XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə49/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   45   46   47   48   49   50   51   52   ...   99

184
bu  imkanlar  da  bizdən  alınıb.  Yaxşı  yadımdadır,  X.Kərimli 
ilə  ilk  tanışlıq  günlərində  söhbətimizin  mövzusu Arazboyu 
olub.  Əslində,  elə  bizim  doğmalığımızın  özülü  də Arazdır. 
Mən Xanəliyə ünvanım haqqında danışarkən, Səməd Vurğu-
nun  məşhur  “Körpünün  həsrəti”  şeirini  yada  saldım.  ”Araz 
qırağında dayandı qatar, Elə bil, qəlbim də dayandı bu dəm, Sıxlaşdı 
göydəki seyrək buludlar, Elə bil, başıma dolandı aləm”.
Qırxıncı illərin xırında S.Vurğun qatarla gedərkən körpü-
nün yanında bir dəqiqəlik Xudafərin dayanacağında yaşadığı 
hissləri qələmə alıb. Körpüdən bir qədər aşağıda aşağı axar 
boyü  Xələfli  kəndi  yerləşirdi.  Yanını  tikanlı  məftillər  didən 
Xələfli kəndi. Yaxşı bağ-bağatlı, sərin sulu Xələfli stansiyası. 
Naxçıvana  gedən  müsafirlər  hökmən  bu  stansiyada  düşər, 
sərin bulaq suyu ilə yuyunar, su içər və təzədən qatarla yol-
larına  davam  edərdilər.  Bu,  Diri  dağının  ətətindəki  Xələfli 
kəndi idi:
Mən  həmişə  həmin  stansiyada  düşüb  su  içəndən  sonra,  üzü 
dağlara sarı baxardım. Bilirdim ki, bu dağlar Diri dağlarıdır. Dədə 
Qurbanın doğulub, böyüdüyü yerlərdir. Həmişə düşünərdim ki, bu 
dağlar Dədə Qurbanın sazını, sözünü eşidib. Həmişə düşünürdüm 
ki, o söz də, o saz da bu daşlara hopub və bu gün də elə o daşlarda ya-
şayır” - bunları Xanəli Kərimli deyirdi. Sanki bu danışıqları ilə 
mənim də həsrət çəkən yaddaşımın yanğısını bir daha oyadır-
dı. Bütün bunlar artıq yaddaş mahiyyəti kəsb edən Arazın və 
Arazboyu sıralanan dağların aşıladığı duyğulardır. X.Kərimli 
də  bu  duyğyların  dilini  bildiyi  üçün  Arazın  dillindən  lirik 
monoloqu qələmə ala bilib:
 
 A Kür bacım,
 Dərdlərimin hansın deyim?..
 Axşam-səhər sahilimdən
 neçə-neçə qatar keçir,
 Vaqonlardan boylanırlar
 min arzuyla, min diləklə mənə sarı,
 Hamının da ürəyini 
 oxuyuram gözlərindən:


185
 Kimi mənə ağı deyir,
 Kimi mənə yağı deyir,
 Kimi də göz dağı deyir...
 Eh... nə bilim,
 üzü dönsün bu dünyanın-
 “toxun acdan,
 atlının da piyadadan nə xəbəri?”.
 Bir də axı, a Kür bacım,
 dağları yarğa eyləyən,
 qartalı qarğa eyləyən,
 köhləni yorğa eyləyən
 bu dünyadan nə gözləyim?!.
Əgər sənətkarın ürəyində Vətən eeşqi çağlamasa, tarix ya-
rası göynəməsə,o,öz oxucusu ilə özü arasında körpü yarada 
bilməz. Milli Hökumət dövrünü xatırlayır. Birləşməyə bircə 
addım qalmış... xalqın işğal boyunduruğundan xilas imkanı 
yaranmış... amma yenə düşmən hiyləsi üstün gəlir. Araza da, 
şairə də o qalır ki, həmin anların həsrətini yanğılı misralarla 
ovutsun:
Sevindim ki, Günəş doğdu,
Azalacaq ağrım-acım.
Bu günəşin istisi də
Isitmədi məni, bacım!..
Bəlkə  də,  “Payız  duyğuları”  kitabını  ilk  əlimə  alanda, 
gözlə rimi,  nəzərlərimi  gözəgörünməz  min  tellərlə  özünə 
çəkib bağlayan çoxlu səbəbləri sayram. Ən başlıcası, Xanəli 
Kərimlinin hikmət dolu aləmini, vətəndaşlıq yanğısını, idealı-
na sədaqət qayəsini... bir çox mətləbləri. Amma X.Kərimlinin 
ruhundan, varlığından qopub gələn bir səs də var, o səs mənə 
təlqin eləyir ki, mən sözün örtüdə qalan tərəfinə diqqət yeti-
rim. Eləcə də,bütün oxucular üçün də bunu - əlbəttə, duyğulu 
oxucular üçün, sözə doğru yeriməyi bacaran oxucular üçün 
də demək olar:
 


186
“Sirr tək gəldim dünyaya,
Sirr tək çıxıb gedirəm.
Cismsm torpaq tək ölü,
Ruhum ilə diriyəm”.
Təkcə  elə  bu  dörd  misranın  içindəki  gücü,  enerjini  duy-
maq  bəs  eləyir  ki,  mənən  nə  qədər  silahlı  olduğunu  dərk 
edə biləsən. Ceyhun Orucəliyev kimi gəncləri Vətən sipərinə 
çevirən “Payız duyğuları”nın da danışdıqları da budur.
Xanəli Kərimli Araz savaşının arxasında dayanıb,mücadilə 
açan qələm sahibidir. Onu oxuyan hər bir əsgərin, duyan dö-
yüşçünün komandiridir, bayraqçısıdır, əlamdarıdır. Araz isə 
X.Kərimlinin özünün varlığından keçib gələn duyğularla da-
nışmaqdadır:
 
 A Kür bacım,
 Mən kiməmsə, nəçiyəmsə,
 Tarix özü yaxşı bilir...
 Daha bəsdir!..
 Bu zillətə,bu əzaba dözməmişəm,
 dözməyəcəm!.
 Dərdlərimə əlac üçün
 qapı-qapı gəzməmişəm,
 gəzməyəcəm!.
 Ya məcramı dəyişəcəm,
 ya da üsyan qaldıracam...
 Döyüşəcəm!..
 Döyüşəcəm!..
 Döyüşəcəm!..
Araz bizim yaddaş mexanizmimizin açarıdır,özü də tari-
xi  mexanizmimizin  açarı.  Tarixin  sərt  dönəmlərində  Araza 
Azər baycan xalqının ruhunu oyadan əsas istinad kimi baxılıb.
Hər halda, insanın özünü bərpası üçün, ruhun qorunması 
üçün yaddaş əsas vasitədir.


187
...Əsər  “döyüşəcəm”  sözü  ilə,  manifest  duyğularla  başa 
çatır. Sanki silahlanıb, düşmən qabağına yeriyən əsgərin var-
lığında oyanan mübarizə əzminin manifestini hiss edirik.
Xanəli Kərimlinin bu duyğulanmaları zaman boyu öz ta-
rixini danışan Arazın öz səsi ilə nə qədər həmahəngdir, doğ-
madır, bir-birini tamamlayandır.
İndi Araz boyunda da qışdır. Daha sərt qışdır, daha ağrılı qışdır.
  
“Kredo” qəzeti,
 03 yanvar 2016-cı il.
5
Xanəli Kərimlinin “Bir vulkan püskürməsi” adlı və həcmcə 
kiçik bir şeiri var. Hərbi formada böyüyən, daxilən qan-qan 
deyən ruhundan, varlığından enerji yağan gəncin məhz so-
nuncu anını mən Xanəli Kərimlinin son misrasında ğörürəm. 
Sanki şeirin əvvəli taleyin zərbələrinə dözüb-dayanan bir in-
sandan danışır. Həmin insanın içində başqa bir insan baş qal-
dırır. Bu, yeni nəsildir:
                            
                            Ürəyim bomboşdur...
 Yel vurur, yengələr oynayır.
 Ürəyimin boşluğu
 bəsarətin korluğu,
 beynimin karlığıdır.
 Məstəm -
 ya ağlın yoxluğundan,
 ya dərdin çoxluğundan.
 Tükənir yavaş-yavaş
 səbrim də, gücüm də,
 Ancaq...
 bir vulkan püskürməsi
 gözlənilir içimdə...


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə