XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə54/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   50   51   52   53   54   55   56   57   ...   99

207
Bu ömürdən qalan miras bir odur,
Gələn gəldi, gedən getdi birbəbir.
Zaman axdı damarımdan qan kimi,
Daha məni bir addım da gözləmir.
Son duracaq, dayanacaq sonmudur?!
Hər sonluqda bir başlanğıc anı var.
Bundan belə yaşanacaq ömrümün,
Nə əvvəli, nə axırı, sonu var...
ƏVVƏLİ DƏ SİRDİR, 
SONU DA SİRDİR
Quş öz balasını yemləyən kimi
Mən də yemləyirəm şeirlərimi.
Sevinclə, kədərlə, qəmlə, fərəhlə
Bəyan eyləyirəm diləklərimi.
Hər dilək bir nişan, bir əlamətdir,
Onlarda ürək tək döyünür aləm.
Hər aləm içində canlı bir aləm,
Hər canlı aləmin canı da mənəm.
Məndə təcəlladır küllü kainat,
Məndən kənarda yox canlı bir həyat.
Sirat körpüsüyəm yaranışımdan,
Keçəcəkdir məndən cümlə mövcudat.
Əvvəlim, axırım bir şeydir elə,
Dönüşüm gəldiyim yerədir ancaq.
Yolumun başında qarşıma çıxan,
Yolumun sonunda qarşılayacaq.


208
Ən qədim köhnədir ən yeni təzə
Dünyanın astarı, üzlüyü kimi.
Nə qədər çək-çevir etsə də ağlım,
Çözülməz Tanrının sözlüyü kimi.
Haradan gəldiyim özümə ayan,
Hara gedəcəyim – Tanrı işidir.
Mənim hər zərrəmdə bir gizli ümman,
Əvvəli də sirdir, sonu da sirdir...
SÖZÜ SÖZLƏ YAŞATDIM
Şeirlərimi səpdim
toxumluq dənlik kimi
zamanımın, xalqımın
əbədi yaddaşına,
Baharına, yayına,
payızına, qışına,
Bir də -
Şəhid qanı çilənmiş 
torpağına, daşına.
Bəlkə, beşi göyərdi,
Bəlkə, üçü, ikisi,
Bəlkə, biri göyərdi,
Bəlkə də, heç birisi...
Ancaq zamanında mən,
səpdim o toxumları – 
gerçəkli gümanları, 
gələcək arzuları.
Bacardığı bu oldu
əvvəl-axır ömrümün,
zülmət gecələrimin,
ümid dolu günümün.


209
ağac əkə bildim,
nə də yol çəkə bildim.
Nə daş üstə daş qoyub
bir daxma tikə bildim...
Sözü sözlə yaşatdım
özümü yaşadan tək.
Nəyim var, nəyim yoxdur,
gələcək göstərəcək.
Tehran, 01.06.2014.
HƏYAT TABLOSU
Üzü yumşaq olanın
qəlbi də yumşaq olur.
Səksəni adlasa da
yenə günəş tək təmiz
südəmər uşaq olur.
Pislik, nə şər-şamata
gəlməz heç vaxt əlindən.
Nə yalan, nə də böhtan
eşitməzsən dilindən.
Həyatını, varını
qurban verər büs-bütün
öləziyən ocağın
közün yaşatmaq üçün...
Onun istək, arzusu
hamıya cansağlığı,
xoş günlər diləyidir.
Ən böyük amalıysa
Vətəninin, xalqının
xoşbəxt gələcəyidir.


210
Di gəl, başı açılmaz
dünyanın kələyindən.
fitnə-felli şərindən.
Ancaq yenə incimir
dünyadaş nəfərindən.
Onunçün də yaşamaq
cəhənnəm əzabıdır.
Ürəyinin hər teli 
bir kədər rübabıdır:
Çaldıqca o rübabı 
qırılır öz içindən.
Nə bir qayğı, nə diqqət 
görmədi, ömrü boyu 
ayağa qaldırdığı 
yıxılanın birindən.
Yaşayır yana-yana...
Yaşayır qana-qana.
Çətin ki, bu zamanda
ürəyi yumşaqları
ürəyi daşlar qana...
HƏRDƏN
Yumuram gözlərimi
görmək üçün içimi, 
bir də 
altmış üçdən sonra
çəkəcəyim yükümü.
Hərdən də susuram, 
dinləyim 
vaxtaşırı oyanan
vicdanımın səsini.
Və bu səs işığında
anlamağa çalışım 
bütün Yer kürəsini.


211
Bəzən də 
qapayıram qulaqlarımı -
bilə-bilə, qana-qana 
Eşitməyim
çölümdəki zamanımın
aldadıcı küyünü,
Eşidim içimdəki
yaşanan zamanımın
“toyunu-düyününü”.
Bir də duyğularımın 
narahat ahəngini, 
ruhumu qarsalayan, 
Azadlığın cəngini...
DƏLİSƏN, DƏLİ...
Sən Allahdan sağlıq istə,
Qalan şeylər bekarədir.
Tanrı sənlə olsa əgər,
Şeytan-şüytan nə karədir.
Cah-cəlalın cəlalı çox,
Fərəhindən məlalı çox,
Baş ağrısı, qey-qalı çox,...
Axırı da bez xarədir.
Var içində varsan özün,
İçindədir odun, közün,
Bu dünyaya yoxsa sözün,...
Qələm, kağız nə çarədir.
Çox axtardım öz-özümü,
Axırda tapdım sözümü.
Məh haqq bildim Haqq dözümü,...
Haqdan qeyri - əfsanədir.


212
Halallıqdan halal yaxşı,
Hərənin var öz baxışı.
Şeir yazdım - yaz yağışı,...
Hər damlası dürdanədir.
Xanəli, dəlisən, dəli!..
Kürəyində Haqqın əli.
Bir şeirinin əssə yeli,...
Yer də, Göy də viranədir!...
VƏTƏN DƏ QƏRİB ÖLÜR...
Vətəndən qəriblikdə ölənlərin ruhuna
Dədə-baba yurdunu 
tərk elədi sərçələr - 
bozalaq adamların 
bozarmış boz üzündən.
İndi ala qarğalar,
İndi qara qarğalar 
su içirlər bir zaman
sərçələr su içdiyi
bulaqların gözündən.
Uzaq-uzaq ellərdə
qərib-qərib yuxular 
görür qərib sərçələr.
Yuxular qanadında 
soyuq, boş yuvasına 
dönür qərib sərçələr.


213
Bir vaxtlar bu yerlərin
xırmanbəyi idilər
sərçələr dan üzündən,
Nəğməsi oyadardı
xırmanda yatanları
səhərin lap gözündən.
İndi nə xırman qalıb,
nə də ki, xırmanlıq var.
Yaxşı deyib babalar:
“Aclar qılınca çapar”.
Sərçələr köçən gündən
kəsilibdi elə bil
təbiətin gülüşü.
Soluxubdu çayları, 
bulaqları, gölləri, 
örəniyib örüşü...
Öyrənmişdi Xan çinar
sərçələrin səsinə.
Qışın qışlığında da
qızınırdı onların
isticə nəfəsinə.
Xeyir-bərəkətiydi
sərçələr bu torpağın.
Bəzəyi-düzəyiydi
həm aranın, həm dağın.
...Siz ey bomboz bozalaq,
bozarmış boz adamlar,
Təbiətin qənimi,
Vicdanı kar, 
gözü kor, 
goreşən canavarlar,


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə