XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə12/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

42
Azəroğlu, Söhrab Tahir və başqalarının bu istiqamətdəki bədii 
axtarışları diqqətə layiqdir. 60-cı illərdən etibarən vətəndaşlıq 
poeziyası sahəsində daha böyük və sanballı uğurlara imza atı-
lıb. Yeni poetik nəsil bütün poetik mövzu və dəyərləri orijinal 
şəkildə, tamamilə təzə üslubda bədii təqdim və təlqin etdiyi 
kimi,  vətəndaşlıq  poeziyasının  sərhədlərini  və  miqyaslarını 
dəyişdirməyə  də  cəsarət  edirdi.  Əli  Kərim,  Məmməd Araz, 
Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, Fikrət Sadıq, Fikrət 
Qoca, İsa İsmayılzadə, Məmməd Aslan, Musa Yaqub və başqa 
istedadlı şairlər vətəndaşlıq şeir lərinə yeni poetik status qa-
zandırmaq sahəsində böyük işlər görürdülər. Məhz altmışın-
cıların  yaradıcılığındakı  bu  estetik  prosesləri  nəzərə  alaraq 
60-80-ci  illəri  Azərbaycanın  vətəndaşlıq  poeziyası  tarixində 
özünəməxsus  və  parlaq  bir  mərhələ  kimi  dəyərləndirmək 
məqsədə  müvafiqdir.  Vətəndaşlıq  poeziyasının  yüksəlişi 
tari xindəki  növbəti  mərhələ  isə  90-cı  illərdən  başlanır.  Bu 
mərhələnin  orijinallığı  və  əvvəlki  dövrlərdən  fərqi  ondadır 
ki, onun irəliyə doğru hərəkəti və fəaliyyəti hansısa bir ədəbi 
nəslin yaradıcılığı ilə yox, ümumən, ictimai-siyasi və ədəbi-
estetik  hərəkatın  mahiyyəti,  xarakteri  ilə  səciyyələnirdi. 
Yəni  1905-1910  –cu  illərin  vətəndaşlıq  poeziyasının  taleyi-
ni  M.Ə.Sabir  və  M.Hadi  pleyadası  müəyyənləşdirmişdisə, 
30-50-ci  illər  sovet  şeirinin  vətəndaşlıq  pafosunu  S.Vurğun 
və R.Rza nəslinin əsərləri təyin edirdisə, 60-80-ci illər poezi-
yasında  bu  missiyanı  B.Vahabzadə,  M.Araz  və  X.R.Ulutürk 
nəsli  yerinə  yetirmişdisə,  artıq  90-cı  illərdən  etibarən  poe-
ziyada  belə  bir  ədəbi  özünəməxsusluq,  yəni  hansısa  nəslin 
öncüllüyü  hiss  olunmurdu.  Poeziyada  Vətənin  varlığını  və 
vətəndaşlıq funksiyasını bütün şairlər və ədəbi nəsillər ifadə 
etməyə çalışırdı. Xanəli Kərimli məhz bu yeni və möhtəşəm 
dövrün parlaq imzalarından biridir. 
Xanəli Kərimlinin həmin dövrdə – 90-cı illərdə bir-birinin 
ardınca və ilhamla yazdığı “Azərbaycan”, “Azərbaycan bay-
rağı”, “Onu zaman doğmuşdu”, “Harda Azərbaycan bayra-
ğı qalxsa”, “Naxçıvanım mənim”, “Öz dilimsən”, “Xalqım”, 
“Şəhidlər Xiyabanında”, “Bu qan yerdə qalan deyil”, “Xiya-


43
bani demiş”, “Özgə millət”, “Gəzirəm Vətəndə itən vətəni”, 
“En  ruhların  arasından”,  “Məramsız  yaşamaq”  və  başqa 
onlarla  şeirlər  yuxarıda  söylədiklərimizə  parlaq  sübutdur. 
Müstəqillik  dövrü  Azərbaycan  poeziyasının  tarixini  və  ilk 
təşəkkül  dövrünü  öyrənmək  istəyən  tədqiqatçılar  həmin 
dövrdə yazıb yaratmış Bəxtiyar Vahabzadə, Qabil, Xəlil Rza 
Ulutürk, Məmməd Araz, Məmməd Aslan, Sabir Rüstəmxanlı, 
Zəlimxan  Yaqub,  Rafiq  Yusifoğlu  və  başqaları  ilə  bir  sıra-
da  Xanəli  Kərimlinin  yaradıcılığına  da  mütləq  müraciət 
edəcəklər.  Azərbaycan  şeirinin  vətəndaşlıq  duyğularının 
miqyasını və məzmununu araşdırmaq üçün vətənpərvər şai-
rin səmimiyyət və iztirabla yoğrulmuş ürək səslərini, harayı-
nı dinləyəcəklər. 
Müasir ədəbi tənqid və ədəbiyyatşünaslıqda Xanəli Kərimli 
yaradıcılığına kifayət qədər müraciət edilib. Onun həyatı və 
bədii  axtarışları  barəsində  kitablar,  onlarla  məqalələr  işıq 
üzü görüb. Burada bəzi imzaları xatırlatmaq kifayətdir. Aka-
demik  İsa  Həbibbəyli  şair  haqqındakı  sanballı  məqaləsində 
yazır: “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq 
lirikasının  əsas  yaradıcılarından  biridir”.  İstedadlı  şairin  son 
illərdə  çap  olunmuş  diqqətəlayiq  kitablarından  biri  “Payız 
duyğuları”nda (Bakı, 2013) onun yaradıcılığının bu keyfiyyəti 
daha  geniş  və  əzəmətli  şəkildə  görünməkdədir.  Bu  kitab 
“Azərbaycan” şeiri ilə açılır. 90-cı illərin əvvəllərində qələmə 
alınmış bu şeir Vətənimizin ağır və tragik vəziyyətini obyek-
tiv əks etdirirdi:
Yüz illərdir taleyinə gizli-gizli qol çəkilir,
Müəmmalı oyunların baş qurbanı, Azərbaycan!
Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn 
Cavid, Əhməd Cavad kimi ulu sənətkarlarımızın vətəndaşlıq 
qeyrəti və yanğısı ilə yazılmış bu şeirdə Azərbaycanın yaşadı-
ğı və qarşılaşdığı misilsiz faciələr məharətlə ümumiləşdirilib. 
Müəllif  doğma  Vətənimizi  bugünə  salanlar  sırasında  yurd-
daşlarımızın da günahları olduğunu söyləməkdən çəkinmir. 


44
Daş-qaşları papağından ağır gələn “kişilərin”,
Alverinə qurban gedən, qurbanı qan, Azərbaycan!
“Oğulların” yad ellərdə dollar yığır dar gün üçün,
Ağ saçlı bir ana kimi darda qalan, Azərbaycan!
“Azərbaycan”  mövzusunun  XX  yüzil  poeziyamızda  nə 
qədər  mühüm  və  möhtəşəm  mövqe  qazandığı  məlumdur. 
Onlardan  yalnız  bir  neçəsi  əbədiyyətə  vəsiqə  qazanmış  və 
xalqımızın  qəlbində  əbədi  yer  tutmuşdur.  Xüsusən,  Almas 
İldırımın  və  Məhəmmədhüseyn  Şəhriyarın  “Azərbaycan”ları 
öz  tragizminə  və  dəhşətli  reallıqlarla  yaxından  səsləşdiyinə 
görə  fərqlənir.  Xanəli  Kərimli  öz  “Azərbaycan”ını  məhz  bu 
yöndə  və  üslubda  düşünmüş  və  Azərbaycan  poeziyasının 
“Azərbaycannamə” ənənəsinə qiymətli bir töhvə vermişdir. 
Sənsiz bizim bundan belə yaşamağa haqqımız yox,
Haqlı ikən haqsızlaşan, haqqı talan, Azərbaycan!.
Adətən Vətən mövzusundakı şeirlərdə bir çox müəlliflər 
müsibət və faciələrin təsvirində belə bir ümüd yeri, bir işıq 
yeri  qoymağa  çalışırlar.  Söz  sənətinin,  bədii  gerçəkliyin 
təcrübəsi göstərir ki, bəzən milli və ya insani sonun çatdığı-
nı müəllif dərin dən dərk etsə belə, onu təsdiq və tərənnüm 
etməyə cəsarət etmir. Bu fövqəladə təcrübənin də bizim ötən 
yüzil  ədəbiyyatımızda  meydana  çıxdığını  görürük.  Xanəli 
Kərimli  də  ustadları  Almas  İldırım  və  Məhəmmədhüseyn 
Şəhriyar kimi milli qiyamətdən qurtuluşun yeganə yolunun 
“ölüm və olum” seçimindən keçdiyini göstərir: 
Daha bıçaq sümükdədir, taleyinə özün qol çək
Əyninə gey kəfənini, kəfəni qan, Azərbaycan!..
İstedadla yazılmış Vətən şeirləri – həqiqi Vətən dərsliyidir. 
Müstəqillik dövründə poeziyamız və ümumilikdə isə, ədəbiy-
yatımız bu istiqamətdə xeyli uğurlar qazanmışdır. Amma bu 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə