372
gözü daha ağırlıq təşkil edir. Xanəli Kərimlini tanıyan hər
bir kəsdən soruşanda, deyəndə, mənə elə gəlir ki, adamın
gözünün qarşısında şair canlanır. O, özünü ədəbiyyatımızda
bir şair kimi tanıtmışdır, təsdiq etmişdir. Şair öz şeirlərində
dəfələrlə yazır ki:
Bu vecsiz dünyaya, bu kainata,
Son sözüm, ön sözüm şeirlərimdir.
Mən daha çox Xanəli müəllimin şeir yaradıcılığı haqqın-
da danışmaq istəyərəm. Müəlim olduğu kimi hər bir şairin,
yazıçının özünəməxsus fərdi sənətkarlıq xüsusiyyətləri, yara-
dıcılıq üslubu olur. Ümumi cəhətlərlə həm də fərdi keyfiyyət
bir şairi, digər sənətkardan fərqləndirir. Xanəli Kərimlininn
yaradıcılığında özünəməxsus sənətkarlıq xüsusiyyətlərindən
biri də o, özündən əvvəlki sənətkarlar tərəfindən işlənmiş
mövzulara müraciət edir. Ancaq müsbət cəhət odur ki, on-
ları təkrarlamır. O müraciət etdiyi mövzuya yeni forma
və məzmun verməyi bacarır. Öz nəfəsi ilə o mövzunu isit-
məyi bacarır. Poetik fikir söyləməyi bacarır. Mən fikrimi
dəqiqləşdirmək üçün nümunələr gətirmək istəyərdim. İnsa-
nın, dünyanın dərdi-kədəri haqqında nə qədər şeirlər yazı-
lıbdır. Ulu türk ozanı Aşıq Veysəlin burada birbənd şeirini
demək istəyərdim.
Dərdimi demərəm dərdsiz insana,
Dərd çəkməyən dərd qədrini biləmməz.
Dərdin mənə dərman imiş sən demə,
Heç bir zaman gül tikansız qalammaz.
Ancaq Xanəli müəlliminin deyimində bu başqa cürdür. Yəni
mövzu eyni olsa da, münasibət başqadır. Xanəli müəllim deyir ki:
Məni silkələmə, silkələsən sən,
Üstümdən, başımdan dərd töküləcək.
Dünyanın üzünü su alan kimi,
Dünya dərd içində ölüb gedəcək.
373
Biz çox eşitmişik ki, insanın üz-gözündən dərd tökülür.
Dərd əlindən dağa çıxmaq, dərdinin əlində əlacsız qalmaq.
Ancaq ilk dəfədir ki, bu poeziyada rast gəlirik ki:
“Məni silkələmə, silkələsən sən,
Üstümdən, başımdan dərd töküləcək.”
Yaxud, şair dediyi kimi, dərdi o qədər böyükdür ki:
“Dünyanın üzünü su alan kimi,
Dünya dərd içində ölüb gedəcək”.
Yəni şairin dərdi o qədər çoxdur ki, dərdini desə dünyalar
onun içində ölüb gedəcək.
Gəzmə məzarımı torpaq altında,
Mən şeirlərimdə dəfn olunmuşam.
Yaxud da:
Şeirim də, sözüm də duyğularımın,
Bir də zamanımın şəkilləridir.
Gördüyünüz kimi, adi bir hadisəyə poetik məna ver mə-
yi bacarır. Şair üçün, sənətkar üçün bu, ən yüksək keyfiy-
yətlərdəndir.
Xanəli müəllimin yaradıcılığında ən yüksək keyfiyyətlər-
dən biri də o az sözdə dərin məna ifadə etməyi bacarır. Elə
mətləblər var ki, ona yüzlərlə misra həsr etmək olar. Ancaq
əsl sənətkar odur ki, az sözdə dərin bir məna ifadə edə bilsin.
Ulu Nizaminin fikrincə desək:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Xanəli müəllim az sözdə dərin məna ifadə edə bilir.
Sözə qiymət verməyi bacarır. Belə olmasaydı : “Mən sözdən
374
qorxuram, Tanrıdan qorxan kimi” yazmazdı. Və onun yazdığı
“ İkiliklər” başlığı altında olan fikirlər, demək olar ki, atalar
sözü çəkisi qədər ağır aforizmlər səviyyəsindədir:
Yediyi çörəyə dönük çıxan kəs,
Haqqacan çatsa da haqqa yetişməz.
Tərəzi daşında durarsa oğru,
Tərəzi heç zaman işləməz doğru.
Zatında ucalıq olmayanları,
Nə qədər ucaltsan olmaz vüqarı - və s.
Göründüyü kimi, iki misrada çox dərin məna vardır. Və
mən onu qeyd etmək istəyərdim ki, elə şeirlər var ki, onları
təbliğ etmək fikri ilə razılaşmamaq da olar, ancaq elə şeirlər
vardır ki, onları təhlil etmək, yazmaq nə qədər çətindir. Ona
görə ki, şair o şeiri yazan zaman keçirdiyi hissləri, düşün-
cələri, duyğuları onu təhlil edən adam o qədər lərzə gəlməli,
həyəcanlanmalı, şair qədər narahat olmalıdır ki, o əsərə düz-
gün rəy və təhlil verə bilsin. Xanəli müəllimin yaradıcılı-
ğında bu cür çətin təhlil olunan şeirlər çoxdur. Yəni bizim
adi hesab etdiyimiz misralarda görürsən ki, çox ağır bir
məna yükü vardır.
Xanəli müəllim həm də təbiət şairidir. Təbiətin vurğunu-
dur. Onun bu mövzuda qələmə aldığı elə bir şeiri yoxdur
ki, orada təbiət canlı və təbii görünməsin. Həm də o, təkcə
təbiətin gözəlliyini təsvir etmir. Təbiəti insan həyatına təsir
edən bir varlıq kimi göstərir. Təbiətlə insan arasında bir
vəhdət yaradır. Ən çətin, ən dar ayaqda belə təbiətə söykənir,
təbiətlə dərdləşir. Belə olanda şairin təbiət şeirlərində insan
təbiətin, təbiət də insanın bir parçasına çevrilir – vəhdətləşir,
bütövləşir.
Ulu Məmməd Araz yazırdı ki, “Anadan, bacıdan gizlətdiyimi,
Kağızdan, qələmdən gizlətməmişəm”. Xanəli müəllim, bəlkə də,
ehtiyat edib kağızdan qələmdən gizlətdiyi sirləri təbiətlə bö-
375
lüşüb. Belə olmasaydı, yazmazdı ki: “Ən çətin məqamda, ən
çətin anda, Daşlar da insanın dərddaşı olur”.
Yaxud:
Daşlarla dil tapsan, görərsən ki, sən,
Onların da qəlbi, düşüncəsi var.
Daşı duya bilməz daş ürəklilər,
Daşların daşdilli zümzüməsi var.
Həqiqətən də, təbiətə bağlı olmayan insan, şair heç zaman
təbiət duyğularını bu cür ifadə edə bilməz.
Xanəli müəllim, elinə, obasına, doğulduğu torpağa bağlı
bir şairdir. O, demək olar ki, həyat fəaliyyətinə, yaradıcılığa
başladığı vaxtdan bu günə qədər qabarlı əlləri ilə çörək qa-
zanması, kənd həyatında yaşaması, böyüməsi ilə fəxr edir,
qürur duyur. Elə əsərlərindən də bu duyğunu, bu hissləri
görmək olar.
Xanəli Kərimlinin yazdığı “Təbil” poeması müasir dövr
kənd həyatını əks etdirən əsərlər içərisində ən qiymətli
əsərlərdən biridir. Bu gün bizim ən ağrılı yerimiz olan
kəndlərin boşalıb şəhərlərə axını başladığı bir vaxtda Xanəli
Kərimlinin belə bir mövzuya müraciət etməsi və tam olaraq
o mövzunu işləyərkən gənclərimizə gözəl nəsihətlər verməsi,
kəndlərin gözəl təsvirini verməsi, həqiqətən də, insanda bir
anlıq da olsa belə o yerləri qoyub gəldiyi üçün təəssüf hissi
yaradır. İtirdiyi, çata bilmədiyi arzulara, bəlkə də, kənddə qo-
vuşacağı ümidi ilə yaşayır. Onun bu poemasında kəndə çağı-
rış, kökə qayıtmaq çağırışıdır. Şairin özü ən çətin məqamında,
ən çətin anlarda, xəstələnəndə belə kəndə gedəndə, doğma
yurduna-ilk beşiyinin yırğalandığı, ilk ana laylasını eşitdiyi
ocağa dönən də bir də geri qayıtmaq istəmir. Ona görə də şair
bu hisslər başqa bir şeirində də dilə gətirir və deyir:
Loğman qardaş, dağa düşcək güzarım,
Burda yoxa çıxır dərdim, azarım.
Dağlar, sizdə qoy qazılsın məzarım...
Dostları ilə paylaş: |