Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə59/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   55   56   57   58   59   60   61   62   ...   148

________________Milli Kitabxana________________

Deyərlər ki, bu, hikmətdə ikinci Bətlimusdur,

Böyüklükdə, hörmətində şöhrətli Filakusdur*.

Qüstəntinə aparılan yazımın hər kəlməsi,

Ölülərə hünut olar, dirilərin sürməsi*.

Mən Musanın əsasını, hardan olsa, alaram,

O əsanı sındıraraq, xaç şəklinə salaram.

Məsihanın eşşəyinin peyinini basıb mən,

Burun qanın dayandırram qoca abidin fövrən*.

Səmərqəndlə Buxaranın xaqanına tac deyə,

Göndərərəm o eşşəyin noxtasını hədiyyə.

Gümrahların göz yaşıyla dırnağını eşşəyin,

Tutduraram mən qızıla, lələ, yaquta, yəqin.

Üç "üqnumu", üç "qurquf 'u,öyrənərəm mən əzbər*,

Dəlilərlə məzmununu şərh edərəm müxtəsər.

Nə çay idi, nə cimməkdi, nə yengindən püfləmək?

Bir halda ki, çılpaq idi Məryəm, Cəbrayılsa tək.

Necə yəni bəkarəti pozulmadan, Məryəmin,

Bətnində bir gövhər onun canlandı həmin-həmin?

Necə İsa doğulduğu dəqiqədə açdı dil,

Necə Məryəm sübut etdi ki, o günahkar deyil?

Necə İsa yaratmışdır canlı bir quş palçıqdan?

Necə ölmüş Azərə o yenidən vermişdi can?

Dara çəkilən zaman İsa dedi gedirəm,

Yuxanda öz atamın səsini dərk edirəm?*

Əgər Zərdüşt dini ilə maraqlanarsa qeysər,

Əlim ilə "Zənd-Avəsta" ayinləri dirilər*.



________________Milli Kitabxana________________

Deyirəm ki, od nə idi, haradan yarandı "Zənd"

Ki, onların ikisindən ad aldı zənd-pazənd?*

Nə kül idi, yerdə qalan o oddan ki, bir zaman,

Alışaraq yandı, etdi Xəlilüllahı heyran?

Bir möbədi tarazıya qoyub, axtarsam taraz,

Luka oğlu Qəsta onun yəqin pərsəngi olmaz*.

Nə üçündür bədəninə milçəklər fitə bağlar?

Nə deməkdir çəyirtgənin ayağında o şalvar?

Məşhur olan Cin "Ərtəng"i "Tənglüşa"dan gözəl*,

Qeysərlərin şənində mən yazaram təsnif, qəzəl.

Ey Xaqani, bu yaramaz fikirləri boşla sən,

Çünki bu cür fikirləri şeytandır təlqin edən.

İsa üçün nə düşünər alçaq olsa yoldaşı?

Pis vəzirdən nə qavraya bilər sultanın başı?

Bəsdir daha, küfrə son qoy, təzədən imana gəl,

Tövbə eylə dediyindən, arzulardan götür əl.

Söylə: iqrar edirəm ki, böyükdür, təkdir Allah,

Mənim tərif etməyimdən qat-qat yüksəkdir Allah.

Buradadır İzzüddövlə, Rumun böyük hakimi,

Nəyə lazım Ruma dedim yoldan azanlar kimi?

O, İsanın sağ əlidir, həvarilər bayrağı,

O, Məryəmin əminidir, nəsaralar dayağı.

Sən ey İsa təbiətli, Qeysər oğlu, sən məni,

Dinlə bir az, and verirəm bir allaha mən səni;

And verirəm Cəbrayilə, ruh püfunə, Məryəmə,

Həm "İncif'ə, həvariyə, həm İsəbni-Məryəmə.



________________Milli Kitabxana________________

O doğruluq beşiyinə, o bakirə hamilə,

Həm o ələ,o qola ki, mayalandı yel ilə;

Çaxmaq daşı, Əqsa deyri, Beytül-müqəddəsə mən,

And verirəm Şəlixaya, Ənsariyə, pak ikən*.

And verirəm züniar ilə, naqus ilə qəndilə,

Yuhəniaya, Bəheyraya, Şəmmasa, gəl, rəhm elə*.

Həm allaha, həm qurbana, həm Fitrə axşamına,

Həm Məryəmin orucuna, həm heykəl bayramına;

Məryəmə ki, qoymamışdı Yusiflə baş yastığa,

İsaya ki, yerləşməmiş bətndə uşaqlığa;

O ağac ki, həqqin ruhu olmuş onun meyvəsi,

Sən olarsan o ağacın qol-budağı, rişəsi.

And vermişəm o qışa ki, birdən dönmüş bahara,

O qocalmış ağaca ki, cavanlaşmış dübara;

Kəlisada inləyərək "molo" çalan rahibə,

Öz əlilə öz boynuna zəncir salan rahibə.

And verirəm o üç bürcə, o ulduza, o Aya,

O təslisə, o tərbiə, təsdisə, səlasəyə;*

O üçlüyə ki, ucadır samanın ülkərindən,

Dörd yan xaça, külək üçün düzələn bacaya, sən.

Mənə Beytül-müqəddəsi görmək üçün rüxsət al,

Bu xüsusda dünyaların sultanını başa sal.

Ki, üstüva xətti ilə mehvərin xətti əgər,

Birləşsələr, nəticədə bir xaç əmələ gələr.

Layiqdir ki, bu şerimi İsa öyrənsin əzbər,

Təsbihində vird eyləsin hər beytimi səhərlər.



________________Milli Kitabxana________________

3.

Ruhum bu can mulkünü tərk edib gedən kimi –

Rahatlığın pərisi atıb getdi qəlbimi.

Bizi barışdıracaq nəfəs idi arada,

Baş alıb, ortalıqdan bir anda çıxdı o da.

Qalmışdı təkcə kölgəm, o da getdi aradan,

Artıq adım, nişanım silinmişdir dünyadan.

Evimin dörd divarı baca kimi söküldü,

Astanası dağıldı, səqfı yerə töküldü.

Könlüm nərd oyununda düşmüşdür şeşxanaya,

Qanlı göz yaşım gərək on yeddini sanaya.

Duzlu su gözlərimdən axdıqca hey torpağa,

Ayağımın altını döndərmişdir duzlağa.

Fələk mənim qəlbimi nişana aldı, atdı,

Atdığı ox işləyib sümüyə, cana çatdı.

Dünən gecə ahıma hədəf etdim göyləri,

Qanlı bulud bir anda çulğaladı hər yeri.

Ürəyimin başında bir kədər tutdu məskən,

Deyəsən, getməyəcək o heç zaman bu yerdən.

Gəlib, çatdı dostumdan məktub gətirən o quş,

O quş ki, səhər-səhər öz yuvasından uçmuş.

Lakin, o gördü əsla ayağa qalxmadım mən,

Qəzəblə endi yerə, kədərlə qalxdı yerdən.

Bir əjdaha yatırdı ayağımın altında,

Buna görə ayağa dura bilmədim onda.



________________Milli Kitabxana________________

Ayağımın üstünə qoyulmuşdu dəmir dağ,

Ayağı dağ altında olan qalxar nə sayaq?

Xaqaninin ayağı açıq olsaydı, əlbət,

Qalxardı, öz yerindən göstərərdi o hörmət.

Zöhhak ilanlarıyla sarınmışdır ayağım,

Onunçundur gözümdən mirvari yağdırmağım.

Ayağıma sarılmış iki əfi ilandan,

Tavadakı balıq tək qovrulur qəlb, yanır can.

Ah çəkərkən, təndir tək alovlanar bədənim,

Odlu ilan tək çıxar alov ağzımdan mənim.

Sataşdıqca gözümə keşikcisi məhbəsin,

Qəlbimin yaraları qovr edir həzin-həzin.

Bir quduz it zindanda keşikcim olmuş mənim,

Ağlar gözümdən şirin yuxum qovulmuş mənim.

Sudan qorxar, deyərlər, quduz it qapmış insan,

Bununçundur ki, mən də qorxuram göz yaşımdan.

Ürəyimin odundan göz yaşım olmuş buxar,

Çəkdiyim soyuq ahdan qışa dönür hər bahar.

Nar danəsinə bənzər tökdüyüm göz yaşından,

Üzüm olur hər gecə şəfəq kimi al-əlvan.

Qıçımı zəncir kəsib, topuğumdan qan axır,

Elə bil yağış seli iri novdandan axır.

Bəlkə ahımdan dəmir qızararaq əriyir,

Onunçün də səslənib dəmir "ələman" deyir?!

Bu dəmir xalxalımı açmaq istəyən zaman,

Zınqrov kimi məndən ucaldı nalə, fəğan.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə