79
bir fikir hakimdir ki, hansı yazıçı öz həyatını yazırsa, yaşadığı
hissləri qələmə alırsa, o, oxucuya daha çox yaxın olur. Xanəli
Kərimlinin şeirlərinin, poemalarının mövzuları yad bir dün-
yanın həyatından deyil, yaşadığımız həyatdan, gördüyümüz
mühitdən götürülüb. Buna görə də onun əsərlərinin hamısın-
da şairin ürək döyüntüsü, həyatın bir parçasını görürük.
Xanəli Kərimlinin janrları, mövzuları rəngarəngdir, oxu-
naqlıdır. Onun məhəbbət mövzulu şeirləri də, təbiəti vəsf
edən poetik nümunələri də təbii, səmimi şair qələmindən
süzülüb gəlir, sevilə-sevilə oxunur. Şairin şeirlərinin dilinin
səlis, rəvan və axıcı olduğunu xüsusi qeyd edən filologiya
elmləri doktoru Adil Bağırov yazır: “Xanəli Kərimlinin de-
yim tərzi sərrast, düzüm tərzi bitkindir. O, yaradıcılığında dili-
mizin tükənməz bədii ifadə vasitələrindən ustalıqla istifadə edərək
şeirlərində yüksək ifadəlilik, obrazlılıq yaradan, emosional fikirləri,
sadə, aydın, yığcam bir dillə ifadə edir, doğma dilimizi özünün qü-
rur mənbəyi sayır”.
“Payız duyğuları” kitabında yer alan şeirlər bir daha Xanəli
Kərimlinin geniş yaradıcılıq marağını göstərməklə bərabər,
eyni zamanda, şairin yüksək bədii estetik zövq və istedadını
da üzə çıxarır. Zəngin klassik ənənələrimizə söykənən, eyni
zamanda aktual sosial-mədəni mövzulara müraciət edən
Xanəli Kərimli şeirləri elə bu səbəbdən geniş oxucu kütləsinin
sevgisini qazanıb və gələckdə də bu sevginin sönməyəcəyinə
inamımız böyükdür.
“Palitra” qəzeti,
9 aprel 2014-cü il
80
Aypara Behbudova,
filologiya üzrə fəlsəfə doktoru, dosent
“Naxçıvan” Universiteti Elmi Kitabxanasının direktoru
ŞEİRLƏRİ, ŞƏXSİYYƏTİ VƏ TALEYİ
BÜTÖVLÜK TƏŞKİL EDƏN ŞAİR
İnsan keçib getdiyi yola böyük bir zaman məsafəsində
nəzər saldıqda, fikrən o yolla bir də qayitdıqda içindən ən
müxtəlif, ən dərin hisslər keçir. Bir daha sevinir, heyrətlənir,
nəyə isə təəssüf edir, nədənsə kədərlənir, nəyisə sanki yenidən
kəşf edir, yenidən özü üçün açır. Filologiya üzrə fəlsəfə dok-
toru, dosent, şair Xanəli Kərimlinin əsərlərini, yaradıcılıq yo-
lunu yenidən nəzərdən keçirdikcə mən də istər-istəməz bu
hissləri keçirdim. Xüsusilə, əgər sən həmin şairin yaradıcılı-
ğına bu və ya digər səviyyədə bələdsən, bu illər ərzində onun
haqqında dəfələrlə yazmısan, poeziyasını izləmisən. Xanəli
Kərimlinin şeirlərini uzun illərdir ki, mütaliə edirəm, bütün çap
olunmuş kitabları kitabxanamda var.
Şairin yubileyi ilə əlaqədar onun bütün əsərlərini varaq-
ladım və çoxdan oxuduğum, tanış olduğum, hətta haqqında
yazdığım şeirləri, poemaları bir də, bir də oxudum, burada-
kı şeirlərin çoxu mənim üçün yenə də təzə və yenidir. Çünki
onun poeziyasını oxuyanda hər dəfə yeni məna, yeni məzmun
tapırsan. Beləliklə, mən Xanəli Kərimli poeziyası haqqında
bu fikirləri deyə bilərəm ki, onun poeziyası bütövlükdə yeni
poeziyadır, öz əsrinin poeziyasıdır. Yaşadığı dövrdə elə bir
hadisə olmaz ki, o hadisə şairi düşündürüb narahat etməsin
və bu narahatlıq şeirə çevrilməsin. Buna görə də Xanəli
Kərimlinin poeziyası yaşadığı dövrün, zamanın poeziyasıdır.
Xanəli Kərimlinin poeziyası onun xarakterinə çox ox-
şayır: təbii və məğrur, milli və ümumbəşəri. Daha doğru-
su, Xanəli Kərimli şeiri, taleyi və şəxsiyyəti bütövlük təşkil
edən şairlərdəndir. Onun poetik “mən”inin gücü təbiiliyində
və əsilliyindədir. Bu poeziyada süni və qeyri-təbii heç nə
yoxdur. Gerçəklikdən alınan süjet, ürəkdən axıb gələn poetik
81
hiss, özünəməxsus fərdi ovqat poetik amala çevrilir. Xanəli
müəllimin şeirləri ürəkdən gəlir və ürəyə yatır, insanı ehtiza-
za gətirir, sadə və gözəldir, elə gözəllik də sadəlikdədir.
Əsl şeir odur ki, o, sərhədlərə, çərçivələrə meydan oxuyur.
Əsl şair odur ki, o, məhdud çərçivələrə qarşı üsyan edir, hay-
qırır. Belə olanda poetik novatorluq aydınca görünür. Ona
görə ki, əsl şair şeiri ilə yenilik gətirir və bununla da bəhs olu-
nan məsələlərdən, problemlərdən asılı olmayaraq poetik fikir
də, misralar da müasir səslənir. Poetik fikir və misralar müa-
sir səslənmədikdə şeir sanki “ölü” doğulur və “ölü” kimi də
qalır. O, “ölü” olaraq sənət əsərinə çevrilə bilmir. Belə “ölü”
şeirlərdə problemlər, məsələlər müasir səslənmir. Odur ki,
ədəbi prosesdə yalnız və yalnız orijinal poetik fikir sahibləri
yaşayır, sevilir. Eyni zamanda onlar oxucu nəsillərinin
təlabatını da ödəyir. Həm də bütün zamanlarda müasirliyi ilə
fərqlənir. İstənilən ədəbi nəslin nümayəndələri içərisində öz
fərdi düşüncə tərzi, ifadə forması ilə fərqlənən Xanəli Kərimli
yaxşı mənada bu gün ədəbi mühitə meydan oxuyur.
Xanəli Kərimlidən söhbət gedərkən həmişə Rəsul Həmzə-
tovun “Mənim Dağıstanım” əsərində şairlərin “növləri”
haqqında dedikləri yada düşür. Böyük Dağıstan şairi deyir:
“Şairlər üç cür olur, biri yaza bilir və yazır, ikincisi, elə bilir ki, yaza
bilir (yəni yaza bilmir), amma yazır, üçüncüsu isə,yaza bilir, amma
yazmır. Mən əsil şairi bu üçüncüləri sayırm”. Xanəli Kərimli də
üçüncü qrupa mənsub olan şairlərdəndir.
Nədir onu oxucularına sevdirən? Poetik sözün müqəddəs-
liyini, paklıq və duruluğunu qoruyub saxlanaq qabiliyyəti!
Ger çək aləmdə görüb müşahidə etdiklərini sənətkar təfəkkü-
rü nün seçib sonaladığı mənaları sədaqətlə poeziyanın
dili ilə oxucularına təqdim etmək ustalığı! Xanəli Kərimli
həm də zəngin həyat təcrübəsinə, sınaqlardan çıxmış şa-
irlik səriştəsinə malikdir. Ömür-gün xəzinəsi müasirləri
üçün qiymətli ərmağan, ağıllı məsləhət mənbəyi ola biləcək
incilərlə zəngindir. Xanəli Kərimlinin əsərlərinin müasir
Azərbaycan poetik təfəkkür alə min də saldığı cığır məhz
onun özünəməxsusluğu və orijinallığı ilə seçilir.
Dostları ilə paylaş: |