XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə43/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   39   40   41   42   43   44   45   46   ...   99

161
***
Çox hörmətli və əziz Xanəli müəllim, mənə göndərdiyiniz 
son kitabları (“Bir ömrün nağılı” və “Sözün Əlincə qalası”) al-
dım. Qış fəsli olduğundan, elə bil, mənə məşğul olmaq üçün 
böyük  bir  töhvə  göndərilmişdi.  Dərhal  hər  iki  kitabın  lik 
vərəqlərini  çevirəndə  qədirbilən  bir  şagird  kimi  müəllimi 
haqqında  xoş  sözləri—aftoqrafı  oxuyanda  həm  sizin  haqqı-
nızda yazılmış kitablara, həm də mənə yazılmış xatirə sözlərə 
görə iftixar  hissləri keçirdim,məmnun oldum. Bunlara görə 
sizə öz minnətdarlığımı bildirirəm.
Xanəli müəllim, bir həqiqətdir ki, siz həyatda, elmdə, bədii 
yaradıcılıqda fəlsəfi düşüncə və deyimlərdə irəliləyir, oxucu 
kütləsinin diqqətini cəlb edir, dərin hörmət və məhəbbətini 
qazanırsınız.  Qəti  deyə  bilərəm  ki,  sizi  yaxşı  tanımaq  üçün 
gərək əsərlərinizi diqqətlə oxuyasan, hər bir sətrin məna va-
riantlarını ayırd edəsən, sonra sizinlə izahlı söhbətlər edəsən.
Şəxsi görüşlərdə, adi danışıqlarda o qədər sadə və meh-
ribansan  ki,  adam  ilk  baxışda  bu  dərinliyi  hiss  edə  bilməz. 
Sonra fikirləşəndə, müqayisə edəndə bir daha aydın olur ki, 
dərin  mühakiməli,  mənalı  yaradıcılığa  malik  olan  adamlar 
çox sadə və mehriban olurlar. Onlar hər bir adama fərdi ya-
naşır, onu öz dilində,  səviyyəsində danışdırırlar.
Bunu  sizin  haqqinizda  yazılmış  əsərlərdə,söylənmiş 
fikirlərdə daha aydın görə bilərik.
Sizin  həyatınıza,yaradıcılığınıza  aid  deyilmiş  sözlərin, 
ya zılmış  elmı  məqalələrin  müəllifləri  elm  sahəsihdə,  bədii 
yaradıcılıqda  çox  tanınmış  akademik,  professor,  doktor  və 
cəmiyyətdə sayılıb seçılən admlarıdır.
Xüsusən,  sizin  yaradıcılığınızı,  həyat  yolunuzu  geniş, 
mənalı və elmi şəkildə araşdıran, bədii faktlarla təhlil edən 
çox  dəyərli  və  yaradıcı  alim  olan  Sabir  Bəşirovun  “Xanəli 
Kərimli:  Bir  ömrün  nağılı”  monoqrafiyası  mənim  qəlbimdən 
oldu. Çox monoqrafiyalar oxumuşam, tədris prosesində on-
lardan istifadə etmişəm. Adını çəkdiyim monoqrafiya ustad 
qələmindən  çıxdığından  və  böyük  zəhmətlə  yazıldığından 
daha maraqlı, daha əhatəlidir.


162
Yaradıcı  adamlara  diqqət  və  səyinə  görə  mən  Sabir 
Bəşirova töşəkkür edirəm, minnətbarlığımı bidirirəm.
Professor  Yavuz Axundlunun  “Dünənki  tələbəm,  bugünkü 
iş yoldaşım” yazısını oxuduğum vaxt sizin təvəllüd tarixinin 
1951-ci  il  noyabr  ayının  27-si  olduğunu  öyrəndim  və  belə 
qərara gəldim ki, sizin yaşınızın 60 illik yubileyini bu kiçik 
yazımla təbrik edim.
Əziz  Xanəli  müəllim,  bir  müəllimin  kimi,müəllim  yol-
daşın  kimi,  başlıcası  oxucun  kimi  sizi  60  illik  yubileyiniz 
münasibətilə  ürəkdən  təbrik  edir,  sizə  xoşbəxt  həyat,  uzun 
ömür və yaradıcılıq üfüqləri arzulayıram! Sizi bağrıma basıb 
öpürəm!
 Müəllimin
 Əbülhəsən Cəlilov
 Şahbuz,1.12.2011-ci il.
***
Çox hörmətli Xanəli müəllim!
Qarası  ağını  üstələmiş,  nizamı  pozulmuş  bu  dünyamı-
zın qəm yükünü çiynində daşıyan, özünüdərkin ən yüksək 
zirvəsinə ucalan çox hörmətli tələbə yoldaşım, əziz qardaşım 
Xanəli, ömrünün müdriklik çağı - 60 yaşın mübarək!
Çox təəssüf edirəm ki, sənin yubileyin keçilən məqamda 
iştirak  edib  layiq  olduğun  ürək  sözləimi  deyə  bilmədim. 
Bunu  çox,  lap  çox  istəyirdim.  Məncə,  insana  layiq  olduğu 
gözəl sözləri deməkdən qiymətli heç nə yoxdur.
Fədakar  maarifçi,  gözəl  alim,  alovlu  vətənpərvər,  fəlsəfi 
dü şüncələri ilə düşündürrməyi bacaran qardaşım Xanəli, bu 
sözləri yaza-yaza sənin kitabının üstündəki şəklinə baxıram. 
Ürə yinə  yüklənmiş  kədərin  yükü  sifətində  dərin  şırımlar 
açmış,hələ illər öncədən saçların ağappaq qara bürünüb. Səni 
həm özün kimi, həm də şeirlərindən tanıyan mən bu kədərin 
param-parça olmuş vətən torpaqları, əsir Qarabağ dərdi ol-
duğunu bilirəm.


163
Sənə düşündürməyi bacaran poetik düşüncələrinin çiçək-
lən məsini arzulayıram - bəlkə, düşünənlər çoxala!..
Uca  Tanrı  sənə  mənalı  ömür  yolunun  uzun  olmasını, 
ədalətin zəfərini, Vətən torpaqlarının bütövlüyünü gorməyi 
nəsib eləsin.
 Hörmət və ehtiramla Şərqiyyə
6
 25.11.2011.

Şərqiyyə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, şairin tələbə yoldaşı.


164
MƏQALƏLƏRDƏN SƏTİRLƏR
...Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Məmməd 
Araz, Hüseyn Razi şeirlərinin mahiyyətində, cövhərində dün-
yanı dərketmək, həyat hadisələrini düzgün qiymətləndirmək 
kimi məsələlər xüsusi yer tutmuşdur. Onları filosof şair kimi 
də  yüksək  qiymətləndirirlər.  Bu  sıraya  Naxçıvanda  yaşayıb 
fəaliyyət  göstərən  şair  Xanəli  Kərimlini  də  aid  etmək  olar. 
Xanəli  Kərimli  (1951)  şeir  yaradıcılığı  ilə  çox  erkən  məşğul 
olsa da, ilk kitabı 1998-ci ildə işıq üzü görüb. ”Ay işığında” 
(1998), “Anamdan məktub” (2001), “Bu da bir nağıldı” (2004) 
şeir və poemalar topluları nəşr olunmuşdur. X.Kərimli həm 
bir alim, həm bir şair kimi sözün məsuliyyətini dərindən dərk 
edən,  özünə  və  sözünə  tələbkarlıqla  yanaşan  şairlərdəndir. 
Onun şeirləri sadə və səmimidir, gördüklərini, duyduqları-
nı şeirə çevirməyi bacarır, yeni söz deyə bilir. Xanəli Kərimli 
yeni  dövr  Azərbaycan  şeirində  vətəndaşlıq  lirikasının  əsas 
yaradıcılarından biridir (İsa Həbibbəyli). ”Vətəndaşlıq lirikası 
təkcə mövzu xüsusiyyətlərinə görə deyil, eyni zamanda vətəndaşlıq 
haqqı qazanmış dilin üslubu imkanlarından bacarıqla istifadə etmək 
yolu ilə yaranır”. X.Kərimlinin şeirlərində xalq dilinin üslubu 
imkanları  həmişə  təzə  və  yeni  çalarlarla  təzahür  etdiyindən 
poetik dil canlı və təravətlidir. Çünki o, bir şair kimi hər bir sö-
zün daxili anlamına, gizli qatlarına müraciət etməyi bacarır. O, 
sözlə insanla davranan kimi davranır.
X.Kərimlinin yaradıcılığı xalqımızın milli-mənəvi dəyərlə-
rinin tarixi yaddaşının yaşantısıdır. Şairin şəhidlərimizlə bağ-
lı  yazdığı  ”Ağrı”,  ”Bütövlük”,  tariximizin  və  günümüzün 
gerçəkliklərini əks etdirən “İnam”, ”Təbil” poemaları və bir 
çox şeirləri bu reallığı əks etdirir. Onun “Azərbaycan bayra-
ğı” şeirində dövlətimizin atributlarından olan bayrağimizin 
simasında xalqımızın milli qürur və əzəməti ön plana çəkilir.
Şairin  ümummilli  liderimiz  Heydər  Əliyevə  həsr  etdiyi 
“Onu zaman doğmuşdu” şeiri də bu mövzuda yazılmış şeirlər 
sıra sında milli-mənəvi yaddaşımızı əsk etdirən layiqli poetik 
nümunələrdən biridir:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə