XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə38/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   34   35   36   37   38   39   40   41   ...   99

144
Gənclərə gəlincə isə bu, mütləq həqiqətdir və hər bir ədəbi 
gəncliyin  rəngi  yetişdiyi,  formalaşdığı  zamanın  rənginə 
bənzəyir.  Bu  gün  Naxçıvanda  incəsənətin,  mədəniyyətin 
digər  sahələrində  olduğu  kimi,  ədəbiyyatda  da  bir  gənclik 
for malaşmaqdadır. Bunun üçün də hər cür şərait yaradılıb. 
Vaxtilə Naxçıvan televiziyasında şeir oxumaq üçün, yaxud da 
“Şərq qapısı” qəzetində bir şeir dərc etdirmək üçün nə qədər 
xahiş-minnətçi olurduq... Ancaq indi Naxçıvan ədəbi mühiti 
üçün münbit şərait var. İndi kütləvi informasiya vasitələrinin 
qapıları  gənc  qələm  sahiblərinin  üzünə  açıqdır.  Naxçıvan 
Muxtar Respublikası Yazıçılar Birliyində ayda ən azı, iki dəfə 
gənc qələm adamlarının şeirlərinin, hekayələrinin dinlənilib 
müzakirə  edilməsi  bir  ənənə  halını  alıb.  Bəyənilən  bəzi 
nümunələr qəzet və almanax səhifələrində dərc edilir, onlara 
tele viziyanın, radionun efir məkanlarında geniş yer verilir. 
Onu  da  deyim  ki,  neçə  ildir,  Naxçıvan  Dövlət  Univer-
sitetində “Gəmiqaya” Ədəbi Birliyi fəaliyyət göstərir. Birliyin 
ayda bir dəfə keçirilən yığıncaqlarında universitet tələbələri 
içərisindən  çıxan  gənc  yazarlar  fəal  iştirak  edirlər.  Onların 
bəzi nümunələri elmi mühitdə dəst-xətti olan filoloq alimlər 
tərəfindən təhlil olunur, gənclərə yaradıcılığın sirləri aşkarla-
nır. Ümumiyyətlə, Naxçıvan ədəbi mühitində ümidverici bir 
gənclik yetişməkdədir. 
– Bəs ədəbi tənqidə münasibətiniz necədir?
–  Ədəbi  tənqidə  münasibətim  bir  az  “qəribədir”.  Əvvəla, 
tənqid inkarçılığa yox, islah etməyə xidmət etməlidir. İkinci-
si, tənqid ünvanlı, inandırıcı və qərəzsiz olmalıdır.
Etiraf edək ki, bu günə qədər tənqid ciddi mənada heç nəyi 
dəyişməyib. Bir anlığa təsəvvür edin ki, dayanmısan bir bu-
lağın başında, yaxud da bir qızılgül kolunun yanında. Onlara 
necə axmağı, necə gül açmağı öyrədirsən. Bu, mümkün de-
yil, bulaq bulaq kimi axacaq, qızılgül də qızılgül kimi açacaq. 
Çünki  yaradıcılıq  təbii  prosesdir.  Ona  kənardan  müdaxilə 
etmək heç də həmişə uğur qazandırmır. 
Mən  dünya  tənqidşünaslığından  çox  yox,  iki  örnək  gə-
tirmək  istəyirəm.  Şekspir  haqqında:  “Şekspirin  nə  tragik,  nə 


145
də komik istedadı var. Onun faciələri sünidir, komediyalarında isə 
o ancaq instinktə arxalanır. “Maqbet”dən gülünc bir əsər tapmaq 
çətindir” (Forbes, XVII əsr tənqidçisi). “Bu Şekspir kobud və barbar 
bir zəkadır” (Lord Şeftsberi). “Şekspi rin əsərləri tamamilə dumanlı-
dır, anlaşılmazdır” (XVII əsr, Con Drayden) və sair. 
A.S.Puşkin  haqqında:  “Puşkin  əsrindən  geri  qalıb,  moddan 
düşüb” (Nadejdin, 1830), “Yevgeni Onegin” – Puşkinin qəti süqu-
tu deməkdir” (Bulqarin, 1830 və sair). 
Dahilər  haqqında  onlarla  belə  faktlar  gətirmək  olar.  Bəs 
zaman nə dedi? Zaman hər şeyi yerbəyer edən qərəzsiz və 
əvəzsiz bir tənqidçidir. 
– Demək, tənqid tərəfdarı deyilsiniz. Axı ən yaxşı əsərlər 
də tənqiddən süzülə-süzülə gəlir...
– Sizin fikrinizlə razıyam. Belə çıxmasın ki, mən tənqidin 
əleyhinəyəm, tənqid gərək deyil. Yox, belə düşünmürəm. Tən-
qid ciddi təhlil, elmi və nəzəri təfəkkürə arxalananda kütlənin, 
xalqın  fikrini  ifadə  etmiş  olur.  Ən  yaxşı  əsərlər  o  tənqidin 
süzgəcindən keçir ki, tənqidçinin özü yazıçı və şairdən çox, 
həyatı və reallıqları geniş mənada dərk edə bilsin. Bu sirr de-
yil ki, ən yaxşı bədii əsərlər ciddi həyat materialından alındığı 
kimi, ən yaxşı tənqidi fikirlər də gözəl, bədii kamil əsərlərdən 
yaranır.  Daha  doğrusu,  bədii  əsərlər  tənqidçinin  fəaliyyəti 
üçün ona bir stimul verir. Bugünün ədəbi tənqidi bu günün 
ədəbi prosesi səviyyəsindədir. 
–  Xanəli  müəllim,  qələm  sahibləri  Naxçıvanın  bugünkü 
mən zərəsini öz əsərlərində canlandıra bilirlərmi? Axı ziyalı 
həm də cəmiyyətin görən gözü, döyünən ürəyidir... 
–  Doğrudur.  Hər  bir  dağ  çayı  keçdiyi  yerlərin  rəngini 
özündə  əks  etdirdiyi  kimi,  böyük  sənətkarlar  da  mənsub 
ol duqları  millətin  və  zamanın  ruhunu,  havasını  özlərində 
əks  etdirirlər.  Bu  mənada  şair  və  yazıçıların  üzərinə  böyük 
məsuliyyət düşür. Həqiqətən, Naxçıvan haqqında hələ yazıl-
mamış poemalar qalır. Bu gün Naxçıvan şəhərində, eləcə də 
ən ucqar kəndlərimizdə belə bir məktəb tikilirsə, o məktəbin 
mahiyyəti,  məzmunu  budur  ki,  orada  yaşayan  əhalidə  bö-
yük bir ümid yaranır. Daş daş üstə qoyulursa, demək, bura-


146
da həyat var, burada yaşayış var, gələcəyə inam var. Burada 
insan  amili,  ona  insan  kimi  yaşamaq  üçün  şərait  yaratmaq 
var.  Son  illər  Naxçıvanda  tarixdə  görünməmiş  qurucu luq 
işləri  aparılır.  Ümumiyyətlə,  Naxçıvan  iki  dəfə  böyük  in-
kişaf  və  quruculuq  yolu  keçib:  bir  Atabəylər  zamanında, 
bir  də,  təbii  ki,  müasir  dövrümüzdə.  Ümummilli  liderimi-
zin  uğurlu  quruculuq  siyasətinin  nəticəsində  dövrümüzün 
inikası  olan  quruculuq  işləri  bu  və  ya  digər  şəkildə  bədii 
ədəbiyyatda da öz əksini tapır. Elə götürək muxtar respubli-
kanın bugünkü güzgüsü sayılan “Şərq qapısı” qəzetində yer 
verilən publisistik yazı və ədəbi yaradıcılıq nümunələrini. Bu 
nümunələrdə quruculuq işləri qələm sahiblərinin əsas diqqət 
obyekti  olur.  Mənim  özüm  də  Naxçıvanla  bağlı  yazdığım 
şeirlərdə  bu  proseslərə  toxunmuşam.  Bizim  şairlərimizdən 
Elman Həbibin, Vaqif Məmmədovun, İbrahim Yusifoğlunun, 
Asim  Yadigarın,  Zeyqəm  Vüqarın,  Muxtar  Qasımzadənin 
və başqalarının əsərlərində bu real işlər öz təsdiqini tapıb və 
tapmaqdadır. Qələm dostlarımdan Elxan Yurd oğlunun, Qa-
far Qəribin “Şərq qapısı” qəzetinin “Göy qurşağı” əlavəsində 
dərc  edilən  şeirləri  bu  günün  ruhunu,  çalarını  əks  etdirən 
gözəl  poetik  nümunələrdir.  Buna  baxmayaraq,  biz  görülən 
işləri ədəbiyyata gətirməkdə ləngiyirik. 
– Niyə?
– Yaradıcı yoldaşlarımdan biri belə bir sual verdi ki, niyə 
Səməd Vurğun “Muğan” poeması kimi böyük bir əsərlə döv-
rünün quruculuq yolunu əks etdirdi, bu gün Naxçıvanda ya-
şayıb-yaradan şairlər belə bir əsər yazmaqda çətinlik çəkirlər? 
Bu sual istər-istəməz məni düşündürür. Lakin onu da nəzərə 
alaq ki, Xanəli Kərimli Səməd Vurğun deyil axı. Burası da var 
ki, ədəbiyyat görülən işlərin qiymətini zamanla verir. Yəni bir 
az zamana ehtiyac var. 
–  Xanəli  müəllim,  yenə  yaradıcılığınızdan  söz  açmaq 
istərdik.  Şeirlərinizin  çoxunda  kənd  mövzusu  qırmızı  xətt 
kimi keçir. Bu şeirləri oxuduqca insan özünə ülvi bir yaxınlıq 
hiss edir, sanki kənddə keçən uşaqlıq illərinə yenidən qayı-
dır... 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə