XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə39/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   35   36   37   38   39   40   41   42   ...   99

147
– Yaradıcı adam üçün ən böyük təcrübə meydanı, labora-
toriya, arxiv onun həyatıdır, onun yaddaşıdır. Yaddaşı olma-
yan bir xalq və yaxud da bir şair heç vaxt yaşaya bilməz. Yəni 
bu,  mümkün  deyil.  Həyatımda,  mənim  yaddaşımda  kənd 
psixologiyası böyük rol oynayıb. Məmin mayam kənd psixo-
logiyası ilə yoğrulub. Mən gözümü açıb kətmən görmüşəm, 
kərpic  kəsməkdən,  yer  şumlamaqdan,  kərənti  çəkməkdən 
qaşov dilləri kimi qabarlı əllər görmüşəm. Mənim başımı nə 
manikürlü ana əlləri, nə də barmaqları qızılüzüklü ata əlləri 
sığallayıb. Sal qaya üzərində bitən qarağat kolu kimi bütün 
ömrümü  tufanlarla,  qasırğalarla  başbaşa  qalmışam.  İlkin 
layla,  bayatı  adlı  yaradıcılıq  mayasını  kənddən  almışam. 
Biz kənd uşaqları gözümüzü açıb coşqun dağ çayı, başı qar-
lı zirvələr görmüşük. Ona görə də böyük ədəbiyyata, sənətə 
bu zirvədən boylanaraq gəlməyə cəhd etmişik. Mənim üçün 
mənalı, bundan böyük və şirin ilham qaynağı ola bilməz. Bü-
tün bu sadaladıqlarım bizə, sözün əsl mənasında, bir halallıq 
tərbiyə edib, torpağa məhəbbət aşılayıb. Uşaqlıqdan bu prin-
sipi qəbul etmişik: “Torpağa baş əyən, şaha baş əyməz” (M.Araz). 
Naxçıvan camaatı öz torpağına, öz Vətəninə bağlı insanlardır. 
İndi  Naxçıvanın  bir  ovuc  torpağını  sıxsan,  yüzlərlə  şəhidin 
qanı tökülər. Bax bu, əsl yurd sevgisidir, torpağa bağlılıqdır.
– Yeri gəlmişkən, necə düşünürsünüz, siz Naxçıvanda, bir 
az  da  irəli  getsək,  Şahbuzda  doğulmasaydınız,  şair  Xanəli 
Kərimli ola bilərdinizmi? 
–  Naxçıvanda  yaşayıb-yaradan  şairlərin  yaradıcılığında, 
mən bunu cəsarətlə deyirəm, vətənpərvərlik hissi ölkəmizin 
digər regionları ilə müqayisədə daha yüksəkdir. Niyə, bunun 
səbəbi  nədir?  Çünki  Naxçıvan  tarixən  təzyiq  altında  olan, 
diqqət çəkən bir yer olub. Bu da insanlarımıza vətənpərvərlik 
hissi, mübarizlik aşılayıb. 20 ildən artıqdır ki, Naxçıvan blo-
kada şəraitindədir. Bütün bunların hər biri şair düşüncəsinə 
təsir etməmiş olmur. Bu təkcə mənim taleyimdə yox, Naxçı-
vanda yaşayıb-yaradan, az-çox sözə sahib olmaq istəyən yara-
dıcı adamların hamısında var. Əgər şair sıxılmırsa, şairi sıxan, 


148
narahat edən bir qüvvə yoxdursa, o, dolğun düşünməyi də 
bacarmayacaq.
Şair öz zamanında nəyi isə yerinə qoymaqdan ötrü düşü-
nür, daşınır ki, cəmiyyət üçün faydalı bir iş görə bilsin. Mən 
bir daha vurğulayıram ki, Naxçıvan ədəbi mühiti Vətənə bağ-
lılıqdan,  naxçıvanlı  xarakterindən  doğur.  Böyük  öndərimiz 
Heydər Əliyev də deyirdi ki, naxçıvanlıların xarakteri ətraf-
dakı sərt qayalar, dağlar kimidir. Yəni bu sərt qayalar, dağlar 
adamlara dözüm və səbir verir. Təbii ki, mənim də yaradıcılı-
ğım öz mühitimdən, öz xarakterimdən yoğrulub.
– Xanəli müəllim, sonda yuxarıda adını çəkdiyiniz “Göy 
qurşağı”nın çap olunmasına münasibətinizi bilmək istərdik... 
– “Şərq qapısı” qəzetinin “Göy qurşağı” əlavəsi təqdirə-
la yiqdir. İlk iki sayı oxucular tərəfindən rəğbətlə qarşılandı. 
Yaxşı  hal  budur  ki,  əlavədə  əbədiyyatımızın  dünəni,  həm 
də bu günü vəhdətdə təqdim edilir. Yeni-yeni imzalara yer 
verilməsi xüsusilə sevindirici haldır. Bütün yaxşı işlər bizim-
dir, millətimizin, xalqımızındır. Yaxşı işlər uğrunda birgə ad-
dımlamalıyıq. 
– Maraqlı müsahibə üçün sağ olun. Sizə yeni yaradıcılıq 
uğurları arzulayıram
Müsahibəni apardı: 
Sara ƏZİMOVA
“Şərq qapısı” qəzeti,
 07.04.2012.
 


149
TƏBRİKLƏR, MƏKTUBLAR...
XANƏLİ KƏRİMLİ - 60
Hörmətli, Xanəli Kərimli!
Sizi – tanınmış şair və filoloq alimi anadan olmağınızın 60 
illiyi münasibəti ilə ürəkdən təbrik edirik.
Siz  XX  əsrin  80-cı  illərindən  ədəbiyyata  və  elmə  gəl mi-
siniz.  İlk  şeirlərinizdən  və  məqalələrinizdən  elmi-ədəbi  ic-
timaiyyətin diqqətini cəlb etmisiniz. Hələ 1970-ci illərin axırı 
və 80-ci illərin əvvəllərində - sovet imperiyasının qadağaları 
dövründə  Siz  ədəbiyyatımızın  ayrılmaz  tərkib  hissəsi  olan 
Cənubi Azərbaycan demokratik ədəbiyyatından namizədlik 
işi yazanlardan biri kimi bu yolda uğurlu addımlar atmısınız 
və yaxşı haldır ki bu işi bu gün də davam etdirirsiniz.
 Sizin ayrı-ayrı vaxtlarda Bakıda nəşr edilən “Ay işığında” 
(1998), “Anamdan məktub” (2001), “Bu da bir nağıldı” (2004), 
“Mənə elə gəlir ki...(2008), həmçinin 2011-ci ildə İranda bir-
birinin  ardınca  işıq  üzü  görən  “Duyğularım,düşüncələrim”, 
“Mənim  könlüm  bir  ümmandır”  şeir  və  poemalardan  iba-
rət  kitablarınız,  elmimizin,  ictimai  həyatımızın  müxtəlif 
prob lemlərindən  bəhs  edən  yüzdən  çox  məqaləniz  bir  şair, 
alim kimi Sizin imzanızı çoxdan təsdiq etmişdir. Elə bu sə-
bəbdəndir  ki,  sizin  yaradıcılığınızla  bağlı  həm  respublika-
mızda,  həm  də  xaricdə  elmi-ədəbi  ictimaiyyətin  tanınmış 
imzalarından tutmuş sıravi oxuculara qədər 70-dən çox elmi 
məqalə yazılmış və bu məqalələr “Şairə məktub” (2007), “Sö-
zün Əlincə qalasi” (2011) kitablarında toplanaraq geniş oxucu 
auditoriyasına təqdim edilmişdir. İstedadlı alim, fəlsəfə dok-
toru Sabir Bəşirovun yazdığı “Xanəli Kərimli: Bir ömrün nağılı” 
(2011) monoqrafiyası da elmi-ictimaiyyət tərəfindən rəğbətlə 
qarşılandı.


150
Siz həm də 40 ilə yaxindir ki, gənc nəslin təlim-tərbiyəsi 
ilə məşğul olan bir pedaqoqsunuz. Azərbaycan ali məktəbləri 
içərisində öz dəst-xətti olan Naxçıvan Dövlət Universitetinin 
dosenti və həmin universitetdə Xarici tələbələrlə iş üzrə deka-
nı, Naxçıvan MR-in əməkdar müəllimisiniz. Sizin ikinci çağ-
rış (2000-2005) Naxçivan MR Ali Məclisinin deputatı olmağı-
nız da, Azərbaycan elmini, poeziyasını dəfələrlə Türkiyədə, 
İranda, o cümlədən, Pakistanda, Hollandiyada, Gürcüstanda 
ləyaqətlə  təmsil  etməniz  də  Sizin  tərcümeyi-halınızın  ayrıl-
maz tərkib hissəsidir. Sizin bu yaxınlarda Tehranda və Şiraz-
da keçirilən “İran və dünya şairlərinin 2-ci şeir konqresi”ndə 
Azərbaycan poeziyasının təmsilçilərindən biri olmağınız da 
təqdirəlayiqdir.
Bu gün Sizin şeirləriniz artıq dünyanın aparıcı dillərinə - 
rus, ingilis, fransız, türk, fars dillərinə tərcümə olunaraq özü-
nə məxsus oxucu auditoriyası qazanmışdır.
Hörmətli  Xanəli  Kərimli,  siz  yaradıcılığınızın  və  yaşını-
zın  kamil  bir  dövrünü  yaşayırsınız.  Sizi  60  illik  yubileyiniz 
münasibəti ilə bir daha təbrik edir, sizə cansağlığı, yaradıcılıq 
uğurları arzulayırıq.
 
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 
 VƏ NAXÇIVAN YAZIÇILAR BİRLİYİ
“Ədəbiyyat qəzeti”,
25 noyabr 2011-ci il.
***
Naxçıvan Dövlət Universiteti
Xanəli Kərimliyə
Hörmətli Xanəli müəllim!
Sizi  həqiqi  mənada  şərəfli,  əlamətdar  60  illik  yubileyi-
niz  münasibəti  ilə  ürəkdən  təbrik  edirəm.  Siz  oxucu  icti-
maiyyətinin  rəğbətini,  sevgisini  qazanmış  parlaq  istedadlı 
milli şair şöhrətinə yüksəlibsiniz. Əlbəttə, bu uğurlar əsl sə-
nətkar üçün böyük səadətdir. Bundan başqa, siz nəcib təbiətli 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə