XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə40/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   36   37   38   39   40   41   42   43   ...   99

151
ziyalı nüfuzuna maliksiniz. Sizə şəxsi, ictimai həyatda sevinc-
li günlər, poeziyanızda yeni zirvələr fəth etməyi diləyirəm.
Camal Mustafayev,
fəlsəfə elmləri doktoru, professor,
Əməkdar elm xadimi,
Bakı, 26 nöyabr 2011-ci il.
***
Tanınmış  şair,  ədəbiyyatşünas  Xanəli  Kərimlinin  keçdiyi 
şərəfli  ömür  yolu  ilə  tanış  olduqda  onda  olan  böyük  vətən 
sev gisinə,  yaradıcılıq  enerjisinə,  malik  olduğu  intellektual 
səviy yəyə, insanpərvərliyə heyran olmamaq mümkün deyil.
Xanəli  müəllim  çox  yüksək  insani  keyfiyyətlərə,  mədə-
niyyətə və mənəvi zənginliyə malik əsl ziyalıdır. Buna görə 
də tələbə və müəllim kollektivi, dostları, Xanəli müəllimi ta-
nıyanlar onu ürəkdən sevirlər, onunla fəxr edirlər. Böyük şa-
irimiz Səməd Vurğunun qələmindən çıxan bu misralar sanki 
ona həsr olunub:
 
 Adam var bir dəfə görəndə onu
 Ürək unutmayır ömrü uzunu.
Uzun illər ərzində bu nəcib və istedadlı insanla birgə işlə-
diyimə və dostluq etdiyimə görə çox məmnunam.
60 llik yubileyi münasibətilə əziz dostum Xanəli müəllimi 
ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və daha böyük 
yaradıcılıq uğurları arzulayıram.
Qasım Hüseynov,
 Kimya elmləri doktoru, 
 Bakı Dövlət Universitetinin professoru, 
 həmin universitetin nəzdindəki 
 “Gənc istedadlar” liseyinin direktoru. 
 Bakı,25.11.2011-ci il.


152
***
AZ-7012, Naxçıvan Dövlət Universiteti,
Xanəli Kərimliyə.
Əziz dostum, Xanəli Kərimli!
Sizi - Çağdaş Azərbaycan poeziyasının istedadlı nümayən-
dəsini,  tanınmış  ədəbiyyatşünas-alimi,  görkəmli  pedaqoqu, 
elm və təhsil təşkilatçısını, səmimi və xeyirxah inşanı, milli 
məfkurə  dayaqlı  yurdsevər  ziyalını,  ictimai  xadimi  və  nur-
lu şəxsiyyəti dünyayagəlişinizin 60 illiyi münasibətilə təbrik 
edir, şəxsi hə yatınızda və ədəbi-bədii yaradıcılığınızda uğur-
lar arzulayıram.
 Dərin ehtiramla:
 Asif Rüstəmli,
 filologiya elmləri doktoru.
 Bakı, 27.11.2011.
 
 ***
Əziz Xanəli müəllim!
Anadan  olmağınızın  60  illik  yubileyi,hesab  edirəm,  ədə-
biy yatımızın  bayramıdır.  Siz  həm  şair,  həm  də  alimsiniz. 
Lətif şeir ləriniz ürəkləri riqqətə gətirir. Alimliyiniz gənc nəsli 
dərkin  yoluna  çıxarır.  Yubileyiniz  münasibətilə  Sizə  Cənub 
bölgəsinin  yazarları  adından  Əlincə  qalası  əzəməti,  Batabat 
suyu kimi dərdlərə dərman olan yaradıcılıq arzulayıram.
Azərbaycan Yazıçılar Birliyinin 
Lənkəran Bölməsinin sədri 
İltifat Saleh.
Lənkəran, 01.12.2011.
***
Əziz şair dostum!
Görkəmli şair, ictimai xadim, alim ziyalı kimi 60 yaşınız 
mü barək olsun.


153
Sizi  öz  adımdan,  Yazıçılar  Birliyi  Qazax  zona  filialından 
təb rik edirəm. Varlığında Allah nuru, insan qüruru yaşatdı-
ğına görə var ol!
 Hörmətlə,
Barat Vüsal,
 Əməkdar incəsənət xarimi.
 Qazax, 01.12.2011.
***
Hörmətli dostum, qardaşım Xanəli Kərimli! 
Səni anadan olmanın 60 illiyi münasibətilə təbrik edirəm. 
Sənə  cansağlığı,  elmi-pedaqoji  və  yaradıcılıq  işində  uğurlar 
arzulayırıq.
 İsgəndər Orucəliyev
3
 Bakı, 06.01.2012.
***
Əzizimiz Xanəli Kərimli!
Bəlkə də, adının əvvəlində həmişə müraciət kimi işlətdiyim 
“poeziyamızın Əlincə qalası” bir dostun öz dostuna, onun ya-
radıcılığına vurğunluğu, sevgisi ilə bağlı duyğulanmalardan 
yaranıb. Amma yox yerdən yaranmayıb.
Sənin  şəxsiyətinlə  yaradıcılığın  arasında  doğru,  düzgün 
bir münasibət görürəm. Və bu iki fenomenin doğmalığı, qo-
vuşuğu ilə bağlı üçüncü fenomenin obrazı da xəyalımda can-
lanır. Bu, Əlincə qalasıdır.
Bir qədər də obrazlı desəm, bu üç qardaşı vəhdətdə gö-
rürəm.  Şəxsiyyət  Xanəli  Kərimlini,  şair  Xanəli  Kərimlini  və 
qürur, mərd lik rəmzi olan, tariximizin özü qədər əzablardan 
keçmiş əzəmətli Əlincə qalası.
Sənin  yaradıcılığını  oxuyanlar,  səninlə  dostluq  edənlər, 
səmimiyyət  körpüsündən  keçən  adamlar  bu  üç  fenomenin 
bir-birinə nə qədər bənzər olduğunu təsdiqləyərlər.
3
 İsgəndər Orucəliyev filologiya üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar 
müəllimi - red.


154
Poeziyamızın Əlincə qalası Xanəli Kərimli, yaradıcılığınız 
sevilir, duyulur, ədəbi ictimaiyyətimiz və daha dəqiq desəm
xalqımız səni başa düşür. Şair üçün bu, böyük yüksəlişdir. 
Sözü başa düşülən şair xalqının qəlbində özünün halal yerini 
görə bilir.
Şübhəsiz, sənin tədqiqatçı, pedaqoq və şair kimi uğurların-
da  Naxçıvan  Dövlət  UniverSitatının  rolu  böyükdür.  Fəxrlə 
deyərdim ki, bu mənəvi mühitin yaradılmasında bizə çox doğ-
ma olan görkəmli ədəbiyyat və dövlət xadimi, millət vəkili, 
Naxçıvan  Dövlət  Universitetinin  rektoru  İsa  Həbibbəylinin 
rolu çox böyükdür.
Ədəbi  simaların  öz  zamanlarında  parlaması,  həqiqi-mə-
nəvi  haqlarını  alması  üçün  belə  mühitlər  az-az  yaranır.  Bu 
xoşbəxtlik sənin payına düşüb.
Sənin 60 illik yubileyin ədəbi ictimaiyyətimiz tərəfindən geniş 
qeyd olunur. Əslində, bu böyük bayram Naxçıvan Dövlət Uni-
versitetinin mənəvi mühitindən başlanıb. Həqiqi sənətkarların, 
böyük sənət adamlarının yubileyləri ədəbi bayramdır.
Bu bayram münasibətilə sizi - poeziyamızın Əlincə qalası-
nı - şair Xanəi Kərimlini “Kredo” qəzetinin redaksiya heyəti 
adından ürəkdən təbrik edirəm.
Müqəddəs  Naxçıvan  torpağını,mənəvi  tariximizin  şah 
əsəri  Möminə  Xatün  türbəsini,  əzəmətli  Əlincə  qalasını,bu 
tarixi dəyərlərin daşıyıcısı olan Naxçıvanda yaşayıb-yaradan 
ziyalıları, Naxçıvan Dövlət Universitetinin rektoru, əzizimiz, 
akademik, millət vəkili İsa Həbibbəylini,onun timsalinda bü-
tün dostlarımızı təbrik edirəm.
Sənin bayramına qatılanlara xoş salamlarımı yetirməyini 
xahiş edirəm.
4
 Əli Rza Xələfli,
 “Kredo”qəzetinin baş redaktoru,
 şar-publisist,
 Beynəlxalq Rəsul Rza və Şahmar Əkbərzadə
 adına Beyəlxalq ədəbiyyat mükafatları laureatı
 Bakı, 01.12.2011.

Təbrik”Kredo” qəzetinin 17.12.2011-ci il tarixli sayında dərc edilib - red.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə