XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə19/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   15   16   17   18   19   20   21   22   ...   99

67
Seçəmmədik min illərdir
Kimlər kəsir başımızı,
Kimlər soyur dərimizi.
...Bu millətdir dözür, vallah
Hər ağrıya, hər acıya
Bu millətdir dözür, vallah,
Hər nağıla, tapmacaya
Özgə millət-özgə olar-
Ya məhv edər, ya məhv olar! 
Əsl şair heç zaman özünü düşünmür. Əsl şair əksər vaxt öz 
qayğılarını, dərdlərini unudur. Cəmiyyətlə, həyatla, mühitlə 
nəfəs alır. Bu mənada, Xanəli Kərimlinin şeirləri göstərir ki, 
o, cəmiyyətdən, həyatdan, mühitdən təcrid olunmağı sevmir. 
Ona görə də onun poetik “mən”i o qədər tələbkardır ki, onun 
heç ölçüsünü də müəyyənləşdirmək mümkün deyildir. Onun 
poetik  “mən”i  nəinki  insanları,  həm  də  dünyanı  imtahana 
çəkir, az qala dünyaya meydan oxuyur, onu qınaq yerinə çe-
virir:
Bu dünyanın sevgisi də yalandır.
Qəlbi vaxtsız çalan şahmar ilandır.
Gəl bu dünya ilə dil tap, dolan di,
Astarı nədir ki, üzü nə olar? 
Xanəli  Kərimli  dünyaya  o  qədər  tələbkardır  ki,  hətta  bu 
onu dünyadan üz çevirməyə gətirib çıxarır:
Təpədən dırnağa ağrıdır içim
Qəmim bir ümmandır, dəmim bir içim.
Peşmanam dünyaya gəldiyim üçün,
Əsili nədir ki, özü nə ola? 
Hər şeirin yaranışında şairin mənəvi durumu, onun psixo-
loji  aləmi  böyük  rol  oynayır.  Akademik  İsa  Həbibbəylinin 
sözləri ilə desək, “Xanəli Kərimlinin şeir yaradıcılığında həssaslıq 
və vətəndaşlıq mövqeyi ön sırada dayanır”. İçini kədər, tənhalıq 


68
bürümüş insan heç zaman xoşbəxtliyə qafiyə axtarmır, hətta 
şair insanı insan edən, insanları bir-birinə yaxınlaşdıran kədər 
olduğu fikrini də təsdiqləyərək yazır:
Kainatın sirri də
Onun özünə kədər.
İnsan kədər içində
Öz-özünü kəşf edər 
Şairlərin  taleyinə  bəxt  kəmliyi,  taleyüklü  əzablar,  vətən 
həsrəti, dərd üstdən dərdlər başqalarından daha çox yazılır. 
Bəlkə də bu, ona görədir ki, bu insanların Allaha yaxın qəlbi, 
yüksək hissiyyatı, güclü duyğuları var. Başqa sözlə, həyatın 
amansızlığına, sərtliyinə qalib gəlmək və onun məhvinə qədər 
döyüşkən ruhla yaşamaq, bu insanların alın yazısıdır desəm, 
yanılmaram.  X.Kərimli  Şahbuzun  mavi  göylərinə  oxuduğu 
şeirlərin odunda-alovunda qovrula-qovrula sənət dünyasına 
gəlib. Yana-yana yazıb, yaza-yaza yanıb. Belə olmasaydı:
İçim dərdlər qəbiristanı
Çölüm ruhlar aləmidir.
İçim, çölüm bir atəşgah
Sanki qiyamət dəmidir.
Çölümdən baş açammıram
İçimdən də qaçammıram
Nə sirdir ki, ey yaradan,
Bu atəşgahda yanıram? 
– deməzdi. 
Biz  Xanəli  Kərimlini  həm  bir  şair,  həm  də  bir  alim  kimi 
tanıyırırq. Əlbəttə, şairlik vergidir, alimlik isə onun həyatda 
zəhmətlə  əldə  etdiyidir.  Mən  onun  şairliyi  ilə  alimliyini 
müqayisə etmək istəmirəm. Ona görə ki, o, şair və alim ki-
mi bütövdür. Ancaq bununla belə, Xanəli Kərimli deyəndə, 
mənim gözlərim önündə bir şair obrazı canlanır. Məncə, o, 
nə  qədər  elmi  yaradıcılıqla  məşğul  olsa  da,  100-dən  artıq 


69
elmi məqalələr yazsa da, namizədlik işini çox uğurla müdafiə 
edib,  doktorluq  işi  üzərində  işləsə  də  daha  çox  şairdir.  Nə 
yazırsa-yazsın, şairlik sehrindən azad ola bilmir, hissiyatına, 
duyğusuna və təbinə üstünlük verir. Odur ki, X.Kərimlinin 
tərəzisinin  şeir  gözü  daha  ağır  gəlir.  O,  doğrudan  da,  şair 
kimi  daha  odlu,  alovlu,  üsyankar  və  mübarizdir,  zamanın 
sərhəddinə sığmayandır, dünyanın dərdlərinə dözməyəndir, 
hər şeyə “mənə nə” deyənlərlə barışmazdır:
Çin tasdan qorxan kimi
Üşənirik tənqiddən,
Qorxuruq ki, desək ki, 
Bu əsər, əsər deyil
Sən yazdığın fikri
Deyibdir filan şair.
Və ilaxır və sair...
Kimlərsə küsər bizdən
Sən də denən - mənə nə?!
Mən də deyim - mənə nə?!
O, da desin - mənə nə?!
Bəs görəsən - Kimə nə?! 
Dünyanın əl içi boyda bir yerində, ulu Məmməd Araz torpa-
ğında dünyaya göz açan Xanəli Kərimlinin şeir-sənət dünyası 
kökü min illərin o üzündə dayanan qan yaddaşına söykənir. 
Onun  şeirlərini  oxuyanda  adama  elə  gəlir  ki,  o  şeirlər  bir 
sənətkarın, şairin qələmindən yox, yazı-pozu bilməyən, fəqət 
fitrətən şeir deməyi, sözə ehya verməyi bacaran, ilahi vergi-
nin pıçıltılarını poeziyaya, söz düzümünə çevirən ululardan 
ulu bir kişinin sinəsindən süzülüb gəlir. X.Kərimlinin mayası 
sözlə yoğrulub, sözlə tutulub, nağıl, bayatı ilə cilalanıb. Onun 
poeziyasının  hər  sətrindən  nənələrimizin  bişirdiyi  çörəyin 
ətri,  ulu  babalarımızın  canları  bahasına  qoruduğu  torpağın 
qoxusu  hopub.  X.Kərimli  iliyindən  tutmuş  sümüyünədək 
kənd  ruhunda  köklənib,  torpağa  bağlı  bir  şair  kimi  torpaq 
ətirli, torpaq bərəkətli şeirlər yazıb:


70
Mənə məlhəm olan, mənə can olan
Mənə ilik olan, mənə qan olan,
Səhlab çiçəyinin, kəklikotunun,
Baldırğan, ələyiz, bulaqotunun,
Cacığın, zirincin, çaşır, bolunun,
Quzuqulağının, yarpız kolunun
Gözün yolda qoyub, qəlbin qırmışam
Axı bu şəhərdə nə qazanmışam?... 
Bu misralarda çoxumuzun unutduğu, həmişə kövrək, xoş 
duyğularla xatırladığımız kəndin, torpağın qoxusu bizi vurur. 
Bu misralar bizi bir anlıq da olsa, doğma yurda, keçmişimizə 
qaytarır.  Onun  yaradıcılığında  təbiət  şeirləri  öz  ecazkarlığı 
ilə seçilir. Şairi məftun edən təbiət görüntüləri öz təravətində 
şeirə  gətirilə  bilir.  Vətənin  könül  oxşayan  təbiəti,  doğulub 
boya başa çatdığı Mahmudoba kəndinin gözəllikləri hər an 
X.Kərimlinin gözünün qabağındadır. O, təbiətin özünə layiq 
söz donu biçir. Hissin təsirilə özü necə dəyişirsə, oxucusunu 
da  elə  cığır-cığır,  qaya-qaya,  kol-kol  gəzdirir  və  etiraf  edək 
ki,  insan  elə  gözəl  yerlərdən  ayrıldığına  təəssüf  edir.  San-
ki  yenidən  qanadlanıb  o  təbiətin  ağuşuna  qayıtmaq  istəyir. 
Bəlkə, yalnız o müqəddəslikdə qırılan, yanan, məhv olan ar-
zularına qovuşa biləcəyinə inanır. Ümumiyyətlə, təbiət daim 
şairin hisslərinin tərcümanı olur, içindəki yanğı ilə dağa-daşa 
can  verməyə  çalışır.  Yaradıcılığının  əvvəlində  olduğu  kimi, 
60 yaşında da onun poeziyasında təbiət yenə də əvvəlki kimi 
canlı və qüvvətlidir. Hətta fikirlərinin arxaik formada ifadəsi 
də onun gözəlliyinə və orijinallığına xələl gətirmir:
 Hər addımbaşında çıxır qarşıma
Çoban çəlbərisi, quzu küzləri.
Təzəcə qar getmiş torpaq üstündə
Görünür apaçıq kəklik izləri.
Yaddan  çıxmış,  bir  növ  unudulmaqda  olan  ifadələr 
X.Kərim linin təbiət şeirlərində daha çox yada salınır. O, sərraf 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə