XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə52/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   48   49   50   51   52   53   54   55   ...   99

196
duyğulanmasını, elegiyasını - bütün bunlarla bahəm fəxarət 
nəğməsini  dinləyirik.  Həm  də  buradan  o  nəticəni  də  alırıq 
ki, Ceyhyn Orucəliyev nə birinci,  nə də Vətən üçün sonun-
cu şəhiddir. Nə qədər Vətən var və nə qədər bu vətənə göz 
dikən  xainlər,  xəbislər  var,  Vətənə  canını  qurban  verməyə 
hazır  olan  yeni  nəsil-nəsil  Ceyhunlar  da  doğulub  dünyaya 
gələcək. Və demək, şair özü də axırıncı o şair deyil ki, qardaşı 
oğlunun ölmünə, şəhidliyinə elegiya - ölməzlik nəğməsi yaz-
mış olacaq:
Onunçün də qanın Vətən rəngidir,
Qan qana qovuşub döndü ümmana.
Köksünə sığmayan məşəl ürəyin
Sənlə qurban getdi Azərbaycana!..
X.Kərimlinin  böyük  hiss  və  duyğu  ilə  qələmə  aldığı 
“Şəhid lik nəğməsi” şeiri göründüyü kimi, qəribə bir sonluqla 
bitir. Əvvəldə Vətən torpağının şəhid qanı ilə yoğrulduğun-
dan danışırdısa, sonluqda şəhid qanının Vətən rəngində ol-
duğunu bildirir. Və bir daha bizim yadımıza salır ki, Şəhid, 
Vətən və Bayraq - Şəhid qanı obrazları bir canda, bir ruhda 
təzahür edə bilər. Və bu zaman müqəddəs ölümlərin ucalı-
ğından danışmaq olar.
Şair bu şeiri ən ağır, ən kədəli anlarında, ağır xəbər eşit-
diyi  ...günlərdə  yazıb.  Və  şeir  “Palitra”  qəzetində,  12  fev-
ral  2015-ci  ildə  dərc  olunub.  Əlbəttə  ki,  elə  bu  səbəbdən 
də  C.Orucəliyevin  tale  yoluna  işıq  tutan  kitabda  (“Şəhidlik 
zirvəsi”, Bakı, 2015, səh.56) yer alıb.
Göründüyü  kimi,  şair  müxtəlif  obrazları,  amma  bir-biri-
ni tamamlayan obrazları bir poetik məkanda vəhdətə gətirir. 
İstər-istəməz  şair  təxəyyülünün  müraciət  elədiyi  obrazların 
bir-birinə  yaxın  tərəfləri  onları  birləşdirməyə  şairə  yardım-
çı  olur.  Bu  da  ədəbi  qəhrəmana  əzəmilik  verir.  Onun  hələ 
başlanğıcda  hansı  ehtiras  gücünə  Vətən  və  özü  arasındakı 
münasibəti  tənzimləyən  necə  qarşısıalınmaz  bir  hissə  sahib 
olduğunu təsəvvür etməyə imkan verir...
 “Kredo” qəzeti,
 25 mart 2016-cı il.


197
YARADICILIĞINDAN NÜMUNƏLƏR
ŞEİRLƏR
 
TOĞLUQAYANIN MƏMMƏD ARAZA MƏKTUBU
 Duman daşlarımdan uzaq düşübdü,
 Heç bilinmir nə payızım,nə yazım.
 Tale dizlərimi yaman bükübdü,
 Niyə gəlməyirsən, Məmməd Arazım?!
 Mənim gözlərimin qarası sənsən,
 Mənim ürəyimin parası sənsən,
 Dərdimin əlacı, çarası sənsən,
 Sənsiz nə çənim var, nə də ayazım,
 Ay mənim bəzəyim Məmməd Arazım.
 Ürəyimi bir köz yaman yandırır,
 Sən dediyin bir söz yaman yandırır:
 “Gecikmişəm, Məmməd Araz,
 Yəqin dağlar küsüb məndən”.
 Sən mənim tarımsan, köklənmiş sazım,
 Mən səndən küsmərəm, Məmməd Arazım.
 Bulaqlarım axarını dəyişıb, 
 Gədiklərim baxarını dəyişib,
 Şimşəklərim çaxarını dəyişib,
 Dəyişibdi səsim, ünüm, avazım,
 Gəl görüşək, mənim Məmməd Arazım.
 Şair balam, ömrüm, günüm yarıdı.
 Sinəm üstə çiçəklərim qarıdı.
 Nəyim varsa təbiətin varıdı.
 Çalxalanıb dərinliyim, dayazım,
 Gəl görüşək, mənim Məmməd Arazım.


198
 İndi mənim səbrim yaman daralıb.
 Gözüm kökü həsrətindən saralıb.
 Yollarımı boran alıb,qar alıb,
 Qalmayibdı nə şənliyim, nə nazım,
 Gəl görüşək, mənim Məmməd Arazım.
 İllər boyu yollarına baxmışam,
 Xısın-xısın ürəyimi yaxmışam,
 Gah da olub şimşək kimi çaxmışam,
 Bundan belə nə düşünüm, nə yazım...
 Gəl görüşək, mənim Məmməd Arazım.
DƏLİLİK BİR AZADLIQDIR
 Mən Tanrinın Yer üzünə
 göndərilmiş dəlisiyəm.
 Sirri-xuda elçisiyəm,
 Haqqın qulu, vəlisiyəm.
 Dəliliyin şiddətindən
 sığışmadım yerə-göyə.
 Onunçün Hatifi-Haqdan
 nida gəldi: “Çıx kürsüyə”
 Bu yolda da gördüm hər an
 cəhənnmin min üzünü,
 Ancaq Haqdan dönməyərək
 dedim Haqqın haqq sözünü.
 Daşlayaraq Yer üzündən
 qovdu məni əhli-nadan.
 Mən dəlini dəliliyim,
 sağ qurtardı hər qovğadan.


199
 Dəlilik bir azadlıqdır
 ağllı bilməz ləzzətin.
 Kim dünyaya aşiq isə
 onun da çəkər zillətin.
 Ey həccin paltarın geyən
 şeytanın sağ əli adam,
 Bil ki, Haqqı tanmasan,
 olanmazsan dəli adam.
 Dəlilik Haqq aşiqidir.
 Aşiq gəldim Yer üzünə.
 Tanrının xoş məqamında
 dönəcəyəm Göy üzünə.
SONRA gEC OLAR
 Baş alıb gedirəm dərdimlə qoşa
 Arxadan boy verən göz yaşlarıdır.
 Üfüqdən əl edən nigaran ruhlar
 Ömrümün, günümün sirdaşlarıdır.
 Bir boş yer görünür ruhlar yaında, 
 O mənim ruhumun yeridir bəlkə.
 Təpədən-dırnağa gəzdim dünyanı,
 Tapmadım ruhuma doğma bir ölkə!..
 Doğmalıq qalmayıb daha dünyada,
 Sərhədlər yıxıldı, sərhədlər bitdi.
 Bir ocaq başında çörək kəsənin
 Qəlbində mərhəmət, insanlıq itdi.


200
Bu “Ali bəşərin”, “Ali varlığın”
Nə astarı bəlli, nə üzü bəlli.
Dünən bir, bu gün bir sifət içində
Nə əməli bəlli, nə sözü bəlli.
Hara gedirik biz, hara, ay İnsan?!
Tükənib, bitib ta yol, ünvanımız.
Sənin öz dünyandan xəbərin yoxdur.
Qalmayıb nə ədəb, nə ərkanımız.
Quşda, qarşqada, böcəkdə belə,
Olan ünsiyyətdən insanda yoxdur.
Soyuyub, yadlaşıb, daşlaşıb insan –
Daşdan da daş olub, əsəri yoxdur.
Bəzən düşünürsən, donur qəlbdə qan.
Gündə bir möcüzə kəşf edən insan, 
Bəs niyə özünü kəşf edə bilmir!?
Küllü-kainatı “dərk edən” insan
Niyə bəs özünü dərk edə bilmir!?
Hələ ki, bir damla sevgimiz qalıb, 
Hələ ki, bir damla əxlaqımız var,
Abırla köçməyin vaxtıdır, Allah!..
İnsanlıq can verir-
sonra gec olar...
 ƏLİNƏ ƏL YETMƏZ...
 
Taleyin öz yolu, öz ünvanı var,
Nə qədər cəhd etsən, dəyişməz yolun.
Tale var, gədanı şahənşah edər,
Tale var, sahın da bağlar əl-qolun.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə