XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə24/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   20   21   22   23   24   25   26   27   ...   99

86
Dilimizə  övlad  münasibətində  olan  Xanəli  Kərimlinin 
həm müxtəlif əsərlərində ona olan məhəbbəti üzə çıxır, həm 
də  bu  mövzuda  şairin  ayrıca  şeri  vardır.  Müəllif  dilimizin 
yaddaşımızı  saxlayan,  təzələyən  qüdrətindən  bəhs  edərək, 
onun müxtəlif çalarlarını vurğulayır. Bu dil daşların üzərində 
olan  ulularımızın  ürək  sözləridir,  babalarımızın  nəsihətini, 
nənələrimizin laylasını, öyüdünü ifadə edən həlim dilimizdir, 
döyüşlərdə haqqımızı, hüququmuzu müdafiə edən, uğurlara 
çağıran  mübariz  dilimizdir,  şad  günlərimizdə  sevinc  dolu 
sözlərimizin  mənbəyidir,  dar  günlərimizdə  bizə  həmdəm 
təsəllimizdir: 
Sən mənim daş yaddaşımsan, 
Daş dilimsən. 
Döyüşdə savaş dilimsən. 
Xoş anımda, dar çağımda 
Arxadaş, qardaş dilimsən. 
“Arxadaş”  sözü  burada  necə  də  yerinə  düşmüşdür.  Bu 
leksik-qrammatik  vahid  bir  zamanlar  dilimizdə  fəallığı  ilə 
seçilsə də, sonralar passiv leksikaya daxil olmuşdur. Xanəli 
Kərimli dərin mənaya malik olan bu sözü yaradıcılığı boyun-
ca dəfələrlə işlədərək ona dirilik verib, işləkliyə layiq olduğu-
nu anladıb. Sözün anlamı “arxa durmaq” feli ilə bağlıdır. “Arxa 
durmaq” dilimizə və dinimizə yaraşan sözdür. 
Xanəli Kərimlinin fikrincə, söz düşüncədən yaranmalıdır, 
şüursuz  şəkildə  işlənməməlidir.  Bu  haqda  şair  əsərlərinin 
birin də deyir: 
Əgər bəladırsa dilin başına, 
Dildə günah yoxdur, ağlını qına. 
Öz dilini dünyanın bütün dillərindən uca tutan şair onun 
yad dillərə satanları bağışlamır, onlara rişxəndlə, nifrətlə ya-
naşır: 
Yüz illərdir məni məndən aldıran da, öldürən də, 
Zaman-zaman düşmənləri üstümüzə güldürən də 


87
Öz dilini yad dilinin ayağına atmağındır, 
Tanrı dili türk dilində şeir yazan şairlərin 
“Günahların” üzə vurub, başlarına qaxmağındır. 
Xanəli  Kərimlinin  dilində  çox  sayda  aforistik  ifadələr 
diqqəti  çəkir.  Məlumdur  ki,  belə  ifadələr  atalar  sözləri 
məzənnəsində dəyərləndirilir. Atalar sözlərinin müəllifi bəlli 
deyil, lakin dilimizdəki hikmətli ifadələrin çoxu müəlliflidir. 
Lakin  bu  hikmətli  fikirlər  də  atalar  sözlərinin  təsirini  yaşa-
yır.  “Xalqın  müşa hi dələrini,  təsəvvür  və  təfəkkür  tərzini,  canlı 
məntiqini hifz eləyən atalar sözü sıxılmış yaydır: onun əsl enerjisi, 
təsir qüvvəsi nitq mə qamında, konkret zaman, şərait daxilində bili-
nir. Bu halda hər bir pa remik vahid əyrini doğrayan qılınca, zülməti 
dağıdan işığa, yaxud dərdlərə şəfa verən məlhəmə çevrilir”. 
Xanəli Kərimlinin dilindəki hikmətli ifadələr də oxucunu 
düşündürür,  tərbiyə  edir,  insanın  qəlb  aləmində  müəyyən 
izlər qoyur: 
Hər ulayan Boz Qurd olmur! 
***
Səbri qeyrətindən uca millətin 
Torpağı bölünər, ruhu aşınar. 
***
Yediyi çörəyə dönük çıxan kəs 
Haqqa can atsa da, haqqa yetişməz. 
Maraqlıdır  ki,  şair  kimi  tanınan  Xanəli  Kərimlinin  kiçik 
həcm də olsa da, nəsrlə yazılan əsərləri də vardır. Onlar şairin 
dərin düşüncələrinin ifadəçisi kimi diqqəti çəkir. Həmin nəsr 
örnəkləri hikmətli fikirlərlə zəngindir: 
Qiymətləndirmə aqillərin, qeybət etmə nadanların işidir. 
Vicdanı olmayanın mənəvi ağrısı da olmur. 
Belə fikirlər ağılın məhsuludur, onların ağıldan dilə, dil-
dən qələmə axmasında ürəyin böyük rolu vardır. Şairin yaz-


88
dıqları  təkcə  bacarıq  və  qabiliyyəti  ilə  bağlı  deyil,  həm  də 
onun duyumunun, dərkinin, böyük ürəyinin diqtəsidir. 
Xanəli  Kərimlinin  dilində  bədiiliyi  artıran  təzadların  da 
özü nəxas  yeri  vardır.  Onlar  obrazlılığı  çoxaltmaqla  bədii  di-
lin gözəlliyini zənginləşdirməkdə fəal nitq vahidi kimi özünü 
göstərir: 
Harda savab axtarmışam, 
Orda günaha batmışam. 
Harda günahdan qaçmışam, 
Orda savaba çatmışam. 
Xanəli  Kərimlinin  dilində  sözlərin,  birləşmələrin,  cümlə-
lərin (misraların) anlamından başqa, şəkilçilərin də rolu vardır. 
Di limizə məxsus olan şəkilçilərin fərqli məqamda işlədilməsi 
şairin dil-üslub özəlliklərindən biridir: 
Keçən ömür-günü ələklədim mən. 
Məlumdur  ki,  dilimizdə  adlardan,  xüsusilə  də  isimdən 
feil düzəldən -lı şəkilçisi aktiv mövqelidir və bizim dilimizdə 
“ələ mək”,  “ələk”  sözləri  vardır.  Lakin  “ələk”  sözünün  həmin 
şəkilçi  ilə  işlənməsi  Xanəli  müəllimin  qələminə  məxsusdur 
və  maraqlıdır  ki,  bu,  onun  dilinə  ağırlıq  gətirmir,  əksinə 
onun dilini xalq danışıq dilinə bir qədər də yaxınlaşdırır. “Dil 
bütün  vətəndaşların  yalnız  istifadə  etdiyi  bir  xəzinə  yox,  həm  də 
zənginləşdirməli olduğu bir xəzinədir. Hər kəs dilin lüğət fondunu, 
ifadə vasitələrini, məna çalarlarını, təşbehlərini artıra bilər”. 
Şairin dilində “fağır etmək” əvəzinə, “fağırlamaq”, -lan şəkil-
çisinin “tufan” sözünə qoşulması kimi fərqli faktlar da vardır: 
Onunçün çoxalıb başından basan, 
Adını, sanını oğurlayıblar. 
Qəlbinin, süfrənin genişliyindən 
Səni ovundurub fağırlayıblar. 
...Dəniz tufanlanmasa, 
Kükrəməsə, coşmasa, 
Üfunət iyi gələr dənizdən... 


89
Dilimizdə “tor qurmaq” ifadəsi vardır. Lakin Xanəli Kərim-
linin dilində “tor” sözünün -la şəşilçisi ilə işlənməsi maraqlı 
fakt kimi diqqəti çəkir: 
Quşlar cələ qurub artırmalarda, 
Hörümçək torlayıb girəcəkləri. 
Bundan başqa, dilimizdə adlardan feil düzəltməyə xidmət 
edən -al şəkilçisi də vardır. Lakin bu şəkilçi Xanəli Kərimlinin 
qələmində “yox” sözünə qoşularaq üslub çaları yaradır: 
Qəlbimizdə Tanrı xofu yoxalıb, 
Şeytanın, iblisin sanı çoxalıb.
Həmin  şəkilçi  şairin  dilində  “tox”  sözünə  də  qoşularaq 
“tox olmaq” felinin sinonimi kimi işlənmişdir: 
Bir anlıq ağrımın mində birini 
Bölsələr, dünyanın acı toxalar. 
Dilimizin  zəngin  və  anlam  bolluğu  ilə  seçilən  söz  xəzi-
nəsindən  yerli-yerində  istifadə  edən  Xanəli  Kərimli  onun 
semantik gü cündən faydalanaraq yeni-yeni ifadələrin yaran-
masında fəal iştirak etmişdir. Onun dilində dərdlər qəbristanı, 
sərgərdan ruhlar, agahdar, qiblədar, elçi sifətli ilmə, süfrə varaqlar, 
yalanın dibi, yarısı ölmüş ilan, söz sultanları, miskin qurd, qurut 
vermək, dağlar Tanrısı, tarixbazlar, badə dostu, çay yoldaşı, fəzilət 
şahı,  göyün  əlifbası,  köləlik  təlimi,  yedəyi  yad  əldə  olan  nökərlər, 
azğın  ağıllar,  qadağalar  kəməndi,  alamor  sevgi,  Allahın  gözəllik 
təşbehi,  ürəyə  dərd  ağacı  əkmək,  mənəvi  zirvələrin  şöhrət  ilğımı, 
kibrit  ömürlü  kimi  maraqlı  söz  və  ifadələr  şairin  dil-üslub 
keyfiyyətlərinin bolluğunu göstərir. 
Xanəli Kərimlinin dilində köməkçi nitq hissələri də müəy  -
yən  üslubi  rola  malikdir.  Dilimizdə  məqamına  görə  qüv-
vətləndirici rola və əmr mənasına malik olan “ha” ədatı şairin 
dilində zaman anlayışı verən “hey” anlamında işlənməsi ilə 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə