XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə21/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   17   18   19   20   21   22   23   24   ...   99

75
şair qəlbinin iztirabı poetikləşir, bu şeirlər oxucunu da iztirab 
aləminə  çəkib  aparır.  Xanəli  Kərimlinin  iztirabı  poetik  izti-
rabdır. Şairin “Şeir yazmazdan əvvəl” adlı şeirini oxuyanda 
bunun şahidi oluruq:
…Acından ağrı çəkən 
qurd kimi fırlanıram
yazı masamın yanında.
Bir şeirim doğulunca
ya dəli oluram, ya ölü
ömrümün, günümün o anında 
Şairin poeziyası yüksək təlqin gücünə malikdir, çünki şair 
öz “mən”ini milyonların adından danışmaq vasitəsinə çevirə 
bilir.  Bu  poeziyanın  yükü  bər-bəzəksiz  həqiqətdən  tutulub. 
O, poetik və estetik zövq verməkdən əlavə oxucusunu düşün-
dürür. 
Şairin poeziyasının əsas fikir xəttini insan azadlığı müəy-
yən edir. Azad şüur, azad qəlb, azad vətən, azad torpaqdır 
onun lirik qəhrəmanının ali niyyəti:
Qoy bilsin ki, bu zamanın 
Neçə-neçə qılınc ağız,
Köksü ümman mərdi vardı.
O mərdlərin “Azad Vətən”
“Azad dövlət” adlı böyük 
dərdi vardı.
Torpağı yağmalanmış, milləti didərgin düşmüş şairin kö-
nül fəryadıdır bu misralar. Qəlbi hər zaman vətənin xoş bəxt-
liyi, çiçəklənməsi ideyası ilə döyünən şair öz keçmiş əcdadları; 
Dədə Qorqudu, Babəki, Koroğlunu heç zaman unutmur. Onla-
rın  qəhrəmanlıqlarından,  yüksək  mənəviyyatından  vətənpər-
vərliklərindən, yenilməzlik lərin dən dərs almağa səsləyir .
Xanəli  Kərimli  düzlük  pərdəsi  altında  min  bir  oyun-
dan çıxanlarla, xalqın puluna, varına qənim kəsilənlərlə söz 


76
döyüşünə  çıxır.  Axı  şairin,  yazarın  döyüşmək  üçün  qələ-
mindən başqa nəyi var? Amma bir məsələni də qeyd etmək 
yerinə  düşərdi  ki,  əslində  ehtiyac  içində  yaşayan  qələm  sa-
hibinin  yazdığı  xalqa  daha  yaxındır.  Millətin  varlığı  beş-üç 
xalqın sərvətini altına yığıb üstündə oturanlardan ibarət de-
yil. Gündəlik bir qarın çörək üçün həyatı olmazın işgəncə və 
əzablarından keçən insanlarımızın aqibəti həqiqi qələm əhlini 
düşündürməlidir. Onun “Azərbaycan” şeirində biz bunun bir 
daha şahidi oluruq:
Daş-qaşları papağından ağır gələn “kişilərin”,
Alverinə qurban gedən, qurbanı qan Azərbaycan! 
“Oğulların” yad ellərdə dollar yığır dar gün üçün,
Ağsaçlı bir ana kimi darda qalan Azərbaycan!
Min illər bəşərin beynində, şürunda yuva qurmuş məkr, 
hiylə ağılla çarpışmaqdadır. Neçə-neçə talelərin yolunda sərt 
qaya kimi durur, neçə-neçə arzuları puç edir. Şair də “Məni 
qınamasın”  şeirində  bütün  bunları  dilə  gətirir.  Bənd–bənd 
misralarının ovqatına köklənir:
Əyri xətlər kimi əyri adamlar
Birləşə bilirlər istədiyi an.
Parelel xətlər tək düz adamlarsa 
Birləşə bilmirlər heç vaxt, heç zaman.
Şairin  “Hələ  nələr  var”,  “Pul”,  “Dilək”  “Qorumalıyıq”, 
“Ləkə gətirmə” və sadaladıqca adlarını sadalamaq istədiyin 
şeir  lərini oxuduqca göz önündə bugünün mənzərələri canla-
nır.  Bugünümüzdə  yüklənən  beynimizin  ağrı-acıları  misra-
lar içində ah-ufla boylanır. Şərəfi, namusu, mənliyi, ləyaqəti 
misralardan boylanan Xanəli Kərimlinin şeirlərini oxuduqca 
oxumaq istəyirsən. Bu sanballı şeirlərin içində məsum insan 
taleyindən nigaran şairin məddahlığa, yaltaqlığa, qorxaqlığa, 
cəhalətə boyun əyməyən qürurlu ilhamı var.


77
O, şeirlərində ikiüzlü, yaltaq, yalançı, özlərini xoşniyyətli 
kimi göstərən, bəzən ziyalı cildinə belə girə bilən insanların 
da iç üzünü açıb, onlara inanmamağı tövsiyə edir:
Sən ey mənə gülən bədxah, mənim nədir günahım?
Hər kəsin bir taleyi var, hər kəsin bir qisməti.
Allah sənə bağışlayıb min sifəti, dövləti,
Əvəzində alıb səndən ləyaqəti, isməti.
Şair elə bir cəmiyyət arzulayır ki, orada bu haqsızlıqlar mi-
numuma endirilsin, hər bir insanın potensial intellektual im-
kanları azad bir şəkildə özünü büruzə verə bilsin, millətinə, 
xalqına daha çox yararlı ola bilsin. Paklığı, təmizliyi, mərdliyi, 
cəsurluğu öz şeirlərində ana xətt kimi götürən şair füsünkar 
Şahbuz torpağının buz bulaqlarından, büllur çeşmələrindən 
su içib, ana təbiətin mələk baxışlarıyla üz-üzə, göz-gözə qa-
lıb.  Halal  zəhmətilə  dolanan  kənd  adamlarının  ağır  həyatı 
ürəyində  cığır-cığır  şırımlar  açıb.  Onun  Musa  Yaquba  həsr 
etdiyi “Şeir yaza bilmirəm” adlı şeirində bu hisslər daha qa-
barıq əks olunur: 
Şeir yaza bilmirəm
Şəhərdə olanda mən.
Elə bil çatmır havam,
Boğuluram nədənsə
Heç özüm də bilmədən.
..Aldatmaqdır özünü 
Şeir yazmaq şəhərdə.
Şəhərdə şeir yazan,
özün hələ bir yana
şeiri də salma dərdə!.
Nədənsə  bölgələrimizdə  doğulan  yazarlarımızın  bir  ço-
xu  nun  yaradıcılığında  həyatın  çətinlikləri  daha  qabarıq 
şə kildə  əks  olunur.  Bəlkə,  kəndin  heç  kəsi  əzizləməyən 
ağır  zəhmətlərlə  yoğrulmuş  sərt  təbiəti  bölgələrdə  doğu-


78
lan  yazarlarımızın  qələmini  daha  sərt,  daha  üsyankar  edir. 
Elə  özünəməxsus  dəsti-xətti  olan  Xanəli  Kərimli  də  belə 
sənətkarlarımızdandır.
Xanəli Kərimlinin bir çox şeirlərində elmi bilgilərlə, təbiət 
hadisələrinə,  təbiətin  rəngarəngliyinə  aid  yüksək  bədiiliklə 
yazılmış  misralara  rast  gəlmək  olur.  Heç  şübhəsiz,  bu  mis-
raların canlı, inandırıcı olması onun təbiətin vurğunu olma-
sından irəli gəlir.O, eyni zamanda həyatımıza, məişətimizə, 
insani  münasibətimizə,  təbiət  hadisələrinə  bir  araşdırıcı 
kimi  də  baxır.  Onun  şeirlərində  təbiət  hadisələrinə,  onun 
dəyişkənliyinə,  bəzən  fəlakətlər,  bəzən  də  xoş  günlər  gətir-
məsinə diqqət çəkir:
Təbiət müqəddəs məhək daşıdır
Bu müqəddəsliyə yol tapmalıyıq.
Hərdən də onunla baş-başa qalıb
Arınıb, durulub saflaşmalıyıq...
Digər bir şeirində də təbiətin gözəlliyi, rəngarəngliyi, in-
sanda xoş əhval-ruhiyyə yaratması fikri bədii bir şəkildə öz 
ifadəsini tapır: 
Çaylar da kövrəlib, dindirsəm əgər,
Bir giley dastanı bağlayacaqdır.
Mənsiz qəribsəyən məcnun söyüdlər 
Əl vursam, hönkürüb ağlayacaqdır.
Burada şair sözlərlə, anlayışlarla təbiət lövhələrini ortaya 
qoya bilir və oxucunun xəyalında həqiqətən də bu təsirin canlı 
surətini yarada bilir. Burada şairin yaratdığı canlı assosiyalar 
vasitəsilə istəyinə nail olur. Bizi təbiətin dəyişkən xarakterini 
və ülviliyini, təkrarsız gözəlliklərini görməyə çağırır. 
Ümumiyyətlə,  təbiilik,  səmimiyət  şairi  oxucularına 
sevdirən  əsas  cəhətlərdəndir.  Ömür  yolunu,  əsərlərini  oxu-
duqca bir daha şahid olursan ki, onun həyatı və yaradıcılığı 
biri-birini tamamlayır. Artıq dünya ədəbi tənqidində də belə 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə