XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə16/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   12   13   14   15   16   17   18   19   ...   99

56
Təmtəraqadan, gurultulu sözlərdən uzaq olan, bəzən za-
hirən çox adiləşən X.Kərimli şeirinin poetik vüsəti də, məna 
yükü  də  oxucuda  heyranlıq  hissi  yaradır.  Şairin  şeirlərini 
oxuyarkən oxucu elə düşünür ki, şair onunla danışır.
X.Kərimli sözə, şeriyyətə yüksək qiymət verən, yaradıcılıq 
işinə böyük məsuliyyətlə yanaşan şairlərdəndir.
Şeir gərək haqdan gələ,
Zorla şeir yazmaq olmaz.
Haqdan gələn bir sözün də
Nizamını pozmaq olmaz.
 
Şair hesab edir ki, yaradıcılıq yolunda ömür xərcləmədən 
şair olmaq mümkün deyil; Onun fikrincə, ”Günəbaxan ömrü 
yaşayandan şair olmaz”.
X.Kərimli  ikiliklərində  sözə  münasibəti  poetik  düşüncə-
sinin çərçivəsində qiymət verməyə çalışıb.
İnsanı qiymətə mindirən də söz,
İnsan qiymətdən endirən də söz.
 
  
 
***
Bəlkə də Günəşsiz yaşardı cahan,
Sözsüzsə bu cahan olardı viran.
                            ***
Heç zaman cəhd edib çürütmə sözü,
Sözlə təcalladır Allahın özü.
Şair X.Kərimli şerlərində oxucuya tam aydın olan dialekt 
sözlərə və xalq ifadələrinə çox rast gəlinir.
X.Kərimli şeirlərindəki ideya-fikir ardıcıllığı, obrazlılıq və 
səmimilik şairin poetik təfəkkürünün aynasına çevrilir.
Azərbaycanın bir çox qələm sahibləri xalq dilinə məxsus 
sözləri, o cümlədən dialekt sözləri bədii dilə gətirməklə nitqin 
ifadəlilik imkanlarını və sinonim cərgələri artırmışlar.


57
Dialekt  sözlərin  bədii  dilə  gətirilməsi  məsələsinə  dili-
çi  və  ədə biyyatşünas  alimlərin  müxtəlif  yanaşma  tərzini 
nə  zərə  alaraq  tanınmış  alimlərimizin  fikirlərinə  istinad 
etmək  və  münasibət  bildirmək  zərurəti  yaranır.  Akademik 
M.Ş.Şirəliyevə görə “bədii dil bu və ya digər şivə və dialekt söz-
lərinə  ehtiyac  hiss  etmir.Onların  burada  istifadəsi  sadəcə  olaraq 
bədii dilin ifadəlilik imkanlarını zəiflədir, əsərin bədii-estetik təsirini 
azalda bilər”...
Akademik  M.Arif  bu  barədə  yazır:  ”Bədii  ədəbiyyatın  dili 
xalqın ümumi ədəbi dili olmalıdır.Hər söz aydın, konkret, dürüst 
məna  daşımalıdır.  Halbuki,  məhəlli  sözlər,  dialektlər  və  jarqonlar 
çox vaxt bizə bu aydınlığı gətirmir”.
Prof.  Ə.Dəmirçizadə  yazır:  ”Bədii  əsərlərdə  bu  və  ya  digər 
surətin, yaxud surətlərin yerli-məhəlli şəraitlə bağlılığını bildirmək 
üçün  tipik  şivə  sözlərinin  işlədilməsi  məqsədəuyğun  sayılır  və 
ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir”.
S.Səfərov  bu  məsələyə  toxunaraq  yazmışdı:  ”Hər  han-
sı  bir  rayonun  və  ya  yaşayış  məntəqəsinin  həyatını  daha  real  və 
qabarıq  şəkildə  vermək  üçün  yazıçı  o  yerin  mənsub  olduğu  şivə 
xüsusiyyətlərindən istifadə edə bilər.”
Deyilənlərdən  bu  qənaətə  gəlmək  olar  ki,  bədii  dilə  gə-
tirilən  dialektizimlər  kor-koranə  yox,  müəyyən  prinsiplərə 
tabe olaraq gətirilməli, bu dialektizimlər anlaşıqlı olmalıdır.
X.Kərimli  yaradıcılığında  rast  gəlinən  dialektizimlər 
ümum iş ləkliyi  ilə  seçilir.  Məsələn:  səngimək,  gödən,  qal-
maqal, qənşər, güdaz, dühcə, çəlbəri, eymə, qürrələnmə, boyat, 
pərən-pərən, təkəm-seyrək, yadırğamaq, əlçim, daşqır, təpər, 
haylamaq, sümsünmək, alamor, şulum və s.
Şairin şeir və bayatılıarında işlənən dialekt sözlərin bəziləri 
ədəbi dildə olduğu kimi sinonim variantı ilə bərabər verilir. 
Bu  isə  sözün  semantikasını  oxucuya  aydın,  başa  düşülən 
şəkildə çatdırılmasına kömək edir. Məsələn:
 
Qəsdimə,
Qabaq-qənşər qəsdimə.
Canımdan can verdiyim,
İndi durub qəsdimə.


58
   ***
Tərsinə,
Nə uvand, nə tərsinə.
Üzü dönsün taleyin,
Hər şey oldu tərsinə.
Xanəli  Kərimli  şeirlərində  leksik  etnoqrafik  və  frazeoloji 
dialektizimlərə  daha  çox  rast  gəlinir.  Üslubi  cəhətdən  ney-
tral  semantika  ifadə  edən  dialekt  sözlərin  şairin  şeirlərində 
işlədiləməsi dialektizimlərin ifadəli nitq vasitəsinə çevrilməsi 
və  şeir  dilində  estetik  funksiya  daşımasına  zəmin  yaradır. 
Məsələn:
Elə bil, başqa iş qəhətmiş sənə 
Mənlə icəşməklə qatdın başını,
 
  ***
Gah köhnə göründün, gah nimdaş, təzə,
 
 
  *** 
Bir qaya cabında gecələməsək.
 
  ***
Görək gözü dolan sısqa bulaqlar,
Dil tapa bilirmi qarla, boranla.
 
  ***
Görək ayıları qış yuxusundan
Vaxtsız oyatmayıb qar püsəkləri.
Yuxarıdakı  müxtəlif  şeirlərdən  götürülmüş  misralarda 
işlə nən qəhət (tapılmayan), icəşmək (mübahisə etmək), nim-
daş  (köhnə),  cab  (çıxmaq  çətin  olan  sıldırim),  sızqa  (suyu 
çox  az  olan  bulaq),  püsək  (qar  tozanqası)  kimi  leksik  dia-
lekt  sözlərin  hər  birinin  ədəbi  dildə  qarşılığı,  sinonimi  var. 
Bu dialektizimlərin hər birinin mənası oxucu üçün adından 


59
başa  düşülür.  X.Kərimlinin  dilində  işlənən  dialektizimlər 
ümumişlək olduğundan şeir dilinə də qəlizlik gətirmir.
X.Kərimlinin dilində xalq dili üçün səciyyəvi olan ifadəli 
frazeoloji dialettizimlərə də təsadüf olunur:
Sac üstə,
Qovurğayam sac üstə.
Yandım cızdağım çıxdı,
Heç baxmadın sac üstə
Bu  cür  ifadələrin  şeirdə  işlədilməsi  müəllifin  xalq  dilinə 
verdiyi yüksək dəyərin təcəssümü olmaqla bərabər, bədii üs-
luba yeni-yeni ifadəlilik çaları da qazandırır.
Şairin dogulub, yaşadığı bölgədə əhalinin həyat və məişət 
məşğuyliyyəti,  adətləri  ilə  bağlı  məlumatları  ifadə  edən  et-
noqrafik dialektizimlərə müraciət etməsi onun xalq dilindən 
bəhrələndiyini, xalqına bağlılığını təsdiq edir. Məsələn:
Dənim  vaxtsız  başaq  oldu  dənbədən,  torpaqda  itməsin  bircə 
bəlim də,çoban çəlvərisi, quzu küzləri və.s
Göstərilən  dialektizmlər  məhdud  dialektizmlər  sırasına 
daxil olsa da (müəyyən bir dialektə aid olan) misra daxilində on-
ların semantikası qaranlıq qalmır.
Bədii  üslubda  emosionallıq  və  ekspresivlik  dilə  canlılıq 
gətirir.  Bu  keyfiyyətləri  özündə  etiva  edən  sözlər  dilimizin 
ən  təsirli  və  kəsərli  nitq  vahidləridir.  Ümumxalq  dilindən 
fərqli olaraq emosionallıq bədii üslubda daha geniş ifadə im-
kanlarına  malik  olur.İstənilən  söz  xüsusi  üslubi  çalarlıqlar 
nəticəsində emosionallıq və ekspressivlik kəsb edir. X.Kərimli 
şeirlərində sözlərin emosionallıq və ekspressivliyi də yüksək 
səviyyədə özünü göstərir. Şairin dilindəki emosional sözləri 
həm müsbət, həm də mənfi məna kəsb etmək baxımından iki 
yerə bölmək olar.
Şairin dilində müsbət mənalı emosional söz və ifadələrə 
əsasən müraciət, and xarakterli misralarda və ya onun fəlsəfi 
fikirlərində rast gəlinir. Məsələn:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə