XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə44/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   40   41   42   43   44   45   46   47   ...   99

165
O, dünyaya gələndə
Təkcə özü ağladı.
Dünyadan köçəndəsə,
Cahan qara bağladı.
...Heydər kimi bir düha
Yeribdirsə bu xalq,
Bu xalqa ölüm yoxdur,
Əbədi yaşayacaq.
Ədəbi tənqidin fikrincə, X.Kərimli poeziyası, sözün gerçək 
mə nasında əbədiyaşar poeziyadır. 
Xanəli  Kərimlinin  yaradıcılığı  haqqında  S.Bəşi rovun 
“Xanəli  Kərimli:  Bir  ömrün  nağılı”  (2011)  monoqrafiyası, 
“Şai rə məktub” (2007) və “Xanəli Kərimli: Sözün Əlincə qa-
lası” (2011) məqalələr toplusu çap edilmişdir.
 İsmayıl Hacıyev,
 Akademik.
 Naxçıvan tarixi, 3 cilddə, 3-cü cild,
 VII fəsil, ”Mədəniyyət” bölmü, s. 529- 530.
 Naxçıvan: ”Əcəmi” Nəşriyyat-Poliqrafiya
 Birliyi, 2015.
***
Tanınmış şair Xanəli Kərimlinin bu mövzuda (şəhidlik möv-
zusunda  -  red.)  ən  yaxşı  əsərlərindən  biri  “Ağrı”  və  “Bütöv-
lük  poemalarıdır.  Bu  poemalarda  şəhidlik  mövzusu  daha 
geniş  miqyasda  həllini  tapır.  20  Yanvar  hadisəsi  şairə  illər 
uzunu qəlbində və şüurunda yığılıb qalmış hiss və fikirləri, 
dərin  köks  salmış  milli  iztirabları,  ağrılı  həqiqətləri  ifadə 
etməyə  əsas  verir.  Bununla  belə,  poemada  (“Ağrı”da  -  red.) 
mübarizəmizin çox mühüm bir məqamı, imperiya ordusu ilə 
xalqımızın üzləşməsi, mərd oğul və qızarımızın onun qarşı-
sında diz çökməməsi faktı qələmə alınmışdır. Poemanın so-
nunda  şair  bu  zülmün  yerdə  qalmayacağını,  gec-tez  intiqa-
mın alınacağını inamla söyləyir:


166
                      Azərbaycan - tarix boyu için qovğa,
çölün düşman.
Dünənin qan,bu günün qan.
Azərbaycan - hər yerində şəhidistan!..
And veirik, səndən ötrü şəhidləşən
mərdlərinin al qanına!
And veririk, öz adına,öz şanına,
...Möhkəm dayan!!..
Poemanın əsas motivi,əsas poetik pafosu da məhz xalqın 
tari xində baş verən qanlı tarixi hadisənin lənətlənməsindən 
və ibrət götürülməsindən ibarətdir.
 Aypara Behbudova,
 Filologiya üzrə fəlsəfə doktoru,
 Naxçıvan Dövlət Universiteti.
 “Qanlı Yanvarın ədəbı əks-sədası” məqaləsi,
 “Ədəbiyyat qəzeti”, 20 yanvar 2012-ci il.
 
 
***
Filoloq  alim,  şair  Xanəli  Kərimli  “nənnisi,  beşiyi  Toğluqa-
yada  qalan”  Məmməd Arazın  hətta  öz  doğma  kəndinə  belə 
gəlməyə  im kanı  olmadığından  Toğluqayanın  dilindən  belə 
qələmə alıb:
Duman daşlarımdan uzaq düşübdü,
Heç bilinmir nə payızım, nə yazım.
Tale dizlərimi yaman bükübdü,
Niyə gəlməyirsən, Məmməd Arazım?!
...Bulaqlarım axarını dəyişib,
Gədiklərim baxarını dəyişib,
Şimşəklərim çaxarını dəyişib,
Dəyişibdi səsim, ünüm, avazım,
Gəl görüşək, mənim Məmməd Arazım.


167
...Şair balam, ömrüm-günüm yarıdı,
Sinəm üstə cicəklərim qarıdı,
Nəyim varsa, təbiətin varıdı...
Çalxalanıb dərinliyim, dayazım.
Gəl görüşək, mənim Məmməd Arazım!..
Lakin  Məmməd  Araz  gələ  bilmir,  addım  ata  bilmirdi. 
Əlin dəki əsa da sözünə baxmırdı...
 Qaşdar Əliyev,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
 fenoloq, əməkdar təbiəti mühafizə işçısı.
 “Məmməd Araz və Azərbaycan təbiəti” məqaləsi 
 “Oğuz səsi” qəzeti,24 sentyabr 2013-cü il.
 
***
“Azərbaycan”, ”Azərbaycan bayrağı”, ”Harda Azərbaycan 
bayrağı  qalxsa”,  ”Naxçıvanım  mənim”,  ”Xalqım  və  sair 
şeirlərində  Vətəni  tərənnüm  edən  şairimiz  Xanəli  Kərimli 
bu şeirlərində Azərbaycanın keçdiyi kəşməkəşli yolu sə nət-
karlıqla təsvir etməyi bacarmışdır. Onun “Naxçıvanım mənim” 
şeiri də bu baxımdan diqqət çəkir:
 
 Naxçıvanım - şanım mənim!
 Qəlbimim şah damarında
 Axan təmiz qanım mənim!
 İftixarım, şərafətim,
 Basılmaz ad-sanım mənim!
 Nərgiz İsmayılova,
”Müstəqillik illərində Naxçıvan şairlərinin yaradıcılığın-
da Naxçıvan və Vətən
mövzusu” məqaləsi,”Şərq qapısı” qəzeti,
14 avqust 2014-cü il.


168
***
...Şair Xanəli Kərimlinin “Bayraq” (“Azərbaycan bayrağı” - 
red.) şeirində deyildiyi kimi:
 
 Mənim başımın üstdə
 İki səcdəgahım var:
 Biri uca Allahım,
 Biri yenməz bayrağim.
 Bayrağımın rəngində
 Yerin,Göyün rəngi var.
 Yurdumun azadlığı,
 Pozulmaz ahəngi var.
 Mən onu qoparmışam
 Köləlik zəncirindən.
 Ona səcdə edirlər
 Dünyanın hər yerindən.
Bayrağımız milli vəhdətimizin rəmzidir. Bu vəhdət uçrən-
gli bayrağımızı daha uca zirvələrə qaldıracaq və onu Qaraba-
ğa, Şuşaya, Xankəndinə daşıyacaqdır...
 
 Ədalət Cəfəroğlu,
 “Naxçıvandan yüksələn üçrəngli bayrağımız” məqaləsi,
 “Arazın səsi” qəzeti, 17 noyabr 2015-ci il.


169
ƏLİ RZA XƏLƏFLİNİN
“ŞAİRİN QARDAŞI OĞLU” ƏSƏRİNDƏN
(Sonra əsər “Söz və qan”, Bakı, 2016, 
adı ilə nəşr edilmişdir)
 
1
...Şair  Xanəli  Kərimlinin  (“Payız  duyğuları”,  Bakı,  ”Qa-
nun” nəşriyyatı, 2013) mənə sonuncu olaraq verdiyi kitabına 
baxıram.  Bu  kitab  mənim  üçün  bir  şair  öncəgörməsinin  ən 
dəyərli nümunəsi təsirini bağışlayır. Ümumi ənənəyə uyğun 
olaraq kitabın mahiyyətini özündə ehtiva edən nəşriyyat an-
notasiyasını  da  diqqətdən  qaçırmıram:  ”Çağdaş  Azərbaycan 
poeziyasının tanınmış nümayəndələrndən biri, pedaqoq, tədqiqatçı 
Xanəli Kərimlininbu kitabında poetik yaradıcılığından seçmələr top-
lanmışdır. Şairin əsərlərinin cövhəri olan vətəndaş yanğısı, Haqqa 
sədaqət, yurda bağlılıq, insana sevgi bu şeirlərdə aşkar görunür”.
“Payız duyğuları” ilk baxışdan sanki şairin özünün şəxsi 
həyatı, taleyi ilə bağlı bədii təəssüratlar kimi anlaşılır. Amma 
kitabın  elə  ilk  səhifələrindəcə  Azərbaycan  uğrunda  bir  sa-
vaşçını görürük. Müasir gəncliyi mənəvi cəhətdən silahlan-
dırmaq naminə səfərbər edilmiş düşüncəni görürük. Əlbəttə, 
o, bir şair olaraq təkcə kitablarından görünmür. Həyatından 
da,  bütöv  yaradıcılığından  da,  alimliyindən  də  və  həm  də 
pedaqoji  fəaliyyətindən  də,  bir  sözlə,  bütöv  həyatının  işıqlı 
tərəfindən tam təzahür eyləyə bilir. ...Bu, bizim müasirimiz, 
poeziyamızın,  ədəbiyyatımızın  kifa yət  qədər  yaxşı  tanınan 
simalardan biri Xanəli Kərmlidir. ...şairin özü haqqında qısa 
məlumatı da bu qeydlərin arasında verməyə gərək qızırqan-
mayaq:
”Xanəli  Kərimli  (Kərimli  Xanəli  Abbasəli  oğlu)  1951-ci 
ilin  noyabr  ayının  27-də  Şahbuz  rayonunun  Mahmudoba 
kəndində  anad  olub,  şair,  ədəbiyyatşünaş,  filologiya  üzrə 
fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti və 
həmin universitetdə Əcnəbi tələbələrlə iş üzrə dekan, ikinci 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə