XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə48/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   44   45   46   47   48   49   50   51   ...   99

180
Sənin əllərinə qalıbdır həsrət
Duyğunun, Alinin qıvrım saçları.
Bilirəm, yolun ta gedər-gəlməzdir...
Onları yuxuda ovundur barı.
Hələ inanmırlar, ölərmiş ata,
Hələ inanmırlar sənsizliyinə.
Hələ inanmırlar döyüş paltarın
Soyunub, atalar kəfən geyinə.
Elə bilirlər ki, qayıdacaqsan.
Elə bilirlər ki, dönəssən bir gün.
Ümidlə qatırlar başların hələ,
Ümidlə qoy hələ üzləri gülsün.
Ümidlə qoy hələ üzləri gülsün,
Bir sevinc çilənsin baxışlarına.
Dönüb yol daşına vaxtı gələndə,
Səni gəzənlərin çıx yollarına...
 
Xanəli  Kərimlinin  bu  şeiri  yazması  üçün  bir  ildən  artıq 
vaxt  sərf  olunub.  Bəlkə  bu  şeirə  qədər  də  çox  poetik  çalar-
da  ədəbi-publisistik  düşüncələrdə  fikirlərini  ifadə  etməyə 
çalışıb,ancaq əsl poeziyaya gələnə qədər ağrının düşüncədən 
keçən yükünü daşıyıb. Və nəhayət bu şeiri bu tarixdə qələmə 
alıb  -    “18.10.2015”.  Bəlkə  də  bu  tarix  kiməsə  bir  təsadüf 
kimi  də  görünə  bilər.  Amma  bu  tarix  təsadüfi  tarix  deyil, 
Azərbaycanın dövlətçilik tarixidir.
 “Kredo” qəzeti,
31 dekabr 2015-ci il.
4
İstər-istəməz Xanəli Kərimlinin “Arazın dilindən” lirik mo-
noloqu bunu deməyə əsas verir ki, bizim düşündüyümüzdən 
daha artıq təsirlə, yanğıyla “Araz düşünür”. Məhz şairin də 


181
məqsədi Arazlığın  təlqin  elədiyi  hissləri  açmaqdır. Araz  və 
Kür haqqında qədim əfsanədə onlar sevgililər kimi obrazla-
şır.  Ancaq  Xanəli  Kərimlinin  əsaslandığı  əsatiri  düşüncədə 
Arazın və Kürün iki bacı obrazı görünür. Biz şairin “Payız 
duyğuları” arasından danışan Arazın dilini, dərdini, ağrısını, 
acısını daha yaxşı anlayırıq. Araz danışır:
 
 Mən bir nazlı gəlin idim
 Yüz altmış il bundan əvvəl,
 Nə bir dərdim, qəmim vardı...
 Qulac-qulac hörüklərim
 Dağılardı bu torpağın sinəsinə,
 Oxuyardım şirin-şirin...
 Xoş avazım qarışardı
 Dan üzünün meh səsinə.
Şeirdə-ədəbi parçada, hətta, əsərin kitabda yazıldığı tarix 
göstərilməsə də, ədəbi lövhənin özündəki “yüz altmış il bundan 
əvvəl” misrası bizə əsas verir deyək ki, Xanəli Kərimli bu əsəri 
70-ci illərin sonlarında qələmə alıb. Bu da onu deməyə imkan 
yaradır ki, ayrı-ayrı zamanların səngimələrinə şair duyğuları 
sinə gəlib, xalqın birliyinə doğru yerişini mənəvi təsirlə təmin 
etməyə  çalışıb.  Göründüyü  kimi,  Araz  özü  də  tarixin  çox 
uzaqlıq tərəfində qalmış günlərini xatırladır, özü də həsrətlə, 
yanğı ilə. Bu, o zaman idi ki, ayrı-ayrı işğalçı ölkələrin qəddar 
qılıncları ilə bölünməmişdi, parçalanmamışdır. Amma Araz 
həmin taleyin o xoş günlərini ötəri, şirin-şirin xatırlamalarla 
yad etsə də, tezcə ağrı və dərd zamanına qayıdır. Və özünün 
necə  qolları  zəncirli,  ayaqları  qandallı  bir  dustaq  olduğunu 
xatırlatmalı, yada salmalı olur:
 
İndi gözlərinin odu səngiyən,
Taleyi kür gəlib, bəxti ləngiyən,
Bir namərd toruna düşüb təngiyən
Qolları zəncirli dustaq olmuşam.


182
Araz səbri daşmış, dözümü tükənmiş bir obraz kimi gö-
rünür.  O,  doğma  bacısı  Kürə  danışır.  Arazın  ricətlərindən, 
Kürə  ünvanlanan  duyğulanmalarından  onu  başa  düşürük 
ki, deyəsən, Kür onu səbrə, dözümə səsləyir, təmkinə çağı-
rır. Biz burada Kürün timsalında bu dünyanın üzünə baxıb 
necə  müəmmalar  içərisində  çırpıntılarla,  nigarançılıqlarla 
çarəsizliklə dözümü, təmkini daha üstün tutan öz dünyamızı, 
özümüzü görürük. Sanki Araz dözmür, ancaq biz dözürük, 
çünki başqa yol görmürük. Şair o tayda haqsızlıqların necə 
həddən aşdığını, qnunsuzluqların dilə,mənəviyyata başqala-
rın hüdudsuzluğunu göstərmək üçün Səməd Behrəngini xa-
tırladır:
                      Ay mənim pənahım,
ay ümidgahım!..
Ürək-dirək verib mənə
deyirsən ki, səbrin olsun,
axır hər şey düzələcək...
Nə vaxtadək?!
A Kür bacım, nə vaxtadək?!..
Gözüm baxa-baxa mənim
Behrəngimi öldürdülər,
Sonra mənə şər atdılar:
“Araz boğubdu”, - dedilər.
Balasını anasına boğduranlar,
Ürəklərə çalın-çarpaz dağ vuranlar,
Qapımıza böhtan daşı yağdıranlar
Bax, beləcə qara yaxır, ləkə vurur
mənim xal-xal ürəyimə.
Zəhər qatır, ağu qatır
mənim yavan çörəyimə.
Səməd  Behrəngi  o  tay  Azərbaycanda  Şəhriyarla,  Sə-
hənd   lə,  Sönməzlə  mübarizlik  ruhu  ilə  bir  cərgədə  dayanan 
sənətkardır.  Səməd  Behrəngi  ədəbiyyata  gəlişi  ilə  sanki 
Azərbaycan  ruhunun  ölməzliyinə  inamı  qaytardı.  O,  dilin, 


183
sözün  milli  varlığın  sanki  qaraçuxası  idi.  Ona  görə  də  şah 
rejiminin “SAVAK” cəlladları onu gənc ikən Araz sularında 
boğub öldürdülər. Ancaq gec idi. O, parlaq istedadı ilə artıq 
az qala kül altında qalan qorları üfürüb, təzədən alova çevir-
mişdi, ocaq təzədən yanmaqda idi.
Bu gün Arazboyu Naxçıvandan ta Xudafərinə, Xudafərin-
dən  Mil  düzünə  -  Daşburuna  qədər  keçilən  yol  boyu  öz 
nəhrində  çırpınmaqları  ilə  danışan  Araz  xalqın  taleyüklü 
bir ağrısının daşıyıcısıdır. Bütün sərhəd boyu hər yerdə Ara-
zın  o  tay  sahilində  biz  Vətən  yolunda  həlak  olmuş  Səməd 
Behrəngini  görürük.  ...”Bütövlük  nəğməsi”ni  oxuyan,daha 
doğrusu,  bu  nəğməni  çağıracaq  şən  ellərin  birlik  yaşamını 
görmək  istəyini  söz-söz,  misra-misra  anlayırıq,  hərçənd  ki, 
Araz danışdıqca, bizə də anladır ki, kim desə, bu yaralar sa-
ğalıb, inanmayın.
Budur, həmin yanğı ilə danışan sətirlər:
                       
                       A Kür bacım,
 Qanını da qaraldıram hərdən sənin,
 Danışdıqca oyalanır dərdim mənim:
 Öz balası anasının gözlərinin qabağında
 şikəst qalan analar tək
 gündə bir kərpici düşən
 Xudafərin körpüsünün
 nisgilini ağlayıram.
 Gündən-günə qabar atan,
 qanı sızan yarasına
 məlhəm qoyub bağlayıram-
 sağalmayır...
 sağalmayır...
 sağalmayır...
Bu misrları ruhumdan keçirib mənə aşıladığı duyğularla 
təzədən danışmaq asan olmur.
Çünki bir vaxt biz Arazın sahilində dayanıb o tayla da - 
Arazın özü ilə heç olmasa səssiz-səssiz danışırdıq. Amma indi 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə