XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə8/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   4   5   6   7   8   9   10   11   ...   99

29
Ocaqların səngiməyən közü mən,
Ocaq közüm, şimşək sözüm qalırmı?
Sözləri  poetikləşdirən,  fəallaşdıran,  ədəbi-bədii  dilimi-
zi  formalaşdırıb  inkişaf  etdirən,  yüksək  zirvələrə  qaldıran, 
sözsüz ki, qələm əhlidir. Bu yolda kimin nə qədər rolu varsa, 
onun dili ilə müəyyənləşdirmək olar, kimin nə kimi iş gör-
düyünü  bilmək  istəyiriksə,  bunu  onun  üslub  keyfiyyət  və 
yenilikləri aşkara çıxarır. Hər bir üslubun öz leksikasını yarat-
maq həqiqəti də bəllidir. Və ümumi üslub çərçivəsində şairin 
öz fərdi üslubunun leksikası da az iş görmür. Bu leksikada 
elə bir söz tapmaq çətindir ki, o, poetik dilə xidmət etməsin. 
Sözlərdə gizlənən fikirləri aşkara çıxarmaq şair dilindən bö-
yük ustalıq tələb edir. Və maraqlıdır ki, fikirləri gizlədən, qo-
ruyan da dildir, onun aşkara çıxaran da. Sözlər bəzən fikirləri 
ifadə  edəndə  qeyri-adilik  qazanır.  Düşünürsən,  necə  olub 
ki,  indiyədək  bu  sözü  eşitməmisən?  Halbuki,  sözlər  tanış-
dır,  lakin  onların  yeni  anlamları  ilə  təzəcə  tanış  olursan  və 
sözlərin içində gizlənənlər bircə anda “mən də varam” deyir. 
Poetik  heyranlıq  da  buradan  yaranır.  Heyrət  doğurmayan 
söz poetik ola bilməz. Çünki poetik söz adi söz deyil, neçə 
yüzillərdir ki, işlənən və hamıya bəlli olan vahid deyil, şai-
rin  poetik  təfəkküründən  barınan  mənəvi  sərvətdir,  şairin 
düşüncələrinin dilidir.
Şairin  üslub  keyfiyyətlərini  tanıdan  yeganə  material  ob-
razlı sözdür. Onun gücündən asılı olan çox şey var. Bu güc 
nəticəsində gözlənilməz mənalar üzə çıxır, dilin sehrinə dü-
şürsən.  Şairin  sözləri  insanı  həyəcanlandırmağı,  ürəkləri 
təlatümə  gətirməyi,  düşünməyə  vadar  etməyi  bacarmırsa, 
onun özünəxaslığını təyin etmək, söz deyənlərin imzaları ara-
sında imzasını sezmək mümkün deyil. Ağıllı adamlar sözdən 
qorxublar. Onun vahiməsi, gözlənilməzliyi, insanı alçaltmağı 
və ya ucaltmağı var. Xalq şairi Nəbi Xəzri deyirdi:
Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahan da insanı,


30
Vaxt olar ki, bircə anda insanı
Əlli ilin hörmətindən salar söz.
Bu məsuliyyəti dərk edib qiymətləndirən Xanəli Kərimli 
sözləri yersiz işlətmir, onun məqamlarını axtarıb tapır. Doğ-
rudan  da,  sözlə  oynamaq  çətindir.  Bunu  hamı  bacarmaz. 
Dünyanın söz deyənləri həddən artıq ağır məsuliyyət qarşı-
sında dayanıblar və indi də dayanırlar. İllər uzunu gözəl söz 
və fikirləri ilə insanı valeh edənlər belə bircə dəfə sözü ucuz-
laşdırsalar, söz də onları qiymətdən salar. Ona görə də insanı 
insan edən dil, həm də onun qorxu yerlərindən biridir. Dilin 
sözlərinə ehtiram bəsləyənlər, ona diqqət və qayğı ilə yana-
şanlar, onu sevənlər və məqamında işlədənlər həmişə uğur 
qazanıblar. Bir də ki, söz ürəkdən, ruhdan gəlməlidir. Mikayıl 
Müşfiq necə də yerində deyirdi:
Ey bütün dünyanın söz deyənləri,
Ruhun dodağına tutun neyləri!
Xanəli Kərimlinin dilində şairlərin ünvanına fərqli dəyər 
var – o, şairləri qəriblərin anası, tanrının söz hanası adlan-
dırır:
Şair qərib anasıdır,
Tanrının söz hanasıdır.
Nadan çətin qanasıdır,
Sən, ey nadan, qıraqda dur.
Xanəli  Kərimli  ruhla  yazır,  ürəyindən  və  ağlından  qələ-
minə  axan  sözlər  oxucunu  onun  səmimiliyinə  inandırır. 
Şeirlərinin birində şair sözü “Haqqın nuru” hesab edir:
Bir rübabın nəsimiyəm,
Həm pərdəsi, həm simiyəm,
Mən Haqqın divanəsiyəm,
Sözüm də haqqın nurudur.


31
Söz təsirli olmasa, bədii zövq yarada bilməz. Söz aləminin 
dərinliyi  və  genişliyi  var.  Həyat  təzadlarla  dolu  olduğu 
kimi,  burada  da  qəribə  bir  təzad  var:  bu  dərinliyə  endikcə 
yüksəlirsən.  Söz  qarşısında  baş  əymək,  onun  səcdəsinə 
enmək  onu  yeni  qatları  ilə  işlətmək  vərdişi  formalaşdırır, 
şərəf gətirir, qüdrət yaradır: poeziya şərəfi, şairlik (söz demək) 
qüdrəti! Ola bilər ki, söz yeni olmasın və onun yeni mənası 
da üzə çıxmasın, yetər ki, söz yeni təsir gücünə malik olsun. 
Bunun üçün onun düşdüyü mühit – yer aldığı şeir mətni çox 
önəmlidir. Çünki mətndən kənarda söz adidir, anlamsızdır, 
onun nə demək istədiyi mətn daxilində daha qabarıq bilinir. 
Söz təkcə fikrin donu deyil, həm də məzmunlu formasıdır. 
Xanəli  Kərimlinin  yaradıcılığında  belə  formalar  bolluğu  se-
zilir. O, heç kəsi təkrar etmir, özünəməxsus poetik nəfəsi ilə 
yazır və insanlara, yaxınlara, yadlara, nəhayət, özünə demək 
istədiklərini  dilə  gətirir.  Həqiqi  poeziya  deyim  forması  ilə 
müəyyənləşir. Deyim tərzi fikirləri üzləşdirir. Şairin şeirlərini 
oxuduqca bir daha inanırsan ki, “şeir ruhun məchul səsini böyük 
bir qüvvə ilə ifadə edən, insanın xarici və daxili aləmi ilə bərabər bü-
tün varlığını nağıl edən bir şəklidir. Əsl şeir böyük fikirlər və böyük 
ideallar deməkdir, onun kiçik bir misrasında bəzən böyük bir roman 
olur” (Ə.Ağayev).
Hər bir fikri dil ifadə edir. Xanəli Kərimlinin fikrincə, bəzən 
dili də ifadə edən şeylər var. Məsələn, o, “Azərbaycan bayra-
ğı” şerində “bayraqlar bayraqdarı” olan bayrağımız haqqında 
deyir:
O mənim yad ellərdə
Danışan saf dilimdi.
Vüqarım, ləyaqətim,
Vətənimdi, elimdi.
Şeirlərinin  birində  “qat-qat”  mənasında  olan  və  xalqın 
dilində “çən-çən” kimi işlənən “çin-çin” sözündən istifadə et-
mişdir:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə