XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə4/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   2   3   4   5   6   7   8   9   ...   99

13
yekun baxışı - özünütəhlil kimi ibrətli səslənir. Şairlər təbiət 
etibarilə zamanın gedişi ilə həmişə təzaddadırlar.
Xanəli  Kərimli  zaman  axarında  üzləşdiyi  hər  hansı  haq-
sızlıqları rədd edib. Ancaq həssas ürəklə yazdıqları əsərlərin 
əvəzində zamandan yalnız biganəlik görüb. Belə təzadlı du-
rumla bağlı düşüncələrindən bəzi iqtibaslar edək:
Nəyimdən yarıdım, nəyimdən bezdim,
Elə taraz gəldi xeyrimlə şərim.
Fikrimlə, duyğumla dünyanı gəzdim,
Ancaq heç bir yerdə görünmür yerim.
...Nə qədər and yeri gördüm dünyada
Mənim başqa anda yoxdur ta andım.
Bəzən kafirlikdə suçlansam da mən,
Bəzən də haqq üçün yersiz qınandım.
Şair  keçici  zamanla  bəhsində,  Allah  eşqinə  yaratmaq 
niyyətini üstün tutur:
Bir Allah, bir qələm, bir də ağ vərəq
Mənim son ümidim, son andım olub.
Dövranın şairə biganəliyi mövzusunu düşünəndə Füzuli-
nin şikayətli kəlamları yada düşdü:
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşməni qəvi, tale zəbun.
***
Ey Füzuli, qalmışam heyrətdə, bilməm neyləyim,
Dəhr zalım, bəxt nafərcam, tələb çox, ömr – az.
***
Ey Füzuli, müttəsil dövran müxalifdir sana,
Qaliba ərbabi-istedadı dövran istəməz!


14
***
Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badı-səbadan qeyri.
***
Ey Füzuli, dəhr zalimin firibindən saqın:
Olma qafil, ər kimi tərpən, özün mərdanə tut!
Füzulinin geniş yer verdiyimiz kəlamları şair-zaman ixti-
lafları haqqında əhəmiyyətli təsəvvür yaradır. Füzuli “dövran” 
deyəndə əslində mövcud gedişatı nəzərdə tutur. Bu gedişatın 
istedada qarşı müxalifliyində görür ixtilafların sirrini...
Ancaq aqibəti necə oldu o dövranın – “dəhri zalimin?!”
“Salam  verdim,  rüşvət  deyil,  deyə  almadılar”  dediyi  acgöz, 
kibirli  məmurlar  harda  qaldılar?!  Nədən  onlar  heç  olmasa 
ömründə bircə dəfə bu sonluğu düşünmədilər?!
Füzuli  isə  dövranın  təzyiqlərinə  baxmadan,  insana,  var-
lığa ilahi sevgi ilə yazıb yaratdı. Böyük poetik dühası əsrini 
şöhrətləndirdi, neçə əsrlərə qovuşdu. O, qarışıq mühitdə ya-
ratmağı qəhrəmanlıq, mərdlik rəmzi sanırdı:
“Ey Füzuli, dəhri zalimin firibindən saqın;
Olma qafil, ər kimi tərpən, özün mərdanə tut!”
Beləliklə, Xanəli Kərimlinin “Nəyimdən yarıdım, nə yim-
dən bezdim” şeiri şair taleyi haqqında ciddi fikirlər oyatdı. 
Xanəli  müəllimə,  dövrümüzdə  milli  poeziyamızı  yaşadan 
şairlərimizə  xoşbəxt  tale,  yaradıcılıq  zirvələri  fəth  etməyi 
diləyirəm.
 
 “Kredo” qəzeti,
15 fevral, 2014-cü il.


15
Maarifə Hacıyeva, 
filologiya elmləri doktoru, professor
PAYIZ DÜŞÜNCƏLƏRİ
Məsləki  həkim  olan  rus  yazıçısı  A.P.Çexov  “Həkimlik 
mə   nim  kəbinli  arvadım,  yazıçılıq  isə  sevgilim”  deyərək,  ya-
zıçılığını  daha  çox  sevdiyini  bildirmək  istəmişdir.  Çexovun 
hə kimliyindən çox “sevgilisi” tarixiləşmiş, onun yaradıcılığı-
nın bəlgəsi olmuşdur. XX əsrin Azərbaycan klassiklərindən 
məs ləkcə həkim olan Abbas Səhhət isə məsləkini tərcümeyi-
halı kimi qiymətləndirmiş, “Məs ləkim tərcümeyi-halımdır” yaz-
maqla  həyatının  önəmini  nədə  deyil,  nə  etdiyində  görmüş-
dür. Yaradıcılığını vaxtilə iki məqalədə şərh etməyə çalışdı-
ğım  müəllim  və  alim  həmkarım,  Naxçıvan  Dövlət  Univer-
sitetinin dosenti Xanəli Kərimlini bizdən fərqləndirən onun 
şairliyidir, məsləkini tərcümeyi-halında büruzə verən şairlərə 
ve rilən Allah vergisi, Peyğəmbər xeyir-duasıdır.
2013-cü ildə Xanəli Kərimlinin nəşr olunmuş 540 səhifəlik 
“Payız duyğuları” adlı şeirlər kitabını oxuduqca onun möv-
zula rının  əlvanlığı,  şeirlərində  ifadə  etdiyi  tarix  və  tarixi 
həqiqətlər, milli-mənəvi dəyərlərimizə olan doğma münasibət 
bu şeirlər haqqında söz deməyə, bu şeirləri şərh etməyə haqq 
qazandırır. Kitaba verilən “Payız duyğuları” adı da düşün-
dü rücüdür. Şairin ömrün payız fəslində gördükləri, bildikləri 
və yazdıqları haq qında öz-özünə hesabatıdır.
“Payız duyğuları” kitabında Xanəli Kərimlinin Azər bay-
canın müstəqillyinə qədər yazdığı və müstəqillik günündən 
gü nü müzə qədərki dövrünü əhatə edən bir çox şeirlər top-
lanmışdır.
Azərbaycanımızın  1992-ci  ilə  qədər  və  sonrakı  dövrü, 
bu  günü  bir  tarixi  gerçəklikdir.  Onun  1992-ci  illərdə  yazdı-
ğı “Necə ki…”, 1993-cü ildə yazdığı “Gördüm… görmədim”, 
“Dəli  sa yıqlaması”  şeirlərində  şair  Azərbaycanın  zamanla 
ya şadığı icti mai-siyasi vəziyyətə münasibətini


16
Çox şeylər gördüm bu yaşımda…
Çox şeylər ilişib qaldı yaddaşımda.
Bu millətin
Ömrünün ahıl çağında,
Mühacirət ömrü yaşayan,
Qəlbində əbədi
Vətən nisgili daşıyan, 
Şairini də gördüm,
Alimini də.
…Özgələri sevən kimi,
Özümüzü sevəmmədik.
Özgənin milçəyini fil bildik,
Özümüzün dəvəmizə 
güvənmədik.
…Qoruya bilmədik,
Vətən adlı minillik əmanəti,
Babalardan qalma ləyaqəti, qeyrəti - 
 
- şəklində itirilmiş torpaqlarımızın ağrı-acısını ürək yanğı-
sı ilə ifadə edir.
Böyük dövlət xadimi, ulu öndərimiz, müasir Azərbaycan 
dövlətinin  qurucusu  Heydər  Əliyevin  çoxşaxəli  möhtəşəm 
fəa liyyəti  haqqında  çox  yazılmış,  hələ  çox  da  yazılacaq. 
Tarixdə etdiyi fədakarlıq, gördüyü böyük işlər haqqında hələ 
deyilməmiş həqiqətlər haqqında boş qalan tarixi səhifələr za-
manla dolub öz yerini tutacaqdır.
Xanəli  Kərimli  Azərbaycanın  ictimai-siyasi  həyatına  bir 
xilas kar  kimi  daxil  olan  Heydər  Əliyev  haqqında  yazdığı 
“Onu  zaman  doğmuşdu”  şeirində  şairin  öz  təbirincə  desək, 
“Tanrı  elçisi”,  “Sa hib-zaman”  Heydər  Əliyevin  müstəqil 
Azərbay canın  dövlət  quru cu luğu  işlərində  gördüyü  böyük 
işlər, onun bir çağırışıyla millətin səfərbər olduğu, Azərbaycan 
torpağının hər oğlunun yenilməzlik rəmzini, Heydər Əliyev 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə