XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə45/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   41   42   43   44   45   46   47   48   ...   99

170
çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan MR-
in Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü-
dür.
O, bir sıra elmi, ictimai və publisist məqalələrin, ”Ay işı-
ğında”  (1998),    “Anamdan  məktub”  (2001),  ”Bu  da  bir  na-
ğıldı...”  (2004),  ”Mənə  elə  gəlir  ki...”  (2008),  ”Duyğularım, 
düşüncələrim”, ”Mənim könlüm bir ümmandır” (İran, Urmi-
ya,  2011) şeir kitablarının,  ”Ali və orta  məktəblərdə Cənubi 
Azərbaycan  ədəbiyyatının  tədrisi  metodikası”  (2000)  meto-
dik  vəsaitin  müəllifidir.  Haqqında  “Şairə  məktub”  (2007), 
”Sözün  Əlincə  qalası”  (2011)  məqalələr  topluları  və  fəlsəfə 
doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” 
(2011) monoqrafiyası nəşr edilib”.
Əlbəttə, bunlar adi fakt yığını deyil, bunlar bir şair ömrü-
nün hissələri, parçaları, illəridir.
Şair ömrünün bütövlüyünü, əzəmətli obraz gücünü gös-
tərən  sistemli,  ardıcıl  məlumat  mənbəyidir.  Burada  bir-iki 
məqama  da  diqqəti  çəkmək  istəyirəm.  ”Sözün  Əlincə  qala-
sı”  məqalələr  toplusunun  -  yəni  Xanəli  Kərimli  haqqında 
düşüncələrin  sırasında  mənim  də  bir  yazım  verilib.  Həmin 
yazıda mən Xanəli Kərimlini “Sözün Əlincə qalası” adlandır-
mışdım və elə portret-essenin başlığını da beləcə ifadə etmiş-
dim: ”Sözün Əlincə qalası”.
Obraz  o  vaxt  özünü  tapır  ki,  onun  həyatda  əsası  olsun, 
pro to tipi  olsun.  Mən  Xanəli  Kərimlinin  yaradıcılığında  sö-
zün  mükəmməlliyini  Teymur  istilaları  qabağında  gücü-
nü, qüdrətini göstərmiş Əlincə əzəməti görürəm. Və həmin 
ifadənin  necə  yerində  olduğunu  sonralar  qələmə  aldığı  və 
Xanəli  Kərimlinin  yaradıcılığını  özündə  ehtiva  edən  esse-
monoqrafiyasında Sabir Bəşirov da yüksək dərəcədə dəyər-
ləndirmişdi.
Yeri gəlmişkən, Sabir Bəşirov dövrümüzün çox istedadlı 
filosof-tənqidçilərindəndir.Ədəbiyyatşünaslıq  fəaliyyətində 
də, sənətşünaslıq tədqiqatlarında da sözə, sənətə fəlsəfi yön-
dən nüfuz edir. Başqa sözlə, o, filosof yanaşması ilə tədqiq et-
diyi əsərlə birgə həyata, cəmiyyətə, təbiətə, bir sözlə, mənəvi 


171
ekologiyamıza  daha  dərindən  nüfuz  edə  bilir.  S.Bəşirov 
Xanəli  Kərimli  haqqında  çox  dəyərli  bir  esse-monoqrafiya 
yazmışdır.
“Bir ömrün nağılı” kimi yaradılan obraz şairin daha çox 
görünməyən tərəflərinə işıq salır.
...Xanəli Kərimlinin “Payız duyğuları” kitabında “Bu da 
bir nağıldı...” adlı şeiri - ön söz kimi verilib - bir kitaba bərabər 
şeir. İnsanlığın - insanın necə iztirabla, necə ağrı ilə yaşadığı-
na güzgü tutan bir şeir... Şeirin əvvəlində “övlad istəyi” kimi 
çox  maraqlı  bir  epiqraf  verilib:  ”Ata,  bir  nağıl  kitabı  tap, 
oxuyaq”. ...Şeirin ümumi bədii təəssüratını qorumaq naminə 
yüksək estetik zövq aşılayacağına inamla olduğu kimi təqdim 
edirəm.
Hər kəs hansı tərəfdənsə-yaxşı olsun, ya pis... burada özü-
nü görə bilər:
“Mən özüm canlı bir nağılm, bala,
Hələ oxunmayıb bir xəttim belə,
Oxunsam, görərlər qaya ömrümü
Necə əritmişəm mən gilə-gilə.
Od oldum, ocağım,külüm olmadı,
Yandım duyğularda, ürəklərdə mən.
Ağrısız, acısız günüm olmadı,
Alışdım ümid tək bəbəklərdə mən.
Çox olub dəndnə daşına dönüb
Qoymadım uçula bir komanı da.
Səhrada nişangah daşına dönüb
Həqiqət eylədim çox güanı da.
Bəzən bir dilsizə dil olmuşam mən,
Dili söz tutanda kəsib dilimi.
Bəzən bir əlsizə əl olmuşam mən,
Əli əl tutanda kəsib əlimi.


172
Bir vaxt damarımdan qan verdiyim də
Məni div tanıtdı Məlikməmmədə.
Mən isə haqq deyib Haqqa sığındım,
Çünki inanmadım başqa qüvvətə.
Demirəm peyğəmbər övladıyam mən,
Mənim heç günahım, suçum olmayıb.
Yox, mən də insanam, adi bir insan...
Heç insan andan pak doğulmayıb.
Mənim də qəlbimdə şeytan hissi var,
Allah eşqi ilə durub döş-döşə.
Ancaq bir şər işə sərpəndə əlim
“Lənət kor şeytana” dedim həmişə.
müti olmuşam, nə də başkəsən,
Mənim də meydanım, atım olubdu.
Hər ucuz başlara baş verməmişəm,
Mənim öz nəcabət zatım olubdu.
...Keçən ömür-günü ələklədim mən,
Gələn ömür-günüm nə ola-ola.
Yaxşım,yamanım da göz qabağında,
Bu da bir nağıldı danışdım, bala”.
Əvvəla, tam mənim ruhumdan xəbər verdiyi üçün Xanəli 
Kərimlinin on beş il bundan əvvəl yazdığı bu şeiri bütün ovqa-
tı ilə mənə doğmadı. Əsərin lirik qəhrəmanının lirik mənin 
özü kimi özümü də görürəm. Və heç şübhəsiz, bu nağıl, özü 
də ecazkar nağil olan ömürnaməni oxuyan hər hansı bir gənc 
düşünməyə  bilməz.  Nağıl  cazibədarlığı,  nağıl  şirinliyi  ilə 
yazılmış  şeirin  ruhu  zaman-zaman  yaddaşlarda  yaşayacaq 
gücdədir.  Müasir  gəncliyi  silahlandırmaq  üçün,  ona  sarsıl-
mayan daxili təpər vermək üçün bu şeirin lirik qəhrəmanının 
ruhu kifayət qədər güclüdür. İnamla demək olar ki, Əməkdar 
elm  xadimi,  akademik,  AMEA-nın  vitse-prezidenti,  Niza-


173
mi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa 
Həbibbəyli  Xanəli  Kərimlinin  yaradıcılığını,onun  mənəvi 
həyatını  ehtiva  edən  mükəmməl  tezisində  tam  haqlıdır: 
”Xanəli  Kərimli  yeni  dövr Azərbaycan  şeirində  vətəndaşlıq 
lirikasının əsas yaradıcılarından biridir”.
Dədə Qorquddan üzü bəri gələn həqiqətdir. Övlad atasın-
dan öyrənər, mənəvi saflığı da, dəyanəti də, etibarı,  hünəri 
də...  burada  ata  anlamı  nə  qədər  real  və  həqiqidirsə,  bir  o 
qədər məcazidir. Yəni bugünkü nəsil ən üstün keyfiyyətləri 
özündən əvvəlki nə sildən əxz edir.
...”Payız duyğyları” kitabının ayrı-ayrı səhifələrini vərəq-
lədikcə ...ən azı bir kitabda cəmlənmiş altı kitabın birincisində 
-  “Vətən  və  vətən  daşı”  kitabda  oxucunu  çağıran  alovlu 
Vətən  sevgisi  və  yanğısı  ilə  qələmə  alınan  “Azərbaycan”, 
”Azərbaycan  bayrağı”,  “Onu  zaman  doğmuşdu”,  ”Har-
da  Azərbaycan  bayrağı  qalxsa...”,  ”Naxıvanım  mənim”, 
“Öz dilimsən”, ”Xalqım”, ”Şəhidlər xiyabanında”, ”Bu qan 
yerdə qalan deyil”, ”Kimsə yaşamasın”, ”Xiyabani demiş”, 
”En  ruhların  arasından”,  ”Ula,  qurdum”,  ”Yuxuda  gördü-
yüm dağ”, ”Məramsız yaşamaq”... və s. kimi şeirlərin təkcə 
adları  bəs  eləyir  ki,  bu  şeirlər  hansi  yanğı  ilə  yazılıb  və  nə 
demək istəyir. ”En ruhların arasından” şeirindən iki parça-
nın təqdimi Xanəli Kərimli dünyasındakı vətəndaşlığın, eləcə 
də Vətənin, vətən daşının, onun göyünün, yerinin, torpağı-
nın,  meşəsinin,  suyunun...  həm  də  tarixinin  keçdiyi  yolun 
faciələrinin və bu günün özündəki Qarabağ yarasının... hansı 
mahiyyət kəsb etdiyini anlayaq:
 ...Qan birliyi olmayanın din birliyi yalan imiş
 Bu haqq sözü unutmağin sənin böyük bəlan imiş.
 Axı niyə belə etdin, ey xaqanım, ey öndərim?!.
 Sən özünü suçlamısan,mən başıma nə əndərim?!.
 Səpdiyin o bəd toxumlar indi qalxıb meşə olub,
 O meşənin üfunəti içimizə yaman dolub.
 Səndən sonra məmləkətin dilim-dilim paralanıb,
 Heç bilinmir qəbir daşın, gorun harda haralanıb?..


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə