XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə27/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   23   24   25   26   27   28   29   30   ...   99

98
 Xuraman İsmayılqızı,
 jurnalist
 
 “PAYIZ DUYĞULARI”NIN 
BAHAR TƏRAVƏTİ
Eyniadlı kitabı ilə oxucuların görüşünə gələn 
Xanəli Kərimlinin yeni şeirləri yaradıcılıq hesabatıdır.
İnsana,  yurda,  torpağa,  haqqa  bağlılığı  bütün  şeirlərinin 
ana xətti olan Xanəli Kərimli “Payız duyğuları” adlı şeirlər 
kitabı ilə öxucularını bir daha sevindirib. Ürəyinə hökm edən 
duyğuları, Tanrının hikmətini, dünyanın gərdişini ədəbiyyat 
gülşənində qarış-qarış gəzərək sözün qüdrəti ilə əlçim-əlçim 
sətirlərə köçürən şair yenə də bu gününə nəzər yetirərək sa-
bhına boylanır, “mən”ini axtarır, daxilən özü ilə söhbətləşir, 
bəzən Ağrı da ğının zirvəsinə “qalxır”, arabir dəli Kürə “xitab 
edir”, ondan “haqq-hesab sorur”.
Hərdən tez-tez “həmsöhbət olduğu” Arazın həsrət dolu nis-
gi linə  qulaq  asır.  Harda  “təsəlli  tapırsa”  söz  boğçasını  “ələk-
vələk edir”, duyğularını oxucuları ilə bölüşməyə çalışır.
Əvvəllər işıq üzü görmüş kitablarında elinə, obasına bağ-
lılığını şeirləri ilə şair “Payız duyğuları”nda da ənənəsinə sa-
diq qalaraq hisslərini daha qabarıq şəkildə bildirir.
Şairin  öz  təsnifatına,  şeirlərin  məna  çalarlığına  görə 
müxtəlif bölmələrdə toplanan, biri-birindən oxunaqlı, mənalı, 
hikmət dolu şeirləri sanki söz ordusunun əsgərləri kimi səf-
səf  düzülərək  biri-birini  tamamlayır,  eyni  məqsəd  naminə 
birləşirlər: Vətənə məhəbbət, torpağa bağlılıq, insanlara inam, 
təbiətə sevgi.
Ilk bölüm “Vətən və vətən daşı” adlanır. Vətənə bağlılığını, 
şair qəlbinin qayəsini oxucuya bələdçilik edən “Azərbaycan”, 
“Aərbaycan  bayrağı”,  “Onu  zaman  doğmuşdu”  şeirləri  ilə 
çatdıran Xanəli Kərimli vətənpərvər insanlar üçün müqəddəs 


99
olan  ölkəsinə,  onun  bayrağına,  bu  xalqı  dünyada  tanıdan 
qəhrəman oğullarına sevgisini:
Çünki döyüşdən doğub
Millətimin xoş çağı!
Bayraqlar bayraqdarı
Azərbaycan bayrağı!
-sözləri ilə bildirir. Bu bayrağın ədəbiliyinin, Azərbaycanın 
müstəqilliyinin qarantı olan, ümummilli lider Heydər Əliyev 
şəxsiyyətinin böyüklüyünü “Onu zaman doğmuşdu, o yaşat-
dı  zamanı”  sözləri  ilə  bildirən  şair  bu  müdrik  insanın  ədə-
biy yatşünaslıq missiyasının daimi olacağını sözün qüdrəti ilə 
çatdırır:
Heydər kimi bir düha
Yetiribdirsə bu xalq,
Bu xalqa ölüm yoxdur –
Əbədi yaşayacaq!!!
Şairin  yaradıcılığı  ilə  maraqlanan  hər  kəs  özünü  Xanəli 
Kərimlinin  şeirlərində  kəşf  edə  bilər.  Doğulduğu  torpağı 
“Naxçıvanım mənim” şeiri ilə alınmaz qala, ədəbi məkan ad-
landıran şair “Varım, yoxum – nəyim varsa, cümləsi sən, hamısı 
sən” deyir. Oğuz dili adlandırdığı, Ana dilinə sevgisini “Sən 
əzəldən vətən kimi şəriksizsən – öz dilimsən” misraları ilə bildirir.
“Mən tövbələr qapısıyam” adlı bölmədə toplanan şeirləri 
şairin yaradıcılıq hesabatı da adlandırmaq olar. Daim haqqa 
tapınan,  sözün,  duyğularının  əsiri  olduğunu,  Tanrının  tale-
yinə  yazdığı  ömür  payını  Vətənə,  insanlara  həsr  edən  şair 
sanki keçmişinin gözü ilə gələcəyinə nəzər yetirir, ürəyinin 
səsini dinləyir, taleyinin hökmü ilə razılaşır, haqqın yolçusu 
olduğunu unutmur, “Mən özümdə tapdım haqqı” deyir.
“Dünya  və  mən”  bölməsində  toplanan  şeirləri  ilə  sanki 
“dünya  sənin,  dünya  mənim,  dünya  heç  kimin”  söyləyən,  Azər-


100
baycanın söz xəzinəsinin ən böyük ustadlarından olan Məmməd 
Arazın  sorğusuna  münasibət  bildirir.  Ümumiyyətlə.  Xanəli 
Kərimlinin yaradıcılığında Məmməd Araz ruhu duyulur:
“Onsuz da dünyanın qəlbi soyuqdu
isti səsi var, nə də nəfəsi”.
Bəzən  rastlaşdığı  insanların  dönüklüyündən,  unutqanlı-
ğından “gileylənir”, bəzən mərdliyin, inam və güvənin etibar-
dan düşdüyü anlar üçün təəssüflənir, sirli, dəyirman adlan-
dırdığı dünyanın möcüzələrinin hələ də açılmamış qaldığın-
dan “nigarançılığını” dilə gətirir.
Bu dünyanın dərdi böyük, qəmi yük,
Ha yayınla, ha yığışdır, ha da bük,
Əzabı çox, ağrısı tam, dəm bölük...
Dözə bilsən şirin-şəkər dünyadı.
Söz sərrafı kimi daim sadəliyin axtarışında olan şair yara-
dıcılığı ilə insanlara səmimiyyət, beş günlük dünyada inam, 
etibar, maddi sərvət deyil, mənəvi zənginlik arzulayır.
“Başımın tacı torpaq” adlı bölümdə yaradıcılığını əsasən 
təbiətə, ana torpağa, yaxınlarına müraciət etməyə yönəldən 
şair,  “Hələ  ki,  gec  deyil”,  “Duyğu  əlçimləri”ndə  toplanan 
şeirlərində də ülvi məqsədlər naminə çalışmağı, şərəfli ömür 
yaşamağı insanlıq və vətənpərvərliyin ən müqəddəs vəzifəsi 
hesab edir. “Mən zamanın içində, zaman mənim içimdə, anlaşırıq 
bir təhər” deyir. Tarixi şəxsiyyətlərə müraciət edir.
Kitab  “Payız  duyğuları”  adlansa  da,  daim  nikbin  olan 
Xanəli  Kərimli  insanlara  bahar  ovqatı  bəxş  edən  şeirləri  ilə 
oxucularını  yaşayıb,  yaratmağa  ruhlandırır.  Dünyanın  yeddi 
möcüzəsindən də sirli olan insanlara mübarizlik ruhu aşılayır.
Bu sözdən sonra söz demək çətin,
Astarı üzündən baha dünyaya.


101
Oğulsansa əgər, elə yaşa ki,
Heç vaxt verməyəsən yaxa dünyaya.
Azərbaycanın müasir ədəbi tarixində özünəməxsus sözü, 
yeri olan Xanəli Kərimlinin oxucularına hələ deyilməmiş çox 
sözü, qət edəcək uzun yaradıcılıq yolu vardır. Bu yolda şairə 
uğurlar, “yalnız xoş diləklər nəsibin, söz boxçan zəngin olsun” de-
yirik.
“İki sahil” qəzeti,
25 yanvar 2014-cü il


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə