XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə23/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   19   20   21   22   23   24   25   26   ...   99

82
Xanəli  Kərimlinin  adı  çəkiləndə  gözlərimiz  önündə 
zəh  mətkeş  və  istedadlı  alimin,  yaradıcı  zıyalının,  fəal  icti-
mayyətçinin,  xeyirxah  və  qayğıkeş  insanın  surəti  canlanır. 
O,  həm  də  çox  sadiq  və  mehriban  dost,  xeyirxah  həmkar, 
ailəcanlı,  qayğıkeş  atadır.  Ən  əsası  odur  ki,  insanlara  ina-
mın,  etibarın  azaldığı  bir  zəmanədə  ona  arxalanmaq,  ona 
güvənmək, ona etibar etmək olar. Çünki yeri gələndə əməl-
ləriylə  mərdliyini,  bütövlüyünü,  dönməzliyini  dəfələrlə 
təsdiq edib Xanəli Kərimli.
Şair  üçün  dünyanın  naz-nemətləri  ağuşunda  çörək  həs-
rətiylə yaşayanların əzab və mərhumiyyətləri böyük dərddir. 
Şair üçün əyilməz vicdanların ucuz tutulması, var-dövlət və 
sərvətin haradan, hansı yolla qazanıldığı daim şübhə döğuran 
pula sahib olanların əli, ayağı, vicdanı təmiz, ömrünü-günü-
nü insanlar üçün sönməz məşələ çevirənlərin üstün tutulması 
çəkilməsi fil hünəri tələb edən dərddir. Fəqət o, çiyinlərinin 
belə bir yükü daşımağa qadir olması ilə fəxr edir. Son illərin 
hadisələri,  bir  çox  haqsızlıqlar,  düşmən  tapdağı  altında 
inləyən  torpaqlarımızın  harayı,  sönmüş  ocaqların  nisgili, 
didərginlik dərdi şairi möhkəmləndirdi, mətnləşdirdi, bəlkə, 
bir az da ucaltdı. Ən ağır gündə belə dərddən ucada dayandı 
Xanəli Kərimli. Çünki əsl şairlər xalqın həmişə dərdçəkənləri 
olublar,  heç  vaxt  dərdə  boyun  əyməyiblər  ki,  əbədiyaşarlıq 
qazanıblar.
Əsasən insanı iki şey danışdırır - sevinc və dərd. Ataların 
söz xəzinəsindən ikiliyin hərəsi ayrılıqda öz halına uyğun bir 
aforizm  tapa  bilər.  Dərd  haqqında  deyilən  kəlam  isə  daha 
çox işlənir. Vaxtilə kimsənin dediyini o vəziyyətə düşən öz 
dilindən  təkrarlayır:  “Məni  dərd  danışdırır”.  Demək  olar  ki, 
həmişə söz yükünün ağırlığı dərdin üzərinə düşüb. Dərdin 
mənbəyini  isə  itkilər  təşkil  edir.  Şair  deyilən  kəs  ikiqat  itki 
müəllifidir. Özününkü bir yana, özgənin itkisini də öz itkisi 
sayır. 
Kimi  yurdunu,  kimi  ümidini  itirir.  Heç  kim  istəməz  ki, 
yurdu itsin, ümidi itsin. Mən də..


83
Kimi məhəbbətini, kimi övladını, kimi sağlamlığını, kimi 
dostunu, kimi arxasını, kimi çörəyini… itirir. Şair böyük nara-
hatçiliqla itkiləri axtarır. Bütün itkilərin başında isə ümid da-
yanır. Birinci növbədə onu qorumaq lazımdı. Bəs irili-xırdalı 
qalan itkilər necə olsun? Səsvermə keçirilsəydi, yəqin ki, coxu 
tapılmaya tərəfdar çıxardı. Mən isə fərqli mövqeyimlə qınaq 
hədəfinə çevirlməyə hazıram. Xanəli Kərimlinin narahatlığı, 
şairliyi naminə mən bütün itkilərin tapılmasını, iynədən tut-
muş sapa kimi hər şeyin yerli yerində olmasının əleyhinə səs 
verərdim. Ona görə ki, bir ümid itəndə, bir də hər şey tapılan-
da şairlik bitir.
Şeirləri, taleyi və şəxsiyyəti bütövlük təşkil edən şairin no-
yabr ayında 65 yaşı tamam olur. Şairin həyatına, yaradıcılığı-
na bələd olan bir insan kimi deyirəm: geriyə baxmalı və fəxr 
olunası şərəfli bir ömür yaşayıb Xanəli Kərimli.
40 ilə yaxındır ki, şeirin, sənətin əzablı və əzablı olduğu 
qə dər də şərəfli yolu ilə uğurla addımlayaraq, minlərlə oxucu 
qəlbinə  yol  tapan  Xanəli  Kərimli  ömrünün  kamillik  dövrü-
nü yaşayır. Onun indiyə qədər çap olunan kitabları da kamil 
bir  şair  ömrünün  təsdiqidir.  Azərbaycan  ədəbi  mühitində 
özünəməxsus dəsti-xətti və yeri olan Xanəli Kərimliyə daha 
böyük yaradıcılıq uğurları arzulayır, 65 yaşın mübarək olsun 
deyirəm!  Azərbaycan  naminə  yaşanan  bu  ömrün  işığı  gur, 
ocağı sönməz olsun Xanəli müəllim!
 


84
Qənirə Əsgərova,
filologiya üzrə fəlsəfə doktoru, dosent
XANƏLİ KƏRİMLİNİN ƏDƏBİ DİLİ
Bütün zamanların tozanağında 
sənət görünüb
nə də sənətkar. 
Ancaq – 
Hər şeyi yerinə qoyub 
Tarix dediyimiz 
Müdrik ixtiyar. 
                      Xanəli Kərimli 
Azərbaycanda  müxtəlif  ədəbi  mühitlər  və  onları  təmsil 
edən  onlarla  söz  sənətkarları  vardır.  Ədəbi  aləmdə  onların 
hər biri öz izi, öz imzası ilə seçilir. Ədəbi mühitlər içərisində 
çağdaş Naxçıvan ədəbi mühitinin də özünəməxsus özəllikləri 
vardır.  Bu  mühitin  nümayəndələrindən  biri  də  Xanəli 
Kərimlidir.  İsti  şair  ürəyi  və  qabiliyyətli  qələmi  ilə  xalqına 
xidmət  edən  bu  sadə  şair  dilimizə,  onun  sözlərinə  yüksək 
qiymət verən sənətlkarlardandır. O, sözə təkcə fikirlərini ifadə 
etmək vasitəsi kimi yanaşmır, həm də onun haqdan gəldiyinə 
inanaraq  müqəddəsliyini  qəbul  edir  və  yaradıcılığı  boyu  bu 
müqəddəsliyi  qorumaq  uğrunda  mübarizə  aparır.  Şairin 
fikrincə, sözün ölçüsünə, anlamına xələl gətirmək olmaz: 
Haqdan gələn bir sözün də 
Mizanını pozmaq olmaz. 
Sözə  qiymət  verməyin  tarixi  çox  qədimdir.  Sözün  uca 
taxtında  bərqərar  olan  dahi  Füzulidən  qabaq  da,  sonra  da 
sözün mahiyyət və mənasını dərk edənlər onu həm ehtiyat-
la,  həm  sevə-sevə  işlətmişlər.  Sözün  gücü  böyük  qüvvədir. 
Təsadüfi deyildir ki, ulularımız onun gücünü qılıncın gücü 
ilə  müqayisə  etmiş  və  üstünlüyü  sözün  gücünə  vermişlər. 
“Söz yaddaşı – qan yaddaşı” deyiblər, xalqımızın ağzında “sözü 


85
yerə  at,  sahibi  götürər”,  “söz  var  dağa  qaldırar,  söz  var,  dağdan 
endirər”, “söz var, başı, söz var, savaşı kəsər” kimi çox sayda de-
yimlər  var.  Bu,  bizim  xalqımızın  mənəviyyatını  təyin  edən 
göstəricilərdən biridir. Xanəli Kərimli düşünür ki, Tanrı hər 
adama söz göndərmir, gərək bunun üçün Haqqa düz olasan: 
Gərək haqqa düz olasan
Haqq da sənə söz göndərə. 
Ürəyinə ilham odu, 
Ocağına köz göndərə. 
Sözə  yüksək  dəyər  verən  Xanəli  Kərimli  sözün  insana 
həm dəm olmağında ürəyin də düzlüyünü və təmizliyi əsas 
sayır: 
Nə vaxt ki qəlb xıltlı olur, 
Söz də qaçaq düşür səndən. 
Təmizlənib durulduqcan 
Tər-tər sözlər çırtır dən-dən. 
Sözün gücü elədir ki, həm insanı sevindirir, həm də kədər-
ləndirir. Söz sənətkarlarının həyatı sözlə bağlıdır. Söz hökm-
randır. Söz deyəni zirvəyə qaldıran da odur, zirvədən uzqlaş-
dıran da. Söz sənətkarı həm yaddaşlardan silməyə, həm də 
ölümündən sonra yaşatmağa qadirdir. Bu fikri tarix çoxdan 
təsdiq edib. Nizamiləri, Füzuliləri, Vaqifləri bizdən uzun bir 
zaman  –  neçə-neçə  yüzilliklər  ayırır,  lakin  onlar  mənəviyə 
çevrilib indi də yaşayırlar. Həyatda maddiyyatın ömrü qısa, 
mənəviyyatın ömrü uzundur. Bu baxımdan, mənəviləri yaşa-
dan söz əvəzedilməz bir qüvvədir. Xanəli Kərimli söz haqqın-
dakı bu həqiqəti belə ifadə edir: 
Odur səni səndən sonra 
Ağladan da, güldürən də. 
Səni min il yaşadan da, 
Səni vaxtsız öldürən də. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə