Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə56/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   52   53   54   55   56   57   58   59   ...   148

________________Milli Kitabxana________________

Vidalaşanda cavanlıqla ağladım, ancaq,

Deyirdilər ki, arındı bulaq, su saflanacaq!

İradəmə fələyi səqf bilməyirdim mən,

Qapazlayan məni taleyimdi, bəxtim - əyan!

Əyilməsində qürur əhlinin bir hikmət var,

Təvazö əhli olan tez qüsurunu anlar.

Gedəndə sərvətim əldən, buna fikir verdim,

Yerə dikib gözümü, xudpəsəndləri gordüm.

Öyünmürəm, qızılım yoxsa, hümmətim vardır,

Kasıblığın özü də mərdə bir havadardır.

Cahanı mən boşadım üç təlaq ilə çoxdan,

Necə geri qayıdır? Çıxmışam ki, var-yoxdan?

Yalançı vədələr ilə ömür başa çatmış,

Çadırcığım da toza, torpağa yaman batmış.

Mənə bu ağlı, bu idrakı xaliq etmiş əta,

Sözün pərisinə oldum fəzilətimlə ata.

Hünərsevərlərə nəzmim kamal dərsi verər,

Cahanda söz kimi yoxdur dəyərli bir gövhər.

Bulud şehiylə əgər körpə otları suvarar,

Sularıyla dənizi doyuran çox çaylar var.

Divarda səy ilə bir tor qurur hörümçəklər,

Yeganə məqsəd - ilişsin o torda milçəklər.

Arı pətəkdə gəlib hazır eyləyir mumdan,

Onun nəcib işi də başlanır əzəl bundan.

Mən indi mədh yazım, ya ki həcv, fərq etməz,

Mənə o şux gözəlin gözlərində kin bitməz!



________________Milli Kitabxana________________

Yaman söz eylə zəhərdir ki, söyləsə Həvva,

Bəşər nədir, ilana ölməyi görər o, rəva!

Səfehlərin yemidir hər nə qardaşın toxuyur,

Mənimsə yazdığımı əhli mərifət oxuyur.

Sözümlə tarın xəyalı dolaşdı dünyanı,

Mələklərin dilinə çatdı, aşdı dünyanı.

Böyükdür Allah, o ki bir gecə kiçik qulunu,

Xəyalı ilə alıb, açdı göylərə yolunu.

Mədəd alıb Sərətandan, gözüm işıqlandı,

Məni əzizlədi Cövza ki, nitqim ondandı.

Fəzilətim məni Davud tək etdi peyğəmbər,

"Zəbur" qıldı mənə yaxşını, pisi əzbər*.

Neçə zireh toxudum göydə pəhləvanlar üçün,

Vuruldu halqalara sinədə Günəşlə düyün.

Elə bu dəmdə gözü kor qalan bulaqlar tək

Coşub, şikayətə dil açdı sinəm içrə ürək.

Dedi: - Sinəndə kədər adlı bir böyük qaya var,

Məni əhatə edib, hey sıxar, yerim daralar.

Qəribədir, bədənimdə ürək də vardı mənim?

O hardadır? Bükülübdür kaman kimi bədənim.

Fəzilətimlə cahanda tanınmışam "Əfzəl",

Bu fəzli bəxş qılıbdır xudayi-əzzə və cəl*.

Cəlal sahibinə arxalandım, oldum əmin,

Tutar əlimi məqamı uca Cəlaləddin*.

Odur imam ki, elmi üfüqlərə yol açar,

Mürəkkəbim onu vəsf eyləyəndə ətr saçar.



________________Milli Kitabxana________________

Şəriətə dayaq olmuş, həqiqətə ayna,

Bəlağət ilə salınmış söz ölkəsi adına.

Böyüklər içrə böyükdür o, həm do bayraqdar,

Qılıncı elmə yol açmış, uzaqgörənliyi var.

Bilikdə Xızr odur, pak nitqdə Musa,

Xəlil tək yaradar, ruh verər necə İsa.

O, elm çeşməsinə Xızr tək olub rəhbər,

Nəfəs salarsa, bil, İsa kimi ölü dirilər.

Mənim sözümdə əgər gizli ruh qüvvəsi var,

Onun kəlamıdır, ilhamımı çəkib aparar.

O, Qəssdir, atası Sahib-əl-Əyadidir,

Verər kömək əlini, darda qalsa hər şair.

İradə əhlinədir bəzmi cənnəti-əla,

Şərəf bağında onun qaməti olub Tuba.

O qamət ilə tutar Sidrə təxtin üstə qərar,

Onun məqamına ərşin özü həsəd aparar.

Sözündəki duzu almaqçın hər sevən, sevilən,

Biri ağızdan açar su, ikincisi gözdən.

Şirin nəsihəti duzlu söz ilə etmiş əda,

Qəribədir ki, duz ilə dada gəlir halva.

Var idi, gördüm onun məclisində vaizlər,

Günəş o idi, hamı peyk tək onu izlər.

Görüşdüm onda ki, fazillərin ağası ilə,

Gətirdi vəcdə məni mehriban ədası ilə.

Yazanda mədh ona, təb Rəxşi nal saldı,

Yoruldu dizləri onda, çal at gücü qaldı.



________________Milli Kitabxana________________

Ağam da olsa, o qardaş kimi mənə inanır,

O dostluq əhdinə möhkəmliyi vəzifə sanır.

Təəccüb etmə mənə, yeddi parlaq ulduz əgər,

Onun zəkası önündə, desəm, sönük görünər.

* * *


Qulam xəlifələrin məsləhətçisi olana,

Böyük imam kimi xidmətim rəvadır ona.

Nəcib sifətlərini gördüm, ehtiram etdim,

Dua bilib sözünü, mən səlamına yetdim.

Tanışlığım məni ömrüm boyu sevindirəcək,

Bu xatirə verəcəkdir mənim sözümə bəzək.

Təbiətindən onun duymuşam şəfa əsəri,

Sevincimin sonu yox, atmışam qəmi, kədəri.

Hədiyyəsi mənə dostluqda ehtiram oldu,

O namə ilə ağ əmmamədən tamam oldu.

Qəbul qıldım, onu rədd etmək idi həram,

Gözümdə sürmə kimi gizlədib, əziz tuturam.

Qopar onun nəfəsindən nəsim, həm tufan,

Süleyman əqli duyar sehrlər kəlamından.

O, Turdur, aşa bilməz dizini yeddi dəniz,

O, dörd ünsürü öz varlığıyla tutmuş əziz.

Hilal üzəngisidir, dövr edən fələkdir özü,

Fəzada nur saçan bədrdir mübarək üzü.

Xəyal onu gecə sandı, elə düşündü məgər,

Qaranlıq içrə işıqdan cəmalını örtər.




________________Milli Kitabxana________________

Çox mətindir o da, bil, hümmətim, iradəm tək,

Təfəkkürümlə zəka zirvəsinə yüksələcək.

Cəlalını nə qədər vəsf eyləsəm, az olar,

O, Nuhdur, onda Cudi dağı ləyaqəti var*.

Məgər görübdür onu Turdə Kəlimullah,

Həra dağından onunla enib Həbibullah*.

Ona hədiyyə gözümdür, qəbul etsə əgər,

Qulu satanda, onun qiyməti yəqin bilinər.

Ona xəzinə dolu inci göndərərdim mən,

Sözün yanında ucuz olmasaydı dürri-Yəmən.

Yazanda, hökm əli ənbər dolu dəvata dönər,

Bəyan səhifəsinə barmağıyla müşk səpər.

Şəkərlə müşk onun barmağından oldu rəvan,

Bu çeşmədən hamı öz dərdinə tapar dərman.

Yanar göz ilə təmənnalı üzdə, baxsan əgər,

Saralmağa qara günlər yəqin səbəb görünər.

Üzü gülərsə, edər xəlq mətləbini rəva,

Gözü qıyılsa, tapar, hər nə dərd varsa, dəva.

Gözündə var yarağan, oxşayır Günəş gözünə,

Qabar-qabar üzü bənzər axar suyun üzünə.

Üzü, gözü yaralandı onu vuran əldən,

Çəkinmədi, daha möhkəm dayandı əvvəldən.

Dözümlüdür, ucalıb fəth qılmış afaqı,

Cahanı nura edib qərq pak əxlaqı.

Gəzib çox ölkələri, olmuş ellərə qardaş,

Odur həqiqətə vaqif, ürəklərə sirdaş.

Vəkilü hakim olub, qurdu ədl ilə divan,

Çıxardı məhkəmədən şahidi deyəndə yalan.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə