XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə31/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   27   28   29   30   31   32   33   34   ...   99

116
Dünyanın üzünü su alan kimi,
Dünya dərd içində ölüb gedəcək.
Yazıqdır bu dünya,
Hünər ona ki,
Mən tək dərd ümmanın üstə gəzdirir.
Bir damlam düşəndə bu yer üzünə,
Bir damla əzabım onu bezdirir,
Aləmlər içində, dünya içində,
Mənim öz aləmim, öz dünyam var,
Əlacsız, çarəsiz qaldığım anda,
Yenə öz dünyamda gördüm etibar.
Şair  öz  yaradıcılığında  insanın  dünyaya  gəlişindən  söz 
açır.  O  deyir:  ”Əgər  insan  dünyaya  gəlibsə,  o,  dünyanın  bütün 
problemləri ilə, çətinlikləri ilə, sevinci, kədəri, dərdi-qəmi ilə razılaş-
malıdır, mübarizə aparmalıdır. Bax, həyat onda maraqlı olur, gözəl 
olur, rəngarəng olur, bilirsən ki, həyatda sən də yaşayırsan...”
Mən isə həyatımın  bir  gününü  maraqlı,  rəngarəng  yaşa-
madım. Ona görə sizdən üzr istəyirəm, bağışla məni ki, sizin 
60 illik yubiley tədbirinizdə iştirak edə bilməmişəm. Xəbərim 
olmadığı üçün ümidvaram ki, siz məni bağışlayarsınız... 
“Bir  ömrün  nağılı”  kitabının  müəllifi  Sabir  Bəşirov  bö-
yük  bir  missiyanı  öz  üzərinə  götürdüyü  üçün  ona  öz  min-
nətdarlığımı bildirirəm.
Ümidvaram ki, bu kitab Xanəli Kərimli haqqında və onun 
bədii  yaradıcılığı  ilə  tanış  olmaq  istəyənlərə  bələdçi  rolunu 
oynayacaq. Sizlərə yaradıcılıq uğurları...
 “3-cü Hədəf” qəzeti, 
13-20 mart 2012-ci il.
 


117
Vilayət Nəsirli,
 Şahbuz rayonu Sələsüz kənd orta məktəbinin müəllimi
 
1
XANƏLİ KƏRİMLİNİN POETİK ALƏMİ
Xanəli Abbasəli oğlu Kərimli, filologiya elmləri namizədi, 
ədəbiyyatşünas, Naxçıvan Dövlət Universitetinin dosenti və 
həmin  universitetdə  Xarici  tələbələrlə  iş  üzrə  dekan,  ikinci 
çağırış  Naxçıvan  MR  Ali  Məclisinin  deputatı,  Azərbaycan 
Yazıçılar Birliyinin üzvü, bir sıra elmi məqalələrin, şeirlər ki-
tabının  müəllifi,  Türkiyə,  İran,  Gürcüstan  və  Hollandiyada 
keçirilən bir neçə beynəlxalq konfrans və tədbirlərin iştirak-
çısıdır.
Onun şeirlərində fəlsəfi ümumiləşdirmələr əsas yer tutur. 
O,  fəlsəfi  düşüncələr  ustasıdır.  X.Kərimli  tanınmış  alim  və 
poeziya  ustasıdır.  1987-ci  ildə  “Cənubi Azərbaycan  demok-
ratik  ədə biyyatında  hekayə  janrının  inkişafı”  mövzusunda 
namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Hazırda  dok-
torluq  dissertasiyası  üzərində  işləyir.  O,  poeziya  aləmində 
özünəməxsusluğu  ilə  seçilir.  Fikrini  çox  ustalıqla  oxucuya 
çatdıra bilir. Onun poeziyasında həyata, insanlara fəlsəfi ba-
xış aydın nəzərə çarpır.
X.Kərimli  insanı  canlıların  ən  mürəkkəbi  kimi  dəyər-
ləndirir. İnsana xarakteri çox mürəkkəb olan varlıq kimi ba-
xır. “Nədən” şeirində yazır:
İtin də dilini bildim, 
qurdun da.
Suyun da dilini bildim,
odun da...
Nədən,Allahım,
nədən -
adam dilini bilmədim
adam ola-ola?!


118
Bir ayağım burda,
Bir ayağım görda.
Cavab tapa bilmirəm 
hələ də bu suala...
İnsan  və  onun  əməlləri,  mənəvi-əxlaqi  kamilliyə  çağırış 
X.Kərimli yaradıcılığının ana xəttini təşkil edir.
“Qartal ömrü” şeirində yazır:
Min il ac yaşayar, susuz yaşayar,
Nə minnət götürər, nə boyun əyər.
Onun bircə anlıq qiyya çəkməsi
Yüz yastıyapalaq ömrünə dəyər.
Qartal öləndə də uçuşda ölür
Ki, dağlar sıxılıb qəmə batmasın.
Məğrur yerişini, şah duruşunu
Zirvələr əbədi hey xatırlasın.
X.Kərimli  insan  ömrünün  mənasını  “Tərəqqi”  şeirində 
özünə məxsus şəkildə belə ifadə edir:
Kimi yorğanını ayağına,
Kimi ayağını yorğanına 
görə uzatdı.
Kimi də 
minillik ölü kimi 
üzü qibləyə 
yorğansız-filansız 
qıvrılıb yatdı.
Burnundan uzağı
görməyən yazıq,
elə bildi ki,
bu, ən gözəl yaşayış,
ən gözəl də həyatdı...


119
X.Kərimli fikir zənginliyi və fəlsəfi dərinliyi ilə seçilir.
Şairə görə “Allah gözə görünmədiyi kimi, şeytan da gözə görün-
mür. Lakin hər birimizin qəlbində həm allah, həm də şeytan yaşayır.
Kamilliyə gedən yol da bu ikilik arasındakı mübarizədən başlayır”.
O  yazır:  “Bəlkə  də,  dünyanı  həqiqətdən  çox  yalan  idarə  edir. 
Çünki həqiqətdən qan, yalandan isə “şirin vədlər” iyi glir”.
X.Kərimliyə görə “o kəslər insan adlanmağa layiqdir” ki, hər 
zaman şərə qalib gələ bilir - iç dünyasındakı pusquda olan 
pisliyi, yamanlığı öldürür...
O yazır:
Kiminə dərd verdi Allah,
kiminə sərvət.
Dərd bir sərvətdir,
sərvət də bir dərd. 
Kiminə dərd verdi Allah, 
kiminə dərman.
Dərmansız dərd olmaz, 
dərdsiz də dərman.
Kiminə dərd verdi Allah, 
kiminə dövran.
Dövransız dərd olmaz, 
dərdsiz də dövran.
Burada həyatın mənası haqqında fikirlər öz əksini tapıb.
Davam edərək yazır:
Kiminə at verdi Allah
meydan vermədi.
Kiminə meydan verdi Allah, 
at vermədi.
Nə meydanı olan yarıdı qismətindən,
nə atı olan.
Kiminə də nə at verdi Allah, 
nə də meydan.
Bir ömür yaşatdı – 
səfil, sərgərdan.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə