137
Sonda şair Xanəl Kərimli muxtar respublika rəhbərliyinə,
universitet kollektivinə və yubiley təşkilatçılarına dərin
minnət darlığını çatdırmış, yeni şeirlərindən oxumuşdur.
Naxçıvan Dövlət Universitetinin “Fikir”
bülleteni, 2012, N 4, s.36.
“İLK SÖZÜM, SON SÖZÜM ŞEİRLƏRİMDİR...”
(Şair Xanəli Kərimlinin 60 illiyinə
həsr edilmiş yubiley tədbiri)
Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Res-
publikasının əməkdar müəllimi, Azərbaycan Yazıçılar Bir-
liyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli
Kərimlinin 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçiril-
mişdir. Tədbirdə çıxış edən universitetin rektoru,akademik
İsa Həbibbəyli müasir Azərbaycan poeziyasının inkişaf
istiqamətlərindən, ədəbi proseslərdən, Naxçıvan elmi-ədəbi
mühitinin tanınmış simalarının bədii yaradıcılığından bəhs
etmişdir.
Qeyd olunmuşdur ki, Xanəli Kərimli müstəqillik dövrü
ədə biyyatımızın vətəndaşlıq lirikasının tanınmış nümayən-
dələrindən biridir. Onun şeirləri müxtəlif dillərə tərcümə
və nəşr olunmuş,bununla da müasir ədəbiyyatımızı Yaxın
Şərqdə də tanıtmışdır. Akademik İsa Həbibbəyli şairin ma-
arifçi poetik baxışlarından, poetik duyum tərzindən, tənqidçi-
pedaqoq kimi çoxşaxəli fəaliyyətindən danışaraq yubiliyarı kol-
lektiv adından təbrik etmişdir. Xanəli Kərimli çoxillik səmərəli
fəaliyyətinə görə Naxçıvan Dövlət Universitetinin Fəxri Fərmanı
ilə təltif olunmuşdur.
Şairin yaradıcılığının ardıcıl təbliğatçılarından olan uni-
versitetin elmi kitabxanasının direktoru, filologiya üzrə
fəlsəfə doktoru Aypara Behbudova məruzəsində
“Ay işı-
ğında”, ”Anamdan məktub”, ”Bu da bir nağıldı...”, ”Mənə
elə gəlir ki”, ”Duyğularım, düşüncələrim” şeir kitablarının
139
SÖZÜN ƏLİNCƏ QALASI
“Qanun” nəşriyyatı 2011-ci ildə tanınmış şair, Naxçı-
van Dövlət Universitetinin müəllimi,ədəbiyyatşünas alim,
Naxçıvan MR-in əməkdar müəllimi, filologiya üzrə fəlsəfə
doktoru Xanəli Kərimlinin
“Sözün Əlincə qalası” kitabı-
nı çap etmişdir. Şair-alim Xanəli Kərimli haqqında yazıl-
mış məqalələrin,müxtəlif mətbu orqanlarında söylənmiş
fikirlərin, müəllifə ünvanlanmış məktublardan nümunələrin
verilməsı kitabın oxucular üçün dəyərli olduğunu,insanların
şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyət kəsb etdi-
yini göstərir. İnanırıq ki, akademik İsa Həbibbəylinin
“Xanəli
Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas
yaradıcılarından biridir”, professor Camal Mustafayevin
“Şair
Xanəli Kərimlinin gözəl poeziyası ilə şəxsiyyəti təbiətən bir-birini
şərtləndirir, tamamlayır” ədəbi-nəzəri düşüncələri də şair-alim
Xanəli Kərimlinin poeziyasını və elmi fəaliyyətinin uğurlarını
öyrənməkdə, tədqiq etməkdə obyektiv yanaşma mövqeyidir,
alim məntiqinin gücünün ifadəsidir.
Sumqayıt Dövlət Universiteti,
“Elmi xəbərlər”, cild 8, 2012, N8.
MƏQAƏLƏR TOPLUSUNUN İŞIĞINDA
Qədim Naxçıvanda yaşayıb-yaradan tanınmış şaır və ədə-
biyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin
özünəməxsus yaradıcılığı haqqında qələm dostlarının, ədə-
biyyat və incəsənət xadimlərinin ürək sözlərindən, ayrı-ay-
rı illərdə qə ləmə aldıqları məqalələrdən seçmələri özündə
əks etdirən
“Xanəli Kərimli: Sözün Əlincə qalası” toplusu
bu günlərdə “Qanun” nəşriyyatı tərəfindən işıq üzü görüb.
Akademik İsa Həbibbəyli, professorlar Camal Mustafayev,
Maarifə Hacıyeva, filologiya elmləri doktorları Adil Bağırov,
Həmid Əliyev,Muxtar Kazımoğlu, SevindikVəliyev, filologi-