XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə33/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   29   30   31   32   33   34   35   36   ...   99

125
Onun poeziyası sanki, böyük oddur, alovdur. Onun özü-
nü də yandırır, oxucularını da!
“Qabaqdadır” şeirində yazır:
Mən qalxdığım təpə imiş,
Zirvə hələ qabaqdadır.
Yol aldım Təbrizə gedim,
Gördüm, Araz qabaqdadır.
Burada  bədii  sözün  qüdrəti,  incəliyi,  böyüklüyü  özünü 
gös tərir.
Bədii  sözün  qarşısında  həssas  oxucunun  dayanması 
çətinləşir.  Poeziya  ülvi,  müqəddəs  duyğulardan  yoğrulur. 
Deyilən hər bir sözün onun ürəyinə dəydiyini deyir:
Ürəyimi bir köz yaman yandırır,
Sən dediyin bir söz yaman yandırır.
Onun dup-duru bulaq kimi içilən şeirlərinin bir gücü də 
folklora söykənməsindədir, el sözündən qidalanmasındadır.
Onun  poeziyasına  hopmuş  hikmətlər,  aforizmlər,  xalq 
ifadə ləri, təzadlar, emosional deyim tərzləri poeziyaya xüsusi 
çalar verir.
O, daxilindən gələn fikirlərini hiss və həyəcanlarını bədii 
sözün qüdrəti ilə o qədər sənətkarlıqla, ustalıqla təsvir edir 
ki, oxucu bu sirli-sehirli poeziyanın burulğanında batıb qalır, 
boğulduğunu hiss edir.
Aşağıdakı  misraları  ilə  müəllif  bənzərsiz  duyumu  ilə 
həyatın həqiqi mənzərəsini yaratmışdır.
Toyunda oynamağa
yasında ağlamağa 
adam tutdu günəmuzd...
sevincini bölən oldu,
nə də dərdini bilən.


126
Necə ki, əli isti idi 
dolandılar başına
Yer Günəşin başına 
dolanan kimi.
ifadələrində  çox  yüksək  duyum  və  deyim  tərzi  insanı 
heyrət ləndirir.
Başqa bir misralarında isə poeziya şəffaf bulaq suyu kimi 
qəlb yanğısını söndürür.
Hörmətli  filosof  şairimiz  X.Kərimliyə  öz  yaradıcılığında 
uğurlar arzulayır, qələmin daha da güclü olsun deyirik.
Qoy  haqq  bağıran  səsiniz  daha  da  ucalsın.  Pas  tutmuş 
ürəkləri  yumuşaltsın,  yatmışları  oyandırsın,  qəlblərə  rəhm 
salsın, ədalət toxumu səpsin. 
İşiniz tədqiqata layiqdir.
“Haqlı  ikən  haqsızlaşan,  haqqı  talan  Azərbaycan”,  sənin 
dərdini çəkən oğulların vardır.
X.Kərimli  məhz  belə  oğullardandır.  Vətənin  haqq  səsini 
məhz belə oğullar dünyaya car çəkəcək.
Vətən oğlu, tanrı qələminə qüvvət versin.
Arxayın  ol,  şair  dostum,  ədalət  qələbə  çalacaq...  bu  qan 
yerdə qalan deyil!...
İnam, bizim yaşam tərzimizdir. Xoşbəxt gələcəyimizə lap 
az qalıb... Bəli, lap az!
 Vilayət Nəsirli, “Gərək, haqqa düz olasan”,
 “Naxçıvan”, 2015, səh.14-17


127
Vüsal Şəbizadə
 Sumqayıt Dövlət Universitetinin
 filologiya fakültəsinin ikinci kurs tələbəsi 
“BURDA DAŞA DÖNÜB ƏSRİN YADDAŞI”
Müasir  dövrdə  ədəbiyyatımızda  öz  dəsti-xətti  ilə  seçilən 
şairlərimizdən biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
ədə biyyatşünas-alim,  filologiya  üzrə  fəlsəfə  doktoru,  Nax-
çıvan  Dövlət  Universitetinin  dosenti,  həmin  universitetin 
Əcnəbi tələ bələrlə iş üzrə dekanı, ikinci çağırış Naxçıvan MR 
Ali Məclisinin deputatı, Naxçıvan MR-in əməkdar müəllimi 
Xanəli  Kərimlidir.  Xanəli  Kərimli  1951-ci  ildə  Şahbuz  rayo-
nunun Mahmudoba kəndində anadan olmuşdur. O, bir sıra 
elmi, ictimai və publisistik məqalələrin, “Ay işığında” (1998), 
“Anamdan məktub” (2001), “Bu da bir nağıldı” (2004), ”Mənə 
elə  gəlir  ki...  (2008)”,  ”Duyğularım,  düşüncələrim”,  “Mənim 
könlüm  bir  ümmandır”  (İran,  2011)  kimi  kitabların,  “Ali  və 
orta  məktəblərdə  Cənubi  Azərbaycan  ədəbiyyatının  tədrisi 
metodikası (2000)” metodik vəsaitin müəllifidir. Şair haqqın-
da  “Şairə  məktub”  (2007),  “Sözün  Əlincə  qalası”  (2011) 
məqalələr toplusu və Sabir Bəşirovun “Xanəli Kərimli:Bir öm-
rün nağılı” (2011) monoqrafiyası nəşr edilib.
Şairin lirik şeirləri bu kitablardan başqa 2013-cü ildə nəşr 
edilən  “Payız  duyğuları”  adlı  kitabında  da  toplanmışdır. 
Xanəli Kərimlinin bu kitabında onun sosial düşüncələri,kövrək 
duyğuları öz əksini tapmışdır. Onun bu cür şeirlərini oxuyan 
oxucu şeirin ecazkar təsirilə şairin dərin, həm də işıqlı qəlbinə 
enir və oradakı ilham pərisini axtarır. Şairin “Payız duyğula-
rı” kitabındakı şeirlər bir-birindən maraqlı mövzuları əhatə 
edir. Kitab altı hissədən ibarətdir ki, bu hissələrdə rəngarəng 
mövzulu  lirik  əsərlər  toplanmışdır.  Kitabda  ilk  öncə  gözə 
çarpan  cəhət  şairin  vətənlə  bağlı  olan  şeirləridir.  Onun  bu 
qəbildən  olan  şeirlərində  vətənin  bötövlüyünü  qorumağa 
çağırış, onu sevmək nidaları səslənir. Burada vətənpərvərlik 
mövzusundan başqa, son nəfəsinə qədər Azərbaycana xidmət 


128
edən,  torpaq  uğrunda  canını  qurban  verən  şəhidlərimizin 
əziz  xatirəsi  anılmışdır.  X.Kərimlinin  vətən  haqqında  olan 
ülvi hisləri, şəhidlər haqqında olan hüznlü duyğuları onun 
“Azərbaycan ”, “Şəhidlər Xiyabanında”, “Harda Azərbaycan 
bayrağı qalxsa” adlı şeirlərində öz bədii inikasını tapmışdır.
İçi özünü yandıran, çölü düşmən bağrı yaran, 
Tariximin şəhid yaşı, şəhidləşən, Azərbaycan!
Yüz illərdir taleyinə gizli-gizli qol çəkilir
Müəmmalı oyunların baş qurbanı, Azərbacan!
“Azərbaycan”  şeirindən  verilmiş  bu  bənddə Azərbaycan 
xal qının  ta  qədimdən  başında  olan  amansız  dəhşətlər  göz 
önünə gətirilmiş, xalqın tarix boyu başına gələn müəmmalı 
hadisələri  işıqlandırılmışdır.  Nə  qədər  ürəkağrıdıcı  olsa 
da,  şair  xalqımızın  başındakı  bəlaları,  danılmaz  faktları 
göstərmiş,  məğrur  Azərbaycan  xalqının  keçid  dövründəki 
vəziyyətinə  acımışdır.  Keçən  əsrdən,  hələ  ondan  öncəki 
əsrlərdə də bu günə tarixin acımasız sınağından üzüağ çıxan, 
bir ayağını müharibədə itirən əsgər kimi ayaqüstə dimdik du-
ran Azərbaycan xalqının qayğılı məqamlarına toxunmuşdur.
Şairin bu qəbildən olan şeirlərində Azərbaycanın tənqidi 
məsələsi sırf tənqidi məzmun yox, didaktik səciyyə daşıyır. 
O,  bu  şeirlərində  tənqidlə  öyrətmək  yolunu  tutur.  Onun 
bu  cür  şeirləri  M.Ə.Sabiri,  S.Ə.Şirvanini  xatırladır.  Sonrakı 
bəndlərdə  şairin  nisgili  artıq  tənqidi  məzmundan  çıxaraq 
nəsihətamiz  səciyyə  daşıyır. Azərbaycan  gəncliyinə  öz  keç-
mişini, Azərbaycan xalqının şanlı tarixininin qanlı səhifələrini 
göstərməklə,  gəncləri  bu  yolda  mübarizliyə  səsləmiş  və 
xalqımıza  xor  baxanlara  haqqımızı  tapdalamağa  imkan 
verməməyə çağırmışdır.
Xanəli  Kərimlinin  “Şəhidlər  bu  yurdun  tale  yazısı,  Şəhidlər 
bu  yurdun  qan  yaddaşıdır”  proloqlu  “Şəhidlər  Xiyabanında” 
şei rində  xalqımızın  qürur  mənbəyi  olan  şəhidlər  hüznlə 
yada  salınır.  Şeir  bir  növ  elegiya  səciyyəsi  daşıyır.  Oxu-
cu  şairin  “Şəhidlər  Xiyabanı”nda  şəhid  məzarları  önündən 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə