XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə26/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   22   23   24   25   26   27   28   29   ...   99

94
Yaxşı yadımdadır köhnə ev-eşik,
Hər gecə bir nağıl deyərdi atam.
Bütün kənd axışıb bizə gələrdi,
Oxuyan, oynayan - kim idi yatan.
Gözünü  açandan  evlərində  sazın,  sözün  sirrinə  düşüb. 
Uşaqk ən gündüzlər anasının nazlamaları, oxşamaları, axşam-
lar nənəsinin laylaları ilə yatıb-duran şair, böyüdükcə uzun 
qış gecələrində nağılların, xalq dastanlarının qəhramanlarıyla 
gecəni səhər edib, səhərləri də heybəsini, dərs kitablarını qol-
tuğuna vurub Mahmudoba çöllərində quzularını otara-otara 
ilk şeirlərini yazmağa başlayıb. Onun özünün qələmə aldığı 
tərcümeyi-halında da ilginc xatirələr var. Uşaq vaxtı ən bö-
yük arzusu kənd kitabxanasını yandırmaq imiş. Belə xatırla-
yır uşaqlığını:
“Müəllimlər  bütün  şagirdləri  kənd  kitabxanasından  istifadə 
etməyə  “məcbur”  edir  və  bilikləri  qiymətləndirərkən  kimin  hansı 
əlavə kitabları oxuması da bir meyar kimi götürülürdü. Hamı kita-
bxanaya gedər, “qucaq-qucaq” kitablar alardı. Mənimsə “ən böyük 
arzum” nə vaxtsa bu kənd kitabxanasını yandırmaq idi”. Tale isə 
onu kitablar aləminin sakini edib. Təzadlarla dolu dünyada al 
sənə növbəti təzad. 
“Mən öz taleyimin yol yoldaşıyam”. Bunu da Xanəli müəllim 
deyib. Taleyilə qol-boyun yol getmək də ayrı bir xoşbəxtlik 
olmalıdı insan üçün. İnsan dedim, Adəmi xatırladım. Baba-
mız Adəmi. İlk insan olaraq taleyiylə yol yoldaşı olan Adəm. 
Adəm Xanəli Kərimli bağlılığının nəticəsidir ki, Azər Turan 
belə  qənaətə  gəlir:  “Xanəli  Kərimlinin  fiziki  yapısı  mənə,  heç 
bilmirəm nə üçün babamız Adəmi xatırladır. Onunla bir dəfə söhbət 
edən, fikir bölüşən, yaxud yol yoldaşı olan adam sonralar hər şeyi 
unutsa da, işığı unutmur. Xanəli Kərimli ilə hər görüşümdən sonra 
ilk insanın - Adəmin duyğuları mənə çox yaxın olur. Xanəli Kərimli 
işıq adamlarımızdan biridir”.
Məhz işıq adamların sözündə də bir işıq olur. Sufi işığı, 
təsəvvüf işığı...
Mən tövbələr qapısıyam,
Haqq yolun əlifbasıyam.


95
İmanla küfr arasıyam,
Könlüm imanın quludur. 
Doğrudan  da,  şairin  sözünə  sığınıb  tövbə  eləmək  olar. 
Haqqın əlifbası olan bu sufi düşüncələrlə imana təslim olmuş 
könüllərdə  yaşamaq  xarakteri  bütov  insanların  nəsibidir. 
“Mənim mövzularım xarakterimdən doğur” əminliyi də bütövlü-
yünün göstəricisidir Xanəli Kərimlinin.
Təbiətlə içi-içə olan bir kənddə doğulan şairin şeirlərində 
də təbiət ayrıca bir mərhələ təşkil edir. Dağ şəlaləsinin şırıl-
tısı, xınalı kəkliklərin ürkəkliyi, dağ qərənfillərinin, lalələrin 
utancaqlığı,  bənövşələrin  kədəri,  minbir  dərman  olan  gül-
çiçəyin, otların şəfası X.Kərimlinin “Toğluqayanın Məmməd 
Araza məktubu”, “Zirvə olmaq istəyirəm”, “Təbiət oxuyur”, 
“Qartal ömrü”, “Qoşa bulaq”, “Mən dağlarsız yaşamaram” 
və bu kimi onlarla şeirində özünə bir məskən salıb.
Yanağı allanan dağ qərənfili,
Uyuyur dumanın tül örpəyində.
Çisəkdən şeh əmib pərvəriş tapan
Çiçəyi çırtlayır gül-çiçəyin də.
Duman laylasına uyan bulaqlar,
Nazlana-nazlana pıçıldaşırlar.
Axıb yamacların yaxalığından,
Bir dərə qoynunda qucaqlaşırlar.
Ayrı-ayrı  şeirlərindəki  “Kipriyi  şəbnəmli  tər  çiçəkləri,  Oya-
dır  bulaqlar  zümzüməsiylə”,  “Ürəyin  gəlmir  ki,  ayaq  basasan, 
Çəmənin, çiçəyin, gülün üstünə”, “Təklikdən darıxan bir ana kimi, 
qayalar qolunu salır boynuma” kimi misraların saynı istənilən 
qədər artırmaq olar. Təbiət üçün darıxan şair, təbiətsiz yaşa-
mır ki....
Kəklikotu, a şehli dağ çiçəyi,
Baldırğanın suda üzən ləçəyi,
Ay dağ gölü, göllərin ən göyçəyi,


96
Baş aynıcaq səcdənizə gələrəm,
Axı sizsiz yaşamaram, ölərəm.
Bu qədər təbiətə bağlılığın sonunda da təbiətin əsrarəngiz 
sirrlərinə  doğru  gedən  bir  yolun  başlanğıcı  gözə  dəyir.  Və 
o  başlanğıcda  yenə  Xanəli  Kərimli  var.  Üzünü  insan  ayağı 
dəyməyən həmin yerlərə tərəf tutub pıçıldayır:
Qaçmaq istəyirəm,
Hələ insan nəfəsi,
İnsan ayağı dəyməmiş
Gözdən, könüldən uzaq
Sərt qaya kölgəsinə,
Bir sızqa bulağın
Pıçıltılı səsinə,
Bir də 
Kipriyi şəbnəmli
Dağ çiçəyinin
Dodağı şeh qoxulu,
Tərtəmiz nəfəsinə.
Təbiətə bağlılığı, torpağa sevgisi şairin şeirlərində olduğu 
kimi, hər hansı bir məqamda, istənilən vaxtdakı ünsiyyətində 
də özünü büruzə verir. Və bütün sevgilərində olduğu kimi 
təbiətə, torpağa sevgisində də onun heç bir təmənnası yoxdur. 
Yazıçı Nəriman Əbdülrəhmanlı da bunu gözəl ifadə eləyib: 
“Xanəli  Kərimlinin  torpağa,  Vətən,  yurd  yerinə,  insana,  qadına 
sevgisində az qala gözlə görülən, əllə tutulan təmənnasızlıq var”. 
Bu təmənnasızlıq onun hər kəslə münasibətində də, söh-
bətlərində də aydın duyulur. O yaş etibarilə məndən iki dəfə 
böyükdür. Aramızdakı yaş fərqinə baxmayaraq hər qarşılaş-
dığımızda köhnə dostlar kimi, tanışlar kimi görüşmüşük, sa-
lamlaşmışık, hal-əhval tutmuşuq və bu gün də onun böyük-
lüyünün göstəricisi olan sadəliyi mənim üçün sevindirci və 
nümunəvidir. 


97
Günün  qürub  anlarında  onu  əllərini  belində  daraqlayıb 
fikirli-fikirli gəzdiyini çox görmüşəm. “Mən sözdən qorxuram, 
Tanrıdan  qorxan  kimi”  deyən  şairi  tənhalığından  və  duyğu-
larından,  düşüncələrindən  ayırmamaq  üçün  yaxınlaşmamı-
şam, eləcə uzaq dan seyr eləmişəm. Niyəsini bilmirəm, amma 
həmin anlarda o mənim gözlərimdə Yunus Əmrə kimi haqq 
aşiqini xatırladıb. Fəqət arıq və uzun boyuyla xatırladığımız 
Y.Əmrədən  fərqli  olaraq  X.Kərimli  dağ  cüssəsi  və  ləngərli 
yerişiylə diqqəti cəlb edir. 
Sözdən Tanrıdan qorxduğu kimi qorxan şairin şeirlərində 
Tanrı-söz paralelləri ilə tez-tez qarşılaşırıq. Onun üçün “Şair 
Tanrı ruhu, söz şairin ruhudur”. Buna görə də deyir ki:
“Hər bir sözüm, hər misram,
Tanrıdan gələn nidadır”.
Sözü Tanrıdan gəldiyini, şairin Tanrı ruhu olduğunu bilən 
X.Kərimli həyat təcrübələrinin nəticələri olan “Mənə elə gəlir 
ki” silsilə düşüncələrinin birində belə deyir oxucusuna:
“Mən o vaxta qədər yazıram ki, sözlər üzümə bozarmasın. Hiss 
edəndə  ki  sözlər  hissini,  duyğusunu  məndən  gizlətməyə  başlayır, 
onda qələmi yerə qoyub, ayrı bir işin dalınca gedirəm. 
Mənim  nəzərimdə  sözlər  də  insanlar  kimidir.  Gərək  pərdəni 
götür məyəsən”.
Sözlə beləcə dostluq edən Xanəli Kərimlinin 60 yaşına sö-
zardı kim qələmə aldığım bu yazıya şairin “Arzu” şeirindəki 
aşağıdakı misralarıyla nöqtə qoyuram:
İstəyirəm - 
                           Qalan ömür payımda
Allahın yaratdığı
Günahsız insan kimi
Heç olmasa bircə yol
Rahatca nəfəs alam,
Vəssalam,
Allahım, vəssalam...
 “525-ci qəzet”, 
17 yanvar, 2012. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə