XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə15/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

53
Arif Ağalarov,
filologiya üzrə fəlsəfə doktoru, dosent
 
XANƏLİ KƏRİMLİ SEİRLƏRİNİN
DİLİ VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ
 
Azərbaycan ədəbiyyatı tarixində tanınmış yazıçı və şair-
lərin mövqeyi, çəkisi onun dili ilə bağlıdır. Dil bədii əsərin və 
onun  müəllifinin  ədəbi  prosesdəki  yerini  müəyyənləşdirən 
amillərdəndir.Ümumxalq  dilinin  zənginliyini  dərk  edərək 
onun incəliklərinə bələd olmaq və ondan istifadə etmək ba-
carığı bədii yaradıcılıq qarşısında duran vacib tələblərdəndir.
Qələm sahibləri dildən nəsr, poeziya faktı kimi istifadə et-
mir. Onlar dilin potensial imkanlarını üzə çıxarır,onun inki-
şafına zəmin yaradır, yeni-yeni leksemlərə can verir.
Hər bir xalqın ədəbi dilinin inkişafı və formalaşmasında 
qələm sahiblərinin rolu böyükdür. Bu mənada, Azərbaycan 
yazıçı  və  şairləri  də  leksikonlarından  işlətdikləri  söz  və 
ifadələrlə  dilimizə  canlılıq  gətirmişlər.  Onun  nəticəsidir  ki, 
bədii dil ədəbi dilin ən böyük qolunu təşkil edir. Ədəbi dil, ilk 
növbədə,  bədii  dil  əsasında  inkişaf  edir.  Ümumxalq  dilinin 
zənginliyi, şirinliyi və rəngarəngliyi isə bədii dildə öz əksini 
tapır.  Bədii  dil  ədəbi  dilin  ümumi  mənzərəsini  verə  bilir. 
Ümumiyyətlə, ayrı-ayrı dil faktlarının araşdırılmasında bədii 
dil materiallarına müraciət olunması da bununla bağlıdır.
Bədii dil xalq təfəkkürünün məhsulu olan və ümumxalq 
xalq dili əsasında formalaşan aforizimlərin, idiom və ibarə-
lərin,  atalar  sözü  və  zərb-  məsəllərin  geniş  istifadəsi  üçün 
mey dan açır.
Hər bir söz sərrafının sözə yanaşmaq, sözdən istifadə etmək 
yolu  və  bacarığı  var.  Bu  onun  üslubunu  müəyyənləşdirir, 
sözə  yeni  məna,  yeni  çalar  verərək,  sözü  poetikləşdirir.  Bir 
sözlə, sözün çoxçalarlılığını şair və yazıçılıar daha yaxşı bilir.
 
Sözə sözlə qiymət verib babalar,
Hər sözün min rəngi, min çaları var.


54
 Şair X.Kərimlinin bu misraları söylənilənləri təsdiq etmiş 
olur.
İncə lirizm,dərin fəlsəfi məna, vətənpərvərlik kimi cəhətləri 
özündə  birləşdirən  X.Kərimli  poeziyası  şairin  “Ay  işığın-
da”  (1988),  ”Anamdan  məktub”  (2001),  ”Bu  da  bir  nağıldı” 
(2004)”, “Mənə elə gəlir ki...” (2008) kitabları ilə oxucular ara-
sında körpü salıb. ”Xanəli Kərimli yeni dövr Azərbaycan şerində 
vətəndaşlıq lirikasının əsas yaradıcılıarından biridir” (İ.Həbibbəyli). 
Bu  fikirlər  X.Kərimlinin  misraları  ilə  insan  qəlbinə  yol  tap-
masını, onda zərif hisslərin poetik səviyyəsinin yüksəltdiyini 
təsdiq edir.
X.Kərimli yaradıcılığında, ilk növbədə, diqqəti çəkən, şa-
irin səmimiliyidir. Şairin səmimiliyini onun bütün oxucuları 
duyur. Buna səbəb isə şairin keçici xaraker daşıyan mövzu-
lardan uzaq olmasıdır.
X.Kərimlinin  şeirləri  ilə  şəxsiyyəti  bir-birini  tamamlayır. 
Şairin  düşüncələri  ilə  hissləri  və  dedikləri  üst-üstə  düşür. 
Onun - X.Kərimlinin yaradıcılığında insan obrazı ilk planda 
dayanır. Bu da şairin həyata fəlsəfi baxışından irəli gəlir.
 
O qədər ucaya yüksəlmə ki, sən
Yerə düşəndə də əzilməyəsən.
                                *** 
Ya xalq adamı ol, ya da ki, dövlət,
İki sifət olub etmə xəyanət.
Şairin insana olan hörməti, ona verdiyi dəyər onun ikilik-
lərində daha geniş planda ifadə edilir.
Xanəli şeiri poetik səviyyəsi və imkanları baxımından bir 
çox qələmdaşlarından seçilir.
Şairin  ilhamından  qaynaqlanmış  fəlsəfi  düşüncələrin, 
se vincin  və  kədərin,  məhəbbətin  və  nifrətin  ümumiləşmiş 
ifadəsi kimi oxucuya təqdim olunan bu şeirlər oxunaqlı olur, 
oxucunu düşündürür, ona sevinclə yanaşı, narahatlıq hisslə-
rini də yaşadır.


55
X.Kərimli  özünəməxsus  ifadə  üsulu  və  dili  olan  bir  şair 
kimi tanınır. Onun şeir dili sadə və aydındır. Şeirləri anlaşıqlı 
olduğu üçün asan başa düşülür və tez əzbərlənə bilir.
Xanəli  şeirlərində  şifahi  poeziyamızın  dilinə  məxsus  tə-
biilik və şirinlik özünü göstərir. Təsvir etdiyi hadisə və fakt-
ları  ümumiləşdirib  nəticələr  çıxarmaq,  çox  mənalı,  təzad lı 
qarşılaşdırmalar  şairin  şeir  üslubunu  səciyyələndirən  xü-
susiyyətlərdəndir.
 
qədər qalxsan da ərşi-əlaya,
O qədər düşəssən şərə, bəlaya.
  
 
***
Yediyi çörəyə dönük çıxan kəs,
Haqqa can atsa da haqqa yetişməz.
 
  ***
Bircə yol yaxanı tanıdı bəsdi,
Görəssən vaxt-vaxtsız qapını kəsdi.
Bir əli xeyirsə, bir əli nəsdi,
Neyləyəssən belə saxa dünyaya.
 
Bütün bunlar və qeyd etmədiyimiz çoxlu orijinal dil xüsu-
siyyətləri göstərir ki, X.Kərimli mövzuya uyğun ifadə tərzi, 
mənaya uyğun forma tapa bilir.
Xanəli  Kərimli  şeiri  insan  qəlbinin  təzadlı  məqamlarının 
us talıqla  ifadəsi  ilə  də  seçilir.  Burada  sevgi-nifrət,  sevinc-kə-
dər,  həyat-ölüm,  gözəllik  -  çirkinlik,  göz  yaşı-təbəssüm,  yarımaq-
bədbəxtlik, mərdlik-qorxaqlıq, doğruluq-yalan və s. kimi motivlər 
yeni çalarlıqda və şairə məxsus ifadə tərzi ilə tərənnüm olu-
nur. 
Bütün  şairlərdə  məhəbbət  mövzusuna  müraciət  olundu-
ğu kimi, Xanəli Kərimlidə də bu mövzuya müraciət öz əksini 
tapıb.  Bəşərə  və  bəşəriyyətə  məhəbbət,  təbiətə,  vətənə,  saf 
əməllərə məhəbbət şair X.Kərimlinin yaradıcılığında boyasız 
verilib.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə