XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə18/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   14   15   16   17   18   19   20   21   ...   99

64
Aypara Behbudova,
 filologiya üzrə fəlsəfə doktoru, dosent
MƏN SÖZDƏN QORXURAM - TANRIDAN
QORXAN KİMİ
Azərbaycan tarixən böyük və bənzərsiz şairlər vətənidir. 
Əgər adlarını çəkəsi və sayası olsaq, Azərbaycan xalqını təmsil 
edən klassik şairlərin sayı bəlkə də dünya klassiklərinin sa-
yından çox olar. Təkcə XX əsrdə totalitar rejimin bütün qada-
ğalarına baxmayaraq, öz sözünü deyə bilən, ölməz poeziya 
nümunələri  yaradan  neçə-neçə  şairlərimiz  olub.  Həmçinin, 
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Naxçıvanda 
da  böyük  sənətkarlar  doğulub.  Təkcə  ötən  yüzilliyə  nəzər 
salsaq görərik ki, qədim Naxçıvan diyarı dünyaya neçə bö-
yük mütəfəkkirlər, dahi şəxsiyyətlər bəxş edib. Eləcə də, çağ-
daş dövr Azərbaycan ədəbiyyatına Hüseyn İbrahimov, Adil 
Babayev, Məmməd Araz, Hüseyn Razi, Əliyar Yusifli, Vaqif 
Məmmədov,  Elman  Həbib,  Zeynal  Vəfa,  Kəmalə  Ağayeva, 
Asim Yadigar, İbrahim Yusifoğlu kimi söz adamları bəxş et-
mişdir. 
60  yaşın  astanasında  olan  Xanəli  Kərimli  onların  arasın-
da öz məxsusi yeri olan şairlərdəndir. O, bir şair kimi klassik 
Azərbaycan  və  dünya  poeziyasından  bəhrələnmiş,  həm  də 
çağdaş ədəbi prosesin tələblərini, istəklərini duyaraq öz sözü-
nü deyə bilmişdir. Fəlsəfə doktoru Sabir Bəşirovun təbirincə 
desək, “X.Kərimli haqdan gələn istedadı ilə könüllərdə yuva qur-
muş söz adamı, şairidir”. Xanəli Kərimli ədəbiyyatımızda həm 
də sevilə-sevilə oxunan, yolu gözlənilən şairdir. Bəs onu oxu-
cularına  sevdirən  nədir?  Məncə,  poetik  təfəkkür  aləmində 
özünəməxsusluğu, orijinallığı ilə seçilməsi. Poetik sözün mü-
qəddəsliyini, paklıq və duruluğunu qoruyub saxlamaq qa bi-
liy yəti.  Yaşadığı  aləmdə  duyub-düşündüklərini,  müşahidə 
etdik lərini,  poeziya  dili  ilə  oxucularına  çatdırmaq  ustalığı. 
X.Kərimli yaradıcılığının bütün mərhələsində sənəti, əqidəsi, 
poetik amalı ilə vətənə həqiqi övlad olmaq idealı ilə yaşamış, 


65
yazıb-yaratmışdır. Bir çox araşdırıcılar və qələm adam-
ları ilə yanaşı görkəmli filosof, professor Camal Mustafa-
yev X.Kə rimlinin poeziyasındakı mənəvi cövhəri aydın görə 
bilib. Onun fikrincə, “Xanəlinin şair vətəndaşlığı, mənəvi bütöv-
lüyü onun bütün yaradıcılığı boyu oxucunun diqqətindən yayın-
mır”. X.Kərimli bununla fəxr etməyə haqlıdır ki, onun bircə 
misrası belə vətən torpağına məhəbbət, doğma xalqa sevgi, 
bəşəri ideala məftunluqdan kənarda yaranmamışdır:
Ey şəhidlər qanı ilə 
Yoğrulan torpağım mənim!
Fırtınalar qucağında
Sönməyən çırağım mənim!
Sən cahana sığışmayan
Özün boyda bir qüdrətsən.
Sən peyğəmbərlər vətəni,
Bir müqəddəs məmləkətsən.
Xanəli  Kərimlinin  poetik  qavramında  həyata,  insala-
ra  fəlsəfi  baxış  sanki  onun  şairliyi  ilə  ekiz  doğulub.  Lakin 
bir  məqamı  diqqətə  çatdırmaq  istərdim  ki,  bir  var,  hadisə 
və  obyektlərin  fəlsəfi  mahiyyətini  duyub,  dərk  etmək, 
onu  poeziyanın  tərənnüm  obyektinə  çevirmək,  bir  də  var 
-  fəlsəfəbazlıq.  Tam  əminliklə  deyərdim  ki,  Xanəli  Kərimli 
birinci  yolun  sədaqətli  yolçusu,  qələm  sahibidir.  O,  yaradı-
cılığının əsas qayəsini, tərənnüm obyektinin fəlsəfi axtarışını 
üzə çıxarmaqda və onu fəlsəfi qəlibdə təqdim etməkdə görür. 
Şairin əksər şeirləri oxucunu düşündürür, onu sözə qiymət 
verməyə, sözün qədrini bilməyə, sözün müqəddəsliyini qo-
rumağa çağırır. Elə olmasaydı, “Mən sözdən qorxuram - Tan-
rıdan  qorxan  kimi”  yazmazdı.  Xanəli  Kərimli  bir  sənətkar 
kimi əsərlərini yığcam, qısa yazmağa, mövzu ilə az səsləşən 
təfsilata  əsərində  yer  verməməyə  həmişə  qayğı  ilə  yanaş-
mışdır. Söz düşəndə də o, belə bir ifadə işlədir: o fikir ki, bir 
misrada,  bir  bənddə  bədii  həllini  tapa  bilir,  iknici  misraya, 
ikinci  bəndə  ehtiyac  yoxdur.  Xoşbəxtlik  orasındadır  ki,  bu 


66
qəbil baxışlara şair özü ilkin əməl edənlər sırasındadır. Onun 
“Anamdan məktub”, “Bu da bir nağıldır”, “Ay işığında” ki-
tablarında da bu mülahizəni təsdiq edən nümunələrə bol-bol 
rast gəlmək olur:
Yediyi çörəyə dönük çıxan kəs
Haqqa can atsa da, haqqa yetişməz.
 
  ***
Layiq olmayana ehtiram etmək
Şeytana ibadət kimidir gerçək.
 
  ***
O qədər ucaya yüksəlmə ki, sən
Yerə düşəndə də əzilməyəsən.
 
  ***
Zatında ucalıq olmayanları
Nə qədər ucaltsan olmaz vüqarı.
Xanəli Kərimli siyasi-ideoloji maraq axtarmadan həqiqəti 
səmimi  şəkildə  açıqlayır.  O,  sözlərinin  kimlərinsə  qəlbinə 
toxunacağından  çəkinmir.  Bu  zaman  o,  yalnız  vicdanının, 
sənətinin qulu olur. Şair sənətin, şeirin qulu olmasa, ürəklərə 
hakim kəsilə bilməz, çünki şair yazmamışdan əvvəl yaşayır, 
duyğularını balası kimi qəlbində bəsləyir. Məlum məsələdir 
ki,  ürəkdən  gəlməyən  söz  ürəklərə  yol  tapa  bilməz.  Xanəli 
Kərimli poeziyasının özünəməxsusluğunun mayası da budur. 
O, həqiqət qarşısında hər bir kəsin, ilk növbədə isə özünü im-
tahana çəkir. Fərqinə varmır ki, kimisə özündən incik salar, 
ya da kiminsə qəzəbinə tuş gələ bilər. Bütün bunların hamısı 
onun səmimiyyətidir, onun poeziyasının spesifik cəhətidir:
Əsrimiz də başa çatır.
Biz hələ də
gərəyincə seçəmmədik
xeyrimizlə, şərimizi.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə