366
inkişafında Naxçıvan mühiti böyük rol oynamışdır və mü-
hit onu böyük bir şair kimi tanıtmışdır. Xanəli Kərimli artıq
yeni bir epoxadakı bizim müstəqillik dövrü ədəbiyyatımızı
təmsil edən tanınmış şairlərin cərgəsindədir. Məncə bu az-
dır, Xanəli Kərimli yaradıcılığı daha geniş dairələrdə ta-
nınır. Bu gün Xanəli Kərimlinin geniş, iri həcmli şeirlər ki-
tabının çap olunması və həmin kitabın rəğbətlə qarşılan-
ması Xanəli Kərimlinin coğrafiyasının genişliyini göstərir.
İl boyu Xanəli Kərimlinin şeirlərini və onun məqalələrini
Türkiyə mətbuatından oxuyuram. Xanəli Kərimli Türkiyə
mətbuatında da fəal təmsil olunur. Türkiyə oxucusu da Xanəli
Kərimlini yaxından tanıyır. Pakistanda keçirilən beynəlxalq
ədəbiyyat konqresində, İranda keçirilən konfransda, eyni
zamanda Türkiyədəki Yunis İmrə konqresində Azərbaycanı
ləyaqətlə təmsil etmişdir. Belə olan halda Türkiyədə, Pakis-
tanda, İranda Azərbaycan şeirini təmsil edən, ona xidmət
edən sənətkar kimi diqqəti cəlb edir. Xanəli Kərimlinin yara-
dıcılığı haqqında yəqin ki burada geniş danışan olacaq. An-
caq bir neçə ana xətləri deməyi özümə borc bilirəm. Xanəli
Kərimli Azərbaycanda vətəndaşlıq lirikasının bu gün çox ta-
nınmış nümayəndələrindən biridir. Onu deyim ki, bu sahədə
bir boşluq vardır. Bu dəqiqədə ədəbiyyatda bir keçid dövrü
yaşayırıq. Ona görə burada forma axtarışları, mövzu axtarış-
ları davam edir. İnanıram ki, bu da özünün böyük nəticələrini
verəcəkdir. Ona görə bu ənənəsi olan vətəndaşlıq lirikası-
nın da görkəmli nümayəndələri dünyasını dəyişmişdir. Biz
Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Məmməd Arazın, Hü-
seyn Razinin və başqalarının vətəndaşıq lirikası sahəsində
yaratdıqları böyük ədəbiyyatları dövlət kimi qəbul edirik. Bu
gün Azərbaycanda vətəndaşıq lirikasını, poeziyasını təmsil
edən Zəlmixan Yaqub, Rüstəm Behrudi və bir necə beləsinin
adını çəkə bilərik ki, onlardan biri də Xanəli Kərimlidir. Yax-
şı cəhətdir ki, vətəndaşlıq lirikasından yazanda bəzən ideya
sənətkarlıqdan qaynaqlanır. Bu adamlar sənətkarlıq lirikasın-
dan yazanda böyük sənət nümunələri meydana qoya bilirlər
ki, onlar vətəndaşlıq duyğusu ilə milli düşüncə ilə forma,
367
sənətkarlıq bir-birini tamamlayır. Müşahidə edirəm ki, Xanəli
Kərimli yaradıcılığında vətəndaşlıq poeziyası ilə, vətəndaşlıq
idealları ilə onu ifadə vasitələri, onu təmsil edən bədii vasitələr
bir-birini tarazlayır. Bu artıq yetkin bir sənətkarın formalaşdı-
ğını aydın şəkildə xəbər verir. Xanəli Kərimli yaradıcılığın-
da mən bir maarifçi tərəf də görürəm. Ədəbiyyat özü elə bir
maarifçilik hərəkatlarından biridir. Bəzən maarifçilik anlayı-
şını məktəblə, müəllimlə, tələbə ilə, şagirdlə əlaqələndirirlər.
Xeyr. Mən hesab edirəm ki, cəmiyyətin inkişafına fayda verə
biləcək təsir göstərə biləcək, müdrik poetik düşüncə o poe-
tik maarifçiliyin nümunəsidir. Xanəli Kərimli son 4-5 ildə bu
barədə söz də aça bilərdi. Və Xanəli müəllim poetik maarifçi
nümunələrini cəmiyyətə, yeni nəslə, insanlara mənəvi dünya-
mıza işıq sala biləcək yeni maarifçi baxışlarını poetik şəkildə
meydana qoyur. Yaxşı cəhətdir ki, burada ucuz nəsihətçiliyə
getmir. Onda böyük maarifçilik səviyyəsinə qalxa bilməzdi.
Mən Xanəli Kərimlini yaradıcılığını sənətkarlıq baxımından
da görürəm. Demək olar ki, onun haqqında yazılanların
hamısını oxumuşam. Bu yönümdən də Xanəli Kərimli çox
irəli getmişdir. Onun yaradıcılığı təkcə ideyalarından de-
yil, düşüncələrlə deyil, həm də orijinal bədii vasitələrlə çox
zəngindir. Xanəli Kərimli şeirlərində özünəməxsusluğunu
ifadə etmişdir, öz üslubunu tapmışdır. O yalnız Xanəli
Kərimlidir. Bu ədəbiyyat üçün böyük bir nailiyyətdir. Bir
cəhəti də demək istəyirəm ki, Xanəli Kərimlinin elə şeirləri
vardır ki, elə bil ki, Xanəli Kərimli onu birnəfəsə yazıb. Elə
bil ki, onları yazmağa macal tapmayıb. Elə bir nəfəsə de-
yib. İçindən gəlib və yetkindir. Sanki cümlələr bir-birinin
içindədir, bir-birini tamamlayır. Şəxsən mənə bədahətən ya-
zılmış, deyilmiş şeirlər kimi gəldi. Ən nəhayət onu deyim ki,
Xanəli Kərimli haqqında kifayət qədər yazılar vardır. İki kitab
gözümüzün qabağındadır. Bir filologiya üzrə fəlsəfə doktoru
Sabir Bəşirovun Xanəli Kərimli haqqında ayrıca monoqrafi-
yası çap olunub, ikincisi isə bu günlərdə Xanəli Kərimlinin
nəşr olunmuş üç kitabı əlimizdədir. Xanəli Kərimlinin bun-
dan əvvəl bu ilə qədərki haqqında yazılanlar kitab halında
368
çap olunmuşdu. Bu il isə Xanəli Kərimlinin əvvəlki kitab-
larına düşməyən məqalələrdən ibarət sanballı bir kitab ha-
zırlanmışdır. Hesab edirəm ki, bütün bu deyilənlər Xanəli
Kərimli haqqında materialları toplamaqla daha sanballı kitab
yazmaq olar və çox lazımdır. Bir şeyi də qeyd edim ki, Nax-
çıvanda yaşayıb yaradan şairlərin yaradıcılıqları haqqında
yazılar yazan, söz deyən onun müasirləridir. Naxçıvanda ya-
ranan ədəbiyyatşünaslıq artıq böyük ədəbiyyatşünaslıq üçün
zəngin material verə bilər. Bu gün yubileyini qeyd etdiyimiz
Xanəli Kərimli haqqında, hətta bu gün burada iştirak edən,
iştirak etməyən sənətkarlarımız haqqında sanballı əsərləri
Naxçıvanda yaşayan ədəbiyyatşünaslar, filologlar ortaya qo-
yacaqlar.
Xanəli Kərimli yaxşı müəllimdir. Uzun illərdir mən Xanəli
Kərimlini tanıyıram. Mən hələ bir tələbənin şikayətçi, nara-
zı oldu ğunu görməmişəm. Bütün tələbələr Xanəli Kərimliyə,
onun düşüncə tərzinə, müəllimlik bacarığına hörmətlə ya-
naşırlar, o yaxşı müəllim kimi özünü təsdiq edibdi. Xanəli
Kərimli bizim universitetdə idarəçilik sistemində çalışıb. Xa-
rici tələbələrlə iş üzrə fakültəsinin dekanıdır. O fakültənin
imkanları çox genişlənib. Artıq universitetdə 10 ölkədən 350-
dən çox tələbə vardır. Ölkələri saymaq istəyirəm. Rusiyadan,
Türkiyə Cümhuriyyətindən, Misir Ərəb Respublikasından,
Cənubi Koreyadan, Banqladeşdən, Nigeriyadan, Qazaxıstan-
dan, Türkmənistandan daha bir neçə ölkələrdən tələbələrimiz
vardır. Çoxluq Türkiyə Cümhuriyyətindəndir. Ancaq digər
dövlətlərdən də artmaqda davam edir. Biz həmçinin bu işin
çoxalmağında da maraqlıyıq. Çünki beynəlxalq imic qazan-
maq üçün xarici tələbələrin də olması əsas faktordur. Xanəli
Kərimli xarici tələbələrin dilini başa düşən və yaxud da dilini
tapan bir müəllimdir, bir təşkilatçıdır. Mən Xanəli Kərimliyə
bir insan kimi dəyər vermək istəyirəm. O, Naxçıvanda ya-
şayıb, yaradan, çalışan kamil bir vətəndaşdır, mükəmməl
bir ziyalıdır. Xanəli Kərimli ildə bir neçə dəfə öz müasirləri
haqqında məqalələr yazır. Xanəli Kərimli digər yazıçıla-
ra ağırlıq verən yazıçıdır. Ədəbiyyatşünaslığa, elmə ağırlıq
Dostları ilə paylaş: |