XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə30/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   26   27   28   29   30   31   32   33   ...   99

111
Nə itirdim, nə qazandım, nə gördüm?!
Bu suallar cavabıdır altmış il.
İnsanlıq, ləyaqət insan ömrünün meyarıdır. Xanəli Kərimli 
bu barədə yazır:
İnsanlıq, ləyaqət doğulub əkiz,
Qoşa qanaddırlar onlar həyatda.
İnsanlıq öldümü, ləyaqət şəksiz,
Qalacaq həmişə ayaqlar altda.
Sonra şair yazır:
...Elə bir zəmanə olaydı, - insan,
Qoruya biləydi insanlığını!...
Ləyaqət hissiylə sürəydi dövran,
Ataydı biryolluq nadanlığını.
Bu dünya cənnətə dönərdi onda,
Onda mələklər də insanlaşardı.
Şeytanın çırağı sönərdi onda,
Onda yaşamaq da gözəl olardı!
Şairlər  həmişə  ürəklərində  insan  üçün  yararlı  arzular 
gəzdirir və bunu yeri gəldikcə tərənnüm edirlər.
Mən talelər yazan olsaydım əgər,
Təzədən yazardım öz taleyimi.
Çıxmazdı yoluma nə pislik, nə şər,
Görərdim qəlbimcə görəcəyimi.
Ürəyim tutanı tapıb seçərdim,
Bilərdim kəsdiyim çörəyin dadın.
Aydın üfüqlərdən keçib gedərdim,
Düşməzdim toruna “yaxının”, yadın.


112
Pul  haqqında  çox  qələm  sahibləri  söz  deyiblər.  Xanəli 
Kərimli də öz fikrini belə ifadə edir:
Sən dirini öldürən,
Ölüyə can verənsən.
Sən yoxluğu var edən,
Varı yox eyləyənsən.
Sənə əl çatmayanda,
Deyirlər, əl çirkisən.
Səni tanıyan bilir,
Tanrı nişanəsisən.
Səxavət də səndədir,
İbadət də səndədir.
Sənə iman gətirən
Haqq yanında öndədir.
Ey dövranlar hakimi,
Dövran sənindir yenə.
Allahdan qorxmasaydım,
“Allah” deyərdim sənə.
Filologiya  elmləri  doktoru  (AMEA-nın  müxbir  üzvü  idi  - 
red.) Adil Bağırov Xanəli Kərimlinin yaradıcılıqda sözə mü-
nasibətini belə ifadə edir:
“...Xanəli Kərimli sözə həssas şairdir, o, daim söz axtarışında 
olur, sözdə bir işıq, bir nur axtarır. O, sözün çəkisini, qədrini bilir, 
qüdrətini, hikmətini qiymətləndirir, sözü hər şeydən ağır hesab edir.
Şair üçün söz, ən böyük enerji mənbəyidir. Onun təsir gücünü 
əvəz edə biləcək heç bir qüvvə yoxdur”.
Mən Xanəli Kərimli yaradıcılığını, həm oxucu, həm də bir 
qələm sahibi kimi yüksək qiymətləndirir və qeyd edirəm ki, 
o  nədən  yazmağı,  necə  yazmağı  yaxşı  bilir,  məhz  ona  görə 
də  onun  qələmindən  çıxanlar  öz  lakonikliyi,  çalarları  ilə 
fərqlənir.


113
Onu da qeyd etməyi lazım bilirəm ki, şair dostumun “Pa-
yız  duyğuları”  haqqında  çox  söz  demək  olardı,  lakin  mən 
kitabda  yazılanların  bəzi  məqamlarına  toxundum.  Xanəli 
müəllim  ömrünün  müdrik  çağını  yaşamaqla  yaradıcılığı-
nın  da  zirvəsindədir. Arzum  budur  ki,  o  daha  çox  yaşasın 
və  tutduğu  yaradıcılıq  zirvəsindən  heç  zaman  düşməsin, 
çünki  başqa  oxucuları  kimi  mən  də  ondan  hələ  çox  əsərlər 
gözləyirəm. 
“Xalq sözü” qəzeti, 
11-30 iyun 2014-cü  il.
 


114
Qardaş Əlişoğlu,
 Şair, yazıçı-dramaturq,
 “3-cü Hədəf” qəzetinin baş redaktoru
 ŞAİR QARDAŞIM, 60 YAŞIN MÜBARƏK
Əlimdə olan kitab istedadlı alim-tədqiqatçı, neçə-neçə elmi 
monoqrafiyaların,  ədəbi-tənqidi  məqalələrin  və  kitabların 
müəl lifi olan Sabir Bəşirovun “Bir ömrün nağılı” adlı ədəbi 
porteret  kitabıdır.  2011-ci  il  tarixində  Bakı  şəhərində  “Qa-
nun” nəşriyyatı tərəfindən buraxılmışdır. Bu nəfis kitab çağ-
daş Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrindən 
biri, tanınmış ədəbiyyatşünas alim, bacarıqlı pedaqoq, Naxçı-
van Dövlət Universiteti xarici tələbələrlə iş fakültəsinin deka-
nı, filologiya elmləri namizədi, dosent, qayğıkeş ata, sədaqətli 
dost Xanəli Kərimlinin yaradıcılığına və anadan olmasının 60 
illiyinə həsr olunmuşdur.
İstedadlı alim S.Bəşirov Xanəli Kərimli poeziyasına yaxından 
bələd olan bir alim kimi onun ədəbi portretini 6 bölümə ayır-
mışdır.
S.Bəşirov  yazır:  “Bir  kitabda  olsa  belə  söz  adamının,  üstəlik 
çox cəhətli yaradıcılığa malik şəxsiyyətin mükəmməl ədəbi portretini 
oxucu kütləsinə çatdırmaq çox çətindər”.
 Çünki hər kəsin qəlbində bir Xanəli Kərimli obrazı var, 
mən qələmə aldığım bu ədəbi portretdə yalnız həmin obra-
zın ştrixlərini tamamlamağa yardım göstərmək fikrindəyəm. 
Bu gün Xanəli Kərimli poeziyasına nəzər yetirdikdə görürük 
ki,  şairin  həyata  ictimai-fəlsəfi  baxışı  yaradıcılığında  poetik 
həllini taparaq obrazlaşır, əsərləri öz fəlsəfi və poetikası ilə 
hər vaxt oxucu qəlbinə yol tapır.
Şairin  yaradıcılığına  yüksək  qiymət  verən  görkəmli  aka-
demik  İsa  Həbibbəyli  “Xanəli  Kərimli  sənətinin  üfüqləri” 
adlı ön sözündə yazır: “Xanəli Kərimli üçün şairlik birincidir. O, 
hər şeydən əvvəl, sözün gerçək mənasında, istedadlı şairdir. Xanəli 
Kərimlinin  şeir  yaradıcılığında  həssaslıq  və  vətəndaşlıq  mövqeyi 
ön sırada dayanır. Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində 


115
vətəndaşlıq  lirikasının  əsas  yaradıcılılarından  biridir.  Xanəli 
Kərimlinin vətəndaşlıq lirikası sadəcə qələmə aldığı aktual mövzu-
ları ilə deyil, daha çox bu bədii nümunələrdəki fikrin ifadə vasitəsilə 
yadda qalır. Daha doğrusu, şair bir qayda olaraq vətəndaşlıq lirika-
sını bədii biçimdə təqdim etməyi bacarır”...
Şairin  yaradıcılığı  çox  rəngarəngdir.  Onun  Yurd  sevgisi, 
Və tən məhəbbəti, sevgi, dünyanın gərdişi mövzuları poezi-
yasında özünəməxsusluğu ilə seçilir:
Dilim sözə yatandan,
Ayağım yer tutandan.
Nə əvvəli bilinən,
Nə axırı görünən
“Özüm” adlı dünyamda
Özümü axtarıram.
Bu çağacan olmayıb
Nə yerimi bilənim,
“Nə də “gördüm” deyənim.
Özümü gəzə-gəzə
Gəlib çıxdım əsrin
İki minilliyinə,
Yaşın qırx doqquzuna
vaxt tapsam özümü
Üz tutub gedəcəyəm
Özünü tapanların
Əbədiyyət yoluna...
Xanəli Kərimli əsərlərində iki dünya var. Müəllif yazır, bi-
rinci şairin iç dünyası, özü, bir də hamımızın yaşadığı dünya 
- Yer planetidir:
Şair öz dünyası barədə belə deyir:
Məni silkələmə,
Silkələsən sən,
Üstümdən - başımdan
dərd töküləcək.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə