XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə94/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   91   92   93   94   95   96   97   98   99

359
Məramsız millətin əzəldən bəri,
Başında qoz qırıb məramlı millət.
Vətənin də alıb, şanın da alıb,
Əvəzində verib dərdü- səfalət.
Şair həmişə öz şeirlərini bugünkü gəncliyə ərməğan edə-
rək  deyir  ki,öz  məqsədinizdən,  məramınızdan  heç  vaxt 
dönməyin.
Xanəli müəllimim şeirlərində vətən duyğuları ilə yanaşı, 
anaya, bacıya məhəbbət, onun həyatdan vaxtından əvvəl köç 
etmişlərinin xatirələrinə olan sosuz ehtiram hissi də diqqəti 
cəlb  edir.  Bu  mövzuda  yazdığı  şeirləri  oxuyarkən  istər- 
istəməz düşünürsən, duyğulanırsan, kövrəlirsən.
“Anamdan  məktub”  şeirində  şair  bütün  analarımızın  ob-
razını  ümumiləşdirərək  onların  ürəyindən  keçən  arzuları, 
niskilləri öz anasının dili ilə deyir:
Yaman soyumusan, kənddən kəssəkdən,
Yadlar tək,bir quru salamın qalıb.
Yadına düşürmü, məni o kənddə,
Bir həzin laylamı çalanım qalıb?..
Bu şeirdə nə qədər böyük bir məna vardır. Şair bu sözləri 
ilə bütün gəncliyi, bütün xalqını öz anasının başına çağırır və 
bugünkü gəncliyin də öz anasının qədrini bilməsini istəyir. 
“Anamdan məktub” kitabında daxil olan şeirlər mövzu və for-
ma baxımından da rəngarəngdir. Burda, demək olar ki, şeirlər 
bir-birini məzmun və ideya baxımından tamamlayır. Burda 
hər  bir  şeirin  öz  məna  çalarlığı  vardır.  Bu  şeirlər  içərisində 
diqqəti çəkən şeirlərdən biri də “Sağlığına” şeiridir. Demək, 
bir tələbə şairə sual verir deyir ki, şair, mən bilmək istəyirəm, 
Məmməd Araz yüksəkdir, yoxsa Xəlil Rza Ulutürk? Şair de-
yir ki, bu sualın qarşısında bir anlıq özümdən utamdım, qısıl-
dım. Tələbələr də hiss etdilər ki, mən pis vəziyyətə düşdüm. 
Axı, biz nəyə görə şairlərimizi bir-birindən üstün tutmalıyıq. 
Hər şairin öz dünyası, öz dəsti- xətti var, hər birinin həyata, 


360
cəmiyyətə,  dünyaya  öz  baxışı  var.  Bəs  deyilmi,  biz  böyük 
şəxsiyyətlərimizi qarşı-qarşı qoya-qoya məhv elədik?.. 
Mən  Xanəli  müəllimdə  Məmməd  Araz  ruhu  görürəm. 
Məm məd  Araz  da  Şahbuz  torpağının  yetirməsidir,  Xanəli 
Kə  rimli də. Buna görə də, əminliklə deyə bilərəm ki, Xanəli 
müəlli min şeirlərində Məmməd Araz duyumu daha çoxdur. 
Bundan başqa, ustad Şəhriyarın, Xəlil Rza Ulutürkün də du-
yumunu biz bu şeirlərdə hiss edirik.
Nəhayət, mən sözümü Xanəli müəllimin bu 50 illik yubile-
yində ona yazdığım bir şeirlə tamamlamaq istəyirəm: 
Həyata gözünü açdığın gündən,
Ağrılar açılar həmdəmin olub.
Zamanın girdabı, dərdi, kədəri,
Sənin həm sevincin, həm qəmin olub.
İllər gəlib keçdi, neçə bu illər,
İllərin yükünü tək çəkdin, qardaş,
Vaxtsız dən düşəndə qara saçlara,
Kövrəltdin ananı, bacını, qardaş.
Bəzən öz- özünə xəyala daldın,
Sən millətin, xalqın qeydinə qaldın.
Vətənə baş əydin, Haqqa ucaldın.
Haqqın yanındadır məqamın,qardaş.
Ömrün dolanbaclı bu yollarında,
Özünə düz yolu seçmisən, qardaş,
Xalqımın gələcək səadətiçün,
Borandan, çovğundan keçmisən, qardaş.
Ömrün 50 ilin yola salırsan,
Bu ömür özü də tale qisməti,
Sən öz qələmində, əsərlərində,
Yaşatdın zamanı, əbədiyyəti.
Gün o gün olsun 100 illiyinizi qeyd edək!.. Sağ olun!..


361
Aypara  Behbudova:  Çıxış  üçün  söz  AMEA-nın  müxbir 
üzvü, universitetimizin rektoru İsa Həbibbəylinindir.
İsa  Həbibbəyli:  Bu  görüş  mənim  üçün  də  əlamətdar  və 
qiy mətlidir.  Birinci  ona  görədir  ki,  artıq  mən  görürəm  ki, 
bizim  kitabxanamız,  universitetimizin  kitabxanası  öz  sta-
tusuna  uyğun  olaraq,  nəhayət  kitabxana  və  təhsil  və  tədris 
vəhdətini  yaratmaq  istiqamətində  faydalı  işlər  görür.  Yeni 
kitabların  təqdimatı  istiqamətində  kitabxananın  işlərini 
mən  də  qiymətləndirirəm.  Universitetimizin  kitab  yazan 
müəllifləri  sırasında  qabağa  düş məkdə,  onları  auditoriya-
lara  çatdırmaqda,  onlara  meydan  verməkdə  kitabxana  işi-
ni  qiymətləndirirəm.  Düzdür,  bu  görüş  kitabxanada  olmalı 
idi. Ancaq  iqlimlə,  hava  ilə  əlaqədar  burda  keçirdik.  Burda 
keçirtmənin də öz əlaməti vardır. Bu kitabların ən yaxşı oxu-
cusu  bu  fakültə  olmalıdır.  Mən  qeyri  fakültələrin  şeir  oxu-
madıqları  qənaətində  deyiləm.  Əksinə,  bəzən  qeyri-ixtisas 
fakültələrində elə mütaliəçi müəllimlər, tələbələr olur ki, hətta 
ədəbiyyatçılar onlardan geri qalır. Təzə çıxan kitabları bəzən 
elə ondan soruşurlar. Amma hər halda ədəbiyyatçıların borcu-
dur kitab oxumaq. Onların işidir bu. Ona görə bu gün bu kita-
bın müzakirəsinin tarix-filologiya fakültəsində keçirilməsini 
də tamamilə məntiqi və qanunauyğun hesab edirəm. Nəzərə 
alsaq ki, həm də müəllif də bu fakültənin müəllimidir, onda 
bu görüşün burada keçirilməsi tamamilə öz yerinə düşür.
Mən  Xanəli  müəllimin  yaradıcılığını  bir  neçə  ildir  ki, 
izlə yirəm.  Tələbəlik  illərindən  Xanəli  müəllim  nə  yazıbsa 
onu  oxumuşam.  Və  Xanəli  müəllimin  bu  kitabını  oxuma-
mışam. Amma tamam kamal vərəqləmişəm. Ancaq mən bu 
kitabı  oxumuş  hesab  edirəm.  Çünki  müxtəlif  illərdə  Xanəli 
müəllimin  yazıları  mətbuatda  çap  olunub.  Mən  də  bunları 
oxumuşam.  Artıq  “Ay  işığı”,  “Anamdan  məktub”  kitabları, 
dövrü mətbuatda çap olunan şeirləri Xanəli müəllimin yeri 
və mövqeyi haqqında söz deməyə ədəbiyyatşünaslığı möhtac 
edir. Burda bizim kitabxanaçı müəllimənin çıxışının müəyyən 
bir hissəsini mən dinlədim. Çox səmimi və elmi məruzə idi. 
O  da  çalışırdı  ki,  adi  kitabxanaçı  gözü  ilə  baxsa  da,  Xanəli 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə