XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə7/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   2   3   4   5   6   7   8   9   10   ...   99

25
Bir kor iynə vermisən-gorumu qazmaq üçün,
Şükür sənin hüsnünə, şükür sənə, İlahi.
H.Cavidin məqbərəsi önündə düşüncələr də şeirə dönüb 
ustada məhəbbət və ehtiram ifadə edir:
Sən elə qüdrətsən ki, sənə əlimiz yetməz!.. 
Sən xalqın ələmisən, kədərisən, dərdisən.
Bütün qadağaları, bütün sədləri qırıb
Haqqa haqq deyən kişi, zəmanənin mərdisən.
 
    Xanəli Kərimli əsl kənd adamıdır. Bu sözü deyəndə mən 
onu binadan əkinçi, biçinçi kimi deyil (cavanlığında əkib də, bi-
çib də!), daha çox kəndi duyan, onun problemləri ilə yaşayan 
bir ziyalı hesab edirəm. Mənə o xoş gəlir ki, Xanəli Kərimli 
kəndin romantik dünyasına, şeiriyyətinə vaqif bir şairdir.
 
Zirvədən təzəcə boylanırdı Ay,
Ocaq köz tökürdü aramla lay-lay.
Çubuq şişlikləri düzdük bir qolay,
Başladıq gecəni gecələməyə. 
 
Boynu buruq-buruq dəvə təpələr
Ayın işığında mürgü döyürlər. 
Ləçəyi yellənən güllər, çiçəklər
Çırpınır ətrini səpələməyə. 
 
Bu yay gecəsinin aylı gecəsi,
Bulaq pıçıltısı, mehin nəfəsi.
Köz üstə dəmlənən çay zümzüməsi
Çağırır könlümü təzələnməyə.
 
    Bu şeirdə Xanəli Kərimlinin xalq şeirinə məhrəmliyi də hiss 
olunur.  Şeir  həm  məzmunu-Ay  işığının  saçdığı  gözəllikləri 
əks etdirdiyi üçün, həm də formaca xoş təsir buraxdığı üçün 
maraqlıdır.


26
Mən  Xanəli  Kərimlinin  «Vətən  və  Vətən  daşı»  silsiləsi 
haqda da xoş söz deyə bilərəm. Bu silsilədə olan şeirlər Azər-
baycana,  bayrağımıza,  şəhidlərimizə,  ustadlarımıza,  türk 
dünyamıza, müstəqilliyimizə, ulu öndərimiz Heydər Əliyevə 
böyük ehtiram və məhəbbətlə yazılan nümunələrdir.
Və  bu  yazıda  tənqid  xatirinə  deyil,  həqiqi  müşahidəmə 
görə deyə bilərəm ki, Xanəli Kərimlinin kitabında onun yaxşı 
şeirləri ilə müqayisədə ortababları, hətta bir neçə zəif şeirləri 
də  var.  Bunlara  elə  bilirəm,  onun  gələcək  kitablarında  rast 
gəlməyəcəyik. Amma təbiidir bu da, çünki yaxşılar seçilir, adı 
çəkilir, nümunə gətirilir, ortabablar qıraqda qalır.
Xanəli Kərimliyə uğurlar diləyirəm. Yolundan dönməsin. 
Payız bolluq fəslidir, yazsın, yaratsın. Özü demişkən: «Bu yol 
mənim əzəli, əbədi bir yolumdur».
 “ƏDALƏT “ qəzeti,
 19 aprel 2014-cü il


27
Sədaqət Həsənova,
Filologiya elmləri doktoru,
professor
XANƏLİ KƏRİMLİNİN DİL-ÜSLUB 
XÜSUSİYYƏTLƏRİ
Ərzin altında Allahın xəzinələri vardır ki, 
şairlərin dili bu xəzinələrin açarıdır.
Məhəmməd peyğəmbər
Real və düşünülən hadisələrə həqiqi sənətkarlıq ölçüləri 
ilə  yanaşmağın  əsas  yollarından  biri  şairin  dilidir.  Bəllidir 
ki, şairlərin dil duyumu şair olmayanların dil duyumundan 
az və ya çox dərəcədə yüksəkdir. Bu duyum olmasa, poetik 
sözlər lazımi səviyyədə yaranmaz, diqqəti çəkməz və insanın 
daxili aləminə təsir göstərə bilməz. Fikir meydanının genişliyinə 
imkan  yaradan  da  dildir.  Dil  fikrin  reallaşma  və  çatdırılma 
vasitəsi  kimi  həmişə  önəmlidir.  Poetik  təfəkkürün  məhsulu 
olduqda isə onun əvəzi yoxdur. Poetik sözlər təkcə fikir ifadə 
etmir, həm də oxucunu sirli bir aləmə aparır, onun həyatı, insan-
ları dərk etməsinə kömək edir. Dili “poetik təfəkkürün açarı” hesab 
edənlər onu nə qədər də düzgün dəyərləndiriblər. Şair Xanəli 
Kərimlinin də poetik dünyası onun söz dünyası ilə qoşalaşır. 
“Yaşamaq çətinmiş, ölməyə nə var”,
Onsuz da ölümün halal malıyam.
Vətən deyib dilə gəlməyə nə var,
Vətənçün ölməyi bacarmalıyam.
Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli mədəniyyət 
və mənəviyyatı təzahür etdirən vasitədir. Xalq şairi Rəsul Rza 
ana dilinin ən gözəl şerini yaratmağı “yer üzünün səadəti” he-
sab etmişdir. Gərək zaman dayana, həyat bitə ki, bu səadətin 
kimə  mənsubluğunu  dəqiqləşdirə  biləsən.  Ana  dilinin 
indiyədək o qədər gözəl şeiri yaranıb ki. Və yəqin ki, bundan 


28
sonra da yaranacaq. Onların hansının daha gözəl olduğunu 
təyin etməyə qüdrətmi çatar? Çox şairin poeziyasında gözəl 
şeir, təzə-tər fikir və yeni ifadə tapmaq olar. Əsas məsələ odur 
ki, onlarda xaslıq olsun, müəlliflik olsun. Bu anlamda, Xanəli 
Kərimli poeziyası diqqəti çəkir:
Şair haqqın səsidir...
Tanrının müjdəsidir.
Xanəli Kərimlinin sözləri də özü kimi sadədir, zahiri bər-
bəzəkdən uzaqdır, lakin yerinə düşən, zamanında deyilən və 
içdən gələn sözlərdir.
Şairin dili onun istedad səviyyəsini təyin edir. Onun imza-
sı, ədəbiyyatda və ədəbi dildəki mövqeyi dilindən çox asılıdır. 
Əslində, hər bir söz ustadının bacarığı onun ümumxalq dili-
nin dadından, duzundan, şirinliyindən nə dərəcədə istifadə 
etməsi ilə ölçülür. Sənətkarın xalq dilinə münasibəti ilə poetik 
şəxsiyyəti təsdiqlənir. Bu məqamda professor Yusif Seyidov 
yazır: “Şeir yazmayıb mənən, daxilən şair olanların sayı şeir yazan-
lardan, bəlkə də çoxdur. Ancaq burada xüsusi bir keyfiyyət insana, 
sözün  əsl  mənasında,  şairlik  hüququ  verir.  Şairlər  başqalarından 
fərqli olaraq, öz duyğu və düşüncələrini yüksək poeziya dili ilə ifadə 
edə bilərlər... Şair həyatı – təbiəti və cəmiyyəti, hadisələri bir fərd 
kimi  yalnız  özü  üçün  deyil,  onu  əhatə  edənlər  üçün  də  açır,  ona 
yeni forma, yeni dil, yeni güc verib ifadə edir. Şair insanın özünü də 
özünə anladır və tanıdır. Şair öz əsrdaşının daxili aləmini açıb onu 
özünə göstərir”.
Şair, bəlkə də, özü də bilmədən söz axtarışında olur. Söz-
lərə  cəsarətlə  yanaşmaq,  onları  cəsarətlə  işlətmək  Xanəli 
Kərimli qələmi və şəxsiyyəti üçün adi haldır. Və bu, şairin po-
etik dil axtarışlarının uğurla nəticələnməsinə səbəb olan fakt-
lardan biridir. Şairin sözləri hərdən asta deyilsə də, çox vaxt 
şimşək kimidir. Şeirlərinin birində də şair bunu vurğulayır:
Zirvədəki qalaçanın özü mən,
Şimşəklərin nidası mən, sözü mən.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə