XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə35/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   31   32   33   34   35   36   37   38   ...   99

133
ilham verəcək Leyli-Məcnun sevgisinin artıq nağıl olduğunu, 
başdan-ayağa yalanlardan ibarət sevgi eşq ümmanında üzən 
sevgi gəmisinin artıq suya qərq olduğunu, əvvəl-əvvəl dil 
töküb, şirin vəd verənlərin, sonradan onları bir göz qırpı-
mında unudan “sevgi qəhrəmanları”nı görərək təəssüf hissi 
keçirmişdir:
 
İndi yalanlardır sevgi donunda
Təmiz ürəkləri oğurlayanlar.
Tökdüyü dilləri, şirin vədləri, 
Bir göz qırpımında pozub-dananlar.
X.Kərimlinin  sevgi-məhəbbət  lirikasını  təhlil  edən  Sabir 
Bə şirov onun bu cür şeirlərini belə dəyərləndirmişdir: “...O, 
insanı  bütün  duyğuları,  ağrı-acıları  ilə  birgə  qəbul  edir,  onun 
qəlbinin dərinliklərinə enməyə cəhd göstərir. Buna görə də onun sev-
gi şeirləri oxucunun qəlbinə asanlıqla yol tapır. Xanəli Kərimlinin 
sevgisi bu mənada daha çox ruhani sevgidir”.
Həm alimlərin, həm də şairin dostlarının Xanəli Kərimli 
haq qında  fikirləri  birmənalıdır.  Onlar  da  şairin  şeirlərində 
hiss  olunan  mütərəqqi  ideyaları  alqışlamışlar.  Biz  də  şairə 
gələcək yaradıcılığında uğurlar arzulayırıq.
2
“Möhtəşəm Azərbaycan” qəzeti,
 24 oktyabr 2015-ci il.
 
2
 Bu material həm də İnternet saytında”Xanəli Kərimli” bölmündə Vüsal Şəfəqli 
(Şabizadə) imzasıyla “Ədəbiyyatşünas alim, əməkdar müəllim və istedadlı şair 
Xanəli Kərimli”adı ilə oxuculara təqdim olunub – red.


134
İradə Əliyeva,
 Şahbuz rayonu 
Sələsüz kənd orta məktəbinin müəllimi
XANƏLİ KƏRİMLİ
Xanəli  Kərimli  dünya  boyda  dərdi-kədəri,  qəm  yükünü 
ürəyində  gəzdirən  şairdir.  Bu  dərd,  bu  kədər  Vətənin,  elin 
dər didir. Şair “Azərbaycan” şeirində yazırdı:
Yüz illərdir taleyinə gizli-gizli qol çəkilir,
Müəmmalı oyunların baş qurbanı, Azərbaycan!
Xanəli  dərdinin  mənbəyinin  haradan  qaynaqlandığı  bu 
misralardan aydın görünür. Bu dərd, bu kədər onun özünü 
də yandırır, oxucusunu da. Təsadüfi deyil ki, dahilərimizdən 
biri deyirdi: “Şeir yazmaq üçün zövq və səfa lazımdır demə, sən 
dərdindən  danış.  Şeir  müsabiqəsində  qələbə  qazanan  dərddir”. 
Xanəli şeirinin də qələbəsi dərddən gələn gözəllikdir.
 Dərd onun başı üzərində şahlıq etdiyi bir vaxtda şair vəcdə 
gələrək  gözəl  sənət  əsərləri  yaradır.  Kədər  onun  şeirlərinin 
qüdrətini daha da artırır.
“İgidlərin” kefxanada badə içir şərəfinə,
Yad əllərdə fəryad edir, yarı canın, Azərbaycan!
Budur,  Xanəli  kədərinin  qaynağı  “Vətənin  yarı  canı  yad 
əllərdə fəryad edir”. Ağla, Vətən oğlu, ağla şair, bəlkə, səsin daş 
ürəkləri yumşalda. Vətənin dərdinə qalan tapıla.
Sənsiz bizim bundan belə yaşamağa haqqımız yox.
Haqlı ikən haqsızlaşan, haqqı talan, Azərbaycan!
...Nə olardı, xainlər, satqınlar olmasaydı, xalq basılmazdı. 
Xanəli şeirinin dərinliyinə hopmuş hikmətlər oxucu könlü-
nün dərinliyinə işləyir. Onun şeirləri ürəkdən gəlir. Ürəkdən 


135
gəlməyən şeir ürəyə yol tapmaz. Xanəli şeirlərini hissiz həyə-
cansız oxumaq olmur.
Bu şeirlər oxucunu ecazkar aləmə aparır. Onun sözünün 
seh rinə  düşməyən  olmaz.  O,  sözdən  yerli-yerində  istifadə 
edən şairdir. Şair “bu boyda dərdi olan millətin oğullarının başına 
papaq qoyub gəzməyə haqqı yoxdur” deyir.
“Xalq”, “xalq” deyib xalqın haqqın yeyənlər,
Çəkməsini xalqın üstə silənlər,
Şəhidləşən oğullara gülənlər,
Bu qan yerdə qqalan deyil!
Onun  şeirlərindəki  haray,  göz  yaşı  mürgüləyən  ruhları 
oyadır.
Onun  şeirlərində  xalqın  əzəməti,  igidliyi  durur.  Təqdim 
olunan  poetik  toplusunda  öz  şeirləri  ilə  göz  yaşının,  xoş-
bəxtliklə dərdin bir-birini tamamlaması aydın görünür. Onun 
şeirlərində özünəməxsus üslub, deyim tərzi vardır.
Başı  müsibətlər  çəkən  xalqın  taleyinə  yanan  Xanəli 
Kərimliyə yaradıcılığında uğurlar arzulayır və” qoy, bu yan-
ğılı mısralrınız qəlblərə ədalət toxumu səpsin”- deyirik. 
 Vilayət Nəsirli, “Gərək, haqqa düz olasan”, 
 “Naxçıvan”, 2015, səh.20-21.


136
X Ə B Ə R L Ə R
Naxçıvan  Dövlət  Universitetində  Naxçıvan  Muxtar 
Respub likasının  Əməkdar  müəllimi,Azərbaycan  Yazıçılar 
Birliyinin üzvü, Xarici tələbələrlə iş üzrə dekan,filologiya üzrə 
fəlsəfə doktoru, şair Xanəli Kərimlinin 60 illiyinə həsr edilmiş 
yubiley mərasimi keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış 
edən rektoru, akademik İsa Həbibbəyli Xanəli Kərimlinin ya-
radıcılığının əsas məziyyətlərindən danışaraq onun müstəqillik 
dövrü ədəbiyyatının,vətəndaşlıq lirikasının tanınmış nümayən-
dələrindən olduğunu, Türkiyə, İran, Gürcüstan, Hollandiya və 
Pakistanda keçirilən bir sıra beynəlxalq tədbirlərdə iştirak etdi-
yini, şeirlərinin müxtəlif dillərdə tərcümə və nəşr olunduğunu 
bildirmişdir.
Akademik  İsa  Həbibbəyli  yubilyarı  kollektiv  adından 
təbrik etmişdir. Xanəli Kərimli çoxillik səmərəli fəaliyyətinə 
görə Naxçıvan Dövlət Üniversitetinin Fəxri Fərmanı ilə təltif 
olunmuşdur.
Universitetin  Elmi  kitabxanasının  direktoru,  filologiya 
üz rə fəlsəfə doktoru Ayapara Behbudova, AMEA Naxçıvan 
Bölmə sinin sədri,akademik İsmayıl Hacıyev yubilyarı poetik 
amalı ilə həqiqi vətən övladı olan şair kimi qiymətləndirmiş, 
şairin  əqidə  bütövlüyü,  məfkurə  saflığı  haqqında  danışmış, 
siyasi lirikasından,poeziyasının fəlsəfəsindən söz açmışlar.
Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, uni-
versitetin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə 
doktoru Vaqif Məmmədov şair həmkarlarını təbrik etmiş, ona 
yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan MR 
Ya zıçılar Birliyinin təbrikləri səsləndirilmişdir.
Azərbaycanın xalq artistləri Rza Xudiyev və Həsən Ağa-
soy şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim 
etmiş,  Naxçıvan  MR  əməkdar  artisti  aşıq  Tural  Bağırov  və 
Prezident mükafatçısı, muğam ustası Hünər Əliyev yubilyara 
musiqi ərmağanı etmişlər.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə