XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə46/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   42   43   44   45   46   47   48   49   ...   99

174
 ...Zəngəzurum, Göyçə gölüm, Dərbəndim də getdi əldən,
 Borçalim da, Təbrizim də - o tayım da getdi əldən.
 Qarabağım gedir əldən, dərdi düşmür dilimizdən,
 Belə getsə, bütöv Vətən çıxacaqdı əlimizdən.
 Təklənmişəm ortalıqda, sağım düşmən, solum düşmən,
 İndi səni hansı üzlə üzə tutum, nə deyim mən?!.
 Sən, ey mənim türk xaqanım, qiblə daşım!..
 Səvabınla, günahınla haçanadək, de uğraşım?!.
Bu,Vətənin  tarixi,mənəvi  xəritəsidir.Tarixi  bütün  faciə-
viliyi ilə ğöstərən xəritədir. Hər bir gəncin oxumalı olduğu, 
dərk etməli olduğu, dərinliyinə, mənasına varmalı olduğu bir 
xəritədir...
  “Kredo” qəzeti,
 18 dekabr 2015-ci il.
 
2
...Xanəli Kərimli bir sənətkar olaraq və həm də bir pedaqoq 
olaraq yaxşı bilir ki, yeni nəslin formalaşmasında tarix,tarixi 
mənəvi  sərvətlər,  Azərbaycan  xalqını  şöhrətləndirən  ta-
rixi ədəbi simalar xüsusi əhəmiyyətə malikdir. Ona görə də 
onun yaradıcılığında bu motivlər - tarixi-ədəbi obrazlar xü-
susi  çəkiyə  malikdir.  Məsələyə  bir  qədər  aydınlıq  gətirmək 
üçün  yeni  nəsil  formalaşdıran  son  30  ilə  qədərki  dövrü, 
zənənnimcə, yada salmaq yerinə düşərdi. Müasir Azərbaycan 
gəncliyinin müstəqillik dövrü azadlıq ideyalarının formalaş-
masında 20 Yanvar hadisələri özül mahiyyəti daşıyır. Bəlkə 
də,  tənqidçi-estetik  Sabir  Bəşirov  Xanəli  Kərimlinin  yaradı-
cılığında ayrı-ayrı tarixi dövrlərə önəm verməsinin səblərini 
açıqlayanda,  məhz  gəncliyin-müasir  gəncliyin  mənəvi 
tərbiyəsinin əsasında dayanan hadisələri tə sadüfi xatırlatmır: 
”XX  əsrdə Azərbaycan  böyük  faciələrlə,böyük  hadi sələrlə  üzləşib.
XX əsrdə Azərbaycan türklərinin tarixində iki dəfə təkrarlanan bö-
yük bir hadisə də baş verib - əsrin əvvəllərində Azərbaycan 23 aylıq 
müstəqillik əldə edib, bir də əsrin sonunda.


175
İndi Azərbaycan 20 ilə yaxındır ki, müstəqil dövlətdir. Problem-
lərimiz,  çətinliklərimiz  var  və  bunu  heç  kim  inkar  etmir.  Ancaq 
bütün  problemlərimizi,  çətinliklərimizi,  mənəviyyatımıza...  dəyən 
zərərləri  tərə zinin  bir  gözünə,  müstəqilliyimizi  isə  digər  gözünə 
qoysaq, şübhəsiz, müstəqillik olan tərəf ağır gələr... 50 milyonluq 
Azərbaycan  türklərinin  yeganə  müstəqil  dövləti  azadlığımızın 
rəmzidir...”
Professor Camal Mustafayev də Xanəli Kərimlinin poema-
la rına xüsusi önəm verir. Onun qeyd etdiyi kimi, ”...Xanəli Kə-
rimli qarşılaşdığımız şərin yeniləcəyinə inambəsləyir. Bu cəhətdən 
kiçikhəcmli “İnam” poeması maraq doğurur. Memar Əcəmiyə həsr 
edib  onu,  ancaq  müasir  səslənir.  Şairin  Əcəmi  dühası  ilə  söhbəti 
kimi qələmə alınıb. Söhbətin canı Vətəni parçalanmaqdan qurtar-
maq, mərdlik ənənəmizə güvənməkdir. ”Təbil” poemasında isə daha 
bir dərdimizdən söz açır. Bu, kəndlərimizin artıq kimsəsizləşməyə 
doğru  getməsindən  doğan  dərddir...  Bunun  özü  yurdun  taleyi 
üçün  həyəcan  doğuracaq  hadisədir...”  (Camal  Mustafayev,  ”Şair 
şeirindən tanınır”, ”Xəzər-xəbər”, N 141, 2003, s.17)
Göründüyü  kimi,  Xanəli  Kərimlinin  tarixə  münasibətini 
-  Əcəmi  obrazı  əsas  götürülməklə,  Əməkdar  elm  xadimi 
Camal  Mustafayev  də  diqqətdən  kənarda  qoymur.  Eləcə 
də,  Azərbaycan  cəmiyyəti  sağlam,  Vətəni  bütöv,  təbiəti 
toxunulmaz,  kəndləri  abad,  urbanizasiya  problemlərinin 
çözülməsi  məsələləri  də  professorun  diqqətini  cəlb  etmiş-
di. Nə Xanəlinin “İnam”poeması, nə də “Təbil” poeması müasir 
Azərbaycan cəmiyyətindən kənarda de yil. Bu əsərlərin hər birində 
bizim düşündüyümüz, gördüyümüz problemlər öz əksin tapıb” (Sa-
bir Bəşirov, ”Xanəli Kərimli: Bir ömrün nağılı” ədəbi portret, ”Qa-
nun” nəşriyyatı, 2011, s.92).
Bəli,  tənqidçi  doğru  deyir,  bizi  düşündürən  və  eyni  za-
manda  gördüyümüz  problemlər  bədii  yaradıcılıqda  kifayət 
qədər öz əksini tapır.
...Sabir  Bəşirov  Xanəli  Kərimli  yaradıcılığından  daha  bir 
məqama  da  diqqəti  çəkir.  Və  burada  bizim  də  diqqətimizi 
xü susilə  səfərbər  edib  saxlayan  X.Kərimlinin  məkan,  Vətən 
məh fu munu özündə ehtiva edən Şəhidistan obrazıdır. Əcəmi 


176
Şə hidistan önündə dayanır, sanki ...bugünkü gənc tarixi yolu 
dərk etməsə, nə Vətəni, nə də Şəhidistanı dərk eləməz.
Minlərlə insanın Şəhidlər xiyabanını ziyarəti gözlərimizin 
önünə  gətirək.  Və  tənqidçi  Sabir  Bəşirovun  Xanəli  yaradıcı-
lığına  tutduğu  güzgüdə  gördüyümüzə  baxaq:  ”Poema  Xanəli 
Kərimlinin bütün yaradıcılığın da olduğu kimi nikbin ovqatla, gələcəyə 
inamla bitir:
Elə ki, Əcəmi şəhidistanın
Önündə salavat çəkib dayandı,
Onda Vətənində hələ mərdlərin
Tükənmədiyinə qəlbən inandı.
İnandı keşikdə duran əsgərin
Başının üstdəki o al bayrağa.
Bir də ki, intiqam odu püskürən
Şəhid dağı görmüş ana torpağa.
 
Dedi ki, bir arxdan su gəlibdisə,
İnanın ki, bir də çağlayıb gələr.
O əsgər başının üstdəki bayraq
Bütöv Azərbaycan üstə yüksələr!..
Fəlsəfi və ictimai fikir tarixində Azadlıq anlayışı qədər izah, şərh, 
müraciət olunan, həm də bir-birinə zidd fikirlər söylənən ikinci bir 
anlayış tapmaq çətindir” (Sabir Bəşirov, ... s.96 - red.).
“...Xanəli Kərimli Azərbaycan türkünün bütün həyatını, varlı-
ğını Vətənin bütövlüyü ilə bağlayır: ”Vətəni bütöv olanın ürəyi də 
bütövdür, çörəyi də, yumruğu da... Mənimsə ürəyim də, çörəyim də, 
yumruğum da paradır; onuncun də yüzillərdir qoymadılar görəm 
ki, qibləm haradır, yolum haradır...”
“...Xanəli  Kərimlinin  poemaları  Azərbaycan  tarixinin  çox 
önəmli səhifələrinə, Azərbaycan türklərinin böyük ideallarına həsr 
olunmuş gözəl poetik nümunələr kimi yadda qalır.
Həmin poemaların geniş təhlili,hətta orta məktəb dərsliklərində 
böyüməkdə olan nəslə çatdırılması faydalı olardı. Bu poemalar eyni 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə