XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə10/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   6   7   8   9   10   11   12   13   ...   99

36
Yaşar Qasımbəyli,
filologiya elmləri doktoru 
 
POEZİYADA İSTİQLALIN TƏRƏNNÜMÜ
Xanəli  Kərimli  indi  özünün  oxucu  auditoriyası-
na malik olan, geniş hörmət qazanmış şairlərdəndir. 
Şeirində, həyatında səmimi, riyakarlığa yabancı, bir 
sifətli  sənətkardır.  Onu  yaxından  tanıyanlar  halal 
təbiətli olduğunu xüsusi vurğulayırlar. 
  
 
Camal Mustafayev
fəlsəfə elmləri doktoru, professor
Əməkdar elm xadimi
 
Xanəli Kərimlinin “Payız duyğuları” kitabındakı “Azərbay-
can bayrağı” şeiri Vətənimizin şərəfinə yazılmış, milli qürur 
və iftixar duyğularını oyadan gözəl bir nəğmə təsiri bağışlayır. 
Azər baycan bayrağının, xüsusən, gənc nəslə bu cür təqdim və 
təlqin  olunması  poetik  cəhətdən  özünə  tam  mənada  bəraət 
qazandırır. Aşağıdakı misralar təkcə bayrağımızın təsviri de-
yil, həm də onun mənşəyi və mənası haqqında unudulmaz 
bilgilərdir: “Bayrağımın rəngində Yerin, göyün rəngi var. Yurdu-
mun azadlığı, Pozulmaz ahəngi var. Mən onu qoparmışam Köləlik 
zəncirindən. Ona səcdə edirlər Dünyanın hər yerindən.”
Müstəqil  dövlətin  əsas  atributlarından  olan  bayrağın 
əsas vəzifəsi və funksiyası haqqında da şairin poetik bəyanı 
diqqətə layiqdir. Gənc nəsil bu misraları oxuyarkən nəyə görə 
onu “köləlik zənciri”ndən qoparmaq üçün nəsillərin bu qədər 
mübarizə apardığını, öz ömürlərini qurban verdiklərini, qan 
tökdüklərini  dərindən duyur  və  anlayır.  Müstəqil  dövlət,  o 
cümlədən,  onun  gerbi  və  bayrağı  millətin  özünüifadəsi  və 
təsdiqidir. Onun varlığını uzaq-uzaq yerlərdə və məkanlarda 
təmsil edən milli və siyasi rəmzdir: “O qalxıb ucalanda Bayraq-
ların  içində.  Ucalır  millətim  də  Millətlərin  içində.  O  mənim  yad 
ellərdə Danışan saf dilimdi Vüqarım, ləyaqətim, Vətənimdi, elim-


37
di.” Kosmopolit tənqidçi bunları adi və məlum həqiqətlərin 
bədii  ifadəsi  kimi  qiymətləndirə  bilər.  Amma  bizim  bö-
yük  klassiklərimizin  Vətənimiz  və  Dövlətimiz  haqqında 
məşhur  şeirləri,  hamımızın  uşaqlıqdan  əzbər  bildiyimiz  və 
söylədiyimiz  doğma  misraları  bəyəm  adi  həqiqətlərin  ifa-
dəsi  deyilmi?!  Vətəndaşlıq  lirikasına  qeyri-səmimi  və  aşa-
ğılayıcı  münasibətlə  biz  heç  zaman  razılaşmamalıyıq.  İn-
gilis  və  ya  fransız,  alman  və  ya  ispan  şairlərinin  müasir 
dövrdəki  mücərrəd  və  abstrakt,  modernist  və  postmoder-
nist  eksperimentlərinə  az  qala  səcdə  edən  bəzi  müəlliflər 
Azərbaycan  ədəbiyyatının  və  poeziyasının  dövlətimizin 
mənafeyini  həmişə  və  ardıcıl  şəkildə  müdafiə  etməsini 
rişxəndlə  qarşılamalarının  iki  mühüm  səbəbi  var.  Birinci 
səbəb, onların bilərəkdən və ya bilməyərəkdən Azərbaycan 
dövlətinin  ictimai-siyasi  və  beynəlxalq  vəziyyətini  qəsdən 
təhrif etmələri, yetərincə dərk etməmələridir. İkinci mühüm 
səbəb isə, onların Azərbaycanın keçmişinə də, bugününə və 
gələcəyinə  də  ögey  bir  oğul  kimi  yanaşmaları,  öz  övladlıq 
borclarından imtina etmələridir. Məncə, Vətənini sevən hər 
bir azərbaycanlı bu misraları sevərək, dərdli bir nəğmə kimi, 
ürəkdən gələn səmimiyyət dolu bir səs kimi qəbul etməlidir: 
“Onda  olan  əzəmət,  Ondakı  çarpan  ürək.  Hayqırır  sabah  üçün 
Daha ciddi döyüşək. Çünki döyüşdən doğub Millətimin xoş çağı! 
Bayraqlar bayraqdarı Azərbaycan bayrağı!..” 
XX yüzil Azərbaycan poeziyasının ən qiymətli təcrübə və 
ənənələrindən biri budur ki, dəhşətli qadağalara, amansız və 
qanlı  repressiyalara  baxmayaraq,  söz  sənətimiz  millətimizə 
sədaqətini axıra qədər şərəflə qorumağı bacardı. Təkcə bununla 
kifayətlənmədi. Başdan ayağa qədər milli olan ədəbiyyatımız 
çarizmin  hiyləgər  siyasətinə,  daşnak  və  bolşeviklərin  misil-
siz təqib və təzyiqlərinə baxmayaraq, eyni zamanda, Millət, 
Vətən  anlayışlarını  yüksəklərə  qaldırmaqla  bərabər,  Dövlət 
yaddaşını da hifz etməyi və yaşatmağı bacardılar. Türk xalq-
larının söz sənəti Dövlətə və dövlətçilik ənənələrinə möhkəm 
bağlılığı  ilə  həmişə  dostlarımızın  da,  düşmənlərimizin  də 
diqqətini cəlb edib. Sovet cəmiyyətində ağır ittihamlar və sı-


38
naqlar qarşısında belə bizim söz sahiblərimiz bu müqəddəs 
ənənəyə arxa çevirməyiblər. Azərbaycan şairlərinin və aşıqla-
rının özlərini Dövlətdən ayrı təsəvvür edə bilməmələrindən 
sovet höküməti də öz mənafeyi üçün müəyyən qədər istifadə 
etməyə  çalışdığı  bir  həqiqətdir.  Amma  “Sovet  Azərbaycanı” 
deyəndə  də  bizim  ədəbiyyatımız  bu  anlayışa  və  məfhuma 
məhz  doğma  Dövlət  mənasını  daxil  etməyə,  hopdurma-
ğa can atıb. Stalinizmin hökmranlığı döv rün də Azərbaycan 
Dövlətini  və  dövlətçiliyini  təmsil  etməyi  məhz  ədəbiyyat 
öz çiyninə götürmüşdü. Hüseyn Cavid, Əhməd Cavad, Mi-
kayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza 
təkcə  dövrün  böyük  şairləri  deyildi.  “Azər”i  yazan  Cavid, 
“Azərbaycan”ı yazan Əhməd Cavad, “Oxu, tar”ı yazan Mi-
kayıl  Müşfiq,  “Vaqif”i  yazan  Səməd  Vurğun,  “Təbrizim”i 
yazan  Süleyman  Rüstəm,  “Qara  dəniz”i  yazan  Rəsul  Rza 
bütün  Azərbaycan  Millətinin  və  Dövlətinin  nümayəndələri 
və sahibləri kimi çıxış edirdilər. Dövlət və ədəbiyyatın türk 
xalqları tarixindəki mövqeyindən geniş bəhs etmək olar. Bu 
başqa  bir  geniş  və  fundamentlal  məqalənin  mövzusudur. 
Hələlik  isə,  onu  qeyd  etməyi  vacib  sayırıq  ki,  müstəqillik 
dövründə  məhz  bu  müqəddəs  ənənələr  dirçəlməyə  başla-
dı  və  ədəbiyyatımızda  yeni,  daha  əzəmətli  təmayüllər  kimi 
meydana  çıxdı.  Həmin  ənənələr  nöqteyi-nəzərindən  yana-
şanda, Xanəli Kərimlinin Mustafa Kamal Atatürk, Məmməd 
Əmin Rəsulzadə, Nəriman Nərimanov, ümummilli liderimiz 
Heydər Əliyev haqqındakı ürək yanğısı ilə yazılmış emosio-
nal nəğmələrinin nə qədər böyük ictimai-siyasi və milli bədii 
əhəmiyyətə  mailik  olduğunu  dərindən  dərk  edirik.  “Onu 
zaman  doğmuşdu”  şeiri  Ulu  Öndərin  vəfatına  həsr  olunub. 
Amma  bu  şeir  adi  bir  mərsiyə  deyil,  xalqımızın  böyük  və 
misilsiz  oğlunun  yenilməz  həyat  və  mübarizə  yolu,  qələbə 
və  zəfərləri  haqqında  gözəl  bir  nəğmədir.  Bu  nəğməni  bu-
günkü nəsillər də, gələcək əsrlərin övladları da məhəbbətlə 
oxuyacaqlar:  “O  dünyaya  gələndə  Təkcə  özü  ağladı.  Dünyadan 
köçəndəsə  Cahan  qara  bağladı”.  Şair  vətən  xilaskarını  qədim 
dastanlarımızın  tarixi-əfsanəvi  qəhrəmanlarına  bənzədir. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə