XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə14/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   10   11   12   13   14   15   16   17   ...   99

49
mai ideya, fikir baxımından bütün zamanlar üçün müasirdir. 
Çünki  Mirzə  Cəlil  ruhlu  şair  milli  bəlalarımızı,  kədərimizi, 
cəmiyyətdə  baş  alıb  gedən  eybəcərlikləri,  hələ  də  “sağ  olan 
dərdlərimizi”,  sinəmizə  çəkilən  çalın-çarpaz  dağları  poezi-
ya  müstəvisinə  köçürmüşdür.  Xanəli  Kərimlinin  lirikası 
doğ ma  torpağına,  tarixinə,  təbiətinə  bağlıdır.  Yurdunun 
əsrarəngiz  təbiətini,  ən  kiçik  torpağının  hər  qarışını  sevə-
sevə, əzizləyərək vəsf etməklə yanaşı böyük türk dünyasının 
da gözəlliklərini eyni məhəbbətlə qələmə alan Xanəli Kərimli 
ümumtürk aspektindən çıxış edir.
Qoca  türkün  ərənlərindən  biri  kimi  türkün  birliyi,  bü-
tövlüyü  uğrunda  qələmi  ilə  çarpışan,  bütün  varlığı  ilə  türk 
ruhunu yaşadan “Nə mutluyuq türkəm deyə!” səsi gəldikcə 
hayqırmaqdan qürur duyan Xanəli Kərimli!
Şeirlərindəki  dil  gözəlliyi,  təşbehlər,  bənzətmələr  şeirin, 
sə nətin  bugünkü  tələbləri  baxımından  müasir,  yeni  və  ma-
raqlı poetik nümunələrdir. Onun şeirlərində mübarizlik pafo-
su güclüdür. O, oxucuda ata-baba yurdumuzu sevmək, onun 
mü qəddəsliyini,  milli  mənliyimizi,  varlığımızı  göz  bəbəyi 
kimi qorumaq və s. kimi vətənpərvərlik hissləri aşılayır:
Mən bütövdüm, bölən böldü,
Köçən köçdü, ölən öldü.
...Bağrım yandı, bu nə dağdı... dağdı?...
                       ***
Qaysaqlansa da yarası,
Yetməyib vətən qorası,
Döz, ürəyimin parası,
Dərdlərimiz sağdı... sağdı.
Şair “Tanrı törəsi”, “Yer üzünün haqq səsi” olan türk xalq-
ları  sırasında  özünəməxsus  mövqeyi  ilə  seçilən  soyumuzla, 
yurdumuzla fəxr edir:
Üç yüz otuz milyonluq bir sırada mən də varam,
Onunçün də bu günümdə dünənimdən bəxtiyaram.


50
Bu birliyin hərarəti sığışmayır yerə-göyə
Qürur ilə hayqıraraq:
“Nə mutluyuq türkəm deyə!”
“Nə mutluyuq türkəm deyə!”
Xanəli Kərimlinin şeirlərində coşqun vətən, millət və dil 
sev gisi üstünlük təşkil edir. Xanəli müəllim Şahbuz dağları-
nın  qoynunda  böyüyən  dağ  vüqarlı,  saf  bulaqların  suyunu 
içən  təmiz  ürəkli,  saf  niyyətli  şairdir.  O,  kövrək  və  ifalı  şa-
irdir. Arabir keçmişinə boylanaraq xatirələrlə baş-başa qalır, 
onları çözür, kövrək məhəbbət hisslərini astaca tərpədir, ya-
şanmışları bu ahıl çağında bir daha yada salır:
Sən dedin: “Sevən kəs yalvarsın gərək”,
Mən dedim: “Yalvaran qəlb oğrusudur”.
Sən dedin: “Sevən kəs qul olsun gərək”,
Mən dedim: “Qul olmaq can qorxusudur”.
                                 ***
Sən dedin, mən dedim... ötüşdük belə,
Nə sən deyən oldu, nə də mən deyən.
Görüşdük, ayrıldıq, küsüşdük belə, 
Hərdən xatirədir qapımı döyən.
Yaşanmış xatirələrini yerbəyer edən “gecikmiş məhəbbət haq-
qında ballada”da söyləyir, ahıl sevgisinin şirinliyini dilə gətirir:
Hər ömrün öz sevgisi,
Hər sevginin öz çağı var
Bir yandan düyün vuranın
Bir yandan da açmağı var.
Xanəli  Kərimli  lirikasında  Şəhriyar  şirinliyi,  Məmməd 
Araz duzu vardır:


51
Ey dağların könül açan havası,
Bulaqların zümzüməsi, havası,
Qartalların səngiməyən davası,
Sizi deyib bu dağlara dönərəm
Vallah, sizsiz yaşamaram, ölərəm!
Və ya başqa bir şeirində:
Mən nənəmin əlçimini pozanda
Anam məni qarğıyardı, döyərdi
“Sənin kimi nadinc dəcəl balanı
Düşmənimə tuş olmasın” – deyərdi. 
– misraları özündə ustad Şəhriyar şirinliyi daşıyır.
“Ayağa dur, Azərbaycan!” deyərək xalqa müraciət edən Məm-
məd  Araz  harayına  səs  verən  Xanəli  Kərimli  bu  harayın  sə-
bəblərini, məqsədini ürək yanğısı ilə izah etməyə çalışmışdır.
Sən adlı bir vətənimizdə vətənsizik, hörmətsizik,
Vətənsizlər vətən edib indi səni, Azərbaycan!
Sənsiz bizim bundan belə yaşamağa haqqımız yox,
Haqlı ikən haqsızlaşan haqqı talan Azərbaycan!
Bəsdi daha özgələrdən çarə umdun dərdinə sən,
Dərdlərinin çarəsi də sən özünsən, Azərbaycan!
Şair öz dərdimizi özümüzün çözməli olduğumuzu bir daha 
bəyan edir. Bunun üçün isə hər bir vətəndaş öz məsuliyyətini 
dərk etməli, əməli fəaliyyət göstərməlidir. Şairin bu misraları 
gənclik üçün həyəcan təbilidir.
Yaşadığı təzadlı dünyada insanların mənəvi-sosial ehtiyac-
larını  poeziya  predmetinə  çevirən  və  öz  yozumları  ilə  bu 
prob lemləri çözməyə çalışan, hamının vəzifə və funksiyaları-
nı bölüş dürdükdən sonra:
Beş əli alımlı
bir əli verimli,


52
Üzü bazar,
İçi azar dünyada
Bəs sən kimsən
Ay Xanəli Kərimli? 
– deyərək özünə sual verən şair bir çox şeirlərində bu sualı 
özünəməxsus şəkildə cavablandırsa da, sonda yenə haqq dər-
gahının yolçusu olması qənaətində qalır:
Mən Tanrının yolçusu,
Tanrıdır mənim ağam.
Onunçün də atəşi
Sönməyən bir ocağam.
Ağrılı  şair  həm  də  dərin  inam  sahibidir.  “Hər  qaranlıq 
gecənin,  bir  işıqlı  gündüzü  var”  misalına  inanır.  İnanır  ki,  bu 
təzadlarla dolu dünya da haçansa məcrasına düşəcək:
İnanıram ki, hər şey yaxşı olacaq
Bütün xəbislikləri, qərəzli pislikləri,
Maskalanmış üzləri, batini əyri-üyrü,
Zahiri dümdüzləri qara torpaq udacaq
Şeytan da əl çəkib şeytanlığından
Əslinə qayıdacaq.
Şairin inam çırağının işığı ilə getdiyi bu yol yenə də Tanrı, 
haqq yoludur. “Mən haqq yolçusunun yol yoldaşıyam” deyən 
şair qardaş! Yolun açıq, qədəmlərin uğurlu olsun! Tanrı özü 
bu millətə dayaq dursun!
 
 “Mədəni-maarif” jurnalı,
 10/11, 2007, səh. 70-71


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə