XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə2/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   2   3   4   5   6   7   8   9   ...   99

6
inkişaf  mərhələsində  geniş  mənada  maarifçilik  missiyasını 
yerinə yetirməklə həm də o, böyük vətəndaşlıq işini də həyata 
keçirmiş  olur.  Həmin  qəbildən  olan  bədii  nümunələrdəki 
obrazlı  düşüncə,  bədiilik,  sərrast  fikir  söyləmək  qabiliyyəti 
və müdriklik birləşərək yeni tipli ədəbiyyatın yaranması ilə 
nəticələnir.
Məlum  olduğu  kimi,  klassik  nəsihətnamələrdə  öyüd-
nəsihətlərin, tövsiyə xarakterli yığcam fikirlərin irəli sürülməsi 
ilə kifayətlənmişlər. Xanəli Kərimlinin təqdimatında isə müd-
rik fikir obrazlı düşüncə vasitəsilə ifadə olunaraq cəmiyyətə 
ədəbiyyat donunda ayaq açır.
 
İnsansız və şeytansız dünya suyu sovulmuş dəyirman kimidir.
Sadəlik də istedad kimi elə bir dəyərdir ki, hər adamda ola bilməz.
Tarix cəsurların tərcümeyi-halıdır.
 
Bu  tip  poetik  cizgiləri  olan  didaktik  ruh  Xanəli  Kərimli 
“İkiliklər”ində də qabarıq surətdə müşahidə olunur.
Ümumiyyətlə,  Azərbaycan  ədəbiyyatında  məsnəvi  for-
ması, beyt forması mənasında ikiliyin çoxəsrlik tarixi vardır. 
Lakin, məlum olduğu kimi, məsnəvilərdə də beytlərdəki cüt 
misralar klassik formada, məsələn, qəzəl, yaxud qəsidə for-
masında yazılmış şeirlərin tərkib hissəsi kimi iştirakçılardan 
biri qismində təmsil olunurlar. Bu halda həmin beytlər yazıl-
mış şeirin izlədiyi qafiyəyə tabe olur, şeir boyu ifadə edilməsi 
müəyyən  olunmuş  ümumi  fikrin  meydana  çıxması  üçün 
hazırlıq  funksiyasını  həyata  keçirirlər.  Xanəli  Kərimlinin 
“İkiliklər”ində isə hər ikilik özü ayrılıqda müstəqil bir şeirdir 
konkret fikrin, mətləbin ifadəsinə xidmət edir.
                
 
 
O qədər yüksəyə ucalma ki, sən
  Yerə düşəndə də əzilməyəsən.
***
  Yediyi çörəyə dönük çıxan kəs,
  Haqqa can atsa da, Haqqa yetişməz.


7
***
Bəlkə də Günəşsiz yaşardı cahan,
Sözsüzsə bu cahan olardı viran.
***
Yalançı dilində söz olar yalan,
Söz öz qiymətini alar doğurdan.
***
Zatında ucalıq olmayanları
Nə qədər ucaltsan olmaz vüqarı.
Beləliklə, “İkiliklər” Xanəli Kərimli yaradıcılığında qabarıq 
tə zahür edən, onun yaradıcılığının novatorluğu kimi meyda-
na çıxan əsərlərdir.
Xanəli  Kərimli  həm  də  tanınmış  alimdir.  Onun  1987-ci 
ildə «Cənubi Azər bay can demokratik ədəbiyyatında hekayə 
janrının  inkişafı»  mövzusunda  müda fiə  etdiyi  namizədlik 
dissertasiyası  Cənubdakı  soydaşlarımızın  nəsr  yaradıcılı-
ğına  həsr  olunmuş  birinci  elmi-tədqiqat  işidir.  Professor 
Həmid  Məmmədzadənin  elmi  rəhbərliyi  ilə  hazırlanmış 
həmin sanballı araşdırma, ümumiyyətlə, Cənubi Azərbaycan 
ədəbiyyatına  həsr  olunmuş  əhəmiyyətli  elmi  əsərlərdən 
biridir.  Hazırda  Xanəli  Kə rimli  bir  neçə  ildir  ki,  «Cənubi 
Azərbaycan  ədəbiyyatında  satira»  mövzu sun da  doktorluq 
dissertasiyası üzərində araşdırmalarını davam etdirir. O, yeni 
dövr Azərbaycan ədəbiyyatşünaslığında tanınmış cənubşünas 
alim kimi tanınır. Bundan başqa, Xanəli Kərimlinin görkəmli 
dövlət  xadimi,  tanınmış  siyasətçi  ümummilli  liderimiz 
Heydər  Əliyev,  Nizami  Gəncəvi,  Cəlil  Məmməd qu lu zadə, 
Hüseyn Cavid, xalq şairlərindən Rəsul Rza, Məmməd Araz, 
Bəxtiyar  Vahabzadə,  Xəlil  Rza,  xalq  yazıçıları  Anar,  elm 
xadimlərindən  Məmməd  Cəfər  Cəfərov,  Abbas  Zamanov, 
Camal  Mustafayev,  prof.  Maarifə  xanım  Hacıyeva,  filologi-
ya üzrə elmlər doktorları Muxtar Kazımoğlu, Asif Rüstəmli, 
Hüseyn  Həşimli,  Cənibi  Azərbaycan  ədəbiyyatının  tanın-
mış  nümayəndələri  Məhəmmədhüseyn  Şəhriyar,  Abbas 


8
Pənahi  Makulu,  Həmzə  Fəthi  Xoşginabi,  Səməd  Behrəngi, 
Məhəmmədəli  Fərzani,  çağdaş  qələmdaşlarından  Azər  Tu-
ran, Elman Həbib, Vaqif Məmmədov, Akif Axundov, Zeyqəm 
Vüqar,  Əli  Rza  Xələfli,  Əllabbas  Bağırov,  Sona  Vəliyevaya 
həsr  etdiyi  məqalələr  də  müasir  elmi-nəzəri  dəyərləndirmə 
ilə  şair  fəhmindən  doğan  münasibət  bir-birini  tamamlayır. 
Aşkar hiss olunur ki, Xanəli Kərimli şairürəkli alimdir. Xanəli 
Kərimlinin  elmi  əsərlərində  elmi  mülahizələr  və  qənaətləri 
şairlikdən  gələn  obrazlı  düşüncə,  bədii-emosional  yanaşma 
kimi xüsusiyyətlər səciyyələndirir.
İkinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
deputatı  ol muş  Xanəli  Kərimli  xalqla  ünsiyyətin,  seçici  tələb-
karlığının da «dadını» yaşa mış dır. Bu məqamda elmdən gələn 
dünyagörüşün,  şairlikdən  doğan  bədii-emosional  düşüncənin 
vəhdəti Xanəli Kərimliyə nəinki öz ətrafı, bütövlükdə geniş xalq 
küt lələri arasında rəğbət qazandırmışdır. Eyni zamanda, xalq-
la ünsiyyət şair üçün zəngin bədii materiala çevrilmişdir. Hər 
halda,  Xanəli  Kərimlinin  deputatlıq  dövrü  şerlərinin  ictimai 
dəyəri daha qabarıq görünür.
Müəllim-təşkilatçı kimi də Xanəli Kərimli səmərəli fəaliy-
yət göstərir. O, Naxçıvan Dövlət Universitetində bir müddət 
Bey nəlxalq Əlaqələr Şöbəsinə uğur la rəhbərlik etmiş, imkan 
daxi lində  doğma  ali  məktəbin  əlaqələrinin  inkişaf  et di ril -
məsinə  dəstək  vermişdir.  Universitetin  Xarici  tələbələrlə  iş 
üzrə dekanı kimi də Xanəli Kərimli universitetimizin yaxın-
uzaq  ölkələrdən  gəlmiş  tələbələ rin də  dərin  ixtisas  biliyi  ilə 
yanaşı, Azərbaycan sevgisinin formalaşmasına ürəklə xid mət 
edir. Bir müəllim kimi də Xanəli Kərimlini tələbələri yüksək 
qiymətlən dirir lər. Heç şübhə yoxdur ki, son otuz ildə Nax-
çıvan  Dövlət  Universitetində  tələbə  ikən  qələmə  sarılıb  şeir 
yazan gənc şairlərin mütləq əksəriyyətində şeir odunu Xanəli 
Kərimli  alovlandırmışdır.  O,  universitet  ədəbi  gəncliyinin 
«Məliküş-şüərası»dır.
Nədənsə  Xanəli  Kərimli  haqqında  az  yazılmışdır.  Həm 
də  hələlik  Xanəli  mü əl lim  barəsində  tam  layiqincə  araşdır-
malar apa rılmamışdır. Yazılarımızın ço xu  səmimi dost sözü, 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə