144
Gənclərə gəlincə isə bu, mütləq həqiqətdir və hər bir ədəbi
gəncliyin rəngi yetişdiyi, formalaşdığı zamanın rənginə
bənzəyir. Bu gün Naxçıvanda incəsənətin, mədəniyyətin
digər sahələrində olduğu kimi, ədəbiyyatda da bir gənclik
for malaşmaqdadır. Bunun üçün də hər cür şərait yaradılıb.
Vaxtilə Naxçıvan televiziyasında şeir oxumaq üçün, yaxud da
“Şərq qapısı” qəzetində bir şeir dərc etdirmək üçün nə qədər
xahiş-minnətçi olurduq... Ancaq indi Naxçıvan ədəbi mühiti
üçün münbit şərait var. İndi kütləvi informasiya vasitələrinin
qapıları gənc qələm sahiblərinin üzünə açıqdır. Naxçıvan
Muxtar Respublikası Yazıçılar Birliyində ayda ən azı,
iki dəfə
gənc qələm adamlarının şeirlərinin, hekayələrinin dinlənilib
müzakirə edilməsi bir ənənə halını alıb. Bəyənilən bəzi
nümunələr qəzet və almanax səhifələrində dərc edilir, onlara
tele viziyanın, radionun efir məkanlarında geniş yer verilir.
Onu da deyim ki, neçə ildir, Naxçıvan Dövlət Univer-
sitetində “Gəmiqaya” Ədəbi Birliyi fəaliyyət göstərir. Birliyin
ayda bir dəfə keçirilən yığıncaqlarında universitet tələbələri
içərisindən çıxan gənc yazarlar fəal iştirak edirlər. Onların
bəzi nümunələri elmi mühitdə dəst-xətti olan filoloq alimlər
tərəfindən təhlil olunur, gənclərə yaradıcılığın sirləri aşkarla-
nır. Ümumiyyətlə, Naxçıvan ədəbi mühitində ümidverici bir
gənclik yetişməkdədir.
– Bəs ədəbi tənqidə münasibətiniz necədir?
– Ədəbi tənqidə münasibətim bir az
“qəribədir”. Əvvəla,
tənqid inkarçılığa yox, islah etməyə xidmət etməlidir. İkinci-
si, tənqid ünvanlı, inandırıcı və qərəzsiz olmalıdır.
Etiraf edək ki, bu günə qədər tənqid ciddi mənada heç nəyi
dəyişməyib. Bir anlığa təsəvvür edin ki, dayanmısan bir bu-
lağın başında, yaxud da bir qızılgül kolunun yanında. Onlara
necə axmağı, necə gül açmağı öyrədirsən. Bu, mümkün de-
yil, bulaq bulaq kimi axacaq, qızılgül də qızılgül kimi açacaq.
Çünki yaradıcılıq təbii prosesdir. Ona kənardan müdaxilə
etmək heç də həmişə uğur qazandırmır.
Mən dünya tənqidşünaslığından çox yox, iki örnək gə-
tirmək istəyirəm. Şekspir haqqında:
“Şekspirin nə tragik, nə
145
də komik istedadı var. Onun faciələri sünidir, komediyalarında isə
o ancaq instinktə arxalanır. “Maqbet”dən gülünc bir əsər tapmaq
çətindir” (Forbes, XVII əsr tənqidçisi). “Bu Şekspir kobud və barbar
bir zəkadır” (Lord Şeftsberi). “Şekspi rin əsərləri tamamilə dumanlı-
dır, anlaşılmazdır” (XVII əsr, Con Drayden) və sair.
A.S.Puşkin haqqında:
“Puşkin əsrindən geri qalıb, moddan
düşüb” (Nadejdin, 1830), “Yevgeni Onegin” – Puşkinin qəti süqu-
tu deməkdir” (Bulqarin, 1830 və sair).
Dahilər haqqında onlarla belə faktlar gətirmək olar. Bəs
zaman nə dedi? Zaman hər şeyi yerbəyer edən qərəzsiz və
əvəzsiz bir tənqidçidir.
– Demək, tənqid tərəfdarı deyilsiniz. Axı ən yaxşı əsərlər
də tənqiddən süzülə-süzülə gəlir...
– Sizin fikrinizlə razıyam. Belə çıxmasın ki, mən tənqidin
əleyhinəyəm, tənqid gərək deyil. Yox, belə düşünmürəm. Tən-
qid ciddi təhlil, elmi və nəzəri təfəkkürə arxalananda kütlənin,
xalqın fikrini ifadə etmiş olur. Ən yaxşı əsərlər o tənqidin
süzgəcindən keçir ki, tənqidçinin özü yazıçı və şairdən çox,
həyatı və reallıqları geniş mənada dərk edə bilsin. Bu sirr de-
yil ki, ən yaxşı bədii əsərlər ciddi həyat materialından alındığı
kimi, ən yaxşı tənqidi fikirlər də gözəl, bədii kamil əsərlərdən
yaranır. Daha doğrusu, bədii əsərlər tənqidçinin fəaliyyəti
üçün ona bir stimul verir. Bugünün ədəbi tənqidi bu günün
ədəbi prosesi səviyyəsindədir.
– Xanəli müəllim, qələm sahibləri Naxçıvanın bugünkü
mən zərəsini öz əsərlərində canlandıra bilirlərmi? Axı ziyalı
həm də cəmiyyətin görən gözü, döyünən ürəyidir...
– Doğrudur. Hər bir dağ çayı keçdiyi yerlərin rəngini
özündə əks etdirdiyi kimi, böyük sənətkarlar da mənsub
ol duqları millətin və zamanın ruhunu, havasını özlərində
əks etdirirlər. Bu mənada şair və yazıçıların üzərinə böyük
məsuliyyət düşür. Həqiqətən, Naxçıvan haqqında hələ yazıl-
mamış poemalar qalır. Bu gün Naxçıvan şəhərində, eləcə də
ən ucqar kəndlərimizdə belə bir məktəb tikilirsə, o məktəbin
mahiyyəti, məzmunu budur ki, orada yaşayan əhalidə bö-
yük bir ümid yaranır. Daş daş üstə qoyulursa, demək, bura-
146
da həyat var, burada yaşayış var, gələcəyə inam var. Burada
insan amili, ona insan kimi yaşamaq üçün şərait yaratmaq
var. Son illər Naxçıvanda tarixdə görünməmiş qurucu luq
işləri aparılır. Ümumiyyətlə, Naxçıvan iki dəfə böyük in-
kişaf və quruculuq yolu keçib: bir Atabəylər zamanında,
bir də, təbii ki, müasir dövrümüzdə. Ümummilli liderimi-
zin uğurlu quruculuq siyasətinin nəticəsində dövrümüzün
inikası olan quruculuq işləri bu və ya digər şəkildə bədii
ədəbiyyatda da öz əksini tapır. Elə götürək muxtar respubli-
kanın bugünkü güzgüsü sayılan “Şərq qapısı” qəzetində yer
verilən publisistik yazı və ədəbi yaradıcılıq nümunələrini. Bu
nümunələrdə quruculuq işləri qələm sahiblərinin əsas diqqət
obyekti olur. Mənim özüm də Naxçıvanla bağlı yazdığım
şeirlərdə bu proseslərə toxunmuşam. Bizim şairlərimizdən
Elman Həbibin,
Vaqif Məmmədovun, İbrahim Yusifoğlunun,
Asim Yadigarın, Zeyqəm Vüqarın, Muxtar Qasımzadənin
və başqalarının əsərlərində bu real işlər öz təsdiqini tapıb və
tapmaqdadır. Qələm dostlarımdan Elxan Yurd oğlunun, Qa-
far Qəribin “Şərq qapısı” qəzetinin “Göy qurşağı” əlavəsində
dərc edilən şeirləri bu günün ruhunu, çalarını əks etdirən
gözəl poetik nümunələrdir. Buna baxmayaraq, biz görülən
işləri ədəbiyyata gətirməkdə ləngiyirik.
– Niyə?
– Yaradıcı yoldaşlarımdan biri belə bir sual verdi ki, niyə
Səməd Vurğun “Muğan” poeması kimi böyük bir əsərlə döv-
rünün quruculuq yolunu əks etdirdi, bu gün Naxçıvanda ya-
şayıb-yaradan şairlər belə bir əsər yazmaqda çətinlik çəkirlər?
Bu sual istər-istəməz məni düşündürür. Lakin onu da nəzərə
alaq ki, Xanəli Kərimli Səməd Vurğun deyil axı. Burası da var
ki, ədəbiyyat görülən işlərin qiymətini zamanla verir. Yəni bir
az zamana ehtiyac var.
– Xanəli müəllim, yenə yaradıcılığınızdan söz açmaq
istərdik. Şeirlərinizin çoxunda kənd mövzusu qırmızı xətt
kimi keçir. Bu şeirləri oxuduqca insan özünə ülvi bir yaxınlıq
hiss edir, sanki kənddə keçən uşaqlıq illərinə yenidən qayı-
dır...