XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə9/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   5   6   7   8   9   10   11   12   ...   99

32
Qalanır yaş üstə illərin çin-çin,
Sən hələ vurğunsan özün-özünə.
Bir vaxt ayılanda görəcəksən ki,
Qəlbin inanmayır ağlın sözünə.
Şeir  başqa  bir  cəhətdən  də  maraqlıdır.  O,  Rəsul  Rzanın 
aşağıdakı misralarını yada salır: 
Anladım, ağlımmış səni unudan,
Qəlbimin bu işdən yoxmuş xəbəri.
Hər iki şair ağılla ürəyin həmişə bir olmadığı gerçəkliyini 
özünəxas şəkildə qələmə almışdır.
Dilimizin gözəlliklərini saymaqla qurtarmaz. Nəinki xalqı-
mızın dilində, hətta dialektlərimizdə elə söz və ifadələr var ki, 
ədəbi dilimizə keçməyə layiqdir:
Kəklikotu, a şehli dağ çiçəyi,
Baldırğanın suda üzən ləçəyi,
Ay dağ gölü, göllərin ən göyçəyi,
Baş aynıcaq səcdənizə gələrəm,
Axı sizsiz yaşamaram, ölərəm.
Buradakı “başın aynımağı” ifadəsi “baş qarışıqlığı” ifadəsinin 
antonimidir. “Başım aynımır”, əslində, “başım qarışıqdır”, “vax-
tım yoxdur” deməkdir. Sözə qoşulan -caq şəkilçisi “kimi” qoş-
masının sinonimi kimi yerinə düşmüşdür.
Qoşa bulaq, qoşalığın
Dadı getməyir damaqdan.
Ömrüm, günüm heşan oldu
Sizdən ayrıldığım vaxtdan.
“Heşan” sözü dialektə xasdır. O, ədəbi dil faktı olmasa da, 
əsərin  dilində  şirin  səslənir.  Bundan  başqa,  şairin  dilindəki 
“hellətmək” sözü də diqqəti çəkir:


33
Çox “kişilər” daş hellətdi yoluma,
Çox “dostlarım” kəmənd vurdu qoluma,
Sağlıq olsun, çarə yox bir ölümə...
Mərd kişilər mərdliyində qalırmı?
Bu şeirdə S.M.Şəhriyarэn “Heydərbabaya salam” poema-
sından doğan hisslərə yaxın nələrsə var.
Xanəli Kərimlinin dili sadə və təbiidir, çünki xalq dilindən 
mayalanıb:
Ayaqlarım girdən düşəndə,
Dizlərim dözməyib büküləndə
Otururam bir skamyada
Tək-tənha.
“Ayaqların girdən (yəni taqətdən) düşməyi” ifadəsini şair ata-
babalarının dilindən eşitdiyi kimi işlədib. Bəzən şair el dilinə 
söz  “yeniliyini”  gətirir.  Xalq  arasında  “ağlı  dabanında”,  “ağlı 
topuğunda” ifadələri var. Xanəli Kərimlinin dilində isə bu an-
lamda “ağlım ayaqlarımın ucunda” ifadəsi diqqəti çəkir. Və 
ya  el  dilində  “qara  qəpiyə  dəyməz”,  “beş  qəpiyə  dəyməz”  kimi 
ifadələrin əvəzində şairin dilində “kor qəpik” ifadəsi var:
Nə çiçək, nə bulaq, nə çayın səsi
Mənimçün indi kor qəpiyə dəyməz.
Dağların zirvəsi, buludlar tacı
Yastı-yapalaq bir təpəyə dəyməz.
Xanəli  Kərimlinin  dilində  diqqəti  çəkən  dil  faktlarından 
biri də aforistik məzmun daşıyan misralardır:
Tək yanan şamın istisi
Özünü də barındırmaz.
Bir çırpının hərarəti
Bir ocağı da yarındırmaz.


34
Fil yükün qarışqa daşıya bilməz.
Nə qədər qadağa, qanun olsa da,
Tərsinə fırlanmaz çarxı dünyanın və s.
Şairin  dilindəki  “cəhənnəm  rəngi”,  “böhtan  daşı”,  “tarix-
bazlar”,  “ölümün  halal  malı”  kimi  söz  və  ifadələr  yeniliyi  ilə 
seçilən uğurlu dil faktlarındandır.
Xanəli Kərimli həm də özünə hesabat verən, harada yan-
lış, harada düz olduğunu bilən və etiraf edən, hansı “günahı” 
olduğunu boynuna alan, keçmişin təsirindən uzaqlaşmayan, 
bugünlə  yaşayan,  gələcəyi  düşünən  və  vicdanına  hesabat 
verən şəxsiyyətlərdən biridir. Bəlkə də, şairin xəbəri yoxdur: 
bir dəfə bu sətirlərin müəllifi onun təəssüf dolu bir etirafının 
şahidi olub və o zamandan onun isti ürəyinə, dərin duyğula-
rına bələdliyi başlayıb. Diqqət edilsə, bu, şairin poetik dilində 
yetərincə əks olunur. Şair bəzən bir çox insanların yanlışını 
təəssüf hissi ilə qələmə alır:
Əl çalmışıq 
Diri ikən ölümüzə,
Ölü ikən dirimizə.
Biz fərqinə varmasaq da,
Salonlar da, meydanlar da 
Əriyibdir yerimizə.
Bu fəlsəfi fikirlər həqiqətlərin açarıdır. Bəzən elə məqam, 
elə  zaman  olur  ki,  insanlar  bilərəkdən,  ya  bilməyərəkdən 
dünən “çəpik çaldığına” bu gün “təpik” vurur və ya əksinə. Şair 
bu işdən əl çalanların yox, əl çalınan yerlərin xəcalət çəkdiyini 
göstərir.  Şeirdə  “ərimək”  feli  “utanmaq”  felinin  əvəzində 
işlənərək onun mənasını daha da qüvvətləndirib.
Xanəli Kərimli nə qədər desə də düşünür ki, sözü yarımçıq-
dır:
Bumu yaşamağın dadı, ləzzəti?
Hər şeydə yarımçıq izim qalıbdı.


35
Könlümü qarsayan bütöv həsrətim,
Bir də ki yarımçıq sözüm qalıbdı.
Əslində, bəzən elə düşüncələr, elə hisslər olur ki, onları ol-
duğu kimi anlatmağa sözlərin gücü yetmir. “Dünyada ən çətin 
şey fikrin, hissin ifadəsini tapmaq, içəridə çağlayan minbir duyğu-
nu  maddiləşdirmək,  fikir  qatlarını  sözə  çevirməkdir”  (K.Vəliyev). 
Bəlkə də, şair düşünür ki, demək istədiklərinin hamısını deyə 
bilməyib və ya istədiyi şəkildə deyə bilməyib. Bu, yaxşı fikir-
dir. Deməli, şair bütöv söz axtarışındadır. Bəlkə də, bilmir ki, 
o  söz  artıq  var.  Qoy  elə  bilməsin.  O  sözün  dalınca  düşsün, 
yeni tapıntılarla dilimizə yeni ovqat gətirsin.
Əsərlərinin birinin adı diqqəti çəkir. Professor Y.Seyidovun 
ifadəsi ilə desək, ad əsərin yarısı deməkldir. Sözü gedən şerin 
adında  dilimiz  üçün  xarakterik  olmayan,  lakin  türk  dilinin 
aktiv leksikasına daxil olan “mutlu” sözü işlənib: “Nə mutlu-
yam”. Əsər Türkiyədə şairin iştirakçısı olduğu qurultaylardan 
birinin təəssüratlarından yaranıb. Şair türk birliyini tərənnüm 
edir,  onun  dediklərində,  xüsusilə  də  iki  misrasında  olan 
həqiqət bir daha xatırlanır:
Bu birliyin məhvərində Od yurdunun öz payı var,
İş birliyi, güc birliyi, ən müqəddəs söz payı var.
Çağdaş  Azərbaycan  ədəbi  dilinin  inkişafında  da  Xanəli 
Kə rimlinin öz payı, öz töhfəsi var. Bu payın, bu töhfənin bun-
dan sonrakı bolluğunu arzulayan oxucular da çoxdur. Bu yol-
da şairə uzun ömür və uğurlar arzulayırıq.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə