XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə50/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   46   47   48   49   50   51   52   53   ...   99

188
Göründüyü  kimi,  şairin  varlığında,  ruhunda  böyüyən 
yeni insan artiq onun arzularının gerçəkləşməsi üçün möv-
cud olan imkan deməkdir.
Mənsub olduğu xalqın, yurdun, Vətənin həqiqətlərini diqtə 
etmək  üçün  ağilla  birgə,  həm  də  güc  gərəkdir.  Bu  güc  şairin 
içində vulkan püskürməsi kimi maqmaya çevriləcək anın övla-
dıdır.
Xanəli  Kərimlinin  möhtəşəm  obrazlarının  arasında  də-
nizin də öz yeri var. Əlbəttə, kimsə deyə bilər ki, dəniz şairə 
öz istək və arzularını – özünü ifadə üçün seçililmiş obrazdır. 
Amma  elə  obrazdır  ki,  biz  həmin  obrazın  arxasında  yeni, 
daha zəngin mənəvi dünyanı görə bilirik:
 
 Dəniz tufanlanmasa,
 kükrəməsə, coşmasa,
 Üfunət iyi gələr dənizdən.
 Nə sahilinə çixan olar,
 nə hüsnünə baxan,
 Yavaş-yavaş düşər gözdən.
 Dəniz olmaq istəyirəm-
 kükrəyən, coşan,
 tufanlı bir dəniz.
 Hər qasırğam, fırtınam
 məni məhbəstək sıxan
 qayaların köksündə
 şırım-şırım açsın iz.
...Söhbət  onda  deyil  ki,  Xanəli  Kərimli  bu  dəniz  tərən-
nümünü  verərkən  son  nəticədə  bir  Azərbaycan  gəncinin, 
lap  elə  olsun  qardaşı  oğlunun  daxilindəki  özünəsığmazlığı 
verib,  ya  verməyib?  Bunun  məsələyə  dəxli  yoxdur.  Gərək 
unutmayaq  ki, Azərbaycanı  meydan  epopeyasına  gətirən  güc 
mənbəyi Azərbaycan ədəbiyyatı idi. Səməd Vurğunun qanad-
lı poeziyası idi. Bəxtiyarın fikir, düşüncəyə çevrilmiş və sıyrıl-
mış qılıncı idi, Rəsul Rzanın rənəgləri idi. Bir sözlə, Azərbaycan 
ədəbiyyatındakı  Azərbaycan  obrazı  idi.  X.Kərimli  də  mənəvi 


189
saflığı, daxili aləmin duruluğunu, fikir və düşüncə təmizliyini 
arzulayırdı dəniz olmaq istəyəndə. Müasir Azərbaycan gənci - 
Ceyhun Orucəliyevlər bu fikir və duyğuları ruhuna yeyə-yeyə 
böyüyürdülər:
                           Dəniz olmaq istəyirəm -
 göz yaşıtək dumduru
 cilvəli sularımda
 asimanlar sığal versin özlərinə.
 Mışıl-mışıl çırpıldıqca
 sahilimə ləpələrim,
 qıvırcaqlar səpələsin
 sevənlərin
 yalınayaq izlərinə.
 Dəniz olmaq istəyirəm-
 Azman-azman dağ çayların
 ovundurum köksüm altda.
 Dəniz olmaq istəyirəm -
 görsün özün hər zərrəmdə
 Yer də, Göy də, Kainat da...
 “Kredo”qəzeti,
 08 yanvar 2016.
6
Şairin  qardaşı  oğlunun  xarakterik  cizgilərini  gözə  gətir-
mək üçün şairin - Xanəli Kərimlinin özünün yeni nəslə, daha 
dəqiq  desək,  mənəvi  vəsiyyətlərini  burada  yada  salmaq 
yerinə düşərdi: 
”Vətəni  işğal  olmuş  millətin  birici  edam  edilməlidi  şairləri, 
müəl limləri.  Sonra  alimləri,  zabitləri,  əsgərləri.  Daha  sonra,  vaxt 
qalsa, həvəs olsa, o biriləri...”
***
“Ata babam deyərdi: ”Qorxan gözə çöp düşər, neçə ki, canında 
can var, arxanda arxan, Qorxma nə soldan, nə sağdan”.
Ana babam deyərdi: ”Qorxulu baş salamat olar, Qorx Alahdan, 
bir də allahsızdan”.


190
İkili ömür yaşaya-yaşaya çatdım babalıq yaşına. Heç bilmirəm, 
bu yaşda mən nə ağıl qoyum nəvələrin başına”?..
***
“Mənim ömrüm zamanın ocağında korun-korun odlanan, için-
için əriyən çinar kötüyü ömrüdür. Qana-qana yanıram, yana-yana 
qanıram...” (Xanəli Kərimli,”Payız duyğuları”, Bakı, 2013, s.449).
 Xanəli Kərimlinin bu misralrını oxuya-oxya onun zama-
na  aydın  münasibətini  görməmək  mümkün  deyil.  Şair  bu 
misralarla  bu  oddan,  kürədən  çıxmış  düşüncə  ilə  özündən 
sonrakı nəsillərə sanki yurdu, torpağı əmanət edir. Ən başlı-
cası, özünün “korun-korun odlanan, için-için əriyən” ömrünün 
təkcə görünən tərəflərini yox, həm də görünməyən tərəflərini 
göstərir.  Filosof-tənqidçi  Sabir  Bəşirov  “Dünya-şair”  (bura-
da  şairin  qardşı  oğlunu  da  görmək  mümkündür)  konteksində 
həyatı belə görür: ”Hansı dövrdən yzmaqda sənətkar azaddır - bir 
əsas şərtlə: dövrləri qəsdən qarışdırmaya! Tarixin “paxıl və xəbis” 
dövrünə “qızıl dövr” deməyə!!!.
Xanəli Kərimlinin yaratdığı dünya gerçək dünyadır və bu dün-
yada tarixin hər dövrü düzgün əksini tapıb.
 Bu dünyanın, əgər belə demək mümkündürsə,baharı da,payızı 
da,qışı da təsvir olunur insanın yaddan çıxmayan, hər zaman ona 
xoş  əhval  gətirən  günləri,anları,  insanın  görmədiyi  yarımçıq 
işlərini tamamlamaq, başa çatdırmaq cəhdi, qəmi, kədəri, dərdi...” 
(Sabir Bəşirov, ..., s. 222).
 “Kredo” qəzeti,
 22 yanvar 2016-cı il.
 7
Bir  vaxt  Xanəli  Kərimlinin  -  şəhidin  əmisinin  haqqında 
onun  sözünün  içindən  gələn  ruhun  dili  ilə  danışmağa  ça-
lışmışdım.  Çalışmışdım  ki,  Xanəli  Kərimli  sözün  özündə 
necə görünür, yaxud onun sözü özünə necə bənzəyir. Bunu 
izah  edim,  amma  son  nəticədə  belə  qənaətə  gəlmişdim  ki, 
söz sahibinə bənzəməlidir. Lap elə belə də yazmışdım: ”Söz 


191
sahibinə bənzəsə yaxşıdır”. Bu gün də şair haqqında 31 dekabr 
2010-cu ildə dediklərimə təzədən imza ataram: ”Mənə elə gəlir 
ki,ən səmimi şairin sözündə özünəbənzərlik var: məsələn,elə Xanəli 
Kərimlidə olduğu kimi”.
***
Xanəli  Kərimlinin  şeirləri  haqqında  ilkin  obraz  mənim 
üçün  nə  oldu:  ÖMÜR  KƏRPİCLƏRİNİN  RƏNGLƏRİ...  Bu 
rənglərin cazibəsi, ecazkarlığı nədədir?
 
***
...Şair Xanəli Kərimli ömrüün yetkinlik çağlarında, kifayət 
qədər kamillik mərtəbəsindədir. Bu gün onun ötəri hisslərdən, 
bu gün var, sabah olmayan duyğulardan keçib gələn vaxtıdır. 
Elə ona görə də, şairin mənəvi dünyasında fəsil də, ömür də, 
həyatın minbir rəngəri də ömrün, taleyin qismət çaları olan 
kərpiclər də xüsusi obrazlar kimi mənalandırılır.
Çox  qəribədir,  şair  Xanəli  Kərimli  üçün  ümidlərin 
göyərməyi, yolların ağarmağı qarşılaşan təzadlar kimi görü-
nür. Ümidin göyərməyi yaxşı haldır, əgər yollar ağarmasay-
dı.  Şair  bunu  mə nəvi  ideala  qovuşmanın  mümkünsüzlüyü 
kimi də xarakterizə edə bilər. Amma bunun həyati çalarları 
da var. Axı biz istədiyimiz vaxt asanlıqla, necə deyərlər, ayaq-
larımızla yeriyib Naxçıvana gedə bilmirik. Yolların ağarma-
ğı, əslində, gözləyən gözlərin qaralmağı qədər dərdlidir. Bir 
sözlə, şair günü-günə calasa da, ümidləri ilə baş-başa qalsa 
da, gündüzündən, gecəsindən bir haray görmür. Bu, elə bir 
zəmanədir  ki,  ömür  haqq  üçün  girov  qoyulsa  da,  əvəzində 
haqqı almaq mümkün olmur. Və bir sözlə, daş üstə daş qo-
yulur, amma ümid sarayının souncu qüllələri hörülüb qur-
tarmır. Və şair sual eyləyir, ”nə üçün?” Bu sualın cavabını isə 
nə onun müasirləri vemək ğücündədir, nə də dünyanın haqq-
ədalət divanı olacaq missiyasını daşıyan beynəxalq təşkilatlar. 
Bütün bu dünya iqtidarları şairin “nə üçün?” sulının qabağın-
da həmişə gücsüzdürlər.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə