XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə41/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

155
ŞAİRƏ MƏKTUB
Əzizim Xanəli Kərimli, bu yazını elə indi sözə gələn duy-
ğuları heç yaxına buraxmaq istəmirdim. Sanki hər şeyi unut-
muşdum. Elə bil, uşaq çağlarımın xatirələri yaddaşıma har-
dansa yol tapıb, uçub gəlmiş və məni də özümdən, sözümdən 
almışdı. Heç istəmirim ki, bu dəfə müharibə tariximizin qanla 
yoğrulmuş səhifəsini duyğu ilə,söz ilə təzədən yoğurum. Açı-
ğı, elə indicə (04.02.2016, saat 15:59) vaxtın bu anındaca qaba-
ğıma  çıxan  bir  şəxs  mənimlə  təntənə  ilə  görüşüb  “sən  yaxşı 
kişisən” - dedi. Vaxtilə Lenin “yaxşılığın məsələyə nə dəxli var” 
-  deyirdi.  Və  əlavə  eyləyərdi,  “sən  onun  əqidəsinin,  amalının, 
mübarizəsinin mahiyyəti haqqında danış”.
  Bütün  ideoloji  ölçülər  dəyişə  bilər.  Necə  ki,  quruluşlar 
dəyişdi.  Və  mən  də  bu  quruluşların  dəyişməyinə  qətiyyən 
etiraz  etmirəm,  çünki  amalı,istəyi,mənəviyyatı  buxovlayan 
quruluş dünəndən dəyişməlidir. Biz onun yalançı strukturu-
nu pafoslarımızla saxlaya bilmərik. Qısası, söhbət ona gəlir ki, 
biz yaxşılığın mahiyyətini əməlimizdə, işimizdə görək. Mən 
deyə  bilmərəm  ki,  həmin  o  mənə  “sən  yaxşı  kişisən”  deyən 
kimsənin  özü  bu  yaxşılığı  hansı  ölçüdə,  hansı  keyfiyyətdə 
görür? Ancaq onun duğu ilə, səmimiyyətlə əlimi sıxıb dedi-
yi  sözlər  mənim  ruhumun  az  qala  yuxuda  olan  tərəflərinə 
bir oyaqlıq gətirdi. Bir səs-səda gətirdi. Əgər, doğrudan da, 
onun  dediyi  ölçülərə  uyğunamsa,onda  mən  necə  yaddaş 
ağrılarımın  bu  kəskin,  ağır  zamanında  Ceyhunu
5
  unuda 
bilərəm.  Ceyhunun  əmisi  Xanəli  Kərimlini  unuda  bilərəm.
Yox,əgər  mənim  ruhumda,  varlığımda  mənəvi  güc  olaraq 
söz özünü diktələyirsə, onda mütləq o “yaxşı kişiliyin” cava-
bını da sözümlə, ruhumdan,varlığımdan gələn duyğularımla 
verməyə borcluyam.
5
 Ceyhun Oucəliyev X.Kərimlinin qardaşı oğludur.Milli ordunun kapitanı kimi 
2014-cü ilin aprel ayının 7-dən 8-nə keçən gecə cəbhənin Füzuli istiqamətində 
döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Haqqında 2015-ci ildə “Qanun“ 
nəşriyyatında “Şəhidlik zirvəsi” adlı kitab yayımlanıb – red.


156
Açığı,  Ceyhun  Orucəliyev  haqqında  yazmağı  bir  yazı-
çı  qə ləminin,  bir  sənətkar  ruhunun  nəğməsi  kimi  də  qəbul 
eləmirəm.  Çünki  bu  nəğmədən  də  o  tərəfə  bir  məsələdir. 
Özü də elə mə sələdir ki,gərək zaman-zaman o səsi, o tərzi öz 
nəfəsin və ruhun müqabilində elə oxuyasan ki, onu gələcəkdə 
heç kəs bilməyə ki, bu nəğmə Ceyhunun nəğməsidir, şairin 
nəğməsidir, yoxsa bu sözü yazanın nəğməsidir.
...Açığı, qalırsan sözün o yan-bu yandan yanan ocağının 
arasında. Bilmirsən ki, sözü necə deyəsən o yan-bu yandan 
yanan ocaqlar səni kül etməsin. İndi mən soruşuram, bizim 
ədəbi  mühitimizin  söz-sənət  bilicilərindən  şair  haqqında, 
amma o şair haqqında ki şəhid olan oğulun əmisidir, yazın 
görüm necə yazacaqsınız? Görüm sizin yazdığınız bu şairin 
içindəki yanğıların közünü, lap ocağının yanarlığından başla-
yan işığını göstərə bilirmi? Yox, əgər yazılan söz, sənət əbədi 
dəyər  baxımından  bir  qiymət  kəsb  eləmirsə,  əgər  nə  şairin 
yazdıqlarına, nə şəhidin taleyinə əsaslanmırsa, onda... daha 
kimin nə haqqı ola bilər danışmağa?
Ancaq mən belə düşünürəm ki, həyati proseslərin içindən 
gələn, ədəbi, mənəvi dəyərin özünə qiymət verən yazı, əslində, 
həm də ədəbi prosesin dəyəridir. Əzizlərim, gəlin etiraf edək 
ki, söz də, sənət də insanın ucalığına xidmət etməlidir. Əgər 
söz,  sənət  hansısa  bir  məqamda  özünü  yenirsə,  dəyərini 
itirirsə, demək, insanlığın özünə də xidmət eləmir.
Əzizim,  Xanəli  Kərimli,  sənə  qəribə  gəlməsin,  bu  ədəbi 
mək tubum da - bəlkə də, heç ədəbi məktub deyil, psixoloji, 
ruhı, mə nəvi sarsıntılarımı ifadə eləyən bir müraciətdir - da-
nışıram, özü də düşünə bilərsən ki, nə olub ki, bu qədər yolu 
astagəlliklə, səbirlə, özü də özünəməxsus hiss və həyacanlarla 
gələn müəllif birdən-birə belə tüğyanlıqla çıxış eləyir.
Əziz  dostum,  bax,  elə  bu  sözləri  diqtə  elədiyim  zaman-
da Azərbaycan ədəbiyyatının təbliğində qədərincə yeri olan 
mənim əziz dostum, ruhuma doğma olan bir ziyalı Hacı Ra-
fiq də yanımdadır, ancaq həyat bir-birinə yaxın olan adam-
ların birinin digərinə diktəsi ilə idarə olunmur. Qısası, əziz 
dost, çətindir, bizə İslam səbirşünaslığı təlqin eləyirdi ki, su 


157
tapmaq, çörək tapmaq, duz tapmaq yaşamağa bəs eləyir. Sən 
demə, belə deyilmiş. Gərək axtarasan, həqiqətin hansı küncdə 
olduğunu  tapasan.  Bu,  sənin,  mənim...  və  bütün  insanlığın 
həyatını təmin edən, yaşamağı mənalandıran mənəvi hava-
dır. Bunun üçün düşünürəm ki, heç də özünü ölümə vermək 
cəbhədə həlak olmaqdan az əhəmiyyətli deyil.
Şair, sənin dağ boyda dərdinə mən sözümlə şərik ola bil-
mərəm. Ən azı ona görə ki, hərdən sözü-qələmi əlinə götürüb, 
kağızı qabağına qoyub yazı yazmaq istəyəndə, bir gənc, ca-
van, qüdrətli bir oğlan gəlib gözlərimim qabağında dayanır. 
Sən ona baxırsan, lap elə gözünü bağlasan da, görürsən. Ən 
azı, bəsirət gözlərinin içində onun kimliyi qədərincə özünü 
göstərir. Sən də bir şair olaraq həmin şəhid qardaşın oğlunla 
üzbəüz dayanırsan.
Onun  varlığını  yalnız  qardaşın  oğlu  kimi  yox,  Vətənin 
özü  kimi  düşünürsən,  yurdun  özü  kimi  düşünürsən.  Axı 
o, sözü kamına çəkən kimi gəlib sənin ruhunun, varlığının, 
mənəviyyatının  dünyasında  qürurla  dayanıb,  deyir  ki,  sən 
məni  qardaşın  oğlu  kimi  görə  bilməzsən,  sən  məni  Vətən 
oğlu, yurd oğlu kimi görə bilərsən.
Əziz  dostum  Xanəli  Kərimli,  Ceyhun  Orucəliyevin  tale-
yini yazmaq mənim üçün asan deyildi. Özü əslən Qarabağ-
dan olan və gözünün qabağında yüzlərlə Vətən şəhidi gör-
müş müəllif üçün bu hissləri təzədən yaşamaq bilirsən ki, nə 
qədər ağırdır. Ən azı ona görə ki, insanın da bir kədəri, ağrını 
yaşamaq  həddi  var.  Bu  həddin,  bu  ölçünün  ötərindən  son-
ra insanın dözüm mər hələsi gəlir, insanın dayanıb, durmaq 
həddi gəlir. Özündən arxaya və qabağa baxmaq zamanı gəlir. 
Qardaşım, hesab elə ki, mən də bu ağrı, iztirab mərhələlərini 
təkcə xəyalımla yox, həyatımla görmüşəm. Söz, iş, real əməl, 
ən dəqiqi, beynimizin, düşüncəmizin, zəkamızın diktə elədiyi 
budur ki, biz hər hansı bir şəhid üçün zamanın, dövrün timsa-
lında bir kimsənin oxuduğu nəğməni unutmayaq. Zənnimcə, 
bu yerdə Təranə Arifqızının “Əbədiyyət yolu” adlı yazısını elə 
buradaca diqqətə çəkməliyəm. Naxçıvan Dövlət Radiosunun 
İctimai-Siyasi Verilişlər Redaksiyasının Hərbi vətənpərvərlik 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə