XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə6/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   2   3   4   5   6   7   8   9   ...   99

21
Vaqif Yusifli, 
 filologiya elmləri doktoru, professor
 
XANƏLİ KƏRİMLİNİN PAYIZ DUYĞULARI
(«Bölgələrdə ədəbiyyat» silsiləsindən)
Xanəli Kərimli Naxçıvanda, qədim Odlar diyarında yaşa-
yan, oradakı ədəbi və elmi mühitin fəal nümayəndələrindən 
biri. Təkcə Naxçıvanda deyil, bütün məmləkətimizdə az da 
olsa tanınan bir şair-ziyalı... Keçən il onun «Qanun» nəşriyyatı 
tərəfindən «Payız duyğuları» şeirlər kitabı çap olunub. Öm-
rünün 63-cü payızına qədəm qoyan bir şairin bu kitabına belə 
bir ad seçməsini də təsadüfi saymaq olmaz. 
Xanəli Kərimli ömrünün də, yaradıcılığının da payız fəs-
lini  yaşayır.  Bu  fəsli  Xanəli  Kərimli  üçün  solan,  saralan, 
xəzan  dövrünü  yaşayan  fəsil  yox,  barlı-bəhərli  payız  kimi 
səciyyələndirmək olar. Doğrudan da, Xanəli Kərimli 60 yaş-
dan sonra gənclik həvəsindən qalmır, yazır-yaradır.
Kitab altı hissədən ibarətdir və hər hissənin də öz adı var: 
«Vətən  və  Vətən  daşı»,  «Mən  tövbələr  qapısıyam»,  «Dünya 
və mən», «Başımın tacı torpaq», «Hələ ki gec deyil», «Duy-
ğu  əlçimləri»...  Təbii  ki,  hər  bir  hissənin  öz  mövzusu  var. 
Mən  söhbətə  üçüncü  hissədən  («Dünya  və  mən»)  başlamaq 
istəyirəm.  Görək  şairin  Dünya  ilə  münasibəti  necədir,  o 
özünü bu böyük, əbədi Dünyada necə hiss edir, taleyindən, 
keçdiyi  ömür  yolundan  razıdırmı,  əgər  razı  deyilsə,  bunun 
səbəbləri nədir? Ümumiyyətlə, «Dünya və mən»də ifadə olu-
nan fikirlər, hisslər, duyğular oxucuya nə deyir, nəyi aşılayır?
Bu dünyanın dərdi böyük, qəmi yük, 
Ha yayınla, ha yığışdır, ha da bük, 
Əzabı çox, ağrısı tam, dəm bölük
Dözə bilsən, şirin-şəkər dünyadı. 


22
Hər zamanın havacatı başında, 
Dağlayar sinəsin dağın, daşın da, 
Diz yerə qoymayıb çərx savaşında, 
«Mənəm» deyənlərə yəhər dünyadı. 
Sən əl uzatsan da, sənə əl verməz, 
Can qurban etsən də-sənə dil verməz
Yasında ağlamaz, toyunda gülməz, 
Təpədən-dırnağa xətər dünyadı. 
 
Ay Xanəli, çox özünü yorma sən, 
Bu dünyadan düz bazarlıq görməzsən, 
Farağat dur, yoxsa xeyir görməzsən
Dili şəkər, qəlbi zəhər dünyadı. 
Dünya ilə münasibət Xanəli Kərimlidə narazılıq motivləri 
üzərində qurulur. İnsan ömrü, bu ömrün keçib-gəldiyi yol, bu 
yolun daşıyıcısı olan şəxs elə hey narahatdır. Bəzən öz-özünü 
qınayır ki: «Mənim şairliyim başıma dəysin. Qoruya bilmədim bir 
ocağı da». Və deyir ki: «...böyük söz meydanında çəkilmir nə adım, 
görünmür  yerim».  Gah  da  etiraf  edir  ki:  «Bir  vaxtlar  çinartək 
yenilməz idim. Zirvələr də həsəd çəkərdi mənə.İndi ayım, günüm 
qarışıq düşüb. Bir kibrit çöpü də yanmır oduma».
Təbii ki, bu şikayətlər müəllifin özündən narazılığı kimi 
anlaşıla bilər.
Dünya deyəndə o, kainatı, səyyarələr aləmini deyil, daha 
dar mənada - yaşadığı cəmiyyəti, insanlar mühitini nəzərdə 
tutur. Deyəndə ki: «Bu dünyanı soyuq gördüm əzəldən, nə gü-
nündən, nə ayından yarıdım» - biz böyük Dünyanı deyil, məhz 
şairin - lirik qəhrəmanın yaşadığı kiçik aləmi görürük. Ona 
görə  də  aşağıdakı  misraları  təbii  sayırıq.  Mən  və  Dünya 
münasibətində Dünya nədir sualına axtardığımız cavabı tapı-
rıq (Dünya mənim yaşadığım Yerdir, məkandır, insanlar aləmidir, 
gerçəklikdir).
Verdi dərdi, möhnəti
Mən dünyadan bezmədim,


23
Dünya bezdirdi məni.
Dindirmədi kimsəni...
...Şükür, mənim qazancım
Bu dünyadan dərd oldu.
Dərdimin bolluğu da
Dünya üçün dərd oldu.
 
        Elə  güman  etməyin  ki,  Xanəli  Kərimlinin  bütün  şeirləri 
beləcə  dərdli-gileyli  motivlər  üzərində  qurulub.  Və  bütün 
şeirlərində Dünya beləcə qaralanır. Əlbəttə, belə deyil. Mən 
Xanəli Kərimlini bədbin və nostalgiya ilə yaşayan şair kimi 
yox, nikbin şair kimi səciyyələndirirəm. 
«Başımın  tacı  torpaq»  bölməsində  Xanəli  Kərimli  məhz 
həyatsevərdir.  Torpağa,  soyuna-kökünə  bağlı  bir  şair  kimi 
diq qəti cəlb ediir. Onun torpaq və təbiət haqqında şeirlərindən 
torpağın və təbiətin rayihəsi gəlir.
 
Duman yalmanına yatıb dağların
Oxşayır ruhunu meh nəfəsilə.
Kipriyi şəbnəmli tər çiçəkləri
Oyadır bulaqlar zümzüməsilə.
 
Qayanın çınqıllı ətəklərində
Oxuyur kəkliklər xoş avazıyla.
Şəbnəmdən yoğrulan dağ gölləri də
Nazlanır yaşılbaş sonalarıyla.
 
Bir sal daş üstündə bir ovuc torpaq
Qoruyur bircə kol kəklikotunu.
Bir sısqa bulaq da alıb qoynuna
Məst olub uyuyan bulaqotunu.
 
İllərin tufanı sal qayaları
Zaman-zaman yonub heykəlləşdirib.


24
Təbiət də rəssam möcüzəsiylə
Hərəsin bir cürə gözəlləşdirib.
 
Bir çiçək ətri də Vətən ətridir,
O duyğu qəlbinə sığılsa əgər.
Onda görərsən ki, babalar haqmış,
Bu torpaq uğrunda ölməyə dəyər.
 
     Xanəli Kərimli - XX əsrin insanı, XXI əsrin də vətəndaşı, Yer 
oğlu, Azərbaycan ziyalısı, Naxçıvanlı dostumuz, şair, alim.
Təbii ki, onun həyat, ölüm, dünya, cəmiyyət haqda fikir və 
dü şüncələri təkcə özünə aid deyil və bu mənada, şairin lirik 
«mən»ində  müasirlərinin  obrazı  da  əks  olunur.  yəni  Xanəli 
Kərimli  öz  şeirlərində  müasirlərinin  də  arzu  və  istəklərini 
ifadə edir. O deyir ki: 
 
Ürəyin ağrıyır?!
Niyə qorxursan?!
Demək, sən qanırsan, sən yaşayırsan.
Başı daşdan-daşa dəyən Vətənin
Halal övladısan, dərd daşıyırsan.
Biz  bu  misraların  səmimiyyətinə  qətiyyən  şəkk  etmirik, 
Və tənlə onun övladları arasındakı ünsiyyəti alqışlayırıq. 
Amma  deyəndə  ki:  «Vətəni  işğal  olunmuş  millətin  birin-
ci,  edam  edilməlidi  şairləri,  müəllimləri.  Sonra  alimləri,  zabitləri, 
əsgərləri.  Daha  sonra  vaxt  qalsa,  həvəs  olsa,  o  biriləri»  -  biz  bu 
fikirlə  qətiyyən  razılaşmırıq.  Vətəni  işğal  olunmuş  millət, 
əgər millətdirsə, özündə güc tapıb işğala son qoymalıdır!
Xanəli  Kərimlinin  ustadlara  həsr  etdiyi  silsilə  şeirləri  də 
diqqətdən yayınmır və bu şeirlər Zamanın keçmişində yaşa-
yan,  amma  bütün  əsrlərin  mənəvi  sərvəti  sayılan  ustadlara 
böyük məhəbbətin ifadəsi kimi yadda qalır. Mirzə Cəlilin ru-
huna həsr olunmuş şeir İlahiyə müraciətlə yazılıb:
 
Mənə qələm vermisən-dərdimi yazmaq üçün
Dərdimi bol etmisən-nəşəmi pozmaq üçün. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə