XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə37/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   33   34   35   36   37   38   39   40   ...   99

140
ya üzrə fəlsəfə doktorları İsgəndər Orucəliyev, Azər Turan, 
Asif Rüstəmli, Sabir Bəşirov, Vaqif Məmmədov (tarix üzrə fəlsəfə 
doktoru - red.) və başqalarının topluya daxil edilən məqalələrində 
X.Kərimlinin yaradıcılıq özəlliklərindən dərin səmimiyyətlə söz 
açılır, uğurları təqdim edilir.
X.Kərimlinin  60  illik  yubileyi  münasibətilə  araya-ərsəyə 
gə lən yeni nəşrdə, həmçinin, yazıçı və şairlərdən Flora Xəlil-
zadə, Əbülfəz Əsgərli, Elçin Kamal, Binnət Nəsibov, Sərvaz 
Hüseynoğlu, İbrahim İlyaslı və b. onun yaradıcılığını fərqli 
ba xış  bucağından  araşdırır,  vətənpərvərlik  qayəsini  önə  çə-
kirlər.
  S.Əsgərli,
 “Ədəbiyyat qəzeti”,
25 noyabr, 2011-ci il.
YENİ “PAYİZ DUYĞULARI”
Cağdaş  Azərbaycan  poeziyasının  tanınmış  nümayən də-
lərin dən  biri,  Azərbaycan  Yazıçılar  Bipliyinin  üzvü  Xanəli 
Kərimlinin  “Payız  duyğuları”  adlı  şeirlər  kitabı  “Qanun” 
nəşriyyatında işıq üzü görüb. Kitabda şairin poetik yaradıcı-
lığından seçmələr yer alıb. Kitabın tərtibatçısı və nəşrə hazır-
layanı Nəriman Əbdülrəhmanlı, redaktoru Sabir Bəşirovdur.
Qeyd edək ik, Xanəli Kərimli filologiya üzrə fəlsəfə dok-
toru,  Naxçıvan  Dövlət  UniVersitetinin  dosenti  və  həmin 
universitetdə Əcnəbi tələbələrlə iş üzrə dekandır. Eyni zama-
da o,ikinci çağırış Naxçıvan Ali Məclisinin deputatı, Naxçı-
van MR əməkdar müəllimidir. O,bir sıra elmi və publisistik 
məqalələrin “Ay işığında” (1998), ”Anamdan məktub” (2001), 
”Bu da bir nağıldı” (2004), ”Mənə elə gəlir ki...” (2008), ”Duy-
ğularım,  düşüncələrim”,  ”Mənim  könlüm  bir  ümmandır” 
(İran,Urmiya, 2011) şeir kitablarının, “Ali və orta məktəblərdə 
Cənubi  Azərbaycan  ədəbiyyatının  tədrisi  metodikası” 
(2000)  metodik  vəcaitinin  müəllıfidir.  Onun  bədii  yaradıcı-
lığı,  əsərləri  ədəbi  tənqidin  də  diqqət  mərkə zindədir.  Belə 
ki,  Xanəli  Kərimli  haqqında  “Şairə  məktub”  (2007),  ”Sözün 


141
Əlincə  qalası”  (2011)  məqalələr  toplusu  və  fəlsəfə  doktoru 
Sabir  Bəşirovun  “Xanəli  Kərimli:  Bir  ömrün  nağılı”  (2011) 
monoqrafiyası nəşr edilib.
Xanəli Kərimlinin “Payız duyğuları” kitabı altı hissədən 
iba rətdir.  Şeirlər  müxtəlif  mövzular  üzrə  qruplaşdırılıb.  Şa-
irin  yaradıcılığına  xas  olan  haqqa  sədaqət,  yurda  bağlılıq, 
insana sevgi bu kitabda yer almış şeirlərdə də aşkar nəzərə 
çarpır.
 
NƏZRİN
 “525-ci qəzet”,
14 yanvar, 2014-cü il.
 


142
MÜSAHİBƏ
MÜASİR ƏDƏBİ TƏNQİD BU  gÜNÜN 
ƏDƏBİ PROSESİ SƏVİYYƏSİNDƏDİR
Alim-şair Xanəli Kərimli ilə üz-üzə söhbət:
– Şair olmaq üçün nə etmək, necə yazmaq, hansı mövzu-
lara müraciət etmək lazımdır? Şairlik Allah vergisidir, yoxsa 
hansısa mənəvi ehtiyacdan şeir yazılır? 
– Yaradıcılıq, hər şeydən əvvəl, ovqat işidir, köklənməkdir. 
Necə  ki,  ustad  aşıqlar  bir  havanı  çalarkən  sazı  o  havaya 
kökləyir,  şair  də,  yazıçı  da  belədir:  bir  mövzunu  yazma-
mışdan  əvvəl  o  mövzu  üstdə  köklənir.  Heç  vaxt,  “Misri” 
saz  havası  üstdə,  deyək  ki,  “Yanıq  Kərəmi”  çalmaq  olmaz, 
yaxud da əksinə. Buna görə də yaradıcı adam bir çox hallar-
da  ovqatın  “quludur”.  Əgər,  necə  deyərlər,  ürəyindən  qara 
qanlar  axırsa,  sən  necə  vüsal  aləmindən  şeir  yaza  bilərsən? 
Hər şeri, hər mövzunu yazmağın öz sözləri var. Elə bil ki, bu 
sözlər İlahidən seçilir: yalnız o şeri, o mövzunu yazmaq üçün. 
Çünki toyun toy, yasın yas paltarı olduğu kimi, iztirabdan, 
kədərdən yazılan şeirlərin öz “paltarı”, sevgi şeirlərinin də öz 
“paltarı” var. Bunu söz sərrafları yaxşı bilir... 
Özümə  gəldikdə  isə  ürəyim  nəyi  tələb  edibsə,  onu  da 
yazmışam.  Bütün  insanların  ürəyinin  fəaliyyəti  və  forma-
sı,  əsasən,  eynidir.  Ona  görə  də  Səməd  Vurğun  demişkən: 
“Ürəyə  ürəklə  hökm  etmək  olar”.  Ürəkdən  gəlməyən  ürəklərə 
yol  tapa  bilməz.  O  şerin,  sənət  əsərinin  arxasında  ürək  da-
yanmırsa, o elə ürəksiz bədən kimidir, yaşamaq haqqı qazana 
bilməz. Necə ki ustadımız Məmməd Araz deyir:
Ürəyimsiz kəlmə yazan deyiləm,
qədər ki, öz əlimdir yazanım.


143
– Görkəmli yazıçımız İlyas Əfəndiyevin “Geriyə baxma, 
qoca” adlı bir əsəri var. Siz geriyə baxanda nəyə sevinir, nəyə 
təəssüflənirsiniz?
– Bütün ömrümə tale işi kimi baxmışam. Mən o arzuları-
mın dalınca getmişəm və gedirəm ki, onlar mənim imkanım 
və mənim gücüm daxilindədir. Gücüm çatmayan daşdan ya-
pışmamışam ki, sonra özümə dərd eyləyəm. Yerinə yetməyən 
arzularım  olubsa  da,  onları  da  bir  tale,  qismət  işi  hesab 
etmişəm. Bir həqiqəti dərk etmişəm ki, keçmiş üçün göz yaşı 
axıtmaqla  (əgər  o  keçmişə  göz  yaşı  axıtmağa  dəyərsə),  gələcəyə 
can atmaqla heç bir şeyə nail olmaq olmaz. Əsas yaşadığın 
həyatı  mənalı  və  minnətsiz  yaşamağı  bacarmaqdır.  Geriyə 
baxanda insan o vaxt sevinir və təəssüf hissi keçirmir ki, o, 
bütün ömrünü əxlaqlı və halal yaşamış olsun. 
– Bugünkü Naxçıvan ədəbi mühiti, xüsusilə də gənc yazar-
lar barədə nə deyə bilərsiniz? 
– Bu gün Bakı, Gəncə, Qazax, Lənkəran... ədəbi mühitləri 
fəaliyyət  göstərir.  Bunlardan  biri  və  mən  deyərdim  ki, 
öncüllərdən  biri  Naxçıvan  ədəbi  mühitidir.  Naxçıvan  ədəbi 
mühitinin dünəni haqqında çox deyilib, çox yazılıb. Naxçıvan 
elmi-ədəbi mühitinin böyük Azərbaycan elmi- ədəbi mühitinə 
bəxş  etdiyi  C.Məmmədquluzadə,  H.Cavid,  M.S.Ordubadi, 
Ə.Qəmküsar,  Ə.Əylisli,  M.Araz,  İ.Səfərli,  H.İbrahimov, 
A.Babayev,  H.Razi,  Ə.Yusifli,  M.C.Cəfərov,  A.Zamanov, 
M.Təhmasib,  Ə.Sultanlı,  F.Hüseynov,  İ.Həbib bəyli  kimi 
şəxsiyyətlər bu mühitin nə qədər böyük elmi və ədəbi poten-
siala malik olduğunu bir daha sübut edir. Bu gün Naxçıvan-
da bütün sahələrdə olduğu kimi, elmi-ədəbi mühitdə də bir 
qaynarlıq var. Bilirsiniz ki, ədəbiyyat xalqın mənəvi paspor-
tu, yaddaşının tarixidir. Biz bu gün Naxçıvanın yüz il bun-
dan əvvəlki vəziyyətinin, tarixinin bəzi qaranlıq səhifələrini 
M.Cəlilin,  M.S.Ordubadinin  və  digərlərinin  əsərlərindən 
öyrəndiyimiz kimi, bu günün də tarixini gələcək nəsillər indi-
ki elmi-ədəbi mühitin bəhrələrindən öyrənəcəklər. İnanıram 
ki, gələcək qarşısında xəcalətli qalmayacağıq. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə