz, Batabatı 
görmüsünüz. Siz bizim gözəl guşələrimizdən olan Şahbuzda 
böyümüsünüz. Sizdə təbiət təsviri azdır. Onu çoxaldın. Çün-
ki  yaradıcılığınıza  yaxından  bələd  olan  bir  coğrafiyaçı,  bir 
təbiət adamı kimi görürəm ki, sizin buna imkanınız çatar.
Mən Sizə daha böyük nailiyyətlər arzu edirəm. Sənət yol-
larında, poeziya yollarında uğurlar arzulayıram. Sizə cansağ-
lığı və xoşbəxtlik arzu edirəm. 
Aypara Behbudova: Çıxış üçün söz filologiya elmləri nami-
zədi Hüseyn Həşimliyə verilir.
Hüseyn Həşimli: Hörmətli Xanəli müəllim, hörmətli tədbir 
iştirakçıları.
Bu  gün  mənim  üçün  çox  xoşdur  ki,  poeziyamızda  öz 
səsi,  öz  dəst-xətti  ilə  özünəməxsus  deyim  və  duyum  tərzi 
olan  istedadlı  bir  qələm  sahibinin  ikinci  kitabının  təqdimat 
mərasiminə toplaşmışıq və bu mərasim də çox əlamətdardır 
ki,  şairin  əlli  illik  yubiley  mərasimlərinə  təsadüf  etmişdir. 
Mən etiraf edim ki, Xanəli müəllimin şeirlərini onun özündən 
əvvəl  tanımışam.  1985-ci  ildə  “Azərbaycan  müəllimi” 
qəzetinin 20 sentyabr tarixli sayında (o zaman mən 4-cü kursda 
oxuyurdum)  “Toğluqayanın  Məmməd Araza  məktubu”  adlı 
şeiri  çap  olunmuşdur.  Həmin  şeiri  o  zamanın  tələbələrinin 
çoxu əzbərləmişdir. Və qiyabi şəkildə bildik ki, bu qələm sa-
hibi bizim həmyerlimizdir. “Azərbaycan müəllimi” qəzetinin 
4-cü səhifəsində yazılmışdı. Şeirin altında Xanəli Kərimli və 
Naxçıvan  sözləri,  daha  doğrusu,  Şahbuz  yazılmışdır.  Daha 
sonra, iş elə gətirdi ki, Xanəli Kərimli ilə ikinci qiyabi tanış-
lığım “Ulduz” jurnalında dərc edilən “Cənubi Azərbaycanda 
demokratik  nəsrin  ilk  addımları”  adlı  məqaləsi  ilə  oldu. 
Na mizədlik dissertasiyası ilə bağlı idi. Və tale ilə gətirdi ki, 
üçüncü  tanışlığım  şəxsən  oldu.  Akademiyanın  Ədəbiyyat 
İnstitutunda  80-ci  illərin  ikinci  yarısında.  Xanəli  müəllim 
yəqin ki, xatırlayar, İnstitutun direktoru Yaşar müəllimin qə-
buluna növbəyə durmuşduq. Xanəli müəllim məndən əvvəl 
idi.  Mü dafiə  ərəfəsi  idi,  əlində  sənəd  vardı,  onu  imzalada-


351
caqdı. Tam səmimi deyirəm, bax, elə də səmimi qəbul edin. 
Uzaqdan  gördüm,  yaxınlaşdım  ki,  Siz  naxçıvanlısınız?  Və 
sonra  məlum  oldu  ki,  bəli,  elə  naxçıvanlıdır.  Elə  o  zaman-
lardan  bizim  çox  səmimi  əlaqələrimiz  yarandı.  Bu  giriş  xa-
rakterli  söhbəti  ona  görə  xatırladıram  ki,  Xanəli  müəllimin 
şeirlərinin  özü  oxucu  diqqətini  cəlb  edir.  Xanəli  müəllimin 
elmi məqalələrinin özü elmi-ictimaiyyətin diqqətini cəlb edir. 
Şeirlərində  də,  elmi  araşdırmalarında  da  Xanəli  müəllimin 
mənim  fikrimcə,  ən  böyük  üstünlüyü,  bənzərsizliyi  vardır. 
Xanəli müəllimin namizədlik dissertasiyası elə bir vaxta, elə 
bir mövzuda yazıldı ki, o zaman hər adam o mövzuda dis-
sertasiya yaza bilməzdi. O cəsarət çox az adamda tapılardı. 
Sovet dövründə Cənubi Azərbaycan ədəbiyyatından disser-
tasiya yazan tək-tək Azərbaycan ədəbiyyatşünaslarından biri 
Xanəli müəllim idi. Bu da bir tale qisməti, bu da bir simvo-
liklik  idi  ki,  Şimali  Azərbaycanda  yaşayan  Xanəli  Kərimli 
Cənubi  Azərbaycan  nəsrindən  dissertasiya  yazdı,  uğurla 
müdafiə etdi. Elmi rəhbəri də cənublu oldu. Rəhmətlik pro-
fessor Həmid Məmmədzadə. Xatırladım ki, Xanəli müəllimin 
bu araşdırmaları bu gün də davam edir. Xanəli müəllim dok-
torluq dissertasiyası üzərində çalışır. Yəni şairliklə bərabər bir 
ədəbiyyatşünas kimi araşdırmalarını da davam etdirir. Xanəli 
müəllimin  ali  məktəbdə  Cənubi  Azərbaycan  ədəbiyyatının 
tədrisi metodikası adında çox maraqlı elmi-metodiki kitabi da 
çap olunub, bugünkü araşdırmaların məntiqi nəticəsi kimi.
Həm duyum. həm də deyim tərzinin yeni şəraitdə davamı 
və inkişafı son vaxtlara qədər, ədəbiyyatşünaslığın ifadəsi kimi 
desək,  neosufizm  mərhələsini  səciyyələndirdən  nümunələr 
də  birbaşa  Xanəli  müəllimin  işi  ilə  özünü  göstərir.  Xanəli 
müəllim Azərbaycan xalq aşıq şeirinin, folklor ənənələrinin 
dərin  bilicisi  olan  həm  ədəbiyyatşünas,  həm  də  qələm  əhli 
kimi, şair kimi göz önündə dayanır. Kitaba yazdığı ön sözdə 
də  qeyd  edib:  nağılların,  əfsanələrin,  xalq  rəvayətlərinin 
uşaqlıqdan dinləyicisi olan, belə bir mühitdə böyüyən şairin 
şeirlərindən də, yaxşı mənada, folklor ətri gəlir. Hətta onun 
ayrı-ayrı şeirləri vardır ki, nağıllar, xalq əfsanələri, məsəllər, 


352
rəvayətlər  əsasında  yazılıb.  Bu  meylin  davamı  kimi  Xanəli 
müəllimin müasir nağıl sayıla bilən şeirləri də var.
Xanəli  müəllimin  şeirlərində  bir  cəhət  də  diqqəti  cəlb 
edir. Bu da şair üçün diqqətəlayiq önəmli cəhətlərdən biridir. 
Hətta ən adi predmetlərin, ilk baxışla adi gözlə görünməyən 
hadisələrin və detalların poetik mənasını bədii sənət dili ilə 
açıb  göstərməsi  Xanəli  müəllimin  diqqətəlayiq  xidmətləri 
kimi göz önündə dayanır. Hətta çoxumuzun fikir verməyimiz 
elə detallar var ki, Xanəli müəllimin onlara poetik məna ve-
rir.  Məsələn,  bir  qədər  də  simvolik  forma  olsa  çoxumuz 
küçələrdə  dolaşanda  sahibsiz  küçə  itlərini  görürük.  Amma 
fərqinə varmamışıq ki,  şair də bunun  fərqinə varar.  Bu po-
etik duyğuda bir assosiyasiya, bir rabitə var. Şairin xəyalına 
gəlir bu küçə itləri, sahibsiz və hətta ziyanvericiliklə məşğul 
olan küçə itləri. Bir zamanların ulu keçmişimizdə bəy babala-
rın ov mərasimlərinin qəhrəmanı sayıla bilən ov itləri olub. O 
cəsurluğun, o cəsarətin yerini indi sahibsiz küçə itləri tutub. 
Şairin poetik yozumunda bunlar arasında təzadlı məqamlar 
bədii sənət dili ilə diqqət mərkəzinə çəkilir. 
Xanəli  müəllim,  Səfəralı  müəllim  çox  dəqiqliyi  ilə  qeyd 
etdi, kənd şairidir. Kənddə böyüyüb boya-başa çatan və elə 
uşaqlıqdan yaddaşına kənd ovqatı, kənd psixologiyası yazan 
və bu gün də şeirlərində yaşadan bir şairdir. Və bu poetik ya-
şatmanın bətnində bir az da nisgil də var, bir az həsrət də var, 
bir az övlad borcunu daha yaxşı yerinə yetirə bilərdim arzu-
sundan doğan ifadələr var. Xanəli müəllim kəndin uzaqdan 
seyircisi  deyil,  kəndin  ağrıları  ilə,  problemləri  ilə  ovqatı  ilə 
yaşayan bir şairdir. Bu mənada müzakirəsinə toplaşdığımız 
kitabın ən dəyərli nümunələrdən biri kimi “Təbil” poemasını 
qeyd etmək lazımdır. 1970-ci illərin Azərbaycan poeziyasında 
kənd həyatına, kənd mühitinə, kəndin ağrı-acısını duymaq və 
kəndi yaşatmaq istiqamətində çağırışı baxımından Məmməd 
Arazın “Atamın kitabı” xüsusi rol oynadı. Mən əminəm ki, 
bu  kitab  yenicə  çap  olunubdur.  Xanəli  müəllimin  “Təbil” 
poeması müasir Azərbaycan poeziyasında kənd mövzusun-
da  uğurlu  təcəssümlərindən  biri  kimi  geniş  səs-səda  doğu-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə