XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə42/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   38   39   40   41   42   43   44   45   ...   99

158
silsiləsindən  olan  “Əbədiyyət  yolu”  verilişi  şəhid  Ceyhun 
Orucəliyevin  əziz  xatirəsinə  həsr  olunub.  Veriliş  20  avqust 
2014-cü ildə efirdə səsləndirilib. Açığı,bəlkə heç bu qeydləri 
yazının içinə gətirməyə lüzum olmazdı, amma əgər müəllifin 
şəxsi hislərini, duyğularını Ceyhunun möhtəşəm şəxsiyyətini 
bu qədər səmimiyyətlə sözə gətirməsəydi.
Bəzən, bizə elə gəlir ki, hər hansı bir sözü,duyğunu başqa-
sından daha yaxşı yaza bilərik. Amma başqasının sözünü, duy-
ğusunu sözə gətirən formaya daxil olan kimi, heyrətlə baxırıq, 
əgər qərəzimiz yoxdursa, mənim üçün nə fərqi var bu sözləri 
kim yazıb:
 
Şəhid olmaq - bu torpağı ürəyinlə qucaqlamaq,
Vətən daşın xəzinə tək varlığıyla ovuclamaq.
Düşmənini yox etməyə gözündə qılınc saxlamaq.
 
Şəhid olmaq - bir arzuya çatmaq üçün,
Min arzunun yollarını açmaq üçün
Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!..
Kim sevəcək bu Vətəni, biz sevməsək?!
Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?!
Şəhid olmaq xəyanətə dözümsüzlük,
Şəhid olmaq - mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!
Şəhid olmaq ölmək deyil - 
Dünya boyda ölümsüzlük!
Nə qədər duyğulu, nə qədər əbədi yaşarlı sözlərdir. Amma 
lap elə veriliş müəllifinin, ya kiminsə - başqasının ünvanında 
adı olmağının dəxli yoxdur. Bu gün poeziyanın forma baxı-
mından dağıldığı bir çərçivədə bu sözlərin həqiqi poetik ruh-
da olduğunu inkar etmək olmaz.
 Əzizim Xanəli Kərimli, mən indiki məqamda, durumda, 
bəlkə də, daha artıq özümə şöhrət gətirəcək sözlərə, sitatla-


159
ra üz tuta bilərdim, ancaq indiki anımda, indiki zamanımda 
mənim  əsas  məqsədim  Ceyhun  Orucəliyevin  timslında  bir 
gəncin, özü də o gəncin ki, özünü general ola biləcəyi təqdirdə 
Vətənə qurban verməyə hazır olub.
Əziz  dostum,  vallah,  məni  düz  başa  düş.  Qəhrəmanlığı, 
igidliyi, özünü ölümə verməyi başa düşmək olar. Ancaq tam 
bilə-bilə ki, sənin yolun generallığa qədər açıqdır, amma yo-
lüstü dönüb ölümün də sifarişini qəbul edəsən və heç şübhəsiz 
ki, həmin anda düşünməyəsən ki, sənin geridə generallığın 
vardı. Bu, artıq qəhrəmanlıqdır. Ölümə meydan oxumaqdır. 
Gələcəyə örnəkdir. Qəhrəmanı isə təkcə gördüyü qanlar yox, 
həm də ruhu ölməzliyə çağıran söz böyüdür.
Əziz  dost,  həyat  mənim  üçün  də,  sənin  üçün  də  görün-
məyən  tərəfləri  ilə  sürprizlər  verə  bilər.  Demək,  bu  qeyri-
adi  məqamlar  qabağımızı  kəsəcək  ölümə  qədər  müəmmalı 
olraq  qalacaq.  Bəlkə  də,  həyatın  gözəlliyi,  qeyri-adiliyi  də 
elə  bundadır.  Amma  o  şairə-jurnalist  qızın  düşüncələrinin 
də  üzərindən  keçə  bilmirəm.  Qoy,  onun  da  düşüncələrini 
gələcək  nəsillər  oxusunlar.  Heç  olmasa,  görsünlər  ki,  öz 
zəmanələrindəki  şəhid  üçün  yaşayan  qələm  adamı  nə  dü-
şünüb:  ”Bəli,  ölümsüzlüyə  gedən  yolun  yolçuları  heç  zaman 
qəhrəman  olmaq  arzusunda  olmurlar.  Onları  ölümsüz  edən 
amallları, məqsədləri olur. Belə bir məsəl var, deyirlər, igid insan 
təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adam-
dır. Həyatını,ailəsini düşünmədən təhlükənin üstünə getmək ancaq 
əsl Vətən oğluna xas olan cəhət ola bilər. Həmin an ancaq bir şey 
fikirləşir Vətən oğlu - təhlükəni dəf etmək! Vətən oğlu - bu torpaqda 
doğulub boya-başa çatan hər kəs Vətən oğludur: pisi də, yaxşısı da. 
Necə deyərlər, beş barmağın beşi də bir olmaz. Dar gündə alçaq-
lı, ucalı onlar hamısı Vətən üçün birləşir. Düşmənin başını əzmək 
üçün düyünlənmiş yumruğa dönür.
Bir də əsl Vətən oğulları, övladları var. Onlar öz mənliyi, əxlaqı, 
xarakteri  ilə  ayrıcalıq  təşkil  edirlər.  Kapitan  Ceyhun  Orucəliyev 
kimi. İndi bu adı çoxları tanıyır. Mən də onu 2014-cü ilin aprelindən 
tanıyıram. Amma çoxları kimi, onu mən də şəhid adıyla tanıdım. 


160
Həmin gün 2014-cü il aprelin 8-də ürəkləri göynədən bir xəbərlə 
başladı bu tanışlığım”.
Təranə Arifqızının bu “tanışlığım” sözünün arxasında nə 
qədər  hiss,  həyəcan,  nə  qədər  mənəvi  güc  dayanır.  Bəzən 
insan  unudulduğuna,  anılmadığına  görə  şikayətlənir,  na-
razılığını  bildirir,  ancaq  kimsə  bir  adamın  onu  tanıdığını 
eşidəndə  nə  qədər  fərəh  duyur.  Bütün  bunların  hamısının 
arxasında insani hisslərin hətta qarşı-qarşıya gələn görüşlərin 
təsiri,  çarpışmasindan  sonrakı  əhvalın  özü  dayanır.  Mənim 
düşüncəmdə böyük tanışlığın arxasında mənəvi güc dayanır, 
qüdrət dayanır, ya həqiqətini qırılmaz məntiqlə sübut edəsən, 
ya da gərək ideal bildiyin, amal bildiyin və səni çağıran işıq 
uğrunda həlak olanacan döyüşəsən. Bunun özü adi, həyati bir 
hadisə deyil, məişət hadisəsi deyil. Bu elə bir ali duyğudur ki, 
insan bütün ömrü boyu yol gəlir. Ya gərək ideal uğrunda axı-
racan yol gedəsən, axıracan, ölümünəcən yol gedəsən, ya da 
yarı yolda geriyə dönəsən, gizlənəsən, heç idealın sənin üçün 
bir  qüdrət  əhəmiyyəti  kəsb  etdiyini  də  gizləyəsən.  Amma 
belə deyil, şəxsiyyət üçün tale, həyat ona imkan verir ki, öz 
gücünü, qüdrətini diqtə eləsin. Kimliyini araya qoysun.
Əziz  dostum,  qardaşım  Xanəli  Kərimli,  biz  kimliyimizi 
bəzən - bəlkə də, daha çöx özümüzdə axtarırıq, amma unu-
duruq  ki,  bizim  kimliyimizi,  sözümüzün  dəyərini,  gücünü, 
ən nəhayət, Vətən adlı idealizə gücündə olan əfsanəvi varlı-
ğımızı qoruyacaq və onu tərənnüm eləyəcək tanımadığımız, 
bəzən adının üstündən sükutla keçdiyimiz kimsələr var.
Ceyhun  Orucəliyev  bizim  mənəvi  dünyamızın  ruhən, 
mənən yaşayan obrazıdır.
Əzizim Xanəli Kərimli, bizdən qeyri bu obrazı kim görə 
bilir sə, biz daha çox ona borcluyuq. Hə, dostum, bir də onu 
deyə cəkdim;  sən  yaxşı  kişisən.  Səmimiyyət,  saflıq,  sözübü-
tövlük... yaxşı kişi olmağın əsas tərəfləridir.
 
 Əli Rza Xələfli, ”Söz və qan” povest-xronika
 Bakı, 2016, səh., 136-142. 
 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə